Рейтинг
+35.68

Azərbaycan ədəbiyyatı

43 üzv, 283 topik

Qazi Bürhanəddin

Qazi Bürhanəddin ana dilində zəngin bir irs qoyub getmişdir. «Ərəb və fars dillərini şeir yaza biləcək dərəcədə mükəmməl bilsə də, müasirləri olan şairlərdən fərqli olaraq, geniş xalq kütləsinin danışdığı Azəri türkcəsi ləhcəsində şeirlər yazması ondakı milli ruhun güc və qüvvəsini sübut edir» (24, 148). Hökmdar şair doğma dildə divan yaradan İ.Həsənoğlu və Ş.S.Ər­də­bi­linin ədəbi ənənəsini ləyaqətlə davam etdirən və Azərbaycan türkcəsində divanı bü­töv şəkildə bizə gəlib çatan ilk sənətkardır. Onun divanının yeganə nüs­xəsi Lon­­donda Britaniya muzeyində çaxlanılır. Müqəddimədəki qeyddən divanın 1393-cü (h.796) ildə, yəni Qazi Bürhanəddinin sağlığında Xəlil bəy Məhməd adlı bir xəttat tərə­fin­dən köçürüldüyü bəlli olur. Burada bəzi düzəlişlər edilmişdir. Təd­qiqatçılar hə­min düzəlişlərin şairin özünə məxsus olduğunu ehtimal edirlər. Diva­na 1319 qəzəl, 20 rübai, 108 tuyuğ və bir neçə müfrəd (təkbeyt) daxildir. Həcmcə 17 min misradan ibarətdir.
Davamı →

Filosof | Firuz Mustafa

Sən nə iş­lə­yir­sən?..
Bə­li, bə­li, sən… Nə?.. Ha­ra­da?
Lap yax­şı… Mən isə fi­lo­sof iş­lə­yi­rəm. Ni­yə təəc­cüb­lə­nir­sən ki? Yox, mən fi­lo­sof de­yi­ləm, sa­də­cə ola­raq fi­lo­sof iş­lə­yi­rəm. Bə­li, be­lə bir iş də var.
Mə­nim fi­lo­sof iş­lə­mə­yi­min əsas­lı sə­bə­bi var. Bir də­fə tə­sa­dü­fən qatarda iki nə­fər­lə yol yol­da­şı ol­dum; üz­dən şə­hər adamına oxşasalar da, bir-birinə «kəndçim»- deyirdilər. Gör­düm ki, on­lar yol bo­yu nə ba­rə­də­sə ağ­zı kö­pük­lə­nə-kö­pük­lə­nə elə hey mü­ba­hi­sə edir­lər. On­lar­dan bi­ri de­yir­di ki, "əv­vəl­cə ide­ya olub", o bi­ri­si isə iki aya­ğı­nı bir baş­ma­ğa di­rə­yib is­rar edir­di ki, yox, "əv­vəl­cə ma­te­ri­ya olub". Məət­təl qal­mış­dım. Sə­fər yol­daş­la­rım mə­sə­lə­ni adam di­li­lə həll edə bil­mə­yib, baş­qa üsu­la əl at­dı­lar
Ardı →

Bir topa açar | Xuraman

İki ildən bəri canından çıxmaq bilməyən, onu haldan salan ağrılar ya azalmışdı, ya da bu ağrılara vərdiş etdiyindəndi — nədəndi, daha dözümlü olmuşdu. Hələ hərdən huşa gedəndə şirin yuxular da görə bilirdi. Bir-birinə oxşayan, bir-birinin davamı olan yuxularında ömrünün ən gözəl illəri, həsrətində olduğu doğma yerlər onu çağırır, xəyalını qanadlandırır, ürəyini titrədirdi. Bu iki ildə yastığının dibindən aralanmayan vəfalı ömür-gün yoldaşı huşdan ayılanda nəvazişlə:
— A kişi, deyəsən yuxulamışdın, yaxşı yuxu da görürdün, eləmi? — soruşanda təəccübləndi:
— Hardan bildin, ay arvad?
— Üzünə nur gəlib, işıqlar oynaşırdı.
— Arvad, bilirsən haralara getmişdim?


Ardı →

Səndən nigaranam | İlqar Fəhmi

Biz bu kafeni alanda Əbdül kişini də üstündə hədiyyə kimi verdilər. Havayı. Kafenin köhnə sahibi yüz qırx min manatı sayıb çantasına yığandan sonra elə bu cür də dedi:
— Əbdül kişini də havayı bağışlayıram sizə. Amma bir şərtlə ki, işdən çıxartmayasız. Ev-eşiyi yoxdu, burda yaşayır.
Niyə çıxartmalıydıq ki? Onsuz da ağaclara qulluq edən adam tapmalıydım. Hazır var da.
Şəxsən mənim alverdən başım çıxmır. Tələbə adamam, ömrü boyu da atamın əlinə baxmışam və düzünə qalsa, texnikumu qurtaranacan da onun əlinə baxmaq fikrim vardı. Niyə də yox? Kişi neçə illərdi Bakıyla Moskva arasında güclü işlər fırladır, bir gün burdadı, üç gün Rusiyada. Deyəsən nəsə elektrik avadanlığının alveri ilə məşğuldular. Burdan Rusiyaya, ordan Qazaxıstana, nə bilim Sibirə. Dəqiq bilmirəm. Heç vaxt maraqlanmamışam.
Davamı →

Məhəbbət həmişə var | Şiringül Musayeva

Əslində, mən — Süleyman sevgiyə, məhəbbətə bir o qədər də inanmamışam.
Sevgi, məhəbbət, eşq mənim aləmimdə şairlərin, rəssamların, yazıçıların uydurduğu bir illüziya, boş bir sabun köpüyüdür. Belə ki, söz, sənət adamları bu eşq, məhəbbət haqqında uzun-uzadı danışıblar, deyiblər, əslindəsə, onun mövcudluğuna özləri də şübhə ilə yanaşıblar. Həmişə cəmiyyət də bu eşqə, məhəbbətə, hətta, onu vəsf edənlərə bir qədər ironiya ilə yanaşıbdır. Və mən də həmişə bu fikirdə olmuşam ki, əsl kişi, ümumiyyətlə, sevgi, məhəbbət əsiri olmaz. Qadınlar — əks cinsin nümayəndələri nədirlər ki, onlara belə böyük bir hiss də bəsləyəsən. Qadınlar hər vaxt mənə öz rolunu yaxşı oynayan aktrisaları xatırladıblar. Hər zaman mənə elə gəlib ki, onlar süni və saxtakardırlar. Onların heç bir hissi-sevinci də, kədəri də, istəyi də, narahatlığı da, hətta, etirazı da təbii deyil. Onlar həmişə kişilərə əngəl və maneə törədib, onlara başağrısı olublar. Onlardan heç bir halda adama xeyir gəlməz.


Ardı →

Gül ömrü | Fidan Nizaməddinqızı

O, özünə məxsus tərzdə, yavaş-yavaş tərpənirdi. Hərdən bədənindən çox da fərqlənməyən boynunu uzadıb, minnətli — minnətli mənə baxırdı. Elə mən də ondan geri qalmırdım, onu kinayəli şəkildə süzürdüm. Sonra yenə də çalışırdım diqqətimi güzgüyə cəmləyim. Amma əlim də, diqqətim kimi tez — tez yayınırdı.
Adətimdir — gecələr kəlmeyi-şəhadətimi dediyim kimi, səhərlər də, özümə səbr arzulayırdım. Çünki, gözümü açıb ilk rastlaşdığım mənzərə heç də ürək açan olmur. Yuxudan həmişə yorğun ayılıram. Elə bil bütün gecəni ölü kimi yatan mən deyiləm. Hər gecə işıqları söndürüb, yerimə girən kimi, bu lənətə gəlmış qatarların səsi dolur beynimə. Mən biləni, bu yaxınlarda stansiya yoxdur.


Ardı →

Yasəmən ətirli qəbir | Sabir Azəri

Dava qasırğa kimi başladı-əvvəlcə heç kimin ağlına gəlməzdi ki, bu, doğrudan da qasırğaya çevriləcək, fəlakət törədəcək, çünki zəif bir dalğa idi: iki qonşu uşağın arasında baş vermişdi, daha doğrusu, onlar tərəfindən yaradılmışdı.
Sağ tərəfdəki qonşunun uşağı Rəhmanın səsi həyətlərin ikisini də başına götürmüşdü:
— Anaaa! Babaaa, yasəmənimiz çiçəkləyib! Gəlin, baxın, görün nə boyda gül açıb!


Rəhmanın anası da, babası da çölə çıxdılar və onun yanına gələndə heyrətlərindən dondular — soldakı qonşunun uşağı Kamran nazik, az qala tamam qurumuş görsənən yasəmən çubuğunu iki araya basdıranda inanmırdılar ki, o bitəcək.
Düzdür, əvvəlcə Rəhmanın atası deyinmişdi ki, o niyə ağacı bizim evin arxasına basdırır? Rəhmanın nənəsi acıqlanmışdı ki, a bala, əvvəla, ora boş, istifadəsiz yerdir, o biri yandan da iki arada basdırır; həm də nə pis iş görür ki, yasəməndir, ətri onlara da yayılacaq, bizə də!


Ardı →

Təbrik novellası | Zərdüşt Şəfi

İlk öncə onu deyim ki, şəxsiyyət ikiləşməsindən bu yazıda söhbət belə getməyəcək, biz sadəcə bir bədəndə iki candan danışacağıq, biri Qulu, digəri Ağsəs: biri şairdi, digəri publisist. Özü də həqiqətən quldu, dərgah quludu, mehrabını bildirməsə, üzə vurmasa da, Sözünün də, Səsinin də Ağı qaradan seçilir.
Onun ağappaq bir səsi var, özüm görmüşəm, ləkə götürməyən ağdı: televiziyadan, radiodan, hər yerdən duyulur. Hətta işğal altında olan torpaqlardan da gəlib bizə dəyir, əks-səda verib qayıdır.
Ardı →

Su pərisi | Mirmehdi Ağaoğlu

Surxay gözlərini açanda dan yeri təzəcə ağarırdı. Göyüzünə səpələnmiş yastı buludlar şirin pambıq kimi çəhrayı rəngə boyanmışdı. Gözlərini qaldırıb ətrafa nəzər saldı. Sahil boyu uzanan yulğun kolları başdan-başa şehə bələnmişdi. Ətrafı yulğun kollarının düyüvari yarpaqlarından süzülən şeh damlalarının islatdığı şoran torpağın duzlu qoxusu ilə yulğun kollarının turşməzə qoxusu bürümüşdü.
O birdən-birə özünə gəldi. Xəfifcə başı ağrayırdı. Axşam içdiyi arağın təsiri hələ gedirdi. Ayağa qalxıb özünə nəzər yetirəndə tamamən çılpaq olduğunu anladı. Çölün düzündə lüt olmasından bir anlıq utanc hissi keçirən Surxay tezcə əl atıb bayaq başını qoyduğu salofan paketdən paltarlarını çıxarıb geyinməyə başladı.


Ardı →

Xiyarpulu

— Sən mənə niyə çəp-çəp baxırsan? Elə bilirsən səni istəmirəm? Rəhmətlik atanla ton-ton çörək kəsmişik. Sənin də xətrini çox istəyirəm. Düzdü sənə pislik də eləmişəm. Qoymamışam gəlib kəndddə işləyəsən. Yollarda qalmısan 15 ildi. Amma neynəməliydim- göstəriş gəlimişdi ki, onu kəndə buraxma. Axı sən onda müxalifətdəydin. Sən də mənə pislik etdin- yazdın prezidentə. Prezident üstünü yazdı nazirliyə. Nazirlik yazdı bizim maarifə. Maarif də üstünü yazdı mənə. Pislyin qaldı özünə. Arada mən bir az tərlədim. Əclaflar elə eləyillər ki, həm deyirlər onu işə qoyma, həm də deyirlər səndən prezidentə niyə şikayət gedib, buyur bura düş. Amma  elə ki, keçdin YAPa işin asanlaşdı.
— Hə neynəyək, dolanmaq olmur. Eşitmişəm çıxmaq istəyirsiniz.
— Olmaya yerimdə gözün var? Balam canı, mən razı, amma sənə qıymıram. Sən YAP-a keçsən də, hələ duza gedirsən. İşin içini bilmirsən.


Ardı →