Рейтинг
+21.69

Astronomiya

34 üzv, 38 topik

Öz bayramımızın tarixinə varanda

Novruz bayramının vətəni AZƏRBAYCANDIR! Soruşan ola bilər ki, axı Novruz bayramını İran, İraq, Əfqanıstan, Türkiyə, Pakistan, Hindistan (Kəşmir), Çin (Uyğurustan), Rusiya (Tatarıstan, Başqırdıstan), Tacikistan, Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Yunanıstan, Makedoniya kimi ölkələrin yerləşdiyi böyük coğrafiyada qeyd olunur, niyə məhz Azərbaycan?    Misirdə, Şumerdə, Babildə yaz günlərinin əziz tutulması məlumdur, bəs bayramın əsl vətəni haradır?

Davamı →

NASA hoqqaları

Rəqabət nailiyyətin rəhnidir. Rəqabətsiz sahələrdə yaranan monopoliya rəhbərlərinə avtoritarlıq qazandırır. Belə sahələrdə səmimiyyət, həqiqət gözləmək sadəlövhlükdən başqa bir şey deyil.
Ötən gecə NASA-nın 5-ci — “Perseverance” adlı aparatının Marsa endiyi deyildi. “Soytarı kral”ın qaranquşları olan beynəlxalq televiziyalar, agentliklər bir gecəyə bütün dünyaya bu möhtəşəm xəbəri yaydılar.

Davamı →

Kosmik yanılmalar - kainat haqda elmin xətaları

Elm sahəsindəki yeniliklərə dair xəbərlərə öyrəşmişik və bu gün onları təbii qəbul edirik. Nə İlon Maskın raketləri, nə genom texnologiyaları, nə də bir protonun ölçüsündən 10000 dəfə kiçik bir güzgü sürüşdürməsi ilə qeydə alına bilən cazibə dalğaları bizi təəccübləndirə bilməz. Halbuki, çox yox, iyirmicə il əvvəl bu gün bildiklərimizin gerçək olacağına ancaq çox böyük optimistlər inana bilərdi.
Müasir elmin buzqıran gəmi kimi, demək olar ki, qarşısındakı maneələri görmədən irəlilədiyi haqda aldadıcı bir təsəvvür var. Bu stereotip, əsasən elmi nailiyyətlərdən danışmağı, uğursuzluqlar haqda isə susmağı adət etmiş dərsliklər və media sayəsində formalaşıb.

Davamı →

Enerji və enerji çevirmələri

Cisimlər müəyyən qüvvənin təsiri altında hərəkət edərkən iş görür. Cisimlərin işgörmə qabiliyyətini isə enerji xarakterizə edir. Bu anlayış həm canlı, həm də cansız aləmə aiddir.
Enerjinin növlərini və ən mühüm xassəsini yadınıza salın.
Enerjinin müxtəlif növləri vardır: mexaniki, istilik, elektrik, kimyəvi və s. Enerji bir şəkildən başqa şəklə düşür. Yer kürəsində əsas enerji mənbəyi Günəşdir.

Davamı →

Günəş sistemi planetləri

Planetlər Günəş ətrafında hərəkət edir. Onlar Günəşdən müxtəlif məsafədə yerləşirlər. Planetlərin hər biri özünəməxsus xüsusiyyətlərə malikdir.
  • Neptun – səthinin temperaturu -218 °C-yə qədər enir. Qazlardan təşkil olunmuşdur. Günəş ətrafında tam dövrəni 164 Yer ilinə başa vurur. 14 peyki var. Onlardan ən böyüyü Tritondur.
  • Uran – səthinin temperaturu -214 °C-yə çatır. 84 Yer ilinə Günəş ətrafında dövr edir. Səmada göy rəngdə görünür. Bu, planetin metan qazı ilə əhatə olunması ilə əlaqələndirilir. 27 peyki var. Ən böyüyü Titandır.
  • Saturn – sətrafındakı halqalar qaz, buz və daş parçalarından ibarətdir. Səmada asanlıqla seçilir. Səthin temperaturu -178°C-dir. 62 peyki var. Roma mifologiyasına görə, əkinçilik tanrısıdır. Bu planetdə bir ilin uzunluğu təqribən 29 Yer ilidir. Saturnda günün uzunluğu 10 saat 14 dəqiqədir

Davamı →

Səma cisimləri

Günəş sistemi Günəş, planetlər (Merkuri, Venera, Yer, Mars, Yupiter, Saturn, Uran, Neptun), peyklər, asteroid, komet və meteorlardan təşkil olunmuşdur.
Bütün səma cisimləri bir-biri ilə qarşılıqlı əlaqədədir. Ümumdünya cazibə qüvvəsinin təsiri nəticəsində səma cisimləri nizamlı şəkildə kainatda dövrə vurur. Kainat və ya kosmos sonsuz sayda qalaktikalardan təşkil olunmuşdur. Hər bir qalaktikada milyardlarla səma cismi vardır. Onlar özündən işıq və istilik saçan ulduzlardan və bu işığı əks etdirən digər obyektlərdən ibarətdir. Ulduzlar ölçü və parlaqlığına görə bir-birindən fərqlənir.
Davamı →

Qaliley Qalileo

Qalileo QalileyBinoklu götürüb Aya baxaq. Orada nə görürük? Ay sanki yaxınlaşıb. Özü də əvvəlki kimi hamar görünmür. Onun səthində sanki pərgarla çəkilmiş çevrələri görürsənmi? Bunlar Aydakı dağlardır.

Bilirsən, Ayı ilk dəfə bu cür kim müşahidə edib? Böyük italyan alimi, fizik və astronom Qalileo Qaliley. O, çox qeyri-adi insan idi. İlk baxışda əhəmiyyətsiz görünən hadisələrdən mühüm nəticələr çıxarırdı. 

O vaxtlar insanlar hələ də Yer kürəsinin Kainatın mərkəzi olması, Günəşin, planet və ulduzların onun ətrafında fırlanması barədə kilsə təliminə inanırdılar. Kilsə başqa cür düşünənlərə amansız divan tuturdu. Cordano Bruno buna görə 1600-cü ildə tonqalda yandırıldı.

Qalileo Qaliley 1564-cü il fevralın 15-də Piza şəhərində yoxsul zadəgan ailəsində anadan olub. O, uşaqlıqdan ağıllı, fərasətli və diqqətli idi. Qaliley atasının məsləhəti ilə Piza Universitetinin tibb fakültəsinə daxil olur. Lakin təbabətə maraq göstərmədiyindən universiteti buraxır, riyaziyyat və mexanikanı öyrənməyə başlayır.
Davamı →

Qütb parıltısı

Günəşin fəaliyyəti nəticəsində kosmosa atılan külli miqdarda yüksək enerjili elektron və ionların Yerin maqnit sahəsinə daxil olması nəticəsində Qütb parıltısı yaranır. Yerin maqnit sahəsinə daxil olan elektronlar Lorens qüvvəsinin təsiri nəticəsində qütblərə doğru hərəkət edir və qütb oblastlarında toplanır. Qütblərə toplanan belə yüklərin təsirindən hava atomları ionlaşır və “həyəcanlanır”. Bunun nəticəsində də qütb parıltısı əmələ gəlir.

Günəş küləyi əslində tacın daim genişlənməsidir. genişlənmə sürəti Günəşdən uzaqlaşdıqca saniyədə bir neçə km-dən 300-400 km çatır. Kimyəvi tərkibi (əsasən proton və elektronlar) Günəş tacı ilə eynidir. Günəş küləyinin maqnit sahəsinin təsiri ilə Yer atmosferi Günəş istiqamətində 10 Yer radiusu qədər sıxılır, əks istiqamətdə isə onlarca yer radiusu qədər uzanır. Külək hissəciklərinin bir hissəsini Yerin maqnit sahəsi saxlayır və nəticədə Yerin radiasiya qurşaqları yaranır. Küləyin intensivliyinin artması maqnit fırtınalarına qütb parıltısına səbəb olur.
Davamı →

Andromeda qalaktikası

Andromeda Qalaktikası dünyadan görülə bilən ən uzaq göy cismi olmaqla yanaşı, bizim də içərisində olduğumuz, başqa sözlə Günəş sisteminin daxil olduğu Süd Yolu qalaktikasına ən yaxın olan böyük qalaktikadır. Süd Yolu qalaktiksadı ilə arasında təxmini olaraq 2.2 işıq ili məsafə vardır.

2006-ci ildə əldə edilən məlumatlara görə Süd Yolu qalaktikası Andromedanın kütləsinin  təxminən 80 faizini təşkil edir. Messier 3, NGC 224 ya da M31 olaraq da bilinən Andromeda Qalaktikası söz olaraq zəncirə vurulmuş qız mənasını verməkdədir.


Ardı →

Südyolu qalaktikası

Südyolu qalaktikasının ölçüsü nə qədərdir?

Südyolu qalaktikasının forması necədir?

Bir çox insan aydın, dumansız yay gecəsində səmaya tamaşa etmiş və ulduzlarla dolu göy haqqında düşünmüşdür. Kainatın böyüklüyü haqqında bir-birindən fərqli bir çox nəzəriyyə irəli sürülmüşdür. İnsan ağlının qavramadığı qədər böyük fəza boşluğu və bu boşluğu dolduran qalaktikalar, milyardlarla göy cismi və onlar arasındakı qüsursuz müvazinət Allah’ın sonsuz gücünün dəlillərindəndir. Mükəmməl yaradılışı daha yaxşı təqdir etmək üçün Yer kürəmizin də yerləşdiyi Südyolu qalaktikasını təhlil etmək faydalı olar.

Kainat bir nöqtədən böyük partlayışla yaradılmışdır. Bütün partlayışlar mövcud nizamı pozduğu halda, “Big Bang” adlandırılan bu partlayış ilə kainatda sıfır həcmdən, yəni yoxluqdan möhtəşəm nizamla 300 milyard qalaktika əmələ gəlmişdir. Yaşadığımız Südyolu qalaktikası müşahidə edilən kainatdakı 300 milyard qalaktikadan biridir.


Ardı →