AİLƏ HƏYATININ DÖVRLƏRİ. AİLƏ – NİKAH MÜNASİBƏTLƏRİNİ MÖHKƏMLƏNDİRƏN AMİLLƏR. AİLƏNİN QORUNMASININ MOTİVLƏRİ. MƏHƏBBƏT AILƏ MÜNASIBƏTLƏRININ ƏSASI KIMI.

1.            Ailənin inkişaf dövr anlayışı

2.            Ailə dövrlərinin təsnifat

3.            Gənc ailə

4.            Ailədə ilk övladın dünyaya gəlməsi

5.            Ailənin inkişafında normativ böhranlar

6.            Nikah ailə münasibətlərinin əsası kimi.

7.            Nikahın bağlanması motivləri.

8.            Ailənin möhkəmləndirilməsində rol oynuyan ailə-nikah münasibətlərinin səmərəliliyi artıran xarici və daxili amilli

9.            Məhəbbət haqqında anlayış.Məhəbbətin növləri.

10.        Məhəbbət hissinin azalması.

 

Dilimizdə hər bir yaş həddinin sosial-psixoloji çalarlarını dəqiq ifadə edən özünə məxsus sözlər çoxdur. Qız — nişanlı qız — gəlin — ana, oğlan – nişanlı oğlan — təzə bəy – ata. Bunlar mahiyyətcə müxtəlif rollardır, eyni bir adamın müxtəlif yolları. Onlardan hər birinin öz normaları, qaydaları, davranış və rəftar pərdəsi vardır. Bizim adət-ənənələrimizdə bu və digər yaş həddinin normalarıhətta geyim tərzi, bər-bəzək dəqiq nəzərə çarpır.

      Nikahaqədərki mərhələ. Gənclər tanışlıqlarının ilk günlərində  tez tez yeni filmlərə, tamaşalara baxır, kinolara gedir, birlikdə sevinib kədərlənirlər. Bu onların maraqlarını, zövqünü daha da yaxınlaşdırır. Qız nişanlı qıza, oğlan nişanlı oğlana çevrilməklə onun sadəcə adı yox, hüquq və vəzifələri də dəyişir, belə ki, ətrafdakı adamlar nişanlı oğlanı yaxud qızı qiymətləndirəndə bu cəhəti nəzərə alır, onlardan nəsə adi qızın və oğlanın hərəkətlərindən seçilən özünəməxsus davranış tərzi gözləyirlər. Bunlara nişanlı oğlanın və qızın davranış e t i k e t l ə r i deyilir.

     “ Nişanlı qız” sözünün öz evristik mənası vardır. Onun ünsiyyət sahəsi genişlənir, bir tərəfdən təzə qohumlar, gələcək qaynana, baldız, qaynata ilə, digər tərəfdən isə öz nişanlısı – gələcək həyat yoldaşı ilə çoxşaxəli münasibətlər şəbəkəsi yaradır. Oğlan və ya qız bu dövrdə — nişanlılıq dövründə özünün xoşbəxt günlərini yaşayırlar.

       Qız şərəfi və isməti kimi nəcib keyfiyyətlər nişanlı qızın mənəvi aləmini rövnəqləndirir.Bunlarsız saf məhəbbəti, təmiz və möhkəm ailəni təsəvvürə gətirmək qeyri-mümkündür. Nişanlı qızın paltara, bəzək düzəyə münasibətində də yeni cəhətlər meydana çıxır.

      Gənc ailə. Ailə həyatının ilk illəri gənc ər və arvadın bir  birinə uyğunlaşması dövrüdür.  Onlar əslində bir birinin xarakterini, zövqünü öyrənərək qaynayıb-qarışırlar.

         Hər  bir  gənc  ailə  özünün  hansısa  xüsusiyyəti  ilə  digər ailələrdən fərqlənir.  Bu xüsusiyyətlər təkcə təzəbəy və təzəgəlinin şəxsiyyəti, peşəsi, təhsili ilə tamamlanmır, buraya həm də qohum əqrabanın münasibəti, mənzil şəraiti, onların kiminlə birlikdə yaşaması, kimlərin əhatəsində olması da aiddir. Gənc ailələrin bir qismi oğlanın atasının evində yurd salır. Bir çox hallarda isə ata ana qabaqcadan oğulları üçün ev alır. Azərbaycanda gəlinin ər evinə köçməsi əzəldən bir adət ənənə olub.Gənc ailədə özünü göstərən çətinliklərdən biri də məişət məsələləri ilə bağlıdır. Ailə böyüdükcə onun məişət məsələləri də mürəkkəbləşir, bir çox yeni problemlər yaranır, daha doğrusu məişət problemləri gənc ailə üçün səciyyəvi deyil. Ailə həyatının hər bir mərhələsində özünə məxsus məişət problemləri ortaya çıxır.

       İlk övlad, ilk sevinc. Ər sevindiyindən çörək də yeyə bilmir. Ürəyindən bir nida qopur. Ata olacağam! Gənc ailənin əsl fərəhli günləri belə başlayır. Gələcək uşaq ailənin bütün həyatının affektiv mərkəzinə çevrilir. Hamı onun sağlamlığı haqqında düşünməli və qayğı göstərməlidir. Bunun üçün birinci növbədə ananın sağlamlığını qorumaq, onun üçün psixoloji baximdan ən əlverişli mənəvi şərait yaratmaq zəruridir. Ananın hisslər aləmi uşağın ana bətnindəki inkişafı prosesində bilavasitə əks olunur. Qadın məhz bu aylarda ər qayğısına çox həssas olur.

     Uşağın sağlamlığı ananın özündən asılıdır. O, körpə dünyaya gəlməmişdən onun sağlamlığı haqqında fikirləşməlidir.

      Sağlam həyat tərzi sağlam uşaq doğulmasının ən mühüm şərtidir. Bəzən ana-atalar özləri də bilmədən uşaqlarını ömürlük xəstəliyə düçar edirlər. Hamiləliyin xüsusən ilk aylarında spirtli içkilər içmək gələcək körpənin sağlamlığına pis təsir göstərir. Elm sübut etmişdir ki, alkoqol gələcək körpəni ana bətnində məhv etməyə qadirdir.

       Gələcək ana bu dövrdə tibbi psixoloji ədəbiyyat oxumalı, çağaya qulluq etmək qaydalarını öyrənməlidir.

      Gələcək uşaq haqqında söhbətlər ər arvadın söhbətində xüsusi yer tutur. Onlar fürsət düşən kimi uşaq üçün alınmış şeylərə baxır,səliqə ilə bir yerə yığır, körpə ilə bağlı qayğılardan saatlarla danışmaqdan doymurlar. Uşaq üçün yaxşı adlar fikirləşməyə başlayırlar.

        Kimi oğlan istəyir, kimi qız arzulayır. Atanın gözündə bir istək, ananın baxışlarında bir arzu qanad açır. Uşaq doğulandan  sonra oğlan və ya qız olmasına baxmayaraq ürəyin bir parçasına çevrilir. Ona canımızı verməyə hazır oluruq, onunla nəfəs alırıq. Dünyanın psixoloji mözücələrindən biri də görünür elə bundan ibarətdir.

        Uşağın doğulması ilə ailədə həyat tərzi köklü surətdə dəyişir, ailənin həyatında psixoloji problemlər daha mühüm rol oynamağa başlayır.

        Gənc analar bir çox hallarda çağanın əmizdirilməsini adiləşdirirlər, onun əhəmiyyətini düzgün qiymətləndirmirlər.  Halbuki çağanın əmizdirilməsi özünəməxsus mədəniyyət tələb edir və ana səriştəsi burdan başlayır.  Hər bir gənc ana hamiləlik dövründə özünü körpəni əzmizdirməyə hazırlanması qaydalarını öyrənməlidir.

        Uşağın sağlamlığı həm də müasir təbabətin tələbləri səviyyəsində ona qulluq edilməsi ailənin birinci dərəcəli vəzifəsidir. Gənc ana və atanın bütün qayğısı buna yönəlir və yönəlməlidir.

       Sosioloqlar müəyyən etmişdilər ki, müasir gənclər ailənin məişət çətinlikləri haqqında aydın təsəvvürə malik deyillər, onların bir çoxu uşaqları olacağını ağıllarına belə gətirmir, Rahat mənzillərdə yaşamış ata-ana nazı ilə böyümüş bu qızlar və oğlanlar ailə həyatının ilk illərində hər hansı bir çətinliklə rastlaşdıqda çox vaxt çaşır, özlərini itirirlər, hətta bəzən bu çətinliklərdən yaxa qutarmaq üçün boşanırlar, özlərini gülməli (əslində isə faciəli) vəziyyətə salırlar, cürbəcür bəhanələrlə öz əməllərinə haqq qazandırmağa çalışırlar. Əslində ailənin məişət problemləri təzə bəy və təzə gəlin üçün imtahandır, gənc ailələrin çoxu nə qədər təəccüblü olsa da bu imtahandan çıxa bilmirlər.

       Psixoloqlar maraqlı bir eksperiment aparmışlar. Məktəbəqədər yaşlı uşaqlara iki planşet və müxtəlif şəkillər vermişlər. Planşetin birini ananın o birini isə atanın planşeti adlandırmışlar. Şəkillərdə isə müxtəlif əşyalar təsvir edilirdi. Onların bir qismində ancaq kişi və qadınlar üçün nəzərdə tutulan şeylər (qadın koftası, kişi köynəyi və s.) digərlərində isə hər iki cinsin işlədə biləcəyi əşyalar (televizor, kitab,divan və s.) təsvir olunmuşdur. Eksperimentin şərtinə görə uşaqlar şəkillərə bir-bir baxıb, anaya münasib saydıqlarını “ananın planşetinə”, ataya uyğun olanları isə “atanın planşetinə” yapışdırmalı idilər.

       Uşaqlar tapşırığı yerinə yetirəndə qəribə mənzərə alındı. Ancaq kişilər və qadınlar üçün olan şeyləri bir-birindən fərqləndirdilər. İkinci qism şəkillərə gəldikdə isə uşaqlar onları aşağıdakı kimi iki yerə ayırdılar. Məişət əşyalarını (tozsoran,ütü və s.) bir qayda olaraq anaya, istirahət üçün olan əşyaları (televizor,kitab,divan) isə ataya aid etdilər.

      Maraqlı suallar ortaya çıxdı: Uşaqlar nə üçün bölgünü belə etdilər?

      Bunları aydınlaşdırmaq üçün eksperimentin şərtini dəyişdilər. Ana və atanı uşaqlara yaxşı tanış olan nağıl surətləri ilə tanış etdilər. Uşaqlar bu zaman əşyaları nağıl surətləri arasında dəqiq böldülər. Eksperimentin ikinci variantı göstərdi ki, müasir uşaqlar ənənəvi kişi və qadın rolları haqqında kifayət qədər aydın təsəvvürə malikdirlər. 

Ailədə böhran dövrləri.

1.  Birinci dövrdə qarşı tərəflər arasında bir sıra anlaşılmazlıq özünü göstərir. Çünki bu dövr adaptasiya dövrüdür. Bir-birinə adaptasiya ola bilməyən yəni öyrəşə bilməyən cütlüklərin 30%-i ayrılmaq qərarına gələrək boşanırlar.

2.  Bu dövr ilk uşağın anadan olması ilə bağlıdır, belə ki, uşağa xidmətlə əlaqədar olaraq yorğunluğu və həyat yoldaşına əvvəlki kimi diqqət göstərə bilməməsi halları baş verir. Həmçinin uşaq tərbiyəsində ər arvad münasibətlərinin üst-üstü düşməməsi müşahidə olunur.

3.   Bu dövrdə ər arvadın bir-birindən doyması baş verir və yeni hisslər axtarılır. (10-15 il)

4.  Bu zaman uşaqların böyüyərək  ailə qurması və valideynlərinin yanından getməsi halları baş verir. Bu dövrdə tənhalıq hissi, qadının emosional asılılığının artması halları da yaranır.(18-24 il)

Bu böhranların yaranma səbəbləri:

·    Ünsiyyət mədəniyyətinin aşağı olması

·    Ailədə liderlik iddiası

·    Ər arvadın bir-birinə neqativ münasibəti

·    Ər arvad münasibətlərində etik normaların pozulması

·    Həyat yoldaşı tərəfindən sevgi hissinin, diqqət və hörmətin kifayət qədər göstərilməməsi

·    Ər və arvadın adətlərinə, maraqlarına dözümsüzlüyü

·    Ancaq öz rahatlıqları üçün yaşamaq

·    Kişinin qadına kölə kimi baxması və s.

 

      Nikah münasibətləri ailənin əsasını təşkil edir. Bu münasibətlərdə  insanın həm bioloji ,  həm də sosial təbiəti təzahür edir, sosial həyatın həm maddi (ictimai varlıq), həm də mənəvi (ictimai şüur) sahələri öz əksini tapır.  Cəmiyyət nikah münasibətlərinin möhkəm olmasında maraqlıdır, bununla əlaqədar cinslər arasında münasibətlərə təsir göstərərək, nikahın uğurlu olması üçün bir sıra vasitələrlə xarici sosial nəzarəti həyata keçirir.

Buraya daxildir:

-ictimai rəy sistemi,

-fərdi sosial təsir,

-tərbiyə prosesi

     Nikahın sosial məzmunu nikah münasibətlərinin həm iqtisadi, həm də psixoloji tərəflərini əhatə edir. Hegelin təbirincə desək, nikahın psixoloji tərəfi mənəvi bağlılıqdan, məhəbbət və etibardan ibarət olub, sırf təbiliyə, mahiyyətcə ikinci olana münasibətdə ilkin əsas kimi özünü göstərir, eləcə də “təsadüfi ehtirasla” müqayisə də obyektiv olaraq mənəvi-psixoloji münasibətlərlə şərtlənmiş sabitliklə şərtlənir.

     Nikah-kişi və qadın arasında münasibətlərin tarixən dəyişilən ictimai formasıdır.  Cəmiyyət onun vasitəsilə  kişi və qadının cinsi həyatını  nizama salır və təsdiq edir, ər-arvadlıq və valideynlik  hüquq və vəzifələrini müəyyənləşdirir.

    İzdivacın sturuktur  vahidi kimi ayrılması tarixi baxımından nisbətən bu yaxınlarda müasir cəmiyyətdə  kişi və qadının bərabərhüquqlu (sosial ,hüquqi, mənəvi cəhətdən) olmaları üçün şəraiti formalaşdıran ciddi ictimai iqtisadi dəyişiklikləriin nəticəsində baş verir vermişdir. Müasir tədqiqatlar izdivacın aşağıdakı tərifini təşkil edir: “ Bu, kişi və qadının əxlaqi prinsiplərdə tənzim olunan və ona xas olan dəyərlərlə dəstəklənən şəxsi qarşılıqlı əlaqəsidir.” Həmin tərifdə:

-izdivaca xas olan əlaqənin qeyri-institutsional xarakteri,

-ər və arvadın mənəvi borc və imtiyazlarda bərabərhüquqlu olması qeyd edilir.

Xarici sosial psixologiya ailədə ər-arvadın qarşılıqlı təsiri və münasibətlərinin spesifikliyini üzə çıxaran ciddi tədqiqatlarla səciyyələnir. Bu tədqiqatlar 4 əsas istiqamətdə həyata keçirilir:

      -şəxsiyyətlərarası qavrayış:

      -identifikasiya

      -bir-birini tamamlayan tələbatlar

      -rol münasibətləri

   Şəxsiyytələr arası qavrayışı araşdıran nəzəriyələr qiymətləndirmə şkalaların köməyi ilə ər arvadın bir birini və özlərini qavramasını özlərinin qavranmasının öyrənməsinə əsaslanir. Həmin nəzəriyələrin başlıca nəticələri aşağıdakı müddəalardır:

     Fərdlərin izdivacdan  razılığı öz keyfiyyətlərini xeyirxahcasına qiymətləndirmə və tərəf-müqabilinin keyfiyətlərinə daha mülayim münasibət bəsləməsində təzahür edir.

      Sabit olmayan ər arvadlılıq həyatı ilə müqayisədə sabit ər arvadlıq münasibətlərində tərəflər bir -birini daha az obyektiv və real qiymətləndirirlər.

     Ümumiyyətlə,  özünüanlamaq ilə özünü ər kimi dərk etmənin bir birinə uyğunluğu  kişinin nikahdan razı qalmasına əsaslı şəkildə təsir edir. ( M.Preston, B.Korzini,E.Kelli)

     İcdivacın” identifikasiyası “ adlanan tədqiqat istiqamətinin psixoloji mənbəyi psixoloanalizlə  bağlıdır. Bu istiqamətin nümayəndələri belə hesab edirlər:  özünə ər və arvad seçərkən uşağın özünü valideynlərlə  eyniləşdirməsinə ər və arvad ideali kimi tərəf müqabilin axtarilmasi əsk cinsə mənsub olan valideyn haqda yaranmış təsəvvürlərə əsaslanir. Bu istiqamətdə tədqiqat aparan allimlərin belə fərziyyəsi maraqlıdır. Nikahdan razı qalma və izdivacda olanlarin ər arvad idealına uyğun gəlib glməməsi arasında birbaşa əlaqə vardir.  Başqa sözlə uşağın valideynə məhəbbəti yetkin dövrdə ardıcıl olaraq ər və arvada olan məhəbbətə  keçir.

       Üçüncü istiqamətin banisi “bir birini tamamlayan tələbatlar” nəzəriyəsinin müəllifi R.Uincdir. Bu nəzəriyyə ər və arvadın psixoloji xarakteristikaları bir birinə tamamilə oxşamadıqda belə  rast gəlinən xoşbəxt nikah anlamını aydınlaşdırır.  Bu halda ər və arvad müxtəlif,  lakin bir birini tamamlayan tələbatlara malik olur. Onlar vahid ziddiyətsiz bir sistem təşkil edir. Bir birini tamamlamanın basqa bir tipi də ola bilər. Bu halda ər arvad tələbatlarını növlərinə görə deyil müxtəlif səviyyədə təzahür olunmalarına görə fərqlənir.

     Ailə nikah münasibətlərinin rol nəzəriyyəsi əsasında ən təkmilləşmiş konsepsiyası T.Parson, R.Beris ireli sürmüşdür. Müəlliflərin istifadə etdiyi anlayış insan davranışının motivasiya vahidi kimi nəzərdən keçirilən “rol gözləməsi” anlayışıdır. Bu istiqamətin nümayəndələri ( L.Xevit,R.Ort, C.Xovart, B.Xarbert) ər arvadın öz rollarını lazımı səviyyədə ifa etmələri ilə ər arvsadlıq stajının dinamikasını öyrənmiş, ər-arvadın rol gözləməli və rol davranışının nigahdan razı qalma ilə uyğunluğuna təsirini araşdırmışlar. Belə güman edilir ki, ər arvaddan birinin rol davranışının o birinin rol gözləməsinə uygunlugun əsas amilidir.

        80-ci illərdə ailənin tədqiqində ən çox yaranmiş istiqamətlərdən biri sistemli yanaşmadır. (K.Barnard, R.Xill, R.Korrals və başqaları) Sistemli yanaşmanın başlıca anlayışı homestasiz anlayışıdır. Homestazis dedikdə sistemin öz sabitliyi və tarazlığını qoruyub saxlaması və dəyişməsi zamanı onu düzəltmək cəhdləri başa düşülür. Sistemlli yanaşma baxımından ailə:

-daima dəyişilən sistemdir.

-özünütənzim edən fəal sistemdir

-digər sistemlərlə qarşılıqlı təsirdə olan aşıq sistemdir.

       Həyat dövrləri nöqteyi nəzərindən ailənin təhlili sistemli yanaşmaya əlaqəlidir. (R.Xill, U.Qoldenberq).  Həyat dövrlərinin bir birini əvəz etməsiailənin rol sturukturunda,  onun tərkibində, ailə üzvləri arasında qarşılıqlı münasibətlərin bütün sistemindəki dəyişiklikləri ifadə edir. İnkişafın hər bir mərhələsi ailənin üzərinə yeni vəzifələr qoyur, ailə üzvlərini adət halını almış qarşılıqlı münasibətlər modelini dəyişməyə vadar edir. Hər bir mərhələdə müvəffəqiyyəyli uyğunlaşma xeyli dərəcədə ailənin ondan əvvəkli inkişaf mərhələsində qarşıda duran bacarığından asılıdır.

         Göstərmək lazımdır ki, xarici sosial psixologiyada ailə-nigah təsisatının tədqiqində vahid metodoloji yanaşma tərzi yoxdur. Bununla əlaqədar ailənin öyrnilməsində mövcud olan yanaşmalar əsasında dayanan vahid ailə konsepsiyası tapmaq çətindi.   Hər birində  müəyyən məziyyətlər olmasına baxmayaraq, bütün göstərilən yanaşmalar ümumilikdə subyektiv tərzdə məhdudlaşdırılmış məsələlər qrupuna yönəldilmişdir,  bu isə tədqiqatın bir cəhətinin başqaları hesabına şişirdilməsinə, metod və nəticələrin bir tərəfliliyinə gətirib çıxarır.

Nigah və ailəni  müəyyən sosial əhatəadə  fəaliyyət göstərən  bir sistem kimi  nəzərdən kecirərkən, ailə nigah institunun  yaşaması və inkişafının  möhkəmliyinə  və səmərələliyinə  imkan verən  amilləri araşdırarkən, onlatı  müəyyən sxem şəklində  təsvir etmək olur.

                                                  Xarici amillər

Obyektiv

Ailənin daxil olduğu sosial sistemin möhkəmliyi; Ailə həyatının  maddi şəraiti (məişət və yaşayış şəraiti, pul gəliri)

Subyektiv

Sosial nəzarətin  gücü (hüquqi  və əxlaqi  normaların,maddi və mədəni ənənələrin, insan ücün əhəmiyyətli olan adamların rol gözləmələrinin effektivliyi)

                                                           Daxili amillər

Obyektiv

Müvafiqlik(əe-arvadın,valideynlər və uşaqların  uyuşması) inkişafın vaxtaşiri böhranları

Subyektiv

Qarşıiıqlı  münasibətlərin  əxlaqi –mənəvi normaları (məhəbbət, məsujiyyət, börc,  ər-arvadın,  valideyn və uşaqların bir-birinə hörməti)

Ailə  sahəsində  aparilan  tədqiqatların  nəticələri  ailə-ngah təsisatının  möhkəmliyində  xarici amillərin  rolunu təsdiq edir.  İqtisadiyyatın zəifləməsi, maddirifah halının pisləşməsi ,  həyat səviyyəsini aşaqı düşməsi ,  yaşayış problemi ,  sübhəsiz, ailədaxili münasibətlərə  mənfi təsir göstərir.   Bununla bağlı  ölkədə  boşanmaların (Rəsmiləşdirilmiş və rəsmiləşdirilməmiş) sayı artır.

C.İ. Qolod  ailə-nigah möhkəmliyi amillərinə  maraqlı  yanaşma  tərzi  irəli  sürmüşdür. Müəllif göstərir ki,  nigahın  səmərəli  olması  və imkişafı  ücün  3 dəyərlər blokundan  ibarət olan  mexanizm zıruridir;

1.adaptasiya   sindromu  (adaptasiya  dedikdə  bir-birilə  sıx  bağlanmış  uyğunlaşma  münasibətlərinin  büttöv sistem kimi  başs düşülür.)

2.Ər- arvadın həyatının  dəyərliliyi  olan intimlik  keyfiyyətcə  başqa bir  vahid yaxınlıq  döquran  iki fərdiyyətin (Ərin və arvadın) qovuşmasını nəzərdə tutur.

3.Adaptasiya  və intimlik   qabiliyyəyilə  təzad  təskil  edən  ər-arvad  müstəqilliyi (avtomiya)

Müəllif nigahın sabitliyi  və ailə təşkilinin  inkişafı  mexanizmlərinin   fəaliyyətini  müəyyənləşdirən  ailə dəyərlərinin  bu üc tipinin  bir-birilə  yüksəkj səviyədə  qarşiliqli  təsirini   və  asılılıqıni  qeyd edir.

Son illərin elmi-praktik əsərləribdə  ailə-nigah  münasibətlərinin qarşıliqlı təsirində  möhkəmlənib  xüsusi amili kimi  ər-arvadın,,  valideyn və uşaqların  psixoloji  uyuşma  amili göstərilir.  Uyuşma  anlayışını şəxsiyyətlərarası  qarşılıqlı  təsirin  xarakter  və nəticəsinə  müsbət  təsir  göstərən subyektlərin  xarakteristikalarının   müəyyən  uyğunluqunu  ifadə edir.

 

 

Hegel deyirdi iki cinsin nümayəndələri arasında nigah adlanan əlaqə sadəcə olaraq heyvanı əlaqə və hətta mülki müqavilədə deyirdi. O hər şeydən əvvəl ər və arvadın ikisini bir şəxsə çevirərək qarşılıqlı sevgi və inam əsasında yaranan mənəvi ittifaqdır. Təbii ki bu ittifaq ailənin əsasını təşkil edən qarşılıqlı sevgi və inam hissinə arxalandıqda mohkem olur. Psixoloqlar ailə xoşbətliyinin şərtlərini bir necə təsnifata ayırır.1. Ailə həyatı il yaşamaq lazimdir. Bu sozlə ər və arvada eyni dərəcədə aiddir. Onlardan hec biri ozunu heyat yoldaşlarından və usaqlarlarından ayırmayaraq öz omrundə onlarin omru yasamalidir. Ər arvad ailənin sevinc və kədərini birlikdə yaşamali bir birini zövqunu marağını nəzərə almalı,bir birinin qayğıına qalmalı  asudə vaxtlarını bir yerdə keçirməli öz xsbətxliyini usaqların səadətində axtarmalıdırlar.2.Ər arvad hər seydən əvvəl ər arvad kimi deyil ata-ana kimi yanaşmalı uşaqların gözü ilə baxmağı öyrəşməlidirlər. Biz bu yolla uşaqların psixi saglamlığını qoruyuruq. Axı onların əhvalı  atanın ananın ovqatından asilıdır. 3.Xoş ünsiyyət söz-söhbətsiz, giley güzarsız ixtilafsız söhbət. Bu əlamətlərə gör ailə xoşbəxtliyinin sturukturunu müxtəlif  istiqamətlərdə təyin etmək olar. 2 səcuyyəvi hala diqqəti cəlb etmək lazımdır. Ailə münasibətlərini icindən dagidan birinci hala deyingənlik deyirlər. Deyingənlik təkc ailədə deyil bütün sosial qruplarda insanları təngə gətirir. 4. Həyat yoldaşının əhvalı olunan həssaslıq, onun sevincinə şərik olmaq. Ailədə insanlar öz özünə doğmalaşmırlar, onlar biriin hisslərini yaşayaraq, dərk edərək bir birinə dərslərini anlamağı öyrənirlər.Psixoloqlar başqa adamın sevincini dərd sərini sezməyə ona şərik olmağa, bu emosional halların təsiri ilə yaşamağa empatiya( empateya hisslərlə yaşamaq mənasında işlənilir) deyilir.  Onun kökünü rəğbət hissi təşkil edir.

5.Etibar- Ər arvad bir birinə etibar etməli, inanmalıdırlar,etibar olmayan yerdə sədaqətdə vəfa da öz dəyərini itirir. Ər arvada, arvad da ərə inanmadığı üçün bir birində  qiymətli keyfiyətləri görmürlər görsələr də, qiymətləndirmirlər. Həmişə səmimi olmaq, həyat yoldaşından heç nəyi gizlətməmək ,yalan danişmamaq lazimdir.

6. Bir birini anlama. Ər arvadın bir birini başa düşməsi onların sədaqəti ilə bağlıdır, lakin bu fikri hamıyla eyniləşdirmək olmaz.  Ailə münasibətlərinin inkişafında onlardan hər birinin öz yeri vardır.

7. Normal intim həyat. Öz evlərinin olmaması.

 Kişi ilə qadın harmoniyaları

 

Məhəbbət seçilmək istəyini, sevmək qabiliyyətini, özünü sevdiyi adama tə­mən­nasız fəda etmək və ona qayğı göstərmək tələbatını özündə birləşdirən qar­şı­lıq­lı münasibətlər içərisində ən mürəkkəb hissdir. Insanlar ona can atır, onun xati­ri­nə yaşayır, ölür. Əgər dostluq insanların mənəvi yaxınlığının ilk mərhələsidirsə, mə­həbbəti onun son, zirvə mərhələsidir.

Həqiqi məhəbbətdən o zaman söhbət gedir ki, insan sevdiyi adama yüksək qay­ğı göstərir, onun həyatı və inkişafının yaxınlaşdırılması ilə maraqlanır. Psi­xo­loq­ların fikrincə, məhəbbət sevdiyi adama hörmət, mərhəmət, məsuliyyət, öz sirr­lə­ri­nə malik olmaq və şəxsiyyət kimi qalmaq hüququna toxunmadan, dərk etmək məq­sədilə onun daxili aləminə fəal şəkildə daxil olmaq deməkdir.

Məhəbbətin bir neçə növü var: Allaha məhəbbət, qardaşlıq, analıq məhəbbəti, insa­nın özünə olan məhəbbət, əks cinsə olan məhəbbət və s.

1. Allaha məhəbbət insanın qəlbində Allah məhəbbətinin olması, digər mə­həb­bət növlərinin isə Allah yolunda, onun vasitəsilə həyata keçirilməsidir. Bu cür mə­həbbət xeyirxahlıq, ədalətlilik, həqiqət simvoluna çevrilir.

2. Qardaşlıq məhəbbəti – insanın ona yaxın olan insanlarla bərabər, eyni hü­quqlu, qarşılıqlı münasibətini nəzərdə tutur.

3. Əks cinsə olan məhəbbət – kişinin qadına qarşı (və ya əksin) psixofizioloji bağlılığını nəzərdə tutur.

Əks cinsə olan məhəbbət müxtəlif şəkildə – ilk məhəbbət və yetkin məhəbbət şəklində – təzahür edə bilər:

Ilk gənclik məhəbbəti – adətən yeniyetməlik və ya gənclik dövründə əks cinsə rəğ­bət hissi əsasında təzahür edir. Belə ki, qarşılıqlı əməkdaşlıq və yoldaşlıq şə­ra­i­tin­də yeniyetmə və gənclər bir-birlərini öyrənir, davranış və rəftarlarını qiy­mət­lən­dir­məyə başlayırlar. Belə bir qiymətləndirmə təkcə əxlaqi meyarla məhdudlaşmır. Bu cür qiymətləndirmə prosesinə gözəllik haqda anlayışlar mühüm təsir edir. Bu­nun­la əlaqədar, yeniyetmə oğlan və qızın yoldaşlıq münasibətləri seçici xarakter da­şıyır. Yeniyetmə öz yoldaşlarından birinə xüsusi münasibət bəsləyir, onun dav­ra­nış və rəftarında öz ruhuna yaxın cəhətlər tapır. Belə bir şəraitdə onlar bir-birlərinə rəğ­bət bəsləməyə başlayır. Onlar rəğbət bəslədikləri şəxsə hisslərini bildirmək üçün diqqəti özlərinə cəlb etməyə çalışırlar. Hər şeydən əvvəl, zahiri görkəmə, geyi­mə maraq artır.

Rəğbət hissi qarşılıqlı olduqda, gənclər bir-birlərinə hisslərinin səmimiy­yət­lə­ri­nə inandıqca onların münasibətində qarşılıqlı etibar, birlikdə olmaq tələbatı ya­ra­nır. Ilk məhəbbət məhz bu cür rəğbət hissi əsasında yaranır.

Ilk məhəbbət müxtəlif yaş dövrlərində baş qaldıra bilir. Bəzən o, ötəri hissə çev­rilir, müəyyən müddətdən sonra unudulub gedir. Çox vaxt isə əbədi olur. Insan öm­rü boyu onu yaddan çıxara bilmir.

Yetkin məhəbbət tərəflərindən tələb edir ki, onlar özlərində daxilən qarşılıqlı məhəb­bət tələbatı duysunlar, bir-birlərini həqiqətən sevdiklərinə dərindən inan­sın­lar, sevgililər arasında müəyyən xarakter uyğunluğu yaransın, həyata baxışları üst-üs­tə düşsün, qarşılıqlı inam, etimad, bərabərlik, hörmət, qayğı, bir-biri üçün mə­su­liy­yət hissi yaransın.

Məhəbbətin düsturu olduqca sadədir: bir-birinin sevincinə şərik olmaq, digəri üçün daha böyük səadət diləmək. Insan bunun üçün çalışırsa, demək ürəkdən sevir.

Bəzi alimlər hesab edir ki, iki şəxs arasında məhəbbətin yaranması üçün on­ların bir-birinə simpatiyası, eləcə də uzun müddət birgə vaxt keçirmələri kifayətdir.

Digər alimlər isə bununla razılaşmır və aşağıdakı misalı sübut olaraq gətirir:

Ingilis firmalarından biri «Böyük Britaniyanın ideal cütü»nü müəyyən etmək üçün müsabiqə keçirmişdir. Müsabiqədə 12 min gənc iştirak etmişdir. Onlar anket dol­durmuş və burada yaşlarını, ailə həyatına baxışlarını, çəkilərini, boylarını, hətta saç­larının rəngini belə göstərmişlər. Münsiflər heyəti toplanmış məlumatları kom­pyu­terin ixtiyarına vermişdir. Əsas məqsəd bir-birinə daha münasib gələ biləcək oğ­lan və qızı seçməkdən və onları evləndirməkdən ibarət idi. Nəhayət ideal cüt müəy­yənləşdi: 19 yaşlı referent Anna və 22 yaşlı market sahibi Derrik. Gənclər tanış oldular. Elə ilk görüşdəsə, Anna başa düşdü ki, Derrik əslində onun təsəv­vü­rün­də canlandırdığı və arzusunda olduğu gələcək həyat yoldaşının obrazına ox­şa­mır. Derrik də eyni fikirdə idi.

Bununla belə, “sevgililəri” Parisə səyahətə yola salırlar. Gənclər bir-birlərinə daha yaxından bələd olmaq imkanı qazandılar. Londona qayıtdıqdan sonra isə ha­mı­­­nın gözlədiyinin əksinə olaraq onlar həmişəlik ayrıldılar. Ayrılıqdan sonra onla­rın hər ikisi də yüngüllük duyduqlarını bildirmişlər. Anna bunu belə izah edir­di: “Derrik yaraşıqlı oğlandır. Amma biz bir-birimizin tayı deyilik”. Derrik də söy­ləyir­di ki, “Anna yaxşı və sevimlidir. Amma mən heç vaxt onu sevə bilmərəm. Biz bir-birimiz üçün yaradılmışıq”.

Göründüyü kimi, kompüter səhv etdi. Gələcək «ər-arvad» ideal cütlük ola bilmədi. Məhəbbəti süni surətdə yaratmaq cəhətləri boşa çıxdı…

Vaxtaşırı istər dost, istərsə də məhəbbət münasibətlərində xırda münaqişələr, nara­zı­lıqlar olur. Bu cür hallar əslində həmin münasibətlər üçün sınaqdır. Ameri­kan sosial psixoloqu Razblat belə hallarda təzahür edən aşağıdakı reaksiyaları gös­tərir:

1.Yaranmış problemin partnyorlar tərəfindən qarşılıqlı müzakirəsi;

2.Loyallıq-yaranmış şəraitə münasibətdə passiv mövqe tutmaqda ifadə olunur. Dü­şünür ki, əks tərəfə zaman vermək lazımdır. Yaranmış vəziyyəti müzakirə etmir. La­kin bu zaman şəxs optimistcəsinə uğurlu həllə inanır.

3. Etinasızlıq – bu cür mövqe artıq bu münasibətlərdən çoxdan bezmiş, ondan heç bir məmnunluq duymayan şəxslər nümayiş etdirir. Onlar uzun zamandan bəri partn­yorun problemləri ilə maraqlanmır, ona diqqət və qayğı göstərmir, pozulan müna­sibətlərə heç bir müdaxilə etmir, sanki bu münasibətlərə son qoymaq üçün lazımlı anı gözləyir.

4. Tərk etmə – şəxsin fəal, aktiv olaraq münasibətlərə son qoyması ilə nəticələnir.

Bir çox hallarda istər dost, istərsə də sevgili cütlüklərində qısqanclıq müşahidə olu­nur ki, bu da münasibətlərin pozulmasına təsir edir.

Qısqanclıq bir tərəfdən, şəxsin qarşı tərəfə etinasız, laqeyd olmamasını bil­di­rir­sə, digər tərəfdən, bu partnyoruna mülkiyyəti kimi münasibət göstərməyi bil­di­rir.

Əslində isə əksər hallarda qısqanclığın əsasında atılmaq, tərk edilmək qorxusu du­rur. Bir qayda olaraq bunun əsası uşaqlıqda qoyulur. Uşağın kiçik yaşlarından va­lideynlərinin onu nə dərəcədə çox sevdiklərini hiss etməsindən asılı olaraq, onda mü­vafiq olaraq özünüqiymətləndirmə və özünə əminlik yaranır. Onlar kiçik bacı və qardaşlarını qısqanmırlar.

Sevən cütlüklər arasında məhəbbət nə qədər güclüdürsə, onu itirmək qorxusu da bir o qədər çox olur. Elə bu əsasda da qısqanclıq hissi təzahür edir.

Qısqanclıq hissinin təzahür etməməsi partnyora etibardan, səbirlilikdən, bu  his­­sin gizlədilməsindən, yaxud şəxsin vicdanının «təmiz olmasından» xəbər verir.

 

Ədəbiyyat  siyahısı

1.    Əlizadə Ə. Ə., Abbasov A.N. – Ailə. Bakı 1989.

2.    Bayramov Ə.S, Əlizadə Ə. Ə, Psixologiya. Bakı, 1995.

3.    Əlizadə Ə. Məhəbbət aləmi. Bakı 1995.

4.    Алешина Ю.Е., Гозман Л.Я., Дубовская  Е.М.- Социально – психологические методы исследования  супружеских отношений: М: изд – во 1987

Müəllif: Səxavət Əliyeva — Bakı Dövlət Universitetinin Psixologiya kafedrasının müdiri, psixologiya üzrə fəlsəfə doktoru, dosent.

Kamilə Kazımova – Bakı Dövlət Universitetinin psixologiya kafedrasının baş müəllimi, psixologiya üzrə fəlsəfə doktoru, psixoloq-konsultant, hipnoterapevt, “Hipnoz” Psixologiya və Psixoloji Məsləhət mərkəzinin rəhbəri.

 
 
 
 
 
Colorland usaq geyimləri magazasi
 

0 şərh