Рейтинг
+2.67

Tanınmış aktyorlar və aktrisalar

10 üzv, 87 topik

Romantik xarakterli sənətkarlar

Yay fəslinin isti, həddindən artıq bürkülü keçməsi insanı tez yorur. Ancaq yay ayında olan insanların əməksevər, emosional, iddialı, cəsarətli, risk etməyi sevən, xoş xasiyyət olduğu qeyd edilir. Bir çox korifey sənətkarlarımızın da məhz bu ayda anadan olması bunu bir daha sübut edir. Hamlet Xanızadə ( 5 iyun), Xuraman Qasımova ( 6 iyun), Məlik Dadaşov (27 iyun), Bəsti Cəfərova ( 13 iyun), Fidan Qasımova (14 iyun), Amaliya Pənahova (15 iyun), Hökumə Qurbanova (16 iyun), Möhsün Sənani (19 iyun), Bülbül ( 22 iyun), Barat Şəkinskaya (28 iyun), Ağakişi Kazımov ( 28 iyun) kimi sənətkarlarımız bu ayda dünyaya göz açmışlar.   

Davamı →

Yaratdığı komik və dramatik rollarla yaddaşlarda yaşayan aktyor Səyavuş Aslan

Onun milli teatr və kino sənətinin inkişafına dəyərli töhfələri, çoxsaylı tamaşalarda və bədii filmlərdə öz improvizə məharəti sayəsində ustalıqla xarakter səviyyəsinə qaldırdığı obrazları incə yumoru və dərin psixoloji yozumu ilə səciyyələnib. Əvəzolunmaz sənətkarın təkrarolunmaz fərdi ifadə üslubu və manerasında teatr mədəniyyətimizin yumor ənənələri bütün yaradıcılığı boyu bədii-estetik prinsiplərə uyğun, novatorcasına davam etdirilib. O, yaratdığı obrazlarla təkcə tamaşaçını güldürməyib, eyni zamanda, onu düşündürməyi bacarıb. Xalq artisti, unudulmaz sənətkar Siyavuş Aslan yaratdığı obrazlarla cəmiyyətin diqqət mərkəzində olan problemləri bütün dərinlikləri ilə tamaşaçının yaddaşında həkk etdirə bilib.

Davamı →

Müdafiə reaksiyası gülüş olan aktrisa - Gülşən Qurbanova

«Gülüş — mənim müdafiə reaksiyamdır”. Bu fikirlər aktrisa Gülşən Qurbanovanın həyat şüarı idi. Həmkarları, doğmaları onun nə qədər nikbin, həyatsevər olduğunu həmişə xatırlayırlar. Yaşasaydı, dekabrın 19-da 69 yaşı olacaqdı. Ancaq aktrisadan Azərbaycan teatr və kino sənəti üçün yaratdığı özünəməxsus, maraqlı obrazlar yadigar qaldı.

Davamı →

Səhnəmizin Ziyası - Kazım Ziya

Azərbaycan  səhnəsinin qüdrətli sənətkarları içində Kazım Ziyanın  xüsusi yeri var.  Onun səhnədə yaratdığı müxtəlif obrazlar  bir sənətkar üçün  olduqca səciyyəvidir. Geniş aktyorluq diapozununa  malik olan Kazım Ziya səhnəmizdə tamamilə müxtəlif  ruhlu və xasiyyətli rollar oynamış, bir çox yadda qalan surətlər yaratmışdı.
Kazım Cəfər oğlu Kazımzadə (Kazım Ziya) 1896-cı ildə (bəzi mənbələrdə 1894-cü il göstərilir) Ordubad rayonunun Yuxarı Əylisli kəndində bağçı Cəfərin ailəsində dünyaya göz açıb.

Davamı →

Qayınanın evdən qovduğu Sevda

Azərbaycanda 15-ə yaxın ekran əsərində müxtəlif səpkili obrazlar yaratmış Tanilə Əhmərovanı çoxları «Qayınana» filmindən Sevda kimi tanıyır… Cənnət xalanın gəlini, diş həkimi Sevda… O, bu obrazla tamaşaçıların sevimlisinə çevrilmişdi… Deyilənə görə, özü də bu rolunu çox sevirmiş… Və elə bu obrazı ilə də Azərbaycan kinosunda öz imzasını qoydu...Tanilə Əhmərova ad-soyadını eşidən hər kəsə yəqin ki, onun hansı milliyətdən olması maraqlıdı… Çünki azərbaycanlılarda belə ad-soyad olmur… O, milliyyətcə tatar idi...

Davamı →

Ağadadaş Qurbanov - Unudulmaz obrazlar yaradan sənətkar

Misilsiz aktyorluq istedadı ilə dərin məzmunlu, unudulmaz surətlər yaradaraq tamaşaçıların qəlbinə yol tapan Ağadadaş Qurbanov zəngin və mənalı yaradıcılıq yolu keçib. 53 illik ömrünün, demək olar ki, 40 ilini sənətə, teatra həsr edib.
Ağadadaş Qurbanov 1911-ci il martın 8-də Bakıda anadan olub. Hələ yeniyetmə ikən dram dərnəkləri təşkil edib, orada bir çox rollar oynayıb. 1925-ci ildə H.A.Abbasovun «Sabirin məhkəməsi” adlı tamaşasında Sabirin oğlu rolunu çox gözəl ifa edib.

Davamı →

Məlik Dadaşov - mənfi tiplərin mahir ifaçısı

Fəxri Xiyabanda onun adını daşıyan soyuq, qara mərmər daşın doğuluşundan 24 ildən çox vaxt ötür. Yoxluğundan keçən bu illər ərzində həyatda çox şeylər dəyişib. Onun yoxluğuyla qara libasa bürünən, hıçqırıb saçını yolan qadın da artıq dünyada yoxdur. Bir vaxtlar divarlarına nəfəsinin hopduğu, səs-küyündən lərzəyə gələn mənzilə çoxdan bir sakitlik çöküb.

Davamı →

O, heç vaxt sənətə xəyanət etmədi

Hamlet Bəbir oğlu Xanızadə 1941-ci ildə Bakının Şağan qəsəbəsində doğulub. Atası Bəbir Xanızadə onu aktyor kimi görmək istəmirdi. Amma balaca Hamletin aktyorluq həvəsi hər şeyə qalib gəlir. Hamlet Xanızadə uşaqlıqdan teatra, kinoya meyilli olub. 50-ci illərin sonlarında İncəsənət Universitetinə daxil olub, 1961-ci ildə isə artıq aktyor kimi Akademik Dram Teatrına işə başlayıb.
Davamı →

Hüseynova bacılarından biri

Azərbaycan teatr və kino sənətinin unudulmaz simalarından olan aktrisa Sona xanım Hacıyeva yaradıcılığı az tədqiq olunan sənətkarlarımızdandır. O, elə bir ağır zamanda səhnə fəaliyyətinə başlamışdı ki, həmin illərdə nəinki qadınların, hətta kişilərin də səhnəyə gəlməsi xoş qarşılanmır, sənət ustaları cəhalət və nadanlıq dünyası insanlarının qurbanlarına çevrilir, qətlə yetirilirdilər.
Belə bir çətin dövrdə ilk dəfə teatr aləminə qədəm qoyan Sona Hacıyeva heç nədən çəkinməmiş, xalqın savadlanması və maarifləməsi üçün əlindən gələni etmişdir.
Davamı →

Haqqında danoslar yazılan, iki dəfə həbs olunan xalq artisti

Azərbaycan  səhnəsinin qüdrətli sənətkarları içində Kazım Ziyanın  xüsusi yeri var.  Onun səhnədə yaratdığı müxtəlif obrazlar  bir sənətkar üçün  olduqca səciyyəvidir. Geniş aktyorluq diapozununa  malik olan Kazım Ziya səhnəmizdə tamamilə müxtəlif  ruhlu və xasiyyətli rollar oynamış, bir çox yadda qalan surətlər yaratmışdı.
Kazım Cəfər oğlu Kazımzadə (Kazım Ziya) 1896-cı ildə (bəzi mənbələrdə 1894-cü il göstərilir) Ordubad rayonunun Yuxarı Əylisli kəndində bağçı Cəfərin ailəsində dünyaya göz açıb.
Davamı →