Balina balıqdır, yoxsa məməli?

İnsanlar balinanın nəhəng balıq olması barədə hələ qədim zamanlarda düşünmüşlər. Onların mühakimələri balina və balıqların zahiri oxşarlığına, eləcə də yalnız suda yaşamalarına əsaslanırdı. Eyni zamanda hələ Aristotel balina və delfinlərin məməli canlı olduqları fikrini irəli sürmüşdü. Lakin onun mülahizələrinin tutarlı sübutu olmadığından şübhə ilə qarşılanmışdı.

Sonralar insanlarda balinaların həyat tərzini tədqiq etmək üçün yeni-yeni imkanlar açılıb. Balinaların niyə məməli olması haqqında danışmazdan öncə, gəlin, məməlilərin, prinsipcə, nə olduğunu müəyyən edək. Adından da məlum olduğu kimi, məməlilər süd ilə qidalanan, daha dəqiqi süd ilə bəslənənlərdir. Beləliklə, balinaları müşahidə edərkən dişilərin balanı doğduqları və onları süd ilə bəslədikləri aydınlaşıb. Balıqlar isə kürü tökür və bunun da nəticəsində nəsilləri artır. Əlbəttə ki, balıqların balalarını süd ilə bəsləməsindən söhbət gedə bilməz. 
Davamı →

Heyvanlar

      

Heyvanlar aləmi çox müxtəlif və zəngindir. Alimlərin son hesablamalarına görə Yer planetində yaşayan heyvan növlərinin sayı 2 milyondan artıqdır. Heyvan növlərini əmələ gətirən fərdlər istər böyük-kiçikliyinə, istərsə də kütlə etibarı ilə çox müxtəlifdir. Məsələn, məməli heyvanlardan olan göy balinanın kütləsi 150 ton, kiçik qonurdişin kütləsi isə 3 qramdır. Həmçinin balıqlar, suda-quruda yaşayanlar, sürünənlər, quşlar, qurdlar, cücülər və digər heyvanlar arasında nəhənglər və cırtdanlar vardır.


Ardı →

Balina əti sağlamlığa ziyandır

Əsrlərlə ətinə və xüsusilə məişətdə geniş istifadə sahəsi olan piyinə görə ovlanan balinaların ətinin əslində sağlamlığa zərərli toksin maddələri ilə zəngin olması aşkar olunmuşdur.Tədqiqatçılar bunun xüsusilə uşaq,yaşlı və hamilə qadınlar üçün  təhlükəli olduğunu vurğulayırlar.Əlbəttə ki,xəbərə dünya üzrə ilk sevinənlər heyvan hüquqlarını qoruma dərnəkləri və heyvansevərlər olublar.Mütəxəssislər isə balina ovçularının təkcə ovlama metodikası ilə maarifləndirilməsinin az olduğunu bildirərək,tərkibindəki zərərli maddə daşıyıcılarına görə də onun ətinin ovlanmasının da yaxın gələcəkdə qadağan edilməsi istəklərini də bildirməkdən çəkinməyiblər.
Davamı →