Рейтинг
+9.13

Coğrafiya tarixi

22 üzv, 59 topik

MDB məkanında müasir coğrafiyanın inkişafının birinci mərhələsi (1918-1945-ci illər)

Məlumdur ki, sovet coğrafiyasında təbii və sosial-iqtisadi proseslərin öyrənilməsi həmişə ictimai-iqtisadi formasiya ilə əlaqələndirilirdi. Hər ölkənin tarixi xüsusiyyətləri bu formasiya baxımından nəzərə alınırdı. Bunun əksinə olaraq burjua coğrafiyaçıları təbii sosial prosesləri tədqiq edərkən müxtəlif ictimai-iqtisadi formasiyaları nəzərə almırdılar. Onlar istehsal üsulunun və istehsal münasibətlərinin rolunu qəbul etmirdilər. Postsovet coğrafiyasının metodologiyası göstərilən mühitdə formalaşdığına görə xeyli siyasiləşdirilmişdir.
Birinci Dünya müharibəsinin fəlakətlərindən çıxmış Rusiya xeyli zəifləmişdir. İnqilabdan sonra başlayan vətəndaş müharibələri, xarici müdaxilələr tez-tez baş verən quraqlıq, aclıq və s. isə çətinliklərlə qarşılanan Rusiyanın xalq təsərrüfatının həddən artıq bərbad hala düşməsinə səbəb olmuşdur.


Ardı →

Xarici ölkələrin müasir dövrünün coğrafiyası

Qərb ölkələrində iqtisadiyyatı yüksəltmək və onu böhranlardan qurtarmaq üçün ştandort nəzəriyyəsi kimi bir sıra yeni ideyalar meydana gəlmişdi. Almaniyada sənaye üçün ştandort nəzəriyyəsi müvafiq olaraq Launqard tərəfindən 1882-1885-ci, Lori tərəfindən isə 1885-1888-ci illərdə yaradılmış, sonra (1909) A.Veber tərəfindən sadələşdirilərək təbliğ olunmuşdur. Kapitalist istehsalının səmərəli yerləşdirilməsinə həsr edilmiş bu nəzəriyyənin mahiyyəti ondan ibarətdir ki, istehsalı ərazidə ən az xərc sərf etməklə yerləşdirmək olar.


Ardı →

Coğrafiya XX əsrin əvvəllərində (1900-1918-ci illər)

Bu dövrdə soyuq və şaxtalı təbiəti olduğuna görə Yerin indiyə qədər az öyrənilmiş qütb zonalarına diqqət artırılır. Avropadan Hindistana və Çinə şimal yolunun axtarışı bu məsələni sürətləndirir. Bununla bağlı Murmansk və Arxangelskinin kiçik limanlarında tez-tez iri xarici gəmilər görünməyə başlayır. Bütün cəhdlərə baxmayaraq yalnız 1878-1879-cu illərdə İsveçlərin təşkil etdikləri ekspedisiya Şimal yolu ilə Berinq boğazına qədər gedib çıxa bilir. Arktikanın mənimsənilməsi ilə bağlı aparılan belə ciddi işlərdə norveçli səyyah Frityof Nansenin (1861-1930) xidmətləri danılmazdır. Nansenin itlər qoşulmuş xizəkləri Qrenlandiya sahillərini gəzmiş, onun buz topalarını öyrənmiş və sonralar gəmi ilə Qara dənizindən Laptevlərə qədər hərəkət etmiş və buzların dreyfinin istiqamətini müəyyənləşdirmişdi.


Ardı →

XIX əsrin ikinci yarısında coğrafi ideyaların inkişafı

XIX əsrin ikinci yarısında Rusiyada  coğrafiya elminin ən görkəmli nümayəndəsi P.P.Semyonov-Tyanşanski (1827-1914) idi. O, Almaniyada coğrafi təhsil almış, Humboltun və Ritterin tələbəsi olmuşdur. Parlaq istedadı, geniş dünyagörüşü ona Rusiyada və Avropanın bir sıra ölkələrində böyük şöhrət qazandırmışdır. Əsrin ən mədəni ziyalılarından olan Semyonov-Tyanşanski elmi fəaliyyətə Tyan-Şan dağ sisteminin fiziki-coğrafi cəhətdən əsaslı surətdə öyrənilməsilə başlamışdır.


Ardı →

XIX əsrin ortalarında coğrafi ideyaların inkişafı

XIX əsrin ortalarında Rusiyada çox maraqlı və dərin məzmunlu sənaye xəritələri nəşr edilməyə başlandı ki, bunların da Pavel Kryukov tərəfindən tərtib edilməsi ehtimal olunur. Xəritələr «Rusiyanın Avropa hissəsində manufaktura sənaye qüvvələri» adlı oçerklərə əlavə kimi hazırlanmışdı. Belə xəritələr ilk dəfə idi ki, sənayenin yerləşdirilməsi haqqında çox müfəssəl və zəngin məlumatlar verirdi. Həmin oçerklərdə coğrafiya tarixinə aid məlumatlar da vardı. Oçerklərdə Rusiyada sənaye istehsalının səmərəli yerləşdirilməsi haqqında qiymətli fikirlər irəli sürülürdü. Oçerklərin müəllifləri Rusiyada yeni sənaye sahələrinin yaradılmasını təklif edir, ayrı-ayrı rayonların, şəhərlərin  sənayecə inkişafının perspektivlərini göstərirdilər. Ərazinin rayonlara bölünməsində təbii və iqtisadi göstəricilər əsas tutulurdu.
XVIII əsrin sonu XIX əsrin ortalarında biologiya elminin inkişafında təkamül nəzəriyyəsinin meydana gəlməsilə coğrafiya elminin inkişafı üçün daha bir əlverişli şərait yarandı. Çoxəsrlik tarixi olan coğrafiya ilə yanaşı, gənc biologiya elmi yarandı. Biologiya elmi ilə sıx əlaqə coğrafi ideyaların inkişafında böyük rol oynadı.
Təkamül nəzəriyyəsinin banilərindən biri fransız təbiətşünası və filosofu Lamarkın (1744-1829) biologiya elminin inkişafında böyük xidmətləri olmuşdur.


Ardı →

XIX əsrin yeni coğrafiyasının yaranması

XIX əsrdə elmin, texnikanın coşğun inkişafı öz təsirini coğrafiyaya da göstərdi. Bu dövrdə yeni coğrafiyanın əsaslarını qoyan – Aleksandr Humbolt, Karl Ritter, İohan Tünen, K.İ.Arsenyev və s. kimi görkəmli alimlərin ideyaları ilə tanışlıq çox vacibdir.
XIX əsrin yeni coğrafiyasının böyük tədqiqatçısı, səyyah, təbiətşünas, geoloq müqayisəli fiziki coğrafiyanın, landşaftşünaslığın banisi Aleksandr Humbolt (1769-1859) olmuşdur. O, coğrafiya elminə Cənubi və Şimali Amerika, Mərkəzi Asiya, Ural, Altay ölkəsi və dünyanın başqa rayonlarına səyahət etməklə dərin elmi müşahidələr aparmaqla gəlmişdir. Həyata keçirdiyi iri elmi ekspedisiyalarda çoxlu məlumatlar toplamış, yol qeydləri aparmış və sonra bu məlumatları sintez edərək qiymətli elmi əsərlər yazmışdır. Onun qələmindən 600-dən artıq coğrafiyanın müxtəlif sahələrini əhatə edən qiymətli əsərlər çıxmışdır.


Davamı →

Böyük coğrafi kəşflərin ikinci dövrü (1550-1650-ci illər)

Böyük coğrafi kəşflərin mühüm iqtisadi və siyasi nəticələri də olmuşdur. Avropada yayılan yeni burjuaziya üçün həm var-dövlət və həm də geniş bazar tələb olunurdu. Bununla bağlı olaraq Böyük coğrafi kəşflər müstəmləkəçiliyin, okean arxasına əhali köçürülməsinin və beynəlxalq əlaqələrin bütün dünyaya yayılmasının əsasını qoydu.
Coğrafi kəşflər nəticəsində ticarət yolları Aralıq dənizindən Atlantik okeanına doğru yerini dəyişir və bu yollar üzərindəki hökmranlıq İspaniya və Portuqaliyanın əlində cəmlənir. Lakin  daha çox sənaye məhsulları istehsalını və satışını öz əllərində toplayan İngiltərə, Fransa və Hollandiya sürətlə varlanırdılar. Onlar getdikcə İspaniya və Portuqaliyanı bazarlardan, dəniz yollarından və okean arxasındakı torpaqlardan sıxışdırmağa başladılar. Bütün sonrakı əsərlərdə məhz İngiltərə, Hollandiya və sonralar onlara qoşulan Fransa yeni torpaqların kəşfində, onların öyrənilməsində və öz müstəmləkələrinə çevirmələrində fəal rol oynamağa başlayıblar.


Davamı →

Böyük coğrafi kəşflərə hazırlıq dövrü (XV əsr)

Böyük coğrafi kəşflərin ilkin mərhələsində bir sıra səbəblər üzündən İspaniya və Portuqaliya digər ölkələrlə müqayisədə qarşıda duran mürəkkəb vəzifələrin yerinə yetirilməsinə  daha çox hazır idilər. Məhz bu iki Pireney ölkəsinin səyyahları bir neçə onilliklərdə Afrikanın ətrafını dolanmaqla Şərq ölkələrinə və Amerikaya gedən yolları kəşf etmişlər, Şərq yolunun axtarışı ilə onlar Hindistanı və Qərb yolunun axtarışı ilə isə iki böyük materiki — Şimali və Cənubi Amerikanı kəşf etdilər və öyrəndilər.
Lakin XVI əsrin ortalarından başlayaraq Pireney ölkələri zəbt etdikləri sərvətlər ilə məhdudlaşaraq, yeni torpaqlar axtarışından imtina etdilər və əsas diqqəti tutuqları yerləri əldə saxlamağa yönəltdilər. Göstərilən vaxtdan sonra onların yerinə daha güclü olan İngiltərə və Hollandiya gəldi.


Davamı →

Yeni Dövrün başlanğıcı (XVII əsrin ortası – XVIII əsrin ortası)

Avropada baş verən ingilis burjua inqilabı (1642-1660) kapitalizm dövrünün başlanmasından xəbər verdi.  İngiltərə sənayesinin inkişafına ciddi fikir verir, əvvəlcə Hollandiyanı və sonralar isə müəyyən müddətə Fransanı satış bazarlarından sıxışdırıb çıxarır. İngiltərə  iri müstəmləkəçi dövlətə çevrilir. Lakin buna baxmayaraq məhz Fransa bu dövrdə coğrafiya və xəritəşünaslıq sahəsində görkəmli işlər görür.
Avropa ölkələrində inkişaf etməkdə olan kapitalizmə coğrafi biliklər lazım idi. Dəniz yollarını idarə etmək, ticarəti nizama salmaq, fabrik, zavod müəssisələrini yaratmaq və onları xammalla təmin etmək və s. üçün coğrafi məlumatlar tələb olunurdu.
Böyük kəşflərin sürəti XVII əsrin ortalarına zəifləyir. Bu müddətdən sonra materiklərin daxili hissələri və onların təbii sərvətlərinin öyrənilməsinə daha çox diqqət yetirilir. Materiklərin təbii zonalarının bitki, heyvan aləmi, faydalı mineralları öyrənilir və əhalinin demoqrafik vəziyyəti üzərində müşahidələr aparılır.


Davamı →

Yeni dövrün coğrafiyası (XVIII əsrin ortasından – XIX əsrin ortasına qədər)

On səkkizinci əsrin ortası və on doqquzuncu əsrin birinci yarısında Avropanın bir sıra ölkələrində sənaye inqilabı baş verir, kapitalizm sürətlə inkişaf edir və onun texniki bazası möhkəmlənir. Bu dövrdə, xüsusilə İngiltərə xeyli güclənir və öz rəqiblərini sıxışdıraraq dünyanın ən böyük müstəmləkəçi dövlətinə çevrilir. Həmçinin Rusiyanın da beynəlxalq nüfuzu artır, onun ərazisi xeyli genişlənir və ölkə Qara dənizə çıxış əldə edir. Fransanın başı inqilablara və Napoleonun apardığı müharibələrə qarışır, nəticədə Şimali Amerikadakı torpaqlarını itirir. ABŞ 1776-cı ildə özünü müstəqil elan edir.
Coğrafiyanın tarixində Yeni mərhələ XVIII əsrin 60-cı illərindən sonra daha qabarıq şəkildə nəzərə çarpmağa başlayır. Belə ki, istehsal münasibətlərinin inkişafı elmin, ədəbiyyatın, incəsənətin də hərtərəfli inkişafına səbəb olmuşdur, bir sıra yeni elm sahələri meydana gəlmişdir. İndi artıq adi faktları sadalamaqla məhdudlaşan təsviri tədqiqatlar deyil, praktiki əhəmiyyətli eksperiment əsasında qoyulmuş, sistemləşdirilmiş, dərin riyazi təhlillərlə əsaslandırılmış yeni elmi tədqiqat işləri tələb olunurdu.


Davamı →