Рейтинг
+10.70

Azərbaycan kinosu

30 üzv, 83 topik

Azərbaycanda cizgi filmlərinin yaranma tarixi


Azərbaycanda cizgi film yaratmaq istəyi və bu istəyin həyata keçirilməsi XX əsrin 30-cu illərinə aid edilir. “Azərbaycanfilm” studiyası bu işdə xüsusi səy görsətmiş, lazım olan texniki avadanlıqları Moskvadan alıb gətirmişdir.

“Lökbatan” və “Neft simfoniyası” (rej. B.Pumpyanski) sənədli filmlərinin çəkilişi zamanı texniki animasiyadan istifadə edilmiş, “Cat” təlimat filmində isə (rəs. Basov) animasiyadan bütünlüklə istifadə olunmuşdur. Film ümumittifaq ekranlarında 1938-ci ilə qədər nümayiş etdirilmişdir. Bu film kinostudiya işçiləri üçün stimul rolunu oynadı və bir qrup təşəbbüskar da cizgi filmi yaratmaq qərarına gəldi. Cizgi filmlərinin mövzusu xalq nağıllarından götürülürdü. 

A.Papov tərəfindən “Abbasın bədbəxtliyi” adlı ssenari yazıldı və filmin operatoru Q.Yegiazarov, rejissoru E.Dikaryov oldu. Filmdə nümayiş olunan rəsmlər isə Q.Xalıqov, C.Zeynalov, M.Maqomayev və Ə.Mirzəyevə məxsus idi.
Davamı →

Kinomuzun yorğun sərkərdəsi: Hüseyn Seyidzadə

Əslən Qərbi Azərbaycanın Qəmərli mahalından, əttar Seyid Məhəmmədin nəslindən olub, digər azərbaycanlılar kimi erməni daşnaqlarının təzyiqindən ailəsi ilə doğulduğu Yerevandan əvvəl Qarsa, sonra Tbilisiyə, 1918-ci ildə isə Bakıya üz tutmuş, trikotaj fabrikində fəhlə işləmiş, 1928-ci ildən Bakı işçi teatrında aktyor kimi kütləvi səhnələrə çıxmış, iki il sonra Bakı kinostudiyasında rejissor köməkçisi kimi çalışmış, «Böyük dahi» filmindəki Stalin rolunu dilimizdə səsləndirmiş, «İlk komsomol buruğu» filmində neftçi rolunu oynamış, 1931-33-cü illərdə ÜDKİ-da Sergey Eyzenşteynin emalatxanasında təhsil alsa da, sevmədiyi sənədli kino rejissorluğu ixtisasına keçirildiyindən diplom müdafiə etməsə də, «Lenfilm», «Mosfilm» studiyalarındakı ustad sənətkarlar yanında təcrübə qazanmış Hüseyn Əli oğlu Seyidzadə (1910-1979) Azərbaycana qayıtsa da, müharibənin başlaması ona özünü səfərbər etməyə imkan vermir.

Nəhayət ki, Moskvada birgə oxuduğu rejissor Niyazi Bədəlovla birgə, əhalinin cəbhədəki əsgərlərə yardımından söhbət açan, baş rolda Leyla Bədirbəylinin oynadığı çəkilişlərin Lahıcda aparıldığı, qısametrajlı «Sovqat» (ssenari müəllifi İ.Qasımov, 1942) bədii-oyun filmini ərsəyə gətirir. Qələbədən sonra H.Seyidzadənin çəkdiyi «Ədəbi odlar ölkəsi» (Azərbaycanın incəsənət ustaları) sənədli filmində (ssenari müəllifləri İ.Qasımov, S.Rəhman, 1945) musiqi dinləyən qızın xəyala dalması ilə ekranda təbiət mənzərələrinin, tarixi abidələrin, Çingiz xanın, Toxtamışın, Əmir Teymurun, Nadir şahın, Şah Abbasın, Qacarın rəssam tərəfindən işlənmiş qəzəbli rəsmləri ilə Nizami, Füzuli, Vaqif, Axundov və 1787-ci ildə çar Rusiyasından Quba xanlığını himayəyə götürməyi xahiş edən Fətəli xanın portretlərinin qarşılaşdırılması digər sənət sahələri kimi əyalət kinematoqrafının da güclü mərkəzə yarınmaq yolunda xalq yaddaşının əleyhinə getdiyini üzə çıxarmaqla rejissorun bədiioyun kinosunun qanunları ilə yaşadığını təsdiqləsə də o, arzusuna çata bilmir.
Davamı →

Azərbaycan kinosunun icmalı

Kinematoqrafiya – (yunan sözləri «kinema» – hərəkət və “qrafi” – yazmaq, təsvir etmək- sözlərinin birləşməsindən yaranıb, hərəkətdə olan təsvir deməkdir) XIX əsrdə Fransada meydana çıxmışdır. 1895-ci il dekabrın 28-də Lui və Ogüst Lümyer qardaşları Parisin Kaputsino bulvarındakı “Qrand-Kafe”də özlərinin ixtira etdikləri aparatla çəkdikləri kiçik süjetlərin nümayişini keçirirlər. Elə həmin tarix də dünya kinosunun ad günü hesab olunur.

Davamı →

Niyazi Bədəlov

Azərbaycan kinematoqrafiyası tarixində parlaq iz qoyan görkəmli sənətkarlardan biri də sənədli filmlər ustası, kinorejissor Niyazi Bədəlov olub.

Niyazi Mustafa oğlu Bədəlov 10 iyul 1909-cu ildə Şəkidə dünyaya göz açıb. 1927-ci ildə Şəkidə “Yeni yol” kinoteatrında kinomexanik köməkçisi işinə qəbul edilir. Kino dünyasına bağlanan gənc 1931-1936-cı illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsində təhsil alır. Burada görkəmli sənətkar S.Eyzenşteyndən rejissorluq sənətinin sirlərini öyrənir.

Bakıya döndükdən sonra “Azərbaycanfilm” kinostudiyasında işə düzəlir və ilk işlərini — “Komsomol nəsli” və “Azərbaycan aşıqları” (1938) sənədli filmlərini ərsəyə gətirir. Sonra görkəmli rejissor H.Seyidzadə ilə birgə “Ayna” adlı bədii filmin çəkilişlərinə başlasalar da, iş yarıda dayandırılır. Ancaq o, çəkilmiş materiallardan istifadə edərək 1942-ci ildə “Sovqat” adlı qısametrajlı bədii filmini hazırlayır. Film II Dünya müharibəsinin qızğın çağlarında arxa və ön cəbhədə nümayiş olunur, döyüşçülərdə yüksək əhval-ruhiyyə yaradır.
Davamı →

Lütfəli Abdullayev

Həyat belədir də, bir göz qırpımı kimi. Xoş o insanın halına ki, yarım əsr yaşaya, bir əsr tamam olanda isə onun haqqında yazıla, danışıla və yubileyi qeyd oluna.Lutfəli Abdullayev

Bu günlərdə onun 100 yaşı qeyd olunur.

Sənətə 14 yaşında gəlib, tez-tez səhnələrə çıxıb. 42 yaşında evlənib. 59 yaşında isə həyata əlvida deyib.

Dahi Üzeyir bəy “Arşın mal alan” filminin çəkilişləri üçün aktyor truppasını yığanda iki obraza sınaq üçün heç kimin dəvət olunmasına icazə verməyib. “Gülçöhrə obrazını Leyla Bədirbəyli, Vəli rolunu Lütfəli Abdullayev oynayacaq” deyib.

Hə, söhbət Lütfəli Abdullayevdən gedir.

“Neynəsin yazıq, yetim oğlandır”
Yetim deyildi Lütfəli Abdullayev, bu ifadə onun obrazının dilindəndir sadəcə, “Əhməd haradadır?” filmindən.

Lütfəli Abdullayev 1914-cü il martın 22-də Şəki yaxınlığındakı Nuxa şəhərində Əmir kişinin ailəsində dünyaya gəlib. Əmir kişi ticarət adamı idi, İrandan bura, burdan da İrana mal aparıb-gətirərmiş, xüsusən də xalça-palaz. Anası evdar qadın olub. Ailədə 3 qardaş, 3 bacı idilər.
Ardı →

Səhnəmizin əfsanəvi Məcnunu

Huseynqulu Sarabski1908-cı ildə ilk operamız “Leyli və Məcnun” səhnəyə qoyulmuş, Məcnun rolunu da Hüseynqulu Sarabski oynamışdı.

Ömrünün sonuna qədər 400 dəfə Məcnun rolu oynamışdır. Sarabskini indiki aktyorlardan fərqləndirən böyük istedadı deyildi, eyni zamanda əsərlər yazması idi. İnqilabdan qabaq yazdığı dramlar səhnəyə qoyulmuşdu.

 1938-ci ildə yazdığı “Köhnə Bakı” kitabı xüsusilə seçilir. Bu kitabda yüz il əvvəlki Bakının məişəti, adətləri, küçə həyatı haqda qiymətli məlumatlar var. Bütün gücünü Azərbaycanda teatrın inkişafına həsr etmiş bu insanın həyat xatirələri «Köhnə Bakı» kitabında çox gözəl şəkildə əks olunub. Hüseynqulu Sarabski teatra çətin bir dönəmdə gəlmişdi. Teatrı "şeytan əməli", aktyorluğu isə «kişiyə yaraşmaz peşə» hesab edənlərlə daim mübarizə aparırdı.

İlk dəfə 1902-ci ildə N.Nərimanovun «Dilin bəlası» pyesində Rəsul rolunda çıxan Hüseynqulu sonralar teatr səhnəsində M.F.Axundovun, N.Vəzirovun, Ə.Haqverdiyevin dram əsərlərində bir sıra müxtəlif xarakterli rollar oynayır.
Ardı →

Otel otağı

“Azərbaycanfilm” kinostudiyasının istehsalı olan “Otel otağı” filmi 1998-ci ildə Rasim Ocaqovun rejissorluğu ilə çəkilmişdir. Dram janrının gözəl nümunələrindən olan filmin senari müəllifi, yazıçı Anar Rzayev, əsas rolların ifaçısı isə Fəxrəddin Manafov (Kərim), Rasim Balayev (Sədyar), Muxtar Maniyev (Çopur Cabbar ) idi.

Film qırmızı terrordan bu günümüzə qədər Azərbaycan ziyalılarının başına gətirilən müsibətlər, onların cəmiyyətdə gedən ictimai siyasi proseslərin xaosunda fiziki və mənəvi təzyiqlərə məruz qalmalarından, satqın, yaltaq, simasını şəraitdən asılı olaraq dəyişdirə bilən insanlardan bəhs edir. Filmdə Kərim baş verən haqsızlıqlara, göstərilən təzyiqlərə qarşı ancaq susa bilir. Sovet İttifaqının son günlərini yaşadığı dövrlərdə o da atası kimi apardığı etnik araşdırmalara və xalqın mənsubluğunu sübutlarla təstiqlədiyi halda buna qarşı çıxılır və təzyiqlərə məruz qalır. Əlbəttə o dövrdə türkçülük tarixini sovetlərə qəbul etdirmək mümkünsüz idi. Kommunizm ideologiyası altında “birləşmiş” xalqa isə hansı kökə mənsub olduğunu bilmək o qədər də vacib deyildi.

Dövrünün Çopur Cabbar obrazı altında ümumiləşmiş “ziyalıları”, şəxsi imkan və rahatlıqlarını pozmamaq üçün vicdanlarını boğaraq yaltaqlıq və ikiüzlülüklə özlərini siğortalayırdılar. Sovet dövründə türk əsilli olduğumuzu irəli sürənləri vətən xaini olaraq ifşa etməyi ilə fəxr edən Çopur Cabbar sistem dağıldıqdan sonra əsl türk aşiqi olur. Lakin üzü nə qədər dəyişirsə dəyişsin ucuz mənəviyyatı, çürük xisləti onu tanıyanlara bəllidir.

Əslində bu film öz reallığını hələ də qoruyur. SSRİ-nin dağılmasına, müstəqil olmağımıza baxmayaraq, hələ də bu ölkənin ziyalılar sırasında çopur cabbarlar çoxdur. Doğrudur mənəviyyatlı, vicdanlı savadlı əsl ziyalılar da var, amma onlar sırf yaltaqlığı, ikiüzlüyü bacarmadıqları üçün cəmiyyətdə layiq olduqları yeri tuta bilmirlər. Kərim bəy, əməyinin layiqli qiymətləndirilməməsi, imkansızlıq və ailəsi üçün daha yaxşı şərait yaratmaq üçün qardaş ölkəyə üz tutur. Lakin burada da xəyal qırıqlığına uğrayır.

Ümidini itirməyən Kərim işləri yoluna qoymaq üçün bir müddət də Türkiyədə qalmaq qərarına gəlir. Gecə qalmaq üçün büdcəsinə uyğun yer axtaran Kərim nəhayət ucuz bir otel tapır. Həyatının bu dörd divar arasında sonlanacağından xəbərsiz Kərim bir gün üçün olduqca şəraitsiz və kiçik otaqda qalmağa razı olur. Əslində filmdə elə ən əsas vacib mesaj bu otel otağı ilə verilir. Kərimin gecələmək üçün qaldığı şəraitsiz, dar, sınıq-salxaq otaq elə Kərim obrazı altında ümumiləşmiş Azərbaycanın vicdanlı, savadlı ziyalılarının həyatını, taleyini əks etdirir. Onlarla acınacaqlı şəraitdə təzyiqlərə, həqarətə məruz qalan vicdanlı insanların həyatları da elə bu otel otağı kimi sınıq salxaq və acınacaqlı vəziyyətdə keçir.

Kərimin otaqda qalmasına mane olmağa çalişan yaşlı otel sakini isə həmin ziyalıların həyatlarında ola biləcək digər seçimi göstərir. Onlar da daha rahat və yaxşı şəraitdə yaşaya bilərdilər. Bu seçim həmin ziyalıların həyatı boyu mövcud olan fürsətidir. Lakin onlar rahatlığı yox, xalq üçün çalışmağı, çətin də olsa vicdanla yaşayıb savadlı bir gələcək üçün mübarizəni seçirlər. Elə Kərimin otaqda qalmaqda israr etməsi kimi.

Yataqda planlarını quran Kərim bir anda tutan ürək sancıları ilə xəyallarından ayrılır. Son nəfəsində belə öz ailəsi, qızının gələcəyi haqda düşünür, heyfslənir. Həyatının ən ağrılı dəqiqələrini yaşayan Kərim çarəsiz halda Allaha dua edir, ondan kömək istəyir. Amma hədər yerə...
İstanbul onun üçün böyük ümidlər demək idi, amma o ümidlər onunla bərabər o yataqdaca ölür. Kərimin son dəqiqələrinə şahid olan dar otağın köhnə şkafının içindəki paltarlar o otaqda həyatı sonlanan insanlara aid idi. Elə Kərim kimi, həyatı çəkdiyi bu qədər zəhmətdən sonra acınacaqlı halda sonlanan insanlardan qalan bir neçə dəst paltar…

Yazar: Pənah Azər
Davamı →

Tamara Yandiyeva kimdir?

İnquşetiyalı gözəl Tamara Yandiyevanın adı çoxuna tanış gəlməsə də, simasını Azərbaycanda hər kəs tanıyır. «Babək» (1979 –cu il, rejissor Eldar Quliyev) filmində Pərvin, «Mən qayıdacağam» (1980-ci il, rejissor Kamil Rustəmbəyov) filmində Şahnaz obrazlarını canlandıran Tamara xanım kino tariximizdə yadda qalan simalardandır.  Aktrisa hazırda Moskvada yaşıyır.

Tamara Yandiyeva Rusiyanın, Çeçen-İnquşetiya, Şimali Osetiya və Abxaziyanın  Əməkdar artistidir. Moskvada İnquşetiya təmsilçiliyi ilə mədəniyyət mərkəzində işləyirdi. Gözəl aktrisa, cəkilmiş olduğu 18-də filmdən 16-da baş rolun ifacısı olmuşdur. O, həm də xalq mahnılarının gözəl ifaçısı və  müəllif kimi də tanınmışdır. Onun zərif, cazibədar səsinə tamaşaçılar laqeyd qala bilmirdi. Müğənni “Loam” (Лоам) qrupu ilə birlikdə Moskvada, İnquşetiya, yaxın və uzaq xaricdə çoxlu konsertlər vermişdir.


Ardı →

Almaz Əsgərova

Almaz Əsgərova1949-cu ildə köhnə Bakının sıx məhəllələrindən birində, hələ sakinlərin bir-birinin sevincinə sevinən, kədərinə biganə qalmayan gözəl vaxtında bir qız dünyaya gəldi. Adını Almaz qoydular, Almaz Əsgərova. Yəqin bu ad sizə heç nə demədi. Elə isə bir nağıl danışacam. 

Biri vardı, biri yox idu, Bakının yüzlərlə, minlərlə gözəlləri arasında bir qız da vardı. Bu qız istər zahiri görkəminə, istərsə də təbiətinə görə bütün başqa qızlardan fərqlənirdi. Həm də çox istedadlı idi. Bu istedad onu Ə. Əzimzadə adına rəssamlıq məktəbinə gətirdi. Gözəl rəsmlər çəkirdi, müəllimləri onun böyük rəssam olacağına şübhə etmirdilər.
Ardı →

"Yol Əhvalatı" filmi

Filmdən bu sitatlar dillərə düşüb:
“götürək elə bu bacım oğlu Makintoju, yüz dəfə demişəm ki, əl çək bu xırda-xuruş alverdən. Gətirib fransuzki qalstuku ərəbski adı ilə sırıyıb mənə. Qızım deyir ki, ata, bunun yarlığı əllə tikilib. Okazıvaetsa bu heç fransuski də deyil, nə bilim nə zibilskidi. Yalansa, fransuzki ilan vursun dilindən”.

“pereriv, pereriv”Yol əhvalatı filmi

“camaat şir-pələng saxlayır, bu nədi ə...”

“dəymə, atamın yadigarıdır”.

“əşşi.., toyuqsan, gir hinivə də”

“qaynanam üçün kalqotka almalı idim...

— onda gərək bir tin o yanda düşəydin...”

“tezik ayağını qaldırıb...”

“sən öləsən, bu rəhmətliklər yığıb məni boğaza”. 

“proizvotstvenni travma” almışam axı”

Bəlkə yenə var, amma yadıma düşən bunlar oldu. 

“Yol əhvalatı” kino komediyası 1980-ci ilin filmidir. 
Ardı →