Рейтинг
+32.21

Adını sən qoy!

10 üzv, 46 topik

HEYVAN ADLARINDAN YARANMIŞ ŞƏXS ADLARI

Türk xalqlarının dili, tarixi, etnoqrafiya və psixologiyasını yaşadan antroponimik və toponimik vahidlər sistemində heyvan adları əsasında formalaşan şəxs adları xüsusi yer tutur. Azərbaycan antroponimikasında heyvan adları ilə əlaqədar kişi adlarının müşahidəsi göstərir ki, onlar əsasən güclü, vəhşi çöl heyvanlarının adlarından formalaşmışdır. Qeyd etmək lazımdır ki, məişətimizdə heyvan adlarından yaranmış şəxs adları arasında ev heyvanlarının adlarından yaranmış adlara rast gəlinmir.

Davamı →

Nağıl, əfsanə, lətifə, dastan qəhramanlarının adları ilə əlaqədar şəxs adları

Demək olar ki, dünyanın əksər xalqlarının dillərində xalq təfəkkürünün məhsulu olan şifahi xalq ədəbiyyatı nümunələrinin əsas qəhrəmanlarının adları bu günə qədər yaşayır. Buna səbəb həmin qəhrəmanlara olan müsbət münasibət, estetik ideallar aşılayan folklor nümunələrindəki qəhrəmanlara rəğbət hissidir. Bəzən hətta tarixi şəxsiyyətlərin adı da məhz xalq ədəbiyyatında yaşadılmış, həyatda müstəbid olan hökmdarlar folklorda müdrik idarəedici kimi təqdim olunmuşdur. Azərbaycan şəxs adları sistemində də belə adlar kifayət qədərdir, desək, yəqin ki, səhv etmərik.
Davamı →

GÖY CİSİMLƏRİNİN ADLARI İLƏ ƏLAQƏDAR YARANMIŞ ŞƏXS ADLARI


Müasir Azərbaycan antroponimikasında göy cisimləri ilə əlaqədar kifayət qədər şəxs adı mövcuddur. Fikir verəndə bunların əksəriyyətinin Ay, Günəş, ulduzlar sistemi ilə əlaqədar olduğunu görürük. Bu da xalqımızın əsatiri görüşlərində Aya, Günəşə, ulduzlara tapınması, inancları ilə əlaqədardır.
Tarixi mənbələrdən məlum olduğu kimi, hələ Qafqaz Albaniyasında Günəşə sitayiş edilərmiş. Qədim türklərdə də göy, Ay və Günəş kultları müqəddəs sayılmışdır. Məlum olduğu kimi, qədim türklər Günəşə və Aya sitayiş etmiş, hətta çadırlarının qapısını da Günəş doğan səmtə doğru qoymuşlar.
Davamı →

DAĞ ADLARI, DAĞ ANLAYIŞI İFADƏ EDƏN SÖZLƏRDƏN FORMALAŞMIŞ ŞƏXS ADLARI

Bildiyimiz kimi, qədim türklərin tapındığı ilkin təbiət varlıqlarından biri də dağlardır. Müasir Azərbaycan dilində, eləcə də türk xalqlarının onomastik sistemində dağ adları və dağ anlayışı ifadə edən sözlər əsasında yaranmış şəxs adları xüsusi yer tutur. Qeyd etmək lazımdır ki, qədim türklərdə, ümumiyyətlə, naturalist inanclara (təbiətçiliyə) rast gəmək mümkündür. Erkən dövrlərdə türklərdə təbiət güclərinə inam çərçivəsində dağ kul-tuna da bağlılıq müşahidə edilir. Türk xalqlarının hamısında dağ adları və dağ anlayışı ifadə edən şəxs adlarının mövcud olması onların leksik tutumundakı böyüklük, ucalıq, yüksəklik kimi məna çalarları ilə, xüsusən də dağa inamla əlaqədardır.

Davamı →

Aqnostisizm nədir?

Aqnostisizm, bu gün müasir dünyada ateizm və tanrıya qarşı tənqidi mövqe nümayiş etdirən oxşar fikir və fəlsəfi cərəyanlarla birlikdə geniş yayılıb mənimsənən fəlsəfi mövqedir. Hətta son vaxtlar dünyada özünü aqnostik olaraq təqdim edənlərin nisbəti, ateist olaraq təqdim edənlərin nisbətindən daha çoxdur. Bu baxımdan aqnostisizmin populyarlaşan bir trend olduğunu söyləmək mümkündür. Məsələn, 2006-cı ildə Amerikadakı universitet professorları arasında özünü ateist kimi təqdim edənlərin payı 10% idisə, aqnostik kimi təqdim edənlər 13% təşkil edirdi.

Təəssüflər olsun ki, sonu «izm» ilə bitən digər mövzular kimi aqnostisizm də Azərbaycanda çox vaxt yanlış tərəfə yozulur. Əlavə olaraq, teistlər tərəfindən «ateizm» və ya «deizm» ilə qarışdırılır. Aqnostisizmin izahını


Davamı →

Fitonimlərdən yaranmış şəxs adları

Qeyd etmək lazımdır ki, Azərbaycan şəxs adları sistemində bu qəbildən olan şəxs adları yalnız qadın adları üçün xarakterikdir. Bunun əsas səbəbi odur ki, fitonimlər gözəllik motivlidir, odur ki, daha çox qadın adlarında müşahidə edilir. Bu, təkcə türk mənşəli fitonimlər əsasında düzələn qadın adlarına deyil, həm də fitonimlər əsasında yaranan alınma apelyativli qadın adlarına da aiddir. Azərbaycan şəxs adları sistemində bu qəbildən olan antroponimlər, əsasən fitonimlər, fitonimik antroponimlər, fitoantroponimlər, floralar əsasında yaranmışdır. Çox vaxt bu qrupa daxil olan şəxs adlarını bitki adlarından formalaşan adlar başlığı altında izah etmişlər.

Davamı →

Həm Avropa xalqlarının dillərində, həm də dilimizdə mövcud şəxs adları

Elmi ədəbiyyatdan məlumdur ki, dünyada elə bir xalq yoxdur ki, onun dilinə başqa dillərdən söz, həmçinin antroponim keçməsin. Başqa sözlə, öz xalis sözlərindən ibarət saf dil yoxdur. Bu hal özünü şəxs adları sistemində də büruzə verir. Dillərin an-troponimik sisteminin müşahidəsinə əsasən demək olar ki, cəmiyyət həyatında baş vermiş müəyyən proseslərlə əlaqədar şəxs adları da bir dildən başqa dilə keçir. Bütün bunlar müəyyən ictimai-siyasi, tarixi faktlarla əlaqədardır. Belə bir proses müasir dövrdə də davam edir. Beləliklə, dildə “alınma antroponimlər” adlanan termin-ifadə mövcuddur.

Davamı →

Azərbaycan antroponimikasında mövcud şəxs adlarının məna əsası

Məlum olduğu kimi, Azərbaycan antroponimlərinin seman-tikası, məna əsası müasir dilçilikdə vacib və aktual problemlərdən sayılır. Bu gün dünya dilçiliyində bu suala hələ də fərqli cavablar verilir.
Mövcud tədqiqatların müşahidəsinə əsasən demək olar ki, bəli, şəxs adlarının mənası vardır. Qeyd etmək lazımdır ki, xalqımızın ictimai-siyasi həyatında baş verən hadisələr, gedən proseslər, inkişaf və tərəqqi, bir sıra tarixi-ictimai dəyişikliklər və s. dilin şəxs adları sisteminə də təsirsiz ötüşməmişdir.
Davamı →

Cənubi Qafqaz respublikalarında ortaq şəxs adları

Hər bir dildə danışan müəyyən xalq bu və ya digər xalqla və yaxud bir sıra xalqlarla coğrafi cəhətdən qonşuluq şəraitində yaşayır. Bu qonşuluq bir çox yaxınlıqlara səbəb ola bilir. Eyni coğrafi məkanda yaşayan qonşu xalqlar arasında olan uzunömürlü, həmçinin müxtəlif əlaqələr həm də bu xalqların bir çox məsələlərdə bir-birinə təsir etməsində özünü göstərir. Belə yaxınlıq həm də dillərdən bir-birinə sözlərin keçməsinə səbəb olur. Bu cəhətdən azərbaycanlıların erkən dövrlərdən, hətta hələ xalq kimi formalaşmasına qədərki zamanlardan başlayaraq onunla qonşu olan bir sıra qəbilələrin, tayfaların, xalqların, millətlərin dillərinə türk dillərindən, eləcə də türk dillərinə qonşu dillərdən keçmiş sözlərin hesaba alınması və dərindən hərtərəfli öyrənilməsi olduqca əhəmiyyətlidir.

Davamı →

Kişilərə verilən söyüş nəsihəti

Ailə deyəndə ağlımıza gələn ilk o olur ki, firavan bir həyat, mədəni ünsiyyət, qarşılıqlı hörmət və anlayış. Qısacası bütün mənfiliklərdən qaçıb qorunacağımız bir mühitdir ailə. 
Amma görəsən bu hər kəsdə belədirmi ? 
İllərdən bəri qorunub saxlanılan, nəsildən – nəsilə əmanət kimi ötürülən adət və ənənələri aşağılamaq fikrim heç vaxt olmayıb. Burada nə yaxşı, nə də pis bir şey görmürəm. Lakin  qanımıza hopmuş bir neçə gərəksiz hesab etdiyim xüsusiyyətlərimiz var ki, onların unudulmasını çox istəyirəm. Təbii ki, ailələr müxtəlif olur, bir ailəyə məxsus cəhətdən yazan  və danışan zaman heç kəsdə  bütün ailələrin bu cür olması təəssüratı yaranmamalıdır. Beləliklə də elə bir başa mövzuya keçirəm. 


Davamı →