Рейтинг
+9.13

Coğrafiya tarixi

22 üzv, 59 topik

Ərəblərin coğrafiyanın inkişafında orta əsrlərdə rolu

Orta əsrlərin əvvəllərində digər sahələrdə olduğu kimi Avropada coğrafiya sahəsində də dinin təsiri altında durğunluq baş verdiyi halda, ərəb ölkələri elmin çiçəklənmə dövrünü keçirirdi. Başqa xalqların yazdıqları elmi əsərləri sistemə salınaraq qısa müddətdə tərcümə edilməsi ərəb ölkələrində elmin sürətlə inkişafının əyani sübutudur.
VII əsrdən başlayaraq Islam dinini yaymağa başlayan ərəblər Atlantik okeanından Sakit okeanına qədər böyük bir məsafədə yeni ölkələr və bu ölkələrə müxətlif yolları açmaqda şöhrət qazandılar. Kiçik Asiyanı, Orta Asiyanı, Iranı və bir sıra ölkələri tutmaqla Islam dinini yayan ərəblər, Hindistan və Çinə gedən əlverişli dəniz, körfəz və boğazları müəyyən etməklə Avropa ilə bu ölkələr arasında əlaqə maneəsinə çevrildilər.


Ardı →

Avropada orta əsrlər coğrafiyası

Roma imperiyasının dağılmasından sonra Aralıq dənizi sahillərində yerləşən Avropa ölkələrində durğunluq dövrü başlandı. Italiyanın cənub-qərbdən olan (Anvitan) Eterinin Misir, Sinay yarımadası, Suriya, Mesopotomiya, Kiçik Asiyaya səyahəti coğrafiya elminə elə bir yenilik gətirməsə də, nisbətən əhəmiyyətli sayıla bilər.
547-ci ildə yazılmış «Xristian topoqrafiyası» əsərinin müəllifi Kosmo Indikoplo VI əsrdə böyük şöhrət qazanmışdır. Bu ad ona Hindistana üzməsilə əlaqədar olaraq verilmiş, mənası dünyada Hindistana üzən deməkdir. Kosmo Indikoplo bibliyaya əsaslanaraq yer kürəsinin hamar, Yerusəlimin isə onun mərkəzi olmasını sübut etməyə çalışır.


Ardı →

Antik dövrün səyyahları

Əldə olunan məlumatlara əsasən ilk dənizçilər hazırda Yunanıstana məxsus Krit adasında yaşamış minoylar olmuşlar. Eramızdan 2000 il əvvəl Misirlə ticarət əlaqəsinə girən minoylar daha sonra Kipr, Türkiyə, Fələstin, Suriya, Siciliya və Italiya ilə dəniz yolu ilə əlaqə yarada bilmişlər. E.ə. 1000-ci ildə minoyların tənəzzülə uğraması coğrafi tədqiqatlar təşəbbüsünün finikiyalılara keçməsilə nəticələndi. Aralıq dənizinin şərqində Vavilionla Misir arasında aralıq mövqe tutmaqla əlverişli coğrafi mövqe tutan finikiyalılar bəzi yazılarda şərab və zeytun yağı istehsalçıları kimi qələmə verilsələr də, tarixən onlar cəsarətli dənizçi kimi tanınmışlar. Ona görə də Vaviliolunlar və misirlilər müəyyən sərvətlər əldə etmək məqsədilə daim finikiyalı dənizçilərin məharətinə ehtiyac duymuşlar.


Ardı →

Dünya haqqında təsəvvürlərin formalaşması

İstər tarixi, istərsə də coğrafi baxımdan dünya haqqında insanların ilk təsəvvürlərini öyrənmək mühüm əhəmiyyət kəsb edir. Çünki təsəvvürlər min illər boyu tədricən təkmilləşərək müasir elm formasını almışdır. Yer haqqında bəsit təsəvvürlər tədricən elmi xarakter aldıqca insanlar yaşama arealının genişləndirmiş, yeni torpaqlar kəşf etmək üçün müxtəlif istiqamətlərdə ekspedisiyalar təşkil etmişlər. Beləliklə insanlar min illər boyu elmi biliklərini artırmaqla inkişafının növbəti pilləsinə qalxmışdır. Əvvəllər əsasən səyyahların məlumatlarına istinad edən coğrafiya sonralar öyrəndiyi obyektlərə görə müxtəlif sahələrə ayrıldı. Coğrafıyanın təsirinə nəzər salmaqla onun hansı təsəvvürlər əsasında tədricən inkişaf edərək bu günki səviyyəyə çatmasını təsəvvür etmək çətin deyil.


Ardı →

Coğrafiya tarixinin inkişaf dövrləri

Coğrafiyanın inkişaf tarixini aşağıdakı kimi mərhələlərə və yaxud dövrlərə bölünməklə öyrənilməsi məqsədəuyğun sayılır.
1. Qədim dövr — V əsrə qədər olan dövrü əhatə edir (orta əsrlərə qədər). Ilkin coğrafi təsəvvürlər: Qərbi, Şərqi və Cənubi Asiya, Qərbi Avropa, Şimali Afrika xalqlarının quru və dəniz yolları ilə torpaqlar kəşf etməsi, finikiyalıların üç il müddətində Qırmızı dənizdə üzərək Hind, Atlantik okeanlarını keçməklə Aralıq dənizinə daxil olmaları bu dövrdə öz əksini tapır (e.ə. XI əsr).
E.ə. I əsrdə Asiya qitəsinin şərq sahillərini yuyan Sarı, Şərqi-Çin, Cənubi Çin dənizlərində ilk dəfə üzən, Xaynan və Tayvan adalarının, Orta Asiya, Qərbi Asiya və qədim romalılarla ticarət əlaqələrinin yaradılmasına şərait yaradan yolların çinlilər tərəfindən kəşfi, həmçinin qədim dövrə məxsus coğrafi nailiyyətlərdir.


Ardı →

Urbanizasiya

XIX əsrdən başlayaraq dünya coğrafiyasında şəhərlərin rolu artmağa başlamışdır. Dünyada sənaye sahəsinin güclü inkişafı nəticəsində əhalinin kəndlərdən şəhərlərə axını olmuşdur. Bu zaman şəhərlər daha da böyümüşdür. Dünya, region, ölkə əhalisi arasında şəhər əhalisinin artması, şəhərlərin rolunun yüksəlməsi, şəhər həyat tərzinin geniş yayılması urbanizasiya adlanır. Urbanizasiya latın sözüdür və “Urbanus”-şəhər deməkdir.


Ardı →

Coğrafiya tarixi kursunun obyekti, məqsəd və vəzifələri

Hər bir elmin tarixinin öyrənilməsi, onun  gələcək inkişafı üçün böyük  əhəmiyyət kəsb edir. Keçmişimizin  elmi axtarışlarını, səhvlərini və əldə etdikləri nailiyyətləri bilmədən elmin perspektivlərini müəyyən etmək qeyri-mümkündür. Tarix gələcəyin proqnozlarının əsaslarından biridir. Nə qədər ki insanlar yaşayır təbiətin tarixi və insanların tarixi biri-birilə bağlıdır və biri digərinə əsas yaradır. Vahid bir elm kimi formalaşan coğrafiya mürəkkəb inteqrasiya və differensassiya mərhələlərindən keçmişdir. İlkin olaraq təbiət və cəmiyyət elmləri tərkibində yaranan coğrafiyanın qolları sonrakı inkişaf mərhələlərində inteqrasiyaya uğrayaraq vahid elmə çevrilmişdir.


Ardı →

Azərbaycan coğrafiya tarixi

Azərbaycan haqqında ilk yazılı coğrafi məlumatlara qədim yunan və Roma səyyahları və alimlərinin əsərlərində rast gəlirik. Yunan filosofu Herodot  Xəzər sahilini təsvir etmiş, Roma alimi, milliyyətcə yunan olan Strabonun coğrafiya kitablarında isə Albaniya, Xəzər dənizinin sahilləri və onun özü haqqında çox maraqlı məlumatlar yazılmışdır. Klavdiy Ptolemey, Dədə Qorqud dastanı və həmçinin yerli alban alimlərindən Moisey Kalankatlı (VII-VIII) ölkəmiz haqqında xeyli bilgilər vermişlər.
Moisey Kalankatlınun «Albanların tarixi» əsərində göstərilir ki, I-VII əsrlərdə Albaniyanın ərazisi şimalda


Ardı →

Müasir coğrafiya XX əsrin 90-cı illərində

70-ci illərdən başlayaraq iqtisadi və sosial coğrafiya elmi humanizm və sosial təsisatlar prinsipinin üzərinə qayıdır. Bu çox əhəmiyyətli məsələdir. Belə ki, texnokratiyanın üstələdiyi sovet cəmiyyətində həmin prinsip kölgədə qalmışdır. Hələ 60-cı illərdən bunu görən N.N.Baranski açıq şəkildə «insansız coğrafiyanın» əleyhinə çıxış etmişdir. İstehsal sahələrini öyrənən iqtisadi coğrafiya tədricən öz tədqiqat obyektinə sosial sahələrin coğrafiyasını da əlavə edir. Elmin mahiyyətinin genişləndirilməsi onun adında dəyişikliklər aparılmasını tələb edirdi. Ona görə də «İqtisadi və sosial coğrafiya» adı yaranır və 1979-cu ildən Ali Attestasiya Komissiyası bu ixtisas üzrə elmlər namizədi və elmlər doktoru adlarının verilməsini təsdiq edir. Bu elmin yeniləşdirilmiş anlayışları və kateqoriyaları geniş və hərtərəfli şəkildə E.B.Alayevin fundamental xarakterli terminlər lüğətində (Sosialno-ekonomiçeskaya qeoqrafia. Ponətiyno-terminoloqiçeskiy slovar. M. 1983)  verilmişdir.


Ardı →

MDB məkanında müasir coğrafiyanın inkişafının ikinci mərhələsi (1945-1980-ci illər)

İkinci Dünya müharibəsindən sonra ölkə coğrafiyaçıları qarşısında dağıdılmış rayonların xalq təsərrüfatının bərpası və inkişafını təmin edən təbii ehtiyatların və təbii şəraitin dərindən öyrənilməsi, onların mənimsənilməsi yolları, ərazi istehsal komplekslərinin (ƏİK) tədqiqi problemləri dururdu. Bu dövrdə ərazi planlaşdırılması, əhali məskunlaşdırılması, şəhər və kəndlərin yenidən qurulması kimi coğrafi tədqiqat sahələrinə daha çox fikir verilirdi. Ölkənin təbii rayonlaşdırılmasının dəqiqləşdirilməsinə və zonalarının tədqiqinə, təbii komplekslərin kəmiyyət və keyfiyyət göstəricilərinin geokimyəvi, geofiziki və riyazi üsullarla öyrənilməsinə başlandı. Bunlarla bağlı təbii şərait və təbii ehtiyatlar haqqında geniş və dəqiq məlumatlar verən mühəndis coğrafiyası kimi yeni sahə yarandı. Qar örtüyü, buzlaqlar, yağmurlar, sel, eroziya kimi təbii fəlakətləri törədən hadisələrin mənşəyi tədqiq edilərək bu bəlalara qarşı mübarizə yolları axtarılmağa başlandı.


Ardı →