Рейтинг
+9.13

Coğrafiya tarixi

22 üzv, 59 topik

Avstraliya və Indoneziyanın öyrənilməsi

1606-cı ildə Avstraliyanın Torres tərəfindən kəşfi 150 ildən artıq gizli saxlanıldı. Manilanın ingilislər tərəfindən işğal olunması Torresin arxiv materiallarının ələl keçməsinə səbəb oldu. Materiallar araşdırılarkən materikin çoxdan ispanlar tərəfindən aşkar olunmasına baxmayaraq hələ də gizli saxlandığı məlum oldu. Bundan sonra Avstraliya ingilislər tərəfindən sürətlə tədqiq olunmağa başlandı.
1788-ci ildə Port-Ceksondan təlqiqat işləri başlandı. Hazırda Avstraliyanın şimalında adına çay olan Metyu Flinders Corc Bassla birlikdə Botani-Bey körfəzi və Corc çayının tədqiqinə başladılar.


Ardı →

Asiya qitəsinin tədqiqi

Adalarla birlikdə 44,4 mln kv.km sahəyə malik olan Asiya ərazisi, təbii şəraiti, sərvəti və xalqlarının avropalılar tərəfindən öyrənilməsi quru ilə başlasa da, onun tədqiq olunmasının daha geniş vüsət alması portuqalların Afrikanın cənubundan dəniz yolunun aşkar edilməsi ilə bağlıdır. Çünki mürəkkəb təbii şəraitə, müxtəlif relyef quruluşuna, hündür dağ silisilələri və yaylalara malik olan qitədə dövlətlərin quru yolla tədqiq olunması, sonradan isə bu ölkələrlə əlaqə saxlanılması çox çətin idi. Bu baxımdan dəniz yolunun kəşfi müxtəlif dövlətlərə səyahət etməyi nisbətən asanlaşdırdı və vaxt baxımından daha səmərəli olmasına səbəb oldu. Buna baxmayaraq sonrakı dövrlərdə də öz əhəmiyyətini itirməmişdir.


Ardı →

Manuel Vasko da Qama

Hindistana dəniz yolunun açılması şərti olaraq beş mərhələyə bölünür.
Birinci mərhələ — 1415-1434-cü illəri əhatə edir. Bu mərhələdə portuqallar Boyardor burnuna çata bilmişlər. Bunun üçün Atlantik okeanında bir sıra adalara səyahət edilmiş, Afrikanın qərb sahilləri tədqiq edilmişdir. Boyardor burnunu keçmək üçün 12 il tələb olunmuşdur. Bunu həyata keçirmək isə göstərilən müddətdən sonra Jil Eaneşə qismət olmuşdur.
Ikinci mərhələ — 1434-1462-ci illər ərəfəsi sayılır. Portuqallar tədqiqatlarını davam etdirərək Yaşıl Burun adalarına çatırlar. Bununla da onlar gələcəkdə qazanlacaq uğurların əsasını qoymuş olurlar.
Üçüncü mərhələ — bir müddət fasilədən sonra başlamaqla 1470-1475-ci illəri əhatə edir.
Davamı →

Rusların Şimali Amerika tədqiqatları

Şimali Amerikanın öyrənilməsi rusların Avropanın bir sıra dövlətlərindən gec başlanmasına baxmayaraq coğrafiya tarixində özünəməxsus yeri vardır. Son dövrlərin məlumatlarına görə rusların Alyaska yarımadası ilə ilk tanışlığı üç əsr bundan əvvəl başlamışdır. Asiya ilə Amerika arasında boğazın olmasına ilk dəfə Semyon Deynyov desə də (1648), bu boğaz haqqında müəyyən qədər aydın məlumatlar «Qavriil» gəmisində şturman Ivan Fyodorov və geodozist Mixayil Qvazdova (1730) məxsus olması haqqında fikirlər vardır. Coğrafiya tarixində onların 1732-ci ildə Amerika sahillərinə üzməklə şahzadə Uels burnuna yanaşmaları haqqında məlumatlar mövcuddur.


Ardı →

Cənubi Amerika materikinin tədqiqi

Xristofor Kolumbun qərb istiqamətində səyahəti təsadüfi olaraq «Yeni Dünya»nın kəşfi ilə nəticələndi. Təəssüf ki, o, ömrünün sonuna qədər dünya xəritəsinə yeni bir materiki əlavə etdiyindən xəbərsiz qaldı.
Şimali Amerika kimi, Cənubi Amerikanın kəşfi də təsadüfi xarakter daşıyır. Belə ki, 1500-cü ildə portuqal gəmiləri Pedro Kabralın rəhbərliyi altında Afrikanın cənubundan keçməklə Hindistana yola düşür. Bu yol 1497-ci ildə artıq Vasko da Qama tərəfindən kəşf edilmişdir. Ancaq bu yolla Hindistana çatmaq Pedro Kabrala qismət olmur. Çünki, istiqamətini itirmiş gəmilər dəniz axınları vasitəsilə qərbə yönəlir.


Ardı →

Sakit okeana şimal-qərb keçidin axtarılma tarixi

XVI əsrin əvvəllərində ispanlar Amerikanın sahil zonalarında geniş tədqiqat işləri aparmaqda Panama bərzəxinin şərq sahillərinə gəlib çatmışdılar. Burada yaşayan hindilərin üzərində qızıldan olan bəzək şeyləri yaxın zamanlarda ispanların zəngin sərvət sahibi olacaqlarından xəbər verirdi. Ispanlar Amerikanın bu hissəsini «Qızıl Kastiliya» adlandırdılar. Qızılları əllərindən alınmış hindilər qısa müddətdə qullara çevrildilər. Hindilərlə məskunlaşmış bu bərzəxin qərbə doğru nə qədər uzanması heç kimə məlum deyildi.


Ardı →

Şimali Amerikanın tədqiqi

Kolumbun sonuncu ekspedisiyası belə Asiyaya qərb istiqamətdə dəniz yolunun açılması problemini həll edə bilməsə də, kəşf olunmuş torpaqlara avropalıların axınının başlanğıcını qoydu. Zəngin sərvətlərə malik olmaq üçün ispanlar, ingilislər və fransızlar arasında kəskin mübarizə başlandı.
Ispanlar qərb istiqamətdə hər hansı bir keçid, yaxud boğazın olması fikrini əsas tutmaqla Meksika körfəzində geniş tədqiqat işləri aparmağa başladılar və qısa bir müddətdə bütün körfəzin sahil zolağını öyrənməyə müvəffəq oldular.


Ardı →

Amerikanın kəşfi

XV əsrin sonunda Amerika kəşf olunmaqla dünya xəritəsində öz əksini tapır. Bu mərhələ Amerikanın əslinldə kimlər tərəfindən aşkar olunmasının mübahisəli dövrüdür. Əslində həllini tapmamış bu məsələ hələ də qaranlıq qalmaqdadır. Amerikanın skandinaviyalılar, ispanlar, portuqallar, irlandlar, italyanlar, yaponlar tərəfindən aşkar olunması haqqında müxtəlif versiyalar vardır. Yaponlar Ekvador sahillərində qədim yapon keramikasının tapılmasına əsaslanaraq materikin kəşfinə iddialıdırlar. Əgər deyilənlər doğru olsa belə, bu kəşflər kiçik əraziləri əhatə etdiyindən və dəqiqləşdirilməmiş məlumatlar olduğundan coğrafiya tarixində materikin kəşf olunması X.Kolumbun adı ilə bağlanılır.
Amerikanın kəşf olunmasının X.Kolumbun adı ilə bağlanması, tədris müəssisələrində ona üstünlük verərək gənclərə aşılanması düzgündürmü? Hər halda, Amerikanın 985-ci ildə normann dənizçisi Byarnı tərəfindən kəşf olunması haqqında dəqiqləşdirilmiş məlumatlar var. Byarnı 985-ci ildə Qrenlandiyaya üzərkən duman və qüvvətli küləklərin təsirindən götürdüyü istiqamətdən kənara çıxaraq, ilk dəfə Nyufaundlend sahillərinə çatır. O, Amerikanın kəşfində hətta Leyf Eriksonu 18 il qabaqlamışdır.
Davamı →

Orta əsrlərdə Avropa coğrafiyası

Normanlar Atlantikanın mənimsənilməsinə görə coğrafiya tarixində görkəmli yer tuturlar. Bu xalqlar tarixən Skandinaviya yarımadasının cənub-qərbində məskunlaşmışlar. Cənubda Boxus körfəzi və Skaqerrak boğazı ilə sərhədlənən Norveçin paytaxtı Nidaros (Tronheym) sayılırdı. Bu xalqın əsas məşğuliyyəti heyvandarlıq və dəniz məhsulları əldə etməkdən ibarət olmuşdur. Ət məhsulları ilə təmin olunsalar da, iqlim şəraiti çörəyə olan tələbatlarını ödəməyə həmişə mane olmuşdur. Elə buna görə də dənizlə cənub istiqamətdə hərəkət etməklə ət məhsullarını, xəz, dəri, piy, mis və bir sıra başqa malları çörəyə dəyişmək zərurəti yaradırdı.


Ardı →

Türk dünyasının görkəmli səyyah və coğrafiyaşünasları

Dünya elm və mədəniyyətində türk xalqlarının rolu olduqca böyükdür. Avrasiyada təqribən 10 mln kv.km ərazidə məskunlaşmış türk xalqları riyaziyyat, həndəsə, kimya, geologiya, astronomiya, coğrafiya və bir sıra başqa elm sahələri üzrə dünya elm xəzinəsinə əvəzsiz tövhələr bəxş etmişlər. Türklər tarixini öz əməlləri ilə yaradan xalqlardan biri olmuşlar. Dediklərimizin Sakit və Atlantik okean suları arasında qalan böyük bir ərazidə türk mənşəli adlar bir daha təsdiq edir. E.ə. V əsrdə Asiyada Hun, III-V əsrlərdə Avropada Hun, IV-X əsrlərdə uyğur, XI-XV əsrlərdə Qaraqoyunlu, Ağqoyunlu dövlətlərini yaradan türk xalqları çox təəssüf ki, bu gün bir hissəsini itirməkdədir.


Ardı →