Рейтинг
+48.38

Azərbaycan dili

42 üzv, 149 topik

Eynicinsli qoşasamitli sözlər

Qoşasamitli sözlərin yazılışı və tələffüzü
Qoşasamitli sözlər iki növə bölünür:1) Eynicinsli qoşasamitli sözlər. 2) Müxtəlifcinsli qoşasamitli sözlər.
Eynicinsli qoşasamitli sözlər özləri də iki qrupa bölünür: kar samitlərin qoşalığı və cingiltili samitlərin qoşalığı.
Kar samitlərdən qoşa kk, pp və tt samitləri ilə yazılan sözlərdə ikinci kar samit onun cingiltili qarşılığı kimi tələffüz olunur. Məs:hətta [hətda], əlbəttə [əlbətdə], guppultu [gupbultu] və s.
Kar samitlərdən qoşa ff, ss samitlərinin işləndiyi sözlərdə tələffüzdə heç bir fərq yaranmır. Məs: tələffüz [tələffüz].
Qoşa qq samitləri ilə yazılan sözlərdə birincisi kar qarşılığı kimi tələffüz olunur.


Ardı →

Sonu samitlə bitən sözlər

Sonu qoşa samitlə bitən təkhecali sözlər
Dilimizdə bəzi təkhecalı sözlər var ki, sonu iki samitlə bitir.
Belə sozlər iki növə bölünür: 1.Eynicinsli qoşasamitli təkhecalı sözlər. 2.Müxtəlifcinsli qoşasamitli təkhecalı sözlər.
Eynicinsli qoşasamitli təkhecalı sözlər əsasən ərəb mənşəli sözlərdir. Məs: haqq, sirr, sədd, fənn, xətt, hədd, zidd, həzz, həll, rədd, hiss, küll və s. Belə sözlərə samitlə başlayan şəkilçi qoşulduqda son samit düşür. Məs: hədsiz, haqlı, sirli və s.


Ardı →

Samitlər

Səs tellərinin iştirakına görə samit səslər iki növə bölünür: kar, cingiltili.
1) Kar samitlərin yaranmasında səs telləri iştirak etmir və ona görə də təkcə küydən ibarət olur.
Dilimizdə 11 kar samit var: [ç], [f], [h], [x], [k], [p], [s], [ş], [t], [k`], [x`]. Son iki səsin hərfi işarəsi yoxdur.
2) Cingiltili samitlərin yaranmasında səs telləri iştirak etdiyi üçün küylə yanaşı avaz da olur.
Cingiltili saitlərin sayı 14-dür: [b], [j], [d], [g], [ğ], [c], [q], [l], [m], [n], [r], [v], [y], [z].


Ardı →

Bəzi sait səslərin tələffüzü

Uzun tələffüz olunan sait səslər.
Dilimizdə [ı], [ü] saitlərindən başqa bütün saitlər uzun tələffüz olunur.Uzun tələffüz olunan saitlərin iştirak etdiyi sözlər əsasən ərəb mənşəli sözlərdir. Uzun tələffüz olunan səslər sözün müxtəlif hecalarında ola bilər. Məs:Akif, xiyaban[a:]; elan, memar [e:]; mədə,tərif [ə:]; möcüzə, mötərizə [ö:]; musiqi, rütubət [u:]; zinət, vəsiqə [i:]. Bu halda həmin sözlərin səs və hərf tərkibində heç bir fərq yaranmır. [o] və [ö] saitlərinin uzun tələffüz olunmasında müəyyən fərq var. Belə ki, v və n samitləri tələffüzdə ixtisar olunur və həmin səslər uzun tələffüz olunur. Məs:dovşan, dovğa, sonra [o:]; lövhə, bənövşə [ö:]. Bu cür uzun tələffüz olunan sözlər deyilişi və yazılışı fərqli sözlər adlanır
Ardı →

Felin qrammatik məna növləri

Felin qrammatik məna növləri danışan şəxsin (iş görənin -subyektin) üzərində iş görülən əşya ilə (obyektlə) qarşılıqlı münasibətini bildirir. Burada subyektin məlum olub-olmaması, işin subyektin öz üzərində görülməsi və ya qarşılıqlı — birgə şəkildə yerinə yetirilməsi əsas götürülür. Bu baxımdan felin aşağıdakı qrammatik məna növləri var: məlum növ. qayıdış növ, qarşılıq — birgəlik növ, icbar növ, məchul növ, şəxssiz növ.
Ardı →

Felin quruluşca növləri

Fellər quruluşca üç növə bölünür: sadə, düzəltmə və mürəkkəb.
Sadə fellər bir kökdən ibarət olur. Məsələn: yaz (mışam), oxu (du), gəl(ir), qaç, get və s.
Düzəltmə fellər
Sözdüzəldici (leksik)şəkilçilərin köməyi ilə düzələn fellər düzəltmə fellər adlanır.
Düzəltmə fellər hansı nitq hissəsindən düzəlməsinə görə iki qrupa bölünür:
1. Başqa nitq hissələrindən (isim, sifət, say və s.) düzələn düzəltmə fellər.
2. Feldən düzələn düzəltmə fellər.
Davamı →

Dil və dilçilik.Azərbaycan dili

Dil haqqında


Dil çox-çox qədim zamanlarda toplu halında yaşayan insanların bir-birinə söz demək ehtiyacından, bir-biri ilə ünsiyyət saxlamaq zərurətindən ortaya çıxmışdır. Deməli, dil insanlar arasında ünsiyyət vasitəsidir. Dil ünsiyyət vasitəsi kimi yalnız müəyyən şəraitdə — insan cəmiyyətində yaranır və fəaliyyət göstərir. Buna görə də dil ictimai hadisə sayılır. Dilin varlığı üçün bəşər cəmiyyətinin olması mühüm şərtdir. Insan cəmiyyəti olmayan yerdə dil mövcud ola bilməz. Belə ki, yeni doğulan uşaq insanlarla ünsiyyət saxlamasa, yəni insan yaşamayan mühitdə böyüsə (və ya lal adamlar arasında tərbiyə olunsa), o danışa bilməz.


Ardı →

Feli bağlama

Feli bağlama həm felin, həm də zərfin xüsusiyyətlərini daşıyır. Cümlədəki əsas feli müxtəlif cəhətdən izah edir. Feli bağlama şəkilçiləri aşağıdakılardır:
1. -ıb4. Bu şəkilçi ilə düzələn feli bağlama bir neçə mənanı ifadə edir:
a) İş və hərəkətin əsas feldən əvvəl icra olunduğunu bildirir, nə zaman? sualına cavab olur. Məsələn: O, kənd orta məktəbini bitirib, təhsilini davam etdirmək üçün Bakıya getdi.
b) Cümlədə əsas feldəki hərəkətin icra tərzini bildirir və necə? nə cür? suallarına cavab olur. Məsələn: At ayaqlarını yerə döyüb kişnəyirdi.
c) Cümlədə əsas feldəki hərəkətin səbəbini bildirir və niyə? nə üçün? suallarına cavab olur. Məsələn: Uşaq atasını görüb ürəkləndi.


Ardı →

Feli sifət

Feli sifət həm felin, həm də sifətin əlamətini daşıyır. felı sifət şəkilçiləri aşağıdakılardır:
1. –an2 İkivariantlı bu şəkilçi vasitəsi ilə indiki zaman mənalı feli sifətlər düzəlir: qaç-an (at), açıl-an (səhər), gəl-ən (uşaqlar), gör-ül-ən (işlər). Fel kökü saitlə bitdikdə bitişdirici y samiti əlavə olunur: oxu-yan (şagird), mələ-yən (qıızıı) və s.
2. –mış2 Dördvariantlı bu şəkilçi ilə keçmiş zaman mənalı feli sifətlər düzəlir: yat-mış (körpə), dəril-miş (meyvə), yuyul-muş (paltar), bükül-müş (qəzet) və s.
3. Mənsubiyyət şəkilçisi ilə işlənən -dıq4 şəkilçisi vasitəsilə də keçmiş zaman mənalı feli sifətlər düzəlir: yaz-dığ-ım (mək-tub), çək-diy-in (şəkil), oxu-duğ-umuz (kitab), gör-düy-ü (iş) və s.
Davamı →

Məsdər

Felin təsriflənməyən formaları
Felin təsriflənməyən formaları felin əsas xüsusiyyətlərini (təsdiq və inkarda işlənmək, təsirli və təsirsiz olmaq, növ bildirmək və s.)daşısalar da, felin təsriflənən formalarından fərqli olaraq, şəxsə və kəmiyyətə görə dəyişmir. Felin təsriflənməyən formalarının təsriflənən formalarından daha bir fərqi fellə yanaşı, ikinci bir nitq hissəsinin də xüsusiyyətlərini daşımasıdır. Məsələn, məsdərdə həm felə, həm də ismə; feli sifətdə həm felə, həm də sifətə; feli bağlamada isə həm felə, həm də zərfə aid xüsusiyyətlər vardır. Felin təsriflənməyən formalarına məsdər, feli sifət və feli bağlama daxildir.

Məsdər
Məsdər həm felin,həm də isminxüsusiyyətlərini daşıyır. Məsdər felin kökünə və ya başlanğıc formasına –maq2 şəkilçisini artırmaqla düzəlir: yazmaq, yazılmaq, yazışmaq və s. Məsdərin felə aid xüsusiyyətləri aşağıdakılardır:
Ardı →