Рейтинг
+10.70

Azərbaycan kinosu

30 üzv, 83 topik

Baxmaqdan doymadığımız filmlərdən sitatlar

«Bəyin oğurlanması»Azərbaycan filmləri
-Görəsən monqol turistləri monqol dublyonkalarını buradan niyə alırlar?
-Sənə əjdaha lazımdır? Yox, mənim nəyimə lazımdır? Heç mənə də lazım deyil.
-Əşi nə fərqi var səs hardan gəlir, burdan eşit, burdan da oyna da.
-Bu kino ki var, çox qəliz məsələdir, həm qəlizdir həm də ki, vacib.

-Ay yoldaş, bir az sakit olar? 
-Olar, niyə olmur? 

-Nananay nay nay nananay nay -evdə uşaqlar da deyir ki, atamız işə gedib

  — Ay kişi istəmirsən səni- ucqar bir kənd sakinini uzaq Liviya səhrasında görsünlər?
— Yox
— Düz deyirsən, səni elə görməsələr yaxşıdır. 


Ardı →

Ceyhun Mirzəyev

Ogey anaHəyat yenə öz sərt üzünü göstərmişdi. Bir uşağın yaşaya biləcəyi ən böyük dərdi yaşatmışdı. Yetim qalmışdı İsmayıl. İsti ana qucağına, ana nəvazişinə ehtiyac duyduğu yaşda...
Amma bu balaca oğlan həyatın bu sərtliyinə yenilmir. Ögey ananın doğmalığını qəbul etməklə, qalib gəlir. Bu, İsmayılın yetimliyə qarşı bir fəryadı olur.
İllər ötür. Balaca İsmayıl böyüyür. Bölük komandiri İsmayıl Hüseynova çevrilir. Torpaqlarımızın erməni işğalçılarından azad olunması uğrunda mərdliklə vuruşur, əsir düşür. Bu isə İsmayılın düşmənlərə, haqsızlıqlara qarşı bir fəryadı olur...

Əslində onun bütün həyatı mübarizələrlə keçir. Hələ uşaq yaşlarından başlayaraq. Əvvəl həyat mübarizəsi, sonra sənət, ən sonda isə yaşam… O, bircə sonuncu mübarizəsindən qalib çıxa bilmir. Vaxtsız ölümə uduzur. 
Elə onu Azərbaycan xalqına Ceyhun Mirzəyev olaraq tanıdıb sevdirən də məhz bu mübarizələr olur. Əvvəl balaca İsmayılın həyatın sərt üzünə-yetimliyə qarşı mübarizəsi, illər sonra isə doğma torpaqlarını viran qoya düşmənlərinə qarşı fəryadı.
Hər iki obraz əslində Ceyhun Mirzəyevin özü idi. Yaşantıları, həyatı idi… Ceyhun da balaca İsmayılın taleyinə bənzər bir tale yaşamışdı. Hər iki uşağın həyatında xeyli oxşar cəhətlər vardı. Birinci növbədə elə yetimlik...

Ardı →

"Bəxt üzüyü" filmi

Vaqif Səmədoğlunun eyniadlı pyesi əsasında çəkilmiş «Bəxt üzüyü» filmi 1991-ci ildə çəkilmişdir. Çoxlarının qınadığı sadə süjet xəttinə malik filmin uğuru obrazların dəqiq xarakterizə olunmasındadır. Filmdəki hadisələr natural fonda, sərbəst formada, səmimi və təbii ifa maneralarına əsasən canlandırılır. Hadisələrin tamaşaçı ilə sanki həmsöhbətmiş kimi, sadə insanların özlərinə məxsus psixologiyası, dili ilə şərh olunması onların dünyaya olan baxış tərzini məzhəkədən kənar səmimi qəbul etməmizə imkan yaradır.
Günün reallıqları, insanların anormal sosial durumu sivil dünyadakı qeyri-bərabərsizlik filmin qəhrəmanlarının həyat şəraitinin əsasını təşkil edir. Filmdə anlaşılmaz insan xislətinin dərinliyində yatan iblis xislətinə xəfifcə istehza, müdrik bir qınaq da var. İnsanların bir-birinə biganəliyi, XX əsrdə belə mövcud olan mövhumatçılığı (Söylünün yaxasından dua asması), savadsızlığı (Moşunun xoşbəxtlik sözünə günlərlə qafiyə axtarması), çağdaş həyat tərzini tənəzzülə aparan amil kimi filmdə tənqid atəşinə tutulur.


Ardı →

Həsən Seyidbəyli

Ssenarist, rejissor, yazıçı, əməkdar incəsənət xadimi, xalq artisti Həsən Seyidbəyli. Uzun illər Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin sədri olmuş bu unudulmaz şəxsiyyət haqqında düşünəndə onun genişşaxəli yaradıcılıq yolu göz önündə canlanır. Kinorejissor kimi də, yazıçı kimi də çox uğurlara imza atmış, nailiyyətlər qazanmış Həsən Seyidbəylinin mənəvi dünyamızın formalaşmasında böyük xidmətləri var. O, nəinki Azərbaycan, hətta sovet kinosunun aparıcı rejissorlarından və ədəbiyyatımızın görkəmli nümayəndələrindən biri olub. Onun hər iki sahədəki yaradıcılığını araşdırarkən heyrətlənməyə bilmirsən. Elə mövzulara toxunub, elə bəşəri ideyalara söykənib ki, həmişəyaşardır, həmişə seviləndir.


Ardı →

Uşaq dünyası haqqında filmlər

Dünya kinosunun təşəkkül tarixi ilə üst-üstə düşən Azərbaycan kinematoqrafiyasında uşaq filmlərinin xüsusi yeri var. Bu filmlərdən “Asif, Vasif, Ağasif”, “Qaraca qız”, “Mən mahnı qoşuram”, “Qərib cinlər diyarında”, “Şərikli çörək”, “Ögey ana”, “Skripkanın sərgüzəştləri”, “Bir qalanın sirri”, “Sehrli xalat” və sairlərinin adlarını çəkmək olar.
Bu gün də geniş tamaşaçı auditoriyası tərəfindən sevilə-sevilə baxılan bu filmlərin ictimai məzmun və əhəmiyyəti, mənəvi-tərbiyəvi rolu böyükdür.


Kinorejissor Həbib İsmayılovun “Ögey ana” filminin qəhrəmanı dəcəl İsmayılın (Ceyhun Mirzəyev) personajı ərköyün uşaqlığın mənəviyyatında və zəkasında kök salmış xudbinliyin, tənbəlliyin müsbət keyfiyyətlərlə necə əvəzləndiyini nümayiş etdirir. Nəticədə İsmayıl obrazı uşaqlar üçün mənəvi tərbiyə örnəyinə, mərd, daim yaxşı mənada yaşıdları arasında fərqlənməyə can atan uşaq simvoluna çevrilir.


Ardı →

Azərbaycan kinosunun qaraçısı

Azərbaycan tamaşaçılarının uzun illərdir sevə-sevə baxdığı bir sıra milli filmlərin əsas obrazlarını əcnəbi aktyor və aktrisalar canlandırıblar. Bəzilərimiz onları filmdəki qəhrəmanların adı ilə tanıyırıq, gerçəkdə isə kim olmalarından xəbərsizik. Hətta həmin aktyor və ya aktrisanı azərbaycanlı hesab edənlər də az deyil.
“Azərbaycan kinosunun əcnəbi qəhrəmanları” adlı rubrikasında oxuculara milli filmlərimizdə əsas rolların ifaçıları olmuş xarici aktyor və aktrisalar haqqında məlumatın təqdimatına davam edir.
1966-cı ildə «Azərbaycanfilm” Kinostudiyasında istehsal olunmuş “Qaraca qız” bədii filmini, yəqin ki, yaxşı xatırlayırsınız. Yazıçı Süleyman Sani Axundovun əsəri əsasında ekranlaşdılrılan bu filmdə bir neçə əcnəbi aktyor yer alıb.
Onlardan biri də filmdə qaraçı Yusif rolunun ifaçısıdır. Bu aktyorun özü də elə qaraçıdır. Söhbət Oleq Xabalovdan gedir.
Ardı →

Ekrandan həyata köçən replikalar

Azərbaycan kinosu Azərbaycan tamaşaçısına yüzlərlə replika bəxş edib. Bu replikalar gündəlik həyatda demək olar ki, hər gün işlənir. Onların tam olmayan siyahısını oxuculara təqdim edirik:kino

— Pencəyimiz yox, zato, çörəyimiz, yağımız, qəndimiz var. (“Bizim Cəbiş müəllim”)

— Hamı kənara çəkilsin, kadrda bircə Nəbi dayı ilə inək qalsın (“Kişi sözü”) 

— Murada noolub? (“Uşaqlığın son gecəsi”)

— Sovet sənayesi nə istehsal edirsə, onu içirəm. (“Uşaqlığın son gecəsi”) 

— Pah atonnan, kolxozçu da deputat kimi danışır. (“Əhməd haradadır?”)
Ardı →

Kommersiya-komediya filmləri

Sosializm rejiminin maraqlı tapıntılarından biri də ŞHK — Şən və Hazırcavablar Klubu idi. Ali təhsil məktəblərinin tələbələrindən və əksəriyyəti oğlanlardan ibarət olan bir qrup gənc komandalarda birləşərək bir-biri ilə hazırcavablıqda yarışır. Eyni zamanda rəqs edir, xalq arasında məşhurlaşmış mahnıların sözlərini dəyişərək yeni variantda oxuyurlar.
Daha çox 70-ci illərdə populyarlaşmağa başlayan bu janrın nümayəndələri — ŞHK-çılar səhnədən, heç kimin xətrinə dəymədən küçədə, qonşuda, oxuduqları, işlədikləri müəssisələrdə rastlaşdıqları nöqsanları da yüngül yumorla cəmiyyətin diqqətinə çatdırırdılar. Deyilənə görə, hətta idarə rəhbərləri, institut müəllimləri, xüsusilə də aşkarlıq illərində onların dilinə düşməkdən bərk qorxurlarmış.
Bütün sosialist ölkələrində olduğu kimi, Azərbaycanda da belə bir klub yaradılmışdı. Əsası hazırda Moskvada yaşayan keçmiş bakılı rejissor Yuli Qusman tərəfindən qoyulmuş «Bakılı oğlanlar» («Parni iz Baku») Şən və Hazırcavablar komandası dəfələrlə Moskva festivallarında qalib gəlmişdi. Amma… Məqsədimiz ŞHK-nın tarixini danışmaq deyil.


Ardı →

Kinomuz, musiqimiz

Musiqi filmin ən mühüm komponentlərindən biridir. Personajların, hadisələrin zaman və məkan xüsusiyyətlərini səciyyələndirmək, əsərin ideyasını ifadə etmək kimi funksiyaları yerinə yetirir. Musiqiyə tələbat kinonun yarandığı ilk illərdə meydana gəlmişdir. Səsyazan aparatların yaranması ilə əlaqədar 20-ci illərin sonu — 30-cu illərin əvvəllərində film daimi fonoqram texnologiyasını əldə etdi. Kinoda musiqi filmin strukturunun ayrılmaz hissəsinə çevrildi.
1916-cı ildə istehsal olunmuş «Arşın mal alan» kinokomediyası 1917-ci il yanvar ayından kinoteatrlarda göstərilərkən instrumental üçlük filmdəki hadisələri musiqi ilə müşayiət edirdi. Ölkəmizdə ilk dəfə milli kino musiqisi dahi bəstəkar Ü.Hacıbəyovun eyniadlı əsərindən istifadə edilmişdir.


Ardı →

Rasim Ocaqov

Rasim Ocaqov 1933-cü il noyabr ayının 22-də Şəki şəhərində anadan olub. 1951-1956-cı illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda kinooperatorluq fakültəsində təhsil aldıqdan sonra kinoya olan sevgisini yaradacağı ekran əsərlərində sübut etmək üçün vətənə qayıdır.
Kinooperator kimi fəaliyyətə başlayan Rasim Ocaqov, sonralar M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsində də oxuyaraq kino təhsilini tamamlayır. O, 1956-cı ildən “Azərbaycanfilm” kinostudiyasında quruluşçu operator (“Sən niyə susursan”, “Skripkanın qayıtması”, “Onun böyük ürəyi” və s.), 1973-cü ildən etibarən isə quruluşçu rejissor (“İstintaq”, “Ad günü”, “Ölsəm, bağışla”, “Qatır Məmməd”, “Tütək səsi” və. s.) kimi Azərbaycan kinosunda zəngin yaradıcılıq fəaliyyəti göstərib. Rasim Ocaqovun filmoqrafiyasına (sənədli və bədii janrda) 70-ə yaxın ekran əsəri daxildir.


Davamı →