Heyvanlara münasibət

Dərin düşünən, mənəviyyatı zəngin insan Allahın yaratdığı hər canlıya sevgi və şəfqət hissi ilə yaxınlaşmalıdır. Gördüyü hər canlını Allahın yaratdığı və onun qarşısına çıxardığı bir möcüzə kimi qəbul etməlidir. Düşünməlidir ki, gördüyü varlıqlar ana təbiətin deyil, müqəddəs Yaradıcının əsərləridir və bu əsərləri təbiətin qanunları ilə deyil, müqəddəs Yaradıcının qanunları ilə qiymətləndirməlidir.

Ötən aylarda müxtəlif Tv kanallarda və sosial internet şəbəkələrində heyvana edilən vəhşilik nümunəsi ilə bağlı yayımlanan xəbərlər göstərdi ki, həqiqətən də cəmiyyətimiz mənəvi baxımdan tam inkişaf etməyib. Hər kəsə aid olmasa da, əksəriyyətin düşüncə sistemində natarazlıq vardır.


Davamı →

Pişiklər hansı rəngdə görürlər?

Pişiklərin nə qədər rəng gördüyünü və necə qəbul etdiyini başa düşmək üçün, elm adamları bəzi rənglərin, məsələn, qəhvəyi, narıncı kimi heç bir pişik deyil ki, nəticəyə gəldikləri üçün kifayət qədər uzun və ətraflı təcrübələr aparıblar. Qırmızı pişik obyektləri açıq rəngli, bəzən boz kimi işıqlı görünür, sarı ağ kimi qəbul edilir və mavi belə deyil, lakin bu rənglərin obyektlərini qırmızılardan fərqləndirə bilir.

Davamı →

Pişiklərin bığları kəsilsə gəzə bilməzlər?

Mif: "Əgər bir pişiyin bığlarını kəssən qətiliklə yeriyə bilməz. Çünki bığlar pişiyin tarazlığını təmin etməsi üçündür.

Reallıq: Pişiklərin bığlarının gəzməkləri və tarazlığı ilə birbaşa heç bir əlaqəsi yoxdur. Aparılan sınaqlar, pişiklərin bığları olmayanda da gəzə bildikərini göstərir.

Məlumat 1: Pişiklərin bığları (Latınca: vibrissae) onların gəzməklərinə aidiyyatı olmasa da, çox əhəmiyyətli vəzifələr yerinə yetirən orqanlardır. Ancaq bu vəzifələr arasında, mifin içərisində keçən «tarazlıq » deyilən birşey yoxdu. Pişiklərin tarazlığı, demək olar hər məməli kimi daxili qulaqda olan orqanlarla təmin edilir.
Davamı →

Pişik cinsləri

Bəlkə də çoxunuzun evində pişik var. Bəs onun hansı cinsdən olduğunu bilirsinizmi?

Abyssinian
Bir az inadkar xüsusiyyəti ilə tanınan bu pişiklər sahibinə qarşı olduqca nəzakətlidir. Qısa tükləri olan Abyssinian cinsli pişiklərin ovçuluq xüsusiyyəti var.

Davamı →

İt, yoxsa pişik?

Pişik saxlamaq istəyənlərlə it həvəskarları arasında hər zaman gizli mübarizə gedir sanki. Hərə öz seçimində haqlı olmağa çalışır. Lakin elm adamları heyvansevərlərə müjdə olan araşdırmanın nəticəsini təqdim edib. 600 universitet şagirdinin iştirak etdiyi araşdırmada it və pişik sevərlərin fərqli və ortaq xüsusiyyətləri ortaya qoyulub. 

Davamı →

Evdə pişik saxlamaq

Evdə pişik saxlamağın psixologiyamıza müsbət təsir etdiyi hamıya məlumdur. Belə ki, pişiyi olan insanlar digərlərinə nisbətən daha xoşbəxtdirlər. Amma bununla belə, bu kiçik dostlarımızı evdə saxlayarkən bəzi problemlər də qaçınılmazdır. Əgər siz də evdə pişik saxlayırsınızsa verəcəyimiz məsləhətlər işinizə yarayacaq.

Təmizliyi unutmayın
Evdə pişik saxlayırsınızsa daha çox təmizlik məsələsinə diqqət etməlisiniz. Çünki pişik olan ev tez-tez kirlənir və mikrobları özünə cəlb edir. Xüsusilə də, onların tükləri evin hər yerinə tökülür. Lakin bununla belə, gözünüz qorxmasın. Hər gün evinizi təmizləyib, tozsoranlayıb, silsəniz heç bir problem olmaz.
Davamı →

İnsanlara şəfa verən beş heyvan

Bioloqlar müəyyən ediblər ki, bəzi heyvanlar həqiqətən də insanları müalicə etməyə qadirdir. Şəfa verən beş heyvan sırasına at, pişik, it, ilan və arı daxildir. Tədqiqatçılar heyvanat aləminin bu nümayəndələrinin hansı sahədə daha bacarıqlı olduğunu aydınlaşdıra biliblər.

Məsələn, atlar dayaq-hərəkət aparatı xəstəliklərini müalicə edir, travma və yaralanmadan sonra bərpa prosesinə yardımçı olur. Atlar alkoqol və narkotik asılılığına qarşı mübarizə aparanlar üçün də ideal seçimdir.
Davamı →

Evdə hazırlanan it və pişik yeməkləri

Soyuq havada sadəcə özümüzü deyil, küçədə qalan heyvanları da düşünməmiz lazımdır. Yayda qablara su doldurub küçələrə qoyurduzsa, indi də qablara yemək doldurb küçələrə qoyun.

Havalar soyumağa başlayanda “nə geyinək?, necə isinək?”, — deyə düşünməyə başlayırıq. Ancaq bayırda bizim köməyimizi gözləyən kiçik dostlarımız da var.

Əgər dükanlarda satılan it, pişik yeməklərinə verəcək pulunuz yoxdursa, evdə hazırlaya biləcəyiniz bu yeməklərlə onların qarnını doydura bilərsiz.

Makaron və ət suyu qarışımı
Duzsuz və yağsız hazırlayacağınız, ət suyunda bişirəcəyiniz makaron. Yarım kiloluq makaron 5-6 pişiyi, 2-3 iti doyuzdura bilər.


Ardı →

Dördayaqlı həkimlər

Ev heyvanları arasında pişiylər sözsüz ki,ən sirli heyvanlardı.Məsələn,Yaponiyada əvvəllər evin girişində pişik fiqurları qoyardilar ki,evdən pis nəzərləri uzaq tutsunlar.Rusiyada yeni evə köçərkən ilk olaraq evə pişik buraxarmişlar.Bu evə sevinc və bərəkət gətirərmiş.Alimlərə məlumdur ki,istifadə etdiyimiz yod pişik sayəsində əldə olunub.1811-ci ildə fransız alimi Bernar Kurtua kimyəvi araşdırma apararkən sevimli pişiyi onun çiynində oturmuşdu.Küləyin anidən pəncərəni açmasından qorxan pişik stola atdanaraq orda olan maye dolu şüşələri dağıdır.Bu zaman şüşələrdə yodun tərkibini təşkil edən 2 maddə var idi.Dağılan maddələr reaksiyaya girərək çoxlu duman yaradır.Duman çəkildikdən sonra alim stolda qəhvəyi kristallar görür və bu kristallar sonradan YOD adini alır.
Ardı →