Рейтинг
+32.21

Adını sən qoy!

10 üzv, 46 topik

Yalan demə, heç kim ölmək istəmir…

Bir gün Qayğı (cura) bir çaydan keçərkən palçıq yığını görür. Palçıqdan bir az götürüb ona forma verməyə başlayır. İşi başa çatdıranda Yupiter gəlib çıxır. Qayğı, Yupiterdən düzəltdiyi yaradılmışa ruh verməsini istəyir. Yupiter, onun istəyini yerinə yetirir. Fəqət Qayğı yaratdığına ad qoymaq istəyəndə Yupiter mane olur, “adını mən qoymalıyam” deyir. Qayğı və Yupiterin mübahisəsinin üstünə bu dəfə Torpaq (dünya) gəlib çıxır və mübahisəni kəsir. Qayğının forma, Yupiterin ruh verdiyi yaradılmışın maddəsinin ondan olduğunu söyləyərək “adını da mən qoymalıyam” deyir. Uzun mübahisədən sonra üçlük, Saturndan məsləhət almağa qərar verir. Saturn hakim seçilir.

Davamı →

Mən facebook-da necə qətlə yetirildim?

Bir neçə il əvvəlin söhbətidir, o zamanlar nadir hallarda istifadə etdiyimdən virtual aləmə xeyli addım, daha doğrusu, buradakı mühit, ab-hava, münasibətlər, müzakirələr, mübahisələr barədə təsəvvürüm çox azdı.
Günlərin gözəl bir günü idi. Elə facebook-dan tanıdığım bir nəfər 1937-ci il repressiyası zamanı Hüseyn Cavidin üzünə qoyulan şair-yazıçıların uzun bir siyahısını paylaşmışdı, göz atınca diqqətimi ilk çəkənlərdən biri Cəfər Cabbarlının adı oldu.

Davamı →

Orientalistlərin məqsədi

“Atalarımız bizә geniş ölkәlәrlә birlikdә azadlıq vә istiqlalı әmanәt ediblәr. Bizim vәzifәmiz onları qorumaqdır vә adi bir ömür üçün onları fәda edә bilmәrik. Döyüşçülәrin taleyi ölümdür, bunu hamı bilir. Biz ölsәk dә qәhrәmanlığımızın şanı yaşayacaq, uşaqlarımız vә nәvәlәrimiz digәr xalqları öz hökmranlıqları altına alaraq onların bәyi olacaqlar. Çiçi Xaqan İ.Ö.41-ci il”

Davamı →

Yaltaq kişilərin sayı durmadan artır

Kənar adam cəmiyyətimizi – televiziyanı, qəzet-jurnalı, toy-yas məclislərini, müşavirə-iclası, konfrans-seminarı, bir sözlə, rəsmi və qeyri-rəsmi tədbirləri müşahidə eləsə, “Bunlarda fitri tərif demək istedadı var” deyər.
Bu gün cəmiyyətimizə hakim bir insan duyğusu… yaltaqlıqdır. Elə bil bu duyğuyla nəfəs alırıq, yatıb-dururuq, beynimiz yalnız bunun yeni növlərini axtarmaqla məşğuldur. Orijinal bir yaltaqlıq forması tapanda uşaq kimi sevinirik. Sanki həyatda uğur qazanmağımız bu hala, ovqata köklənə bilməyimizə bağlıdır.

Davamı →

Qız anası olmağın çətinlikləri

Heç bir zaman «bir qızım olsun» deyə arzulamadım. İstəmədim, bir qızım olsun, saçlarını öpüb oxşayım, qoxusunu içimə çəkim. Dəcəlliklərinə göz yumum, bağrıma basım. Qarşıma çay gətirsin, həvəslə yemək bilşirməyi öyrənsin, düşüncələrini mənimlə paylaşsın, ağlayanda göz yaşımı silsin, dostum olsun, sirdaşım olsun.
Heç bir zaman «bir qızım olsun» ndeyə arzulamadım. Sevmədim qız uşaqlarını. Sevmədim çünki…

Davamı →