Рейтинг
+120.86

Azərbaycan

86 üzv, 235 topik

Təsviri sənətimizin əzmkar və yenilməz müdafiəçisi

Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi dövrlərdə daim rəssamların, heykəltəraşların, memarların yaradıcılığını yüksək qiymətləndirib.
Müasir Azərbaycanın yaradıcısı olan Heydər Əliyevin dövlətçilik siyasətində cəmiyyət həyatının bütün sahələri nəzərə alınsa da, Ulu Öndər ölkədə təsviri incəsənətin inkişaf etdirilməsi işinə xüsusi diqqət yetirmiş, istər 1970–1982-ci illərdə, istərsə də 1993-cü ildən sonra təsviri incəsənətə qayğını dövlətçilikdə prioritet səviyyəyə qaldırmışdır.

Davamı →

Dünyanın göz yumduğu rəzalət və pozitiv nümunədə Azərbaycan

Bəzən bizim yaşadığımız planet dünyadakı qəzəb notlarının fövqündə dözülməz bir yaşam arealını xatırladır. Sevdiyim amerikalı sosioloq Emil Dürkhaym qeyd edirdi ki, Yer kürəsində nüvə silahından və savaş arsenallarından daha qorxulu mənzərələr də canlanır. Rene Dekart tələbələrinə deyirdi, bütöv insanlığın tək yumruq olmadığı nüanslar var ki, bu, bütün bəşəriyyətin gələcəyi üçün önəmli təhdid elementidir. Joze Saramaqonun “Korluq” əsərinin yekun mesajındakı kimi; hər kəs görür, amma qaranlıqdır!

Davamı →

Vətəndaşlıq borcu

Hər kəsin öz vətəndaşlıq borcunu anladığı sivil bir cəmiyyətdə yaşamaq böyük xöşbəxtlikdir.
Əksər dünya ölkələrində olduğu kimi ölkəmiz ərazisində hökm sürən koronovirus infeksiyasından öncəki dövrdə
cəmiyətimizin sosial şəbəkələrdə əks olunmuş gündəmi yəqin ki, hər kəsin yaxşı yadındadlr. Oğurlanıb təcavüzə məruz qaldıqdan sonra vəhşicə öldürülərək yandırılan Nərminlər,
öz doğma nənəsi tərəfindən öldürülən azyaşlı uşaqlar, sərxoş oğul tərəfindən təcavüz edilən və öldürülən ana, atası tərəfindən öldürülən evlad və s. İntihar, şiddət, təcavüz, gündəlik eşitməyə alışdığımız ölümlə məticələnən yol qəzaları…

Davamı →

Dünyaya örnək tolerantlıq modeli

Azərbaycan xalqının Ümummilli Lideri, uzaqgörən və dahi şəxsiyyət Heydər Əliyev deyib: «Azərbaycan Respublikası çoxmillətli bir dövlətdir.
Azərbaycanda müsəlmanlarla yanaşı, başqa dinlərə mənsub olan vətəndaşlar da yaşayır. Azərbaycan müstəqil, demokratiya prinsiplərinə mənsub olan bir dövlət kimi öz ərazisində yaşayan bütün xalqlara, bütün millətlərə dinindən, dilindən, irqindən, siyasi mənsubiyyətindən asılı olmayaraq azadlıq, hürriyyət imkanları verir”.

Davamı →

Şəhidlərə müqəddəs məkan, qazilərə Vətən olan - Azərbaycan

“Türklə mübarizədə keçirmədiyim vaxt tarix deyil”
(Zəngəzur qəzasında azərbaycanlılara qarşı törədilən soyqırım faciəsinin cəlladı — Qaregin Nijde, 1886-1956).
1918-ci ilin mart-aprel aylarında Bakı quberniyasının qəzalarında yerli müsəlman-türk əhalisinə erməni-rus nizami, silahlı quldur dəstələrinin yaşatdıqları qətliam-soyqırım faciələrinin miqyası Azərbaycan dövlətinin bütün sərhədlərini əhatə etdiyindən, xilaskar kimi göydə Allah, yerdə Osmanlı Türkiyəsinin 5-ci Qafqaz İslam Ordusunun (Nuru paşanın başçılığı ilə) və IV Ordusunun (Musa Qarabəkir paşa başda olmaqla) əsgər və zabit heyəti olub.

Davamı →

Müstəqillik dövrü

1991-ci ildə dövlət müstəqilliyinin yenidən əldə olunması ilə Azərbaycanda olduğu kimi, paytaxt Bakı, bütün öz inkişafında obyektiv və  subyektiv səbəblərdən bir sıra mürəkkəb problemlərlə qarşılaşdı. Azərbaycan ərazisinin beşdə bir hissəsini işğal edən qonşu Ermənistanın təcavüzü nəticəsində meydana gələn bir sıra ən ciddi problemləri həll etməyə məcbur olmuşdu. Ən çətin məsələ isə öz doğma ocaqlarını tərk etməyə məcbur olmuş və demək olar ki, hər şeyini itirmiş bir milyondan çox qaçqın və məcburi köçünün mənzil probleminin aradan qaldırılması ilə bağlı məsələnin həll edilməsi idi.

Davamı →

Dünya əhəmiyyətli abidələr

Qız Qalası Xəzər dənizinin kənarında dənizə doğru maili nəhəng bir qayanın üzərində, silindirik fоrmada tikilmişdir. Dəniz tərəfdən uzunsоv bir dayaq (kоntrfоrs) оna əlavə еdilmişdir. Qalanın hündürlüyü şimal tərəfdən 31, cənub tərəfdən isə 28 metrdir. Qalanın diamеtri birinci mərtəbədə 16,5 metrdir. Birinci mərtəbədə divarın qalınlığı (еni) 5 metrə çatır. Qalanın daхili hissəsi 8 mərtəbəyə bölünür. Hər mərtəbə yоnma daşlarla tikilmiş, günbəz fоrmalı tavanla örtülmüşdür. Daşla hörülmüş həmin tavanların оrtasında dairəvi dеşiklər vardır. Dеşiklər şaquli хətt istiqamətindədir. Bеlə ki, VIII mərtəbə tavanının оrtasında оlan dairəvi dеşikdən baхdıqda birinci mərtəbənin döşəməsini görmək mümkündür.alaya yеganə giriş yоlu оnun qərb tərəfində, yеrin əvvəlki səthindən 2 metr hündürlükdə və 1,10 metr еnində оlan tağlı qapı yеridir. Qalanın birinci mərtəbəsinin hündürlüyü 3, digər mərtəbələrin hündürlüyü isə оrta hеsabla 2,5 metrdir.

Davamı →

Azərbaycanın Ermənistana göndərdiyi ilk diplomat

Azərbaycan Xalq Cümhuriyyətinin dövlət xadımi və tanınmış diplomatlarından biri də Məmməd Xan Təkinskidir. Tariximizin hər bir səhifəsinə dərin hörmət və ehtiramla yanaşaraq arxiv sənəd və materialları, həmçinin  həmin dövrün mətbuatı və digər mənbələr əsasında Məmməd  xan Təkinski haqqında hazırladığım bu məqaləni hörmətli oxucularımızın diqqətinə  çatdırıram.

Davamı →

İlk təhsil nazirimizin məşəqqətli həyatı və ölümü

Respublika Günü  münasibətilə bu gün 102 yaşı tamamlanan  şanlı dövlətin AXC-nin  baş naziri olan, çox ləyaqətli şəxsiyyət Nəsib bəy Yusifbəyli haqqında bir faktı təqdim edəcək.
Bolşeviklər 1920-ci ilin aprelində Azərbaycanı işğal edəndə Cümhuriyyət rəhbərləri məcburi şəkildə mühacirətə getməli olurlar. Nəsib bəy də bir çoxları kimi Tiflisə yollanmaq istəyir. Təəssüf ki, yolda bir neçə nəfərin xainliyi səbəbindən amansızcasına qətlə yetirilir.
Davamı →

Ac qalıb intihar edən, terrora qurban gedən Cümhuriyyət tələbələri

Budəfəki yazıda   Cümhuriyyət hökumətinin atdığı ən vacib qərarın qəhrəmanları- Cümhuriyyətin xaricə göndərdiyi 100 tələbədən qısaca da olsa danşacağıq.
Təəssüf ki, Cümhuriyyət dünyanın bir neçə nöqtəsinə böyük ümidlə yolladığı həmin tələbələrdən faydalana bilmədi.
Çünki qısa müddətdən sonra devrilən ADR-dən sonra o tələbələr artıq təhsillərinin əsas mahiyyətindən uzaq düşdülər. Onlar gənc dövlətə xidmət etmək üçün oxuyurdular. Amma heç bir il keçməmiş həmin dövlət işğal edildi. Pulları və arzuları kəsilən tələbələr isə çox pis durumda qaldılar. O haqda az sonra…

Davamı →