Рейтинг
+21.69

Astronomiya

34 üzv, 38 topik

Astronomiya nədir və nəyi öyrənir

Kitab dilsiz müəllimdir.


Platon


1. Astronomiya fənni

«Astronomiya» sözü yunanca «astron» — ulduz və «nomos» — qanun sözlərindən əmələ gəlmiş və hərfi mənada «ulduzlar qanunu» kimi məna daşıyır. Astronomiya Kainat haqqında elmdir. O göy cisimlərinin (ulduzlar, Günəş, Ay, planetlər və onların peykləri, asteroidlər, kometlər, meteorlar, meteoritlər) göydə vəziyyətini, hərəkətini, quruluşunu, fiziki halını, kimyəvi tərkibini, əmələ gəlməsini və təkamülünü öyrənir. Bundan əlavə, astronomiya göy cisimlərinin əmələ gətirdiyi sistemlərin (qalaktikalar, dumanlıqlar, ulduz topaları), ulduzlararası mühitin, planetlərarası mühitin və hətta Kainatın bütövlükdə əmələ gəlməsini və təkamülünü öyrənir.



Ardı →

Yeni planet tapılıb

Həyat üçün münbit şəraitə malik yeni planet kəşf edilib. Bu barədə açıqlamanı amerikalı səma mütəxəssisləri veriblər. ABŞ Milli Elm Qurumundan Günəş sisteminin xaricində kəşf edilən planetin ətrafında dövr etdiyi ulduza nə çox yaxın, nə də uzaq olduğu, bununla bağlı olaraq da həyat üçün münbit olduğu qeyd edilib. Belə ki, planet su üçün nə çox isti, nə də çox soyuqdur. Burada su və atmosferin olduğu ehtimal edilir. Bu əlamətlərinə görə, yeni göy cismi Yer ilə bənzərdir.
Yeni planet Yerdən 20 işıq ili (193 trilyon kilometr) uzaqlıqda yerləşir. Yeni göy cisminə «581g» adı verilib. Onun çəkisi bizim planetdən 3-4 dəfə böyükdür və «Qliz 581» ulduzunun ətrafında fırlanır. Bir dövr 37 yer sutkasına bərabərdir.
Ardı →

Astronomiya nədir?

Astronomiya ən qədim təbiət elmidir.O, göy cisimlərini öyrənir.Yunanca “astron”-göy cismi,ulduz,”nomos”-qanun,elm deməkdir.Bir neçə elmi istiqamətlərdən və ona daxil olan bölmələrdən ibarətdir.
1.Astrometriya, nəzəri astronomiya və göy mexanikası
2.Astrofizika və ulduz astronomiyası
3.Kosmoqoniya
4.Kosmologiya


Ardı →

Coğrafi koordinatlar

Biliksiz adam okeanda azan
yelkənsiz gəmiyə bənzər, ya sahilə
çarpılıb parçalanar, ya da
tufana düşüb batar.
Pifaqor


Göy cisimlərinin göydə vəziyyətini təyin etmək üçün göy sferi anlayışından istifadə edilir. Bu fəsildə göy sferi və onun elementləri, göy sferinin fırlanması və onunla bağlı olan bəzi hadisələrlə tanış olacağıq. Göy sferində istiqamətlər Yerə nəzərən təyin olunduğundan bunlardan öncə coğrafi koordinatlar və iqlim qurşaqları haqqında qısa məlumat verəcəyik.
Ardı →

Marsda yaşasanız nələrlə üzləşəcəksiniz?

İlk əvvəl uzunmüddətli səyahətə hazır olun

Mars ilə Dünya arasındakı səyahət etməyən istəyən biri ən az 6 aylıq səyahətə hazır olmalıdır. Dünya ilə Mars arasındakı ən qısa məsafə olaraq hesablanmışdır. Hesablama düzgün aparılmadığı təqdirdə səyahət uzun illər davam edə bilər.


Davamı →

Kosmos haqqında 9 maraqlı fakt

Kainat sirrlə örtülmüşdür. Bəşəriyyətin cavab verə bilmədiyi bir çox sual var. Biz kainatın çox böyük olduğunu bilirik, lakin hələ də onun nə qədər böyük olduğunu tam dərk etməmişik. Və bizə məlum olan faktlar çox təsir edicidir.

Kosmosla bağlı 9 maraqlı faktı təqdim edirik:


Davamı →

Kainatın böyüklüyü nə qədərdir?

Elmi nailiyyətlər bizi çox mühüm nəticəyə gətirir. Kainatın möhtəşəm böyüklüyü! Kainatın ölçüləri haqqında düşündüyümüzdə qarşımıza çox böyük rəqəmlər çıxır.
Yer planeti, bildiyimiz kimi Günəş Sisteminin bir parçasıdır. Bu sistem kainatdakı digər ulduzlara görə orta böyüklükdə olan Günəşin ətrafında dövr edən 8 planetdən və onların 54 peykindən meydana gəlir. Yer Kürəsi bu sistemdə Günəşə ən yaxın üçüncü planetdir.
Davamı →

Ay haqqında maraqlı məlumatlar

  1. Ayın cazibə qüvvəsinin təsirindən Yerdə qabarma və çəkilmə hadisəsi baş verir ki, bu da dəniz və okeanlarda dalğalar yaranmasına səbəb olur.

  2. Sıx atmosfer qatı olmadığından Ayın səthigündüz +130°C qızır, gecə isə -170°C soyuyur.

  3. Hər il 2 ildə təxminən 5 dəfə Ay tutulması baş verir.

  4. Yerin səthindən baxdıqdaAy və Günəş vizual (görüntü) olaraq eyni ölçüyə malikdir.

  5. Əslində, Ay özü işıq saçmır. O, ya bilavasitə, ya da yerdən əks olunan Günəş şüaları ilə işıqlanır. Bunun səbəbi isə Ayın Yer ətrafında və eyni zamanda Günəş ətrafında fırlanmasıdır.

  6. Atmosfer qatı çox nazik olduğundan Ayda anidən gecə olur, yənialatoranlıq yoxdur.

  7. Ay hər il Yerdən dörd santimetr uzaqlaşır.


Davamı →