Рейтинг
+35.68

Azərbaycan ədəbiyyatı

42 üzv, 222 topik

Poçt qutusu | Cəlil Məmmədquluzadə

Noyabr ayının 12-ci günü idi. Hava çox soyuq idi. Amma hələ qar əlaməti görsənmirdi. Həkim axırıncı dəfə xanın naxoş övrətini yoluxub, cavab verdi ki, dəxi naxoşun əhvalı yaxşıdır; belə ki, bir həftəyədək səfərə çıxmaq mümkün olar. Xan çox tələsirdi İrəvana getməyə; çünki xanı orada çox vacib işlər gözləyirdi. Və bir də ki, qorxurdu qar yağa və hava dəxi də soyuya və naxoş üçün yola çıxmaq qeyri mümkün ola. Xan götürdü qələmi, irəvanlı dostu Cəfər ağaya bu məzmunda bir müxtəsər kağız yazdı:
 
“Əzizim! Bir həftəyədək, ümidvaram, İrəvana gəlim övrət-uşaq ilə. Artıq-artıq təvəqqe edirəm, buyurasan bizim otaqlara fərş salıb, əlbəttə-əlbəttə peçləri yandırsınlar ki, otaqların havası pişəzvəqt təmizlənsin və isinsin, bəlkə naxoş üçün oradan narahatçılıq üz verməsin. Bu kağızın cavabını mənə teleqraf vasitəsilə yetirəsən. Sən mənə dediyin işlərin hamısını yerbəyer eləmişəm. Xudahafiz!
 
Sənin xeyirxahın Vəli-xan. Fi 12 noyabr”.
Davamı →

Usta Zeynal | Cəlil Məmmədquluzadə

Muğdusi Akop adlı erməniyə böyük oğlundan teleqraf gəldi ki, Tiflisdən çıxdı. Bu cavan Moskvanın darülfünununda dörd il yarım təhsil edib, dərsini itmama yetirib, vətənə gəlirdi və həmin dörd il yarımın müddətində ancaq üç il bundan əqdəm bir dəfə valideynini görməyə gəlmişdi. 
 
Bu xəbər Muğdusi Akopu, övrətini, xırda oğlunu artıq dərəcədə  şad etdi: üç ilin ayrılığından sonra universitet dərsini qurtaran övladla görüşmək xoşbəxtlikdir. 
Muğdusi Akop övrətinin əlindən yapışıb, başladı otaqları gəzməyə, ər və arvad məsləhəti bu yerə qoydular ki, xırda otaqda əziz qonaq üçün kravat qoysunlar ki, bu otaq yatmaq otağı olsun; haman otağa yapışıqlı kiçik otağa yazı stolu qoysunlar, əziz qonağın yazı otağı olsun; böyük otağa fərş salıb zal və qonaq otağı eləsinlər; dördüncü otaq nahar otağı olsun; beşinci otağı özləri üçün yatmaq otağı eləsinlər və altıncı otağı kiçik oğlanlarına təyin etdilər. 
Davamı →

Qoca Məcnun | Rafiq Tağı

Onu öz adıyla yox, Məcnun kimi tanıyırlar. “Tanıyırlar” demək bəlkə düz çıxmaz da; millət Məcnunu tanıyır, bir vaxt onu səhnədə təcəssüm etdirmiş birisi kimi də bunu. 

Hüsnü həyatda qocaldıqca, teleekranlarda da qocalır, yaxşı kontrastlı televizorlarda üzü və boynundakı durğun venoz kapillyarlar aydınca görsənirdi. 

Elə bir vaxt gəlib çatdı ki, daha onun qoca simasını Məcnundakı cavan çöhrəsiylə heç cür uzlaşdıra bilmədilər. Getdikcə də subtitrlərdə ismini oxuyub Hüsnü bildikləri adamın keçmiş Məcnun olduğunun fərqinə varmırdılar. 
Davamı →

Bomba | Əbdürrəhimbəy Haqverdiyev

Qorodovoy Kərbəlayi Zal iyirmi beş ildən artıq idi polis idarəsində xidmət edirdi. Onun arvadı hərdənbir deyərdi:
— A kişi, sənin saqqalına nə şaşka yaraşır, nə də şapka. Gəl sən bu qorodovoyluqdan əl çək! Bir balaca alış-verişə yapış. Bir baqqal dükanı aç!
 
Kərbəlayi Zal cavab verərdi:
— Arvad, sən hökümətin ləzzətini anlamırsan.
 
Əgər səni qorodovoy eyləyələr, min il qulluqdan çıxmazsan; bir də, mən iyirmi beş ildən artıqdır ki, polis qulluğundayam. Bir-iki ildən sonra pensiyam çıxacaq.
 Ondan sonra rahat əyləşib pensiyəni yeyərik.
 Belə danışıqdan sonra arvad həmişə sakit olardı.
Davamı →

Zəmanəyə ayna tutan “Zəmanə adamı”

Bağladı dilimi zamanın zəhmi,
Yüzdə bir sözümü deyə bilmədim.
Əyil keç, dedilər, saqqal altından
Vüqarlı qəddimi əyə bilmədim.
Vidadi Babanlı

Böyük və dəyərli yazıçımız Vidadi Babanlı özü zəmanə adamı ola bilməsə də “Zəmanə adamı” haqqında iki hissəli möhtəşəm bir roman yazdı, roman içində roman. Bu əsəri mən vaxtilə böyük ədəbi hadisəyə çevrilmiş “Vicdan susanda” əsərinin davamı kimi təsəvvür edirəm.
Rəngarəng, qeyri-adi olduğu qədər də təbii, gözlənilməz situasiyalarla zəngin bir romanla qarşılaşdım.
Nə yaxşı ki, bu iki romanda bir dənə də müsbət qəhrəman yoxdur. Axı Vidadi müəllimin yaradıcılıq manerası köhnə steoretiplərdən həmişə uzaq olub. Sadə, həm də mürəkkəb sujet xəttinə malik əsərdə hadisələrin gedişatı qəhramanların ömrünü “yeyir”. Elə yeyilməlidir də.  
Romanda əsas qəhrəman (mənfi qəhrəman) Əfsun bütün əxlaq və mənəviyyat normalarını ayaq altına atan, öz mənfəəti üçün min bir sifətə düşən dələduz bir adamdır. O, birinci romanda fatalizmə və şəhvətə uymuş bir qadının ailəsini dağıdır, ailə namusuna təcavüz edir. Elə buna görə də müəllif roman içində birinci romanını “Ləkələnmiş namus” adlandırır. Sonra isə siyasi dələduzluğa başlayır, özünü xalq hərəkatına sırımaq istəyir, həyasızlığı o dərəcəyə çatır ki, xalqın elçisi də olmaq istəyir.
Davamı →

Vampir/Şiringül Musayeva

Balaca, qara, tör-tökünük ,yöndəmsiz… çox   qəribə   görkəmi   var   idi. Onu  görəndə  nədənsə “ Heyvanlar   aləmi”ndə   seyr   etdiyim  kaftarları   xatırlayırdım.Bu   bənzətməmdən   utanırdım,  amma  bu  məndən   asılı   deyildi. İnsanın  hər  hansı  bir  heyvana  bənzəməsi, doğrudan  da,  mümkündür.Qəribə  xışıltılı səsi ,sanki  kirdən  boğulmuş   rəngi,doymaq  bilməyən   ac   ğözləri  adamı  xırpalayırdı.Onunla  haradan   tanış  olduğumu   söyləməyəcəyəm:  bəzən  həyatda  yöndəmsiz  insanlarla  müəyyən  əlaqələrimiz   olur.
Davamı →

İsgəndəri dinləmədilər, çünki kefli idilər

Ölülər mühitinə qarışırkən onlar heç nə itirmirlər. Çünki itiriləsi bir şey yoxdur. Yeni şapka – köhnə papaqlar üçün elə bir təhlükə deyil. Başına nə qoyursan, qoy. Təki diri olma. Təki hamı kimi ol. Fərqlənmə.

Şeyx Nəsrullah əsarəti

İsgəndər təkdir. Çünki diridir. Ölülər arasında.

I. Şeyx Nəsrullahın peyda olması
Şeyx Nəsrullah dünyaya erkən gəlmişdir. Cəlil Məmmədquluzadənin klassik “Ölülər”indən çox əvvəl. Onu insanın özünə yox, möcüzələrə inamı yaratmışdır. Adilərin, “balacaların” qeyri-adi, ilahi qüvvələrə inamı. “Taleyin öz əlində deyil, fözqəlbəşər qüvvənin əlindədir” –kəlamı.

“Sən adi həyata məhkumsan, düşüncənin keçilməz sərhədi var. Bütün arzuların, niyyətlərin həmin sərhəddə qurtarır. Onun arxasında isə sirli, möcüzəli alım başlayır. Bu aləmdə hər şey mümkündür. Ölü diriltmək belə”.

İki aləm. İnsanların özləri və təsəvvürlərində, təxəyyüllərində bəslədikləri sonsuz qüdrət!

İnsanın özünə inamı itdiyi zaman yaranan inam. İki ölçü.
Məmmədhəsənlərin, Novruzəlilərin bəsit fəaliyyəti və Şeyx Nəsrullahların möcüzələri. Birinci alımdə insan öz ulağını qorumağa acizdir, ikincisində ölü dirildirlər.
Ardı →

Zırrama | Cəlil Məmmədquluzadə

Günortadan üç saat yarım keçmişdi gəlirdim mənzilimə. Yorulmuşdum və acımışdım. Az qalırdım evə yetişəm, küçənin ortasında bir nəfər kişi mənə yavıq gəlib salam verdi və yapışdı sağ əlimdən:

— Molla əmi, yəqin ki, məni tanımırsan?

Doğrudan da tanımadım və kişinin üzünə baxa-baxa qaldım və bilmədim nə deyim.

— Buy, buna bax ey, niyə tanımırsan? Mən sənin həmşərinəm də! Niyə, hacı Novruz ağanı tanımırsan? Mən hacı Novruz ağanın qardaşı oğluyam da! Öz həmşərini tanımırsan? – Dedim:

— Bağışla, vallah tanımıram! – Kişi bir az da ucadan başladı:

— Niyə? Qala məhəlləli hacı Novruz ağanı tanımırsan? Niyə, sən özün neçə dəfə uşaqlıqda bizə gəlmisən; biz ki, bir məhəllənin uşağıyıq. – Dedim:

— Vallah, əzizim, bağışla, tanımırdım; indi ki, deyirsən bir məhəllənin uşağıyıq, xub, xoş gördük, buyur gedək qonağımız ol!


Ardı →

Əsəblərinizi qoruyun

Sakit Kamallı yaz-payız plaşını geyinib əmin və sakit addımlarla, kefikök halda, az qala fıştırıq çala-çala evindən çıxdı, dördüncü və beşinci mərtəbələrin arasındakı pilləkən meydançasında dayanıb liftin zəngini basdı. Səhərin bu saatında lift ya doqquzuncu, ya da birinci mərtəbədə olmalı və uğuldayaraq gəlməliydi. Sakit Kamallı qulaq verdi: qaranlıq boşluqdan lift səsi gəlmirdi. O, azca, lap azca dilxor oldu, amma dərhal kamal dolu başına çatdı ki, ziyanı yoxdur. Fikirləşdi: “Hmm, hələ işə salmayıblar. Eybi yox, həmkarlarım da deyir ki, pilləkəni piyada düşüb-qalxmaq səhhətə faydalıdır”.

Əsəblərinizi qoruyunSakit Kamallı işə getmək üçün yolun o üzündəki dayanacağa keçmək istədikdə yolun əvvəlcə soluna, sonra sağına baxdı, soldan gələn iki, sağla şütüyən üç-dörd maşını buraxdı və daha bir avtomobilin uzaqda olduğunu gördü, iti addımlarla yolu keçməyə başladı. Ancaq o, uzaqda olan avtomobilin sürətinin 150-160 km/saat olduğunu hesablamamışdı, ona görə də son addımlarını səkiyə atdığı zaman arxasında asfalta pərçimlənən təkərlərin çıxardığı qıcırtı səsini eşitdi və düzü, bir qədər qorxdu. İldırım sürəti ilə şütüyən maşının sürücüsü salonda onun ünvanına nəsə anqırdı və sürüb getdi. Sakit Kamallı da əsəbiləşdi və tez özünü ələ aldı, öz-özünə dedi: “Hər ulağa qoşulası deyilsən ki. Təmkini qorumaq, əsəbiləşməmək gərəkdir”.
Ardı →

Dantenin yubileyi | Anar

— Bu gecə bu qoca bu ocaq.
— Bu gecə. Bu qoca. Bu ocaq.
— Bu gecə, bu qoca, bu ocaq.
— Yox, yox, bir də yox.

Tamaşa salonu bomboş və qaranlıq idi. Salonun orta sıralarından birində ikicə nəfər əyləşmişdi — Rejissor və rəssam. Daha doğrusu rəssam Rejissorun arxasında — daldakı sırada oturmuşdu, Rejissorun çiyni üzərindən irəliyə əyilib səhnəyə baxırdı.

Rejissorun qarşısındakı kiçik masa zəif çıraqla işıqlanmışdı. Masanın üstündə çıraqdan başqa pərakəndə kağızlar, karandaşlar, külqabı, disksiz qara rəngli daxili telefon, bir şüşə «Badamlı» və bir stəkan vardı.

Məşq gedirdi.

Rejissor yerindən sıçrayıb iti addımlarla səhnəyə tərəf getdi. Sol procektorla işıqlandırılmış səhnədə iki nəfər qrimsiz aktyor dayanmışdı. Libasları da elə öz adi paltarları idi.


Ardı →