Рейтинг
+60.64

Biologiya

44 üzv, 122 topik

Balıqlar

Balıqlar (lat. Pisces) – Orqanizminin bütün mərhələsində qəlsəmə ilə tənəffüs etmək xüsusiyyətinə malik olan çənəağızlı onurğalı su heyvan qruplarının sinifüstü.

Balıqların əksəriyyəti bütün ömrü boyu qəlsəmələrlə, az qismi isə həm də atmosfer havası ilə tənəffüs edir. Bəzi növlərdə əlavə tənəffüs orqanları inkişaf etmişdir. Balıqlarda hərəkətli çənələr, tək və cüt üzgəclər əmələ gəlmişdir. Tək üzgəclərə bel, quyruq və anal üzgəcləri, cüt üzgəclərə isə döş və qarın üzgəcləri aiddir. Başın üstündə öndə bir cüt qoxu dəliyi yerləşir. Dərinin üzəri, adətən, pulcuqlarla örtülü olur. Bədən forması çox müxtəlifdir.


Davamı →

Bitkilərin generativ orqanları

Çiçəyin quruluşu. Bütün zoğlar kimi çiçək də tumurcuqdan inkişaf edir. O, çiçək saplağı (1), çiçək yatağı (2), kasa yarpaqları (3), ləçəklər (4), erkəkcik (5) və dişicikdən (6) təşkil olunmuşdur.
Çiçək saplağı çiçəyi gövdəyə birləşdirir. Çiçək yatağı öz üzərində çiçəyin digər elementlərini daşıyır və bəzən onları qoruyur. Çiçəkdə olan yaşıl yarpaqcıqlar kasa yarpaqları adlanır. Kasa yarpaqları çiçək açılmazdan qabaq onu mühitin xarici təsirlərindən qoruyur.
Davamı →

Çiçək qrupları

Çiçək qrupları. Çiçəklər gövdə üzərində, adətən, tək-tək və ya qrup halında yerləşir. Gövdə üzərində qrup halında yerləşən çiçəklər çiçək qrupları adlandırılır. Çiçək qrupları sadə və mürəkkəb olur.
Sadə çətir. Saplaqlı çiçəklər qısalmış əsas oxda çətirin milləri kimi bir nöqtəyə birləşir. Belə çiçək qrupuna alma, albalı, soğan, sarımsaq, gilas və novruzçiçəyi (primula) kimi bitkilərdə rast gəlinir.
Mürəkkəb çətir. Sadə çətirlər bir yerə toplanaraq mürəkkəb çətir çiçək qrupunu əmələ gətirə bilir. Mürəkkəb çətir çiçək qrupu şüyüddə, yerkökündə, baldırğanda, cəfəridə olur.
Davamı →

Göbələklər haqqında nə bilirik?

Dünyanın müxtəlif ölkələrində göbələklərdən istifadə xalqların adət və ənənələri ilə bağlı olmuşdur. Son 30-40 ildə yeməli göbələklərin öyrənilməsi və süni yolla artırılmasına maraq artmışdır. Yeməli göbələklərin tərkibində zülallar, karbohidratlar, yağlarla yanaşı, müxtəlif vitaminlər, mikroelementlər, bioloji aktiv maddələrin olduğu aşkar edilmişdir.

Yüz minə yaxın növü olan göbələklərə qızmar tropik ölkələrdən, səhralardan tutmuş uzaq şimal qütbünə qədər hər yerdə rast gəlmək olar. Göbələklər fizioloji funksiyası, xarici görünüşü və ölçüsünə görə müxtəlifdirlər. Ayrı-ayrı göbələk qrupları arasındakı kəskin müxtəlifliyə baxmayaraq, onlarda oxşar əlamətlər çoxdur. Əsas əlamətlərdən biri budur ki, göbələklər heterotrofdurlar, yəni onlarda xlorofil olmadığı üçün yaşıl bitkilər kimi üzvi maddə hazırlaya bilmirlər. Ona görə də onlar üzvi maddələri yaşadıqları mühitdən parazit və ya saprofit yolla alırlar.

Davamı →

Yosunlar – ibtidai bitkilərdir. Birhüceyrəli yaşıl yosunlar

Müasir sistematikada bitkilər aləmi iki yarımaləmə – ibtidai və ali bitkilərə bölünür. İbtidai bitkilərdə ali bitkilərə xas olan orqanlar (kök, gövdə, yarpaq) yoxdur.
İbtidai bitkilərə təbiətdə geniş yayılan yosunlar aiddir və əksər hissəsi su mühitində yaşayır. Lakin onların nümayəndələrinə nəm torpaqda, ağac gövdəsində və hətta qar üzərində də rast gəlinir. Yosunlar qrupuna yaşıl, qonur, qırmızı və digər yosun şöbələri daxildir. Bunların içərisində birhüceyrəli və çoxhüceyrəli formalara rast gəlinir.yosun
Davamı →

Canlı orqanizmlərin müxtəlifliyi

Heyvanlar kimi, üzvi maddələrlə qidalanan göbələklər və əksər bakteriyalar üzvi maddələri qeyri-üzvi maddələrdən sintez edə bilmirlər. Digər tərəfdən, bəzi ibtidai heyvanlar da xlorofilin olmasına görə işıqda bitkilər kimi qidalanırlar. Lakin qaranlıqda onlar məhv olmur və heyvanlar kimi hazır üzvi maddələrlə qidalanırlar. 
Davamı →

Biologiyanın tədqiqat metodları

Canlı varlıqların öyrənilməsi üçün müxtəlif metodlardan (yun. methodos – yol, tədqiqat, dərketmə yolu) istifadə edilir. Bunların ən əsası müşahidə, eksperiment və ölçmədir.
Müşahidə. Hər hansı bir obyektin və ya hadisənin duyğu orqanlarının köməyi ilə öyrənilməsinə əsaslanır. Canlı orqanizmlər üzərində müşahidələr aparmaqla onların təsvir edilməsi bir çox məsələləri aydınlaşdırmağa kömək edir. Məsələn, alma ağacı ilin hansı ayında çiçəkləyir, yarpaqların tökülməsi, yəni xəzan nə vaxt baş verir? Canlıların müşahidəsini həm təbii, həm laboratoriya şəraitində aparmaq mümkündür.
Davamı →

Biologiya elmi

Canlı orqanizmləri öyrənən biologiya elmi bir çox sahələrə ayrılır. Bitkiləri öyrənən botanika, heyvanları öyrənən zoologiya, göbələkləri öyrənən mikologiya vəs. kimi elm sahələri sizə tanışdır.
Canlı orqanizmlərin həm xarici, həm də daxili quruluşunu morfologiya (yun. morfe – forma, logos – elm) adlanan elm sahəsi öyrənir. Məsələn, yarpaq – yarpaq ayası və saplaqdan, qurbağanın bədəni isə baş, gövdə və ətraflardan ibarətdir.
Davamı →

Nektarsız bitkilər necə döllənirlər

Bəzi bitkilər həşəratları özlərinə çəkmək üçün nektarları olmadığı halda, nektarları olan çiçəklərin rəngində olurlar. Aralıq dənizi iqlimində olan meşələrdə bir yerdə bitən bənövşəyi zəngçiçəyi ilə orxideya növü olan qırmızı sefalanda bitkisi buna gözəl nümunədir.

Bənövşəyi zəngçiçəkləri arılar üçün cəzbedici nektar ifraz edir, qırmızı sefalanda isə bu xüsusiyyətə sahib deyil. Hər baxımdan bir-birindən fərqli olan iki bitkini yarpaq kəsən çöl arıları dölləndirirlər. Yarpaq kəsən arılar zəngçiçəyini dölləndirərkən, qırmızı sefalandanın da döllənməyə ehtiyacı olduğunu bilirlər. Nektarı olmayan bitkini dölləndirən arılar elm adamlarını maraqlandırmış və onlar bunun səbəbini araşdırmışlar.

Bu sualın cavabı spektrofotometr adlandırılan bir alətlə aparılan araşdırma nəticəsində ortaya çıxmışdır. Məlum olmuşdur ki, çiçəklərin yaydığı ətrin dalğa uzunluğunu yarpaq kəsən arılar seçə bilmirlər. Çiçək tozu yayıcıları üçün rəng amili əhəmiyyətli  olduğundan nektar ifraz edən zəngçiçəyinə gedən arılar onun yanında olan və eyni rəngdə gördüyü, ancaq nektarı olmayan qırmızı sefalanda orxideyasını da dölləndirirlər. Bu orxideya Rəbbimizin bir lütfü olaraq zəngçiçəyi ilə olan bənzərliyi sayəsində nəslini davam etdirir.


Davamı →

Bitkilər necə xəbərləşirlər

Bitkilər yerin altındakı göbələk torundan istifadə edərək bitki bitlərinin hücumunu bir-birlərinə xəbər verirlər.

Bitkilərin hava yolu ilə xəbərləşdiyi bundan əvvəl sübut olunmuş, məhv olmuş bitkinin sorduğu kimyəvi maddələrin qonşu bitki tərəfindən müəyyən edildiyi üzə çıxarılmışdı.

Yeni aparılmış bir tədqiqata əsasən, bitkilər yerin altındamycorrhizae adlıgöbələklərdən ibarət tor ilə bir-birlərinə bağlıdırlar.

“Ecology Letters” adlı jurnalda dərc olunmuş tədqiqat bu göbələklərin bitkilər arasında ünsiyyətə kömək etdiyini aşkar edib.

İngiltərədəki ekoloji tədqiqat institutlarının apardığı tədqiqatda göbələklərin əmələ gətirdiyi ipəbənzərtoruntəsirləri tədqiq olunub.

Tədqiqat qrupu xüsusilə bitki biti hücumunun təsirini araşdırıb.


Ardı →