Рейтинг
0.00

Atmosfer

17 üzv, 29 topik

Zülallar yoxsa qazlar mübadiləsi?

Dərsliklərdə və elmi ədəbiyyatlarda hörmətli alimlərimizin zülalların quruluşu və funksiyaları haqqında fikirləri və elmi araşdırmaları kifayət qədər işıqlandırılmışdır. Oxuduğum elmi kitablardan məlumdur ki, dünyanın ən məşhur elmi labaratoriyaları zülalları öyrənməklə məşğuldur. Təsadüfi deyildir ki, Nobel mükafatı alan alimlərin bir neçəsi zülalların tədqiqatı ilə əlaqədar bu ada layiq görülmüşdür. O da məlumdur ki, müasir elmə zülallarla əlaqədar məlum olmayan çox məsələlər vardır.

Davamı →

Yer səthində istilik və buxarlanma

Təbiətdə suyun dövranının əsas şərtlərindən biri onun bir aqreqat haldan digərinə keçməsidir. Günəş istiliyinin təsiri ilə suyun maye halından qaz halına keçməsi, yəni buxarlanması su dövranının ən vacib həlqəsidir. Buxarlanma il ərzində 1 sm2 səthdən buxarlanan suyun (mm-lə) miqdarıdır. Onun qiyməti Yerdəki istilik və yağıntılardan asılıdır. Yer səthində temperatur ekvatordan qütblərə doğru dəyişdiyindən Yer kürəsi 7 istilik qurşağına — bir isti, iki mülayim, iki soyuq və iki daimi şaxta qurşaqlarına ayrılır. İstilik qurşaqlarının sərhədləri tropiklərdə orta illik, digər enliklərdə isə ən isti ayın orta temperaturunu göstərən izotermlərdən keçir.
Davamı →

Meteoroloji hadisələr

Atmosferdə baş verən proseslər Yer kürəsində təhlükəli və dağıdıcı təbiət hadisələri yarada bilir. Meteoroloji xidmət idarələri leysan yağışları, güclü küləklər və s. hadisələr barədə qabaqcadan xəbər vermək imkanına malikdir. Bu isə dağıntı və tələfatların qarşısını almağa və ya azaltmağa qismən kömək edir.
Şiddətli və quru isti küləklər, burulğan, leysan yağışları, dolu, çovğun, sırsıra, toz (qum) burulğanları, şaxta, duman və s. təhlükəli hallar yarada bilən meteoroloji hadisələrdir.
Davamı →

Günəş radiasiyası və İqlim

Havanın temperaturu iqlim göstəricilərindən biri olub, ilk növbədə, Günəş enerjisindən asılıdır. Yer kürəsində baş verən əksər proseslərin (meteoroloji, hidroloji, bioloji və s.) mənbəyi Günəş enerjisidir. Günəşdən Yer atmosferinə qədər gəlib çatan Günəş şüalarının bir hissəsi (34%-i) əks olunaraq kosmosa qayıdır, qalanları isə atmosferə daxil olur. Onların bir hissəsi (təqribən 19%) udulur və səpələnir, qalan hissəsi Yer səthinə çatır. Səthə düşən enerjinin müəyyən qədəri onun qızmasına və buxarlanmaya sərf olunur. Günəşin şüalandırdığı enerji Günәş radiasiyası adlanır (lat.“radiatio” – şüalanma, işıq).


Davamı →

Saat qurşaqları

Yer kürəsi öz oxu ətrafında 24 saat müddətində tam dövr edir (360°: 24 = 15°). Nəticədə hər biri 15°-dən ibarət olan 24 saat qurşağı ayrılır. Hər bir qurşaq daxilində vaxt onun mərkəzindən keçən meridiana görə hesablanır və bütün qurşağa aid edilir. Bu vaxt qurşaq vaxtı adlanır. 1924-cü il beynəlxalq sazişinə əsasən, ortasından Qrinviç meridianı keçən saat qurşağı sıfırıncı (eyni zamanda XXIV) saat qurşağı qəbul olunmuşdur. Yer kürəsi qərbdən şərqə doğru fırlandığına görə saat qurşaqlarının sırası da şərqə doğru artır.


Davamı →

Günəş işığının və istiliyinin Yer kürəsində paylanması

Yer kürəsində Günəş istiliyi və işığının miqdarı Günəş şüalarının düşmə bucağından asılıdır. Günəş şüalarının düşmə bucağına isə aşağıdakı amillər təsir edir:

  • Yerin xəyali fırlanma oxunun orbit müstəvisinə meyilliyi;
  • Yerin illik hərəkəti;
  • Yerin kürə forması;
  • Yer və Günəşin fəzada eyni müstəvi üzərində yerləşməsi;
  • Yer səthinin relyefi;
  • Yamacların ekspozisiyası (yamacın üfüqün hansı tərəfinə istiqamətlənməsi) və meyilliyi.

Davamı →

İqlim və onun yaranması

Müəyyən ərazidə meteoroloji elementlərin çoxillik təkrarlanma rejiminə iqlim deyilir. İqlim göstəriciləri hər il eyni vaxtda təkrarlanır, davamlı xarakter daşıyır və yalnız uzun tarixi dövrlər ərzində dəyişir.
Coğrafi enlik, atmosferin ümumi dövranında iştirak edən hava axınları və səth örtüyü əsas iqlim əmələ gətirən amillərdir. İqlimin yaranmasına həmçinin, okean və dənizlərdən uzaqlıq, okean cərəyanları, relyef şəraiti, mütləq hündürlük, dağ yamaclarının yerləşmə istiqaməti də təsir göstərir.
Davamı →

Yağıntıların paylanması

Buludlardan və Yer səthinə yaxın hava qatından onun üzərinə düşən sulara atmosfer yağıntıları deyilir. Atmosfer yağıntıları buludlardan yağış, qar və dolu formasında Yer səthinə düşür. Yer səthinə yaxın hava qatında isə şeh, duman, qırov və sırsıra halında yağıntı əmələ gəlir. Yağıntıların miqdarı, düşən suyun əmələ gətirdiyi qatın qalınlığı mm ilə ölçülür. Yağıntıların 79%-i okean və dənizlərin, 21%-i qurunun üzərinə düşür. Yağışlar düşmə xarakterinə görə leysan, aramsız-narın və çiskin formalı olur. Leysan yağışları qısa müddətli və gursulu olur, əsasən topa-yağış buludlarından yağır. Aramsız-narın yağışlar az intensiv olur.
Davamı →

Siklon və antisiklonlar

Mülayim enliklərdə yaranan hava axınlarında siklonlar və antisiklonlar mühüm rol oynayır. Siklonlar atmosferin qapalı alçaq təzyiq sahəsində əmələ gəlir. Hava kənardakı yüksək təzyiq sahəsindən mərkəzdəki alçaq təzyiq sahəsinə yönəlir. Yerin öz oxu ətrafında fırlanması nəticəsində küləklər Şimal yarımkürəsində saat əqrəbinin hərəkət istiqamətinin əksinə, Cənubda saat əqrəbinin hərəkət istiqamətində əsir. Siklon yaranarkən temperatur kəskin dəyişir, buludluluq artır və yağıntı düşür.

Davamı →

Daimi və mövsümi küləklər

Yer səthinin qeyri-bərabər qızması, materiklər və okeanlar üzərində müxtəlif atmosfer təzyiqi sahələrinin olması nəticəsində havanın hərəkəti baş verir. Hava axınları daimi olaraq yüksək təzyiq sahələrindən alçaq təzyiq sahələrinə doğru yerini dəyişir. Bu küləklərə daimi küləklər deyilir. Onlar Yer kürəsini əhatə edir və atmosferin ümumi dövranının mühüm tərkib hissəsidir. Daimi küləklər hərəkət zamanı istiqamətini dəyişir. Yerin öz oxu ətrafında fırlanması nəticəsində yaranan meyletmə – Koriolis qüvvəsinin təsiri ilə üfüqi istiqamətdə hərəkət edən hava axınları Şimal yarımkürəsində sağa, Cənub yarımkürəsində isə sola meyil edir. Ekvatordan uzaqlaşdıqca küləklərin meyiletməsi artır.
Davamı →