Evdə hazırlanan it və pişik yeməkləri

Soyuq havada sadəcə özümüzü deyil, küçədə qalan heyvanları da düşünməmiz lazımdır. Yayda qablara su doldurub küçələrə qoyurduzsa, indi də qablara yemək doldurb küçələrə qoyun.

Havalar soyumağa başlayanda “nə geyinək?, necə isinək?”, — deyə düşünməyə başlayırıq. Ancaq bayırda bizim köməyimizi gözləyən kiçik dostlarımız da var.

Əgər dükanlarda satılan it, pişik yeməklərinə verəcək pulunuz yoxdursa, evdə hazırlaya biləcəyiniz bu yeməklərlə onların qarnını doydura bilərsiz.

Makaron və ət suyu qarışımı
Duzsuz və yağsız hazırlayacağınız, ət suyunda bişirəcəyiniz makaron. Yarım kiloluq makaron 5-6 pişiyi, 2-3 iti doyuzdura bilər.

Çörək və sulu yeməklərin suyu
Çörəkləri tikələrə bölüb üzərinə ətli yemək suyu, ya da tərəvəz yeməyinin suyunu əlavə edin. Qatıq da əlavə edə bilərsiz.

Ton balığı və çörək
Əgər ton balığı varsa, çörəklə onu qarışdırıb heyvanlara verə bilərsiz. Ət suyu da əlavə edin. Bütün bu yeməkləri hazırlayarkən çox duzlu olmamasına çalışın.

Süd və çörək
Süd və çörəyi doğrayıb həm qarınlarını doyuzdura bilərsiz, həm də sağlıq baxımından immunitetlərini gücləndirmiş olarsız.

Tək servislik sosiska, ya kolbasa paketləri də vermək olar.

 

0 şərh