Рейтинг
+71.59

Bilirsinizmi?

94 üzv, 610 topik

Subayların eşitmək istəmədiyi 25 cümlə

Subaylıq sultanlıqdır bəli, amma bəzi sualları daimi eşitmək heç də əyləncəli deyil və sultanlara yaraşmır. Bu da subayların eşitmək istəmədiyi 25 cümlə:

Özünü tək hiss etmirsən?

Necə olur ki, subay qala bilirsən? Bravo!

Niyə heç vaxt evlənməmisən?

Toy nə vaxtdır?

Heç kimə ehtiyacın yoxdur?

Gecələr necə yatırsan?

Toyunda oynayaq da artıq!

Görəsən, təklikdən belə gərgin olmusan?

Övlad sahibi olmaq istəmirsən?
Ardı →

Dəniz suyunun bədənimizə faydaları

                      

Dəniz suyunun tərkibində 104 element və mineral var. Dərinin məsamələrindən nüfuz edən su bədən funksiyalarını tarazlayır.

Bu səbəbdən dənizə girmək bədən üçün çox faydalıdır. Dəniz suyu, yalnız bioloji xəstəliklərin deyil, eyni zamanda bir çox psixoloji xəstəliklərin də şəfası ola bilər.

Türkiyə mətbuatına istinadən verilən xəbərdə bildirilir ki, dəniz suyu sızanaqların təmizlənməsinə də kömək edir. Buna görə estetik və gözəllik mərkəzlərində dəniz suyundan istifadə edilir.


Ardı →

İnsanları ən çox maraqlandıran 20 sual

Dünyanın ən məşhur elmi dərgilərindən olan “BBC Focus” illərdir insanları ən çox maraqlandıran sualları müəyyən edib. Həmin 20 sualı və onların cavablarını təqdim edir:                      

1. OK (Yaxşı) nəyin qısaltmasıdır?
Bununla bağlı ən populyar ehtimal budur: “All Correct”in (hər yer yaxşıdır) qısaldılmış “Oll Korreckt” formasında səhv yazılmış olması və elə “OK” kimi də qalması.

2. Solaxaylar daha ağıllıdılar?
Bu vaxta qədərki elmi araşdırmalar solaxayların sağ əlini işlədənlərdən daha yaradıcı, ya da ağıllı olduqlarını göstərməyib.

3. Niyə qızdırmamız olanda üşüyürük?
Qızdırma bədənin öz termostatının hərarətini yüksəltməsi ilə yaranır. Ancaq insan tərləmədiyi, ya da qan təzyiqi qalxdığına görə üşüyür.


Ardı →

İnsan niyə əsnəyir?

Əsnəmə insana və bütün onurğalı heyvanlara xas olan bir refleksdir.
Həkimlərin müşahidələrinə görə, ilk dəfə insan ana bətnində olaraq təxminən 12-ci həftəsində əsnəyir.

Əsnəməni bir neçə səbəbi var
— Bizim orqanizmdə beyin oksigenin əsas istifadəçisidir. Oksigenin çatışmazlığı (məsələn, insan boğanaq otaqda olduqda) ilk növbədə beyinin fəaliyyətinə mənfi təsir edir. Bu zaman qoruyucu reaksiya işə salınır — insan qeyri-iradi olaraq əsnəyir və bu zaman orqanizm yığılmış karbon qazından azad olur və çatışmayan oksigeni alır.

Əsnəmə tək beynimizə yox, digər orqan və sistemlərə də müsbət təsir edir. Əsnəmə zamanı ağ ciyərlərimiz açılır və yaxşı ventulyasiya olunur, qan dövranı və mübadilə proseslər sürətlənir. Əsnəmə üz dərimiz üçün də xeyirlidir — bu həm dəri üçün gimnastik hərəkətdir, həm də dərinin oksigenlə zənginləşməsinə kömək edir. Nəticədə dərinin rəngi yaxşılaşır, xırda qırışlar açılır.

— Səhər oyandıqdan sonra əsnəmə orqanizmi aktivləşdirməyə, axşam saatlarında isə yorğunluqla mübarizə etməyə kömək edir.
Ardı →

S.O.S. necə yaranmışdır

              

Çox insanın dənizlər haqqında cəkilən filmlərdə gördüyü S.O.S siqnalı, gündəlik həyatda qarşımıza çıxmasa da bir çox adam tərəfindən bilinməkdədir.

S.O.S. beynəlxalq mors əlifbasında istifadə edilən, təcili vəziyyət siqnalıdır.

Samuel Morse tərəfindən 1835-ci ildə yaradılan mors əlifbası, teleqraf siqnalları ilə xəbərləşmə üçün istifadə edilən bir kod olaraq qısa müddət içərisində bütün dünyada istifadə edilmişdir. Zaman içərisində hər ölkə, mors əlifbası ilə xəbərləşərkən təcili vəziyyətlərdə istifadə edilməsi üçün özünə xas bir təcili vəziyyət kodu inkişaf etdirmişdir.


Ardı →

Milçəklərdən qurtulmağın təbii yolu

Yayın gəlişi ilə axşamlar həyətdə oturmağımıza imkan verməyən milçəklər də ortaya çıxdı. Milçəklərdən xilas olmaq üçün istifadə edilən məhsulların tərkibində cildə və təbiətə zərərli olan bəzi kimyəvi maddələr var. Bəs həm ucuz, həm də təbii bir məhsul hazırlamağa necə baxırsınız?

Ləvazimatlar: 
15-20 damcı lavanda yağı
3-4 xörək qaşığı vanil
Fincanın dörddə biri qədər təzə limon suyu
500 ml sprey şüşəsi

Hazırlanması:
Sprey şüşəsinə lavanda yağı, vanil və limon suyunu əlavə edin. Şüşənin geri qalan boş qismini su ilə doldurun, yaxşıca çalxalayın.

Hazırlanan bu məhsulu rahatlıqla açıq qalan nahiyələrinizə (əlinizə, qolunuza, ayaqlarınıza) sıxa bilərsiniz.

Əgər lavanda qoxusunu bəyənməsəniz, bunun yerinə limon otu yağından istifadə edə bilərsiniz.

Daha gözəl ətir üçün qarışıma bir neçə damcı sərinlədici nanə efir yağından əlavə etmək olar.

Hazırladı: Fərizə Əhmədova
Davamı →

Su nə rəngdir

Öyrəşilmiş  cavab suyun rəngi olmadığıdır; su "şəffaf"dır və dənizin mavi görünməsinin tək səbəbi səmanın dənizin üzərinə əks olunmasıdır. 

Səhv!
Su əslində mavidir.

Son dərəcə solğun bir tonudur, amma mavidir. Bunu təbiətdə, dərin bir dəliyə ya da donmuş bir şəlalənin qalın buzlarının içinə baxdığınızda görə bilərsiniz. Çox böyük və çox dərin bir hovuzu suyla doldurub içinə baxdığınızda, su mavi görünəcək. 

Səmadan əks olunan rəng qətiliklə əhəmiyyətli bir rol oynayar. Buludlu bir gündə dəniz tam olaraq mavi görünməz. Amma gördüyümüz işığın hamısı suyun səthindən əks olunmaz; bu işığın bir qisimi səthin altından gəlir. Su nə qədər bulanıksa, o qədər çox rəng əks etdirir. 

Dənizlər, göllər, çaylar və gölməçələr kimi böyük su kütlələrinə son dərəcə sıx bir şəkildə mikroskopik bitkilər, su yosunu və torpaqdaxildir. Bütün bu hissəciklər suyun səthinə geri dönən işığı əks paylayaraq gördüyümüz rənglərdə böyük sapmalara səbəb olarlar.


Davamı →

Bumeranq haqqında maraqlı faktlar

 İnsanoğlunun köhnə tarixlərdəki primitiv silahı Bumeranq

Bumeranqın tarixçəsi:
Ümumiyyətlə, bumeranq yalnız Avstraliya Yerliləri nə xas olduğuna inanılırsada, bu doğru deyil. Buna bənzər silahlar, son zamanlara qədər, cənub və şimal-qərb Hindistan Yerliləri və ABŞ-nin cənub-qərbində yaşayan Hopi Qırmızıdərililəri tərəfindən də istifadə edilirdi. Tarix əvvəli avropalıları və Köhnə Misirlilər də bumeranq istifadə edərdilər. Misirın daha sonrakı dövrlərində (E.Ə 1500 ətraflarında) Nil bataqlıqlarında bumeranglarla quş ovlamaq, Misir əsilzadələri tərəfindən sevilən və tutulan bir idman olmuşdur. Buna görə bumeranq atmanın, insanoğlunun ən köhnə idmanı olduğu qarşıya sürümüştür. Bumeranq, indiki vaxtda Avstraliya, ABŞ və bəzi ölkələrdə sporamacıyla istifadə edilməkdədir.

Bumeranq nədir?
Bumeranq deyilincə, atıldığında atana geri dönən qıvrım bir sopaya bənzəyən bir alət ağla gəlir, lakin əslində bumeranq geri dönən və dönməyən olmaq üzrə iki növü var. Ən çox bilinəni, yüngül taxta, plastik və ya bənzər başqa bir vəsaitdən xüsusi olaraq hazırlanmış olan geri-dönən bumeranq. Bunlar ənənəvi olaraq bir-birinə birləşdirilmiş iki qanaddan meydana gələn və banana bənzər bir şəklə sahib alətlər, ancaq indiki vaxtda üç ya da daha çox qanadlı, dəyişik şəkildə edilmiş bumeranglar da tapmaq mümkün. Doğru fırlatıldığında bumeranq havada dairəvi bir yol izləyərək atana geri dönər.


Ardı →

Sülh simvolu nəcə yaranıb



Bu gün sülh simvolu olaraq istifadə edilən işarə, əslində nüvə silahlanma etiraz kampaniyaları əsnasında yaranıb.

Sülh simvolu Gerard Holton tərəfindən inkişaf etdirilən işarə ilk dəfə 1958-ci ildə İngiltərədəki bir anti-nüvə yürüyüşü əsnasında istifadə edilib.


Ardı →

Bədənimiz haqqında maraqlı detallar

Bədənimizi nə qədər tanıyırıq? Bu da bədənimiz haqqında bilmədiyimiz maraqlı detallar…
Bədənimiz ilə əlaqədar edilən bəzi elmi araşdırmalar bədənimiz haqqında bu maraqlı detalları verir

* O qədər çox karbon daşıyarıq ki bunları bir yerə toplayıb istifadə etmək mümkün olsa; 9000 ədəd karandaş edə bilərik. 2200 kibritə çatacaq qədər fosforumuz, 250 qramdan çox sülfürümüz, bir qaşıq dolusu maqneziumumuz, 5 sm boyunda bir mismar edəcək qədər dəmirimiz vardır.                        

* Bədənimizdə 25 milyard oksigen alıcı qırmızı qan yumrularıdır. Bunları bir səth üzərinə yayacaq olsaq 2570 metr kvadrat bir sahəsni örtər. * Körpəykən 270dən çox sümüyümüz varkən, böyüdükcə bunların bəzisi bir-biriylə qaynaşaraq sonunda yalnız 206 sümüklə qalarıq.


Ardı →