Рейтинг
+120.86

Azərbaycan

86 üzv, 235 topik

Azərbaycanın ən qədim məscidi | Şamaxı cümə məscidi

Respublikamızın ərazisindəki ən qədim məscid Şamaxı Cümə məscididir. 743-cü ildə inşa edilib. Cənubi Qafqazda, Yaxın Şərqdə 734-cü ildə tikilən Dərbənd Cümə məscidindən sonra ən qədim dini ocaqdır.
Şamaxı Cümə məscidi memarlıq üslubu baxımından orijinallığı ilə də seçilir. İnşa olunduğu vaxtdan buraya müqəddəs ibadət yeri kimi yüksək ehtiram və diqqət göstərilib, qorunub saxlanılıb.


Davamı →

Xruşovla kraliçanı dost edən Qarabağ atları

Ermənilər bu dəfə Azərbaycan xalqına məxsus Qarabağ atlarını özününküləşdirir. Bunun üçün işğal altındakı Xocalının Muxtar kəndində yeni atçılıq mərkəzi yaradıblar.
Hətta mərkəzdə Qarabağ atlarının sayının artırılması və sonradan xaricə satılması da planlaşdırılır.
Beynəlxalq aləmdə Qarabağ atları necə qorunur ?
Məsələ ilə bağlı 4-cü nəsil atçı, məşqçi Sərxan Tağıyev Modern.az-a danışıb:

Davamı →

Azad Şuşanın poetik ifadəsi

Şuşa bir əfsanəvi məkan, mədəniyyət beşiyi kimi Azərbaycan ədəbiyyatının öndə gedən mövzularından olmuşdur. Yaşanan Qarabağ faciəsi Şuşa haqqında yazılan ədəbiyyat nümunələrinə bir kölgə salmış, hər zaman beşiyində rahatlıq tapıb, hüzur qazandığımız bu cənnət məkanımız 30 ilə yaxın bir zaman ərzində həsrət yanğımıza çevrilmişdi. 30 ildən sonra Ali Baş Komandanın "Şuşa, sən bizimsən, Şuşa biz qayıtdıq, Şuşa biz səni yenidən dirçəldəcəyik" nidaları Azərbaycan poeziyasının baş mövzularından biri oldu. Misralarımızı azad Şuşa nəğmələri bəzədi.

Davamı →

22 iyul – Azərbaycanda Milli Mətbuat və Jurnalistika günüdür

Əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş “Əkinçi” qəzetinin nəşrə başladığı 22 iyul tarixi 1991-ci ildən Azərbaycanda Milli Mətbuat günü kimi qeyd olunur. “Heç olmaz ki, doğru söz yerdə qalsın” deyən Həsən bəy Zərdabi el-obanın zülmət içində boğulduğu bir vaxtda ona əl uzatmaq, onun yolunu elm, maarif çırağı ilə işıqlandırmaq, doğru yol göstərmək üçün “Əkinçi”ni yaratdı.
"Əkinçi”nin 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görsə də onun Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rolu olub. Əsasən maarifçilik missiyasını üzərinə götürmüş “Əkinçi” az müddətdə həm ziyalı təbəqə, həm də sadə insanlar arasında çox məşhurlaşıb. Təsadüfi deyil ki, dövrünün görkəmli ziyalıları və qələm sahibləri qəzetlə əməkdaşlıq edib, müntəzəm məqalələrlə çıxış edibilər.

Davamı →

Xiffət, Lənət və Sevgi

Yazını başlamaq çətin, bitirmək asandır. Bunu qələm çalanların hamısı bilir. Ona görə də nə uzaqdan, nə də yaxından başlamaq lazımdır. Sadəcə ortadan və mətləbə dəxli olmayan epizoddan. Məsələn: pəncərəmin önündən qumru ötdü. Halbuki qumrular uçmaqdan çox, gəzişməyi sevirlər. Fındıq boyda başlarını yellədə-yellədə, buğda boyda gözlərini çalxalandıra-çalxalandıra, bənövşəyi ayaqlarını yüyrək ata-ata ora-bura vurnuxur, təşər-təşər yürüyürlər...

Davamı →

Azərbaycan gəncliyinin milli mənlik şüurunun formalaşmasında keçdiyi yol

Milli şüur uzun tarixi inkişaf prosesi keçərək formalaşan bir məhfumdur. Geniş mənada bu məhfum milli mənəvi dəyərləri özündə əks etdirən bir anlayışdır. Milli şüurda bir fərdin təmsil olunduğu etnik, dini, mədəni xüsusiyyətlərlə yanaşı, ümumi mahiyyətli bəşəri dəyərlər də öz əksini tapır. Həmçinin millətə aid bir çox keyfiyyətlər: düşüncə tərzi, özünəməxsusluq, milli xarakter, psixi amillər milli şüurun tərkibində vəhdət kimi çıxış edir.

Davamı →

Erməni məsələsi necə yarandı?

Ermənilər Şimali Azərbaycan torpaqlarına xüsusi məqsədlə, yəni onlara daimi vətən yaratmaq niyyəti ilə köçürülürdü. Bu çirkin siyasətin həyata keçirilməsində Rusiya ordusunda xidmət edən erməni zabitləri fəal iştirak edirdilər. Erməni generalları öz məqsədlərini açıq bəyan etməkdən çəkinmirdilər. Bu qanlı siyasətin tezliklə həyata keçirilməsinə şəxsən rəhbərlik edən rus polkovniki Lazaryan (Lazarev) İrandan Şimali Azərbaycana köçürülən ermənilərə müraciətlə deyirdi: “… Orada (yəni Şimali Azərbaycanda) siz yeni vətən əldə edəcəksiniz…”. Daim köçəri həyat sürməyə adət etmiş ermənilərə təlqin edilirdi ki, “İran çörəyi yeməkdənsə rus otu yemək daha yaxşıdır”

Davamı →

23 aylıq Cümhuriyyətin 103 yaşı

Bu may bir başqa aydır, Zəfər ruhlu 28 Maydır...
1918-ci ilin 28 mayında qurulan Cümhuriyyətin varisi olan Azərbaycan Respublikası 30 illik müstəqillik tarixində özünün ən böyük gününü – İstiqlal bayramını ilk dəfə sərhədlərinin bütövlüyünü təmin etmiş, suveren haqlarını, güc və qüdrətini dünyaya nümayiş etdirmiş dövlət olaraq qeyd edir.
30 il əvvəl müstəqilliyini bərpa edəndə Azərbaycanın ərazi bütövlüyünə qəsd başlanmış, sərhədi pozulmuş, Vətənin bağrına – Qarabağa düşmən əli uzanmışdı. Ötən bu illərdə Azərbaycanın İstiqlal gününü hər dəfə qeyd edəndə – dövlətimizin qazandığı bir çox uğurlara rəğmən – içimizdə bir boşluq, natamamlıq vardı… 2020-ci ilin Zəfər soraqlı 44 günü ərazi bütövlüyümüzü təmin etməklə bərabər, bu milli natamamlıq hissini də içimizdən çıxardı...

Davamı →

Tarix təcəvüzkara qarşı öz hökmünü verir

Tarix  ibrət götürülmək üçün öyrənilən elm, arxiv isə tarixin güzgüsüdür. Arxiv materialları əsasında biz tarixi öyrənirik və onun amansızlıqlarından dərs alırıq. Arxiv sənədləri təsdiq edir ki, Azərbaycanın coğrafi mövqeyi onun strateji region kimi daimi yadelli dövlətlərin diqqət mərkəzində olmasına səbəb olmuş və bu gün də dünyanın iri güc mərkəzlərinin geosiyasi maraqlarının kəsişdiyi məkan olaraq qalmaqdadır. Artıq 200 ildən çox bir müddətdir ki, dünyanın iri güc mərkəzləri bölgədə öz geosiyasi maraqlarını təmin etmək üçün erməni faktorundan məharətlə istifadə edir, açıq və gizli şəkildə onun hərbi-siyasi müttəfiqinə, himayədarına çevrilirlər.

Davamı →

Xarıbülbülün metamarfozası

Şuşaya qəhrəman əsgərlərimiz iki ayaqla gedib çıxdılar, biz dörd təkərlə getdik.
Şuşada qəhrəman əsgərlərimizi düşmənin güllə yağışı qarşıladı, bizi isti yaz günəşinin ilıq şüaları.
Yolun çətinliyindən nə qədər mızıldansaq da, əslində, bu narazılığa görə xəcalət çəkirdik.
Axı bax bu yolu çətinliklə də olsa, narahatlıqla da olsa, gedib Şuşaya ayaq basmağımız üçün yüzlərlə igid əsgərimiz şəhid olub, qazi olub, bu dağlarda can qoyub, bu qayaları yalın əllə qalxıb...

Davamı →