Sakura 23 may

bugün saat 18:00 Sakura turniri olacaq.Suallara diqqətlə yanaşarsınız.Sualların ünvanını axşam elə bu postda qoyulacaq. suallar bu ünvandadır.

1. Bir baməzə kəndli şirniyyat maqazinində satıcıdan soruşur ki,sizdə “İnək qanadı” var? Satıcı əsəbiləşir və deyir ki,mənimlə məzələnirsiz? Kişi də cavab verir ki, “Nolur,… ola bilir,amma inək qanadı yox?” Nöqtələrin yerinə nə olmalıdır?
Cavab: Quş südü(«Птичье молоко»)
2. 1900-cü ildə dünyada ondan 25 dənə idi. Onlardan 4 Avropa,biri isə Afrikada idi. 1994-cü ildə 122 dənə idi,Avropada 33,Afrikada isə 48.
Cavab: respublika.
3. Adanın kəşfi bazar gününə təsadüf etdiyindən Kolumb onu elə “bazar günü” adlandırdı. Təbii ki ispanca. Sizsə ispan dilində deyin ”bazar günü”
Cavab:Dominikan yaxud domingo. Sualın müəllifi Erudit.
4. Orada 1700 yaxın insan illərdir ki,yaşayır.sizə orda olmağı heç məsləhət görmürəm.Bu yerin adını birisi «Oxu,Oxu» kimi tərcümə etmişdi:).Həmin yerin adı orijinalda necədir?
Cavab Sing-Sing həbsxanası
5. «All Day Long I Dream About Sex» mahnısını çox vaxt bu firma ilə asossasiya edirlər.
Cavab: Adidas. Mahnının sözlərinin baş hərfini birləşdirəndə məhz ADIDAS alınır.
6. Oraya ekskursiyadan əvvəl ekoloji təmiz yemək yeyir,bir butulka şərab içirlər. Sağlamlığına diqqət edənlərə ora getməyi məsləhət görmürəm. O şəhər hazırda ölüb. Söhbət hansı şəhərdən gedir?
Cavab: Çernobıl.
7. Sadə bir dəyişiklik ilə arqondan radon,gümüşdən qallium almaq olar.Bəs rubidiumdan?
Cavab: Brom kimyəvi elementini. Ar-Ra(arqon-radon),Ag-Ga(gümüş-qallium),Rb-Br(rubidium-brom).
8.Ronald Reyqan demişdi ki, "… Tarzana oxşayan,Ceyn kimi yeriyən və Çita kimi gülən insandır". Nöqtələrin yerinə nə yazılmalıdır?
Cavab: “A hippie is someone who looks like Tarzan, walks like Jane, and smells like Cheetah” .Düzgün cavab xippi(hippilərdir).Tarzan Afrika cəngəlliklərində yaşayan insane,Ceyn həmin meşəyə gələn ağ qız,Şita isə onların meymunu idi.
9. Ekoloji problem və İsrail ilə Fələstin muxtariyyətinin sözünün bir yerə qoymaması nəticəsində o ölür. Hətta dəyəri 3-4 milyard dollara başa gələcək bir kanal da çəkili ki,o ölməsin.Amma o onsuz da ölüdür.
Cavab: Ölü dəniz.
10. Futbol lətifəsi. Məşqçi oyunşçulara deyir: “Mən mövhumatçı deyiləm.Amma artıq qələbə çalacağımıza inanmağım gəlmir”.Hesab necə idi?
Cavab: 13:0
11. 2001-ci ildə Belçikada iki stansiya arasında ağır dəmiryol qəzası baş vermişdi. Qəzanın səbəbi kimi iki stansiyanin dispeçer xidməti arasındakı bir “baryer” göstərildi. Bəs bu nə “baryer” idi?
Cavab: Dil baryeri. Belçika ikidilli ölkədir. Dispetçerlərdən biri fransız, digəri isə ancaq flamandca danışırdı. Sualın müəllifi Arzu xanım.
12. Ərəb atalar sözünü tamamlayın. “Qadının ağlı gözəlliyində,....”
Cavab: Kişinin gözəlliyi ağlındadır.
13. O.yenicə azadlığa qovuşub. Əvvəllər adı Azərbaycan dilində slavyanlaşmış şəkildə idi. İndi təzə bir dəb düşüb və onu başqa cür adlandırırlar. Onu necə qəbul etməyimizdən asılı olaraq sahəsi 13812 km və 1080 km2 ,əhalisi isə 672,180 və ya 109371 nəfərdir. Azərbaycanda ən çox ərazisində istehsal etdiyi bir məhsulun adı ilə asossasiya olunur. Həmin məhsul hansıdır?
Cavab: sement. söhbət Qaradağ adından gedir. Черного́рия adı ilə həmişə tanınıb. Azərbaycanda həm də Qaradağ həm də Bakıda olan rayonlardan biridir. Qaradağ rayonu isə əsasən öz sementi ilə məşhurdur.
14. Latın dilində iki yerə qatlanmış vərəq deyin.
Cavab: diplom.
15. Onlar Niger,Əlcəzair,Burkino-Faso,Mərakeş,Mali və Liviyada yaşayır.Əkinçiliklə məşğul olmurlar.2002-ci ildən isə Avropada çox populyar olublar.Bakıda da onları tez-tez görmək mümkündür.
Cavab: Söhbət tuareqlərdən gedir(Afrikanın şimalında yaşayan bərbər tayfalarından biri).Həm də Volkswagen Touareg maşınlarından.
 

20 şərh

bankir
Vaxt qurtarmadı?
2ral
Düzgün cavabları postda yerləşdirirəm.siz sualları müzakirə edin,mən də düzgün cavabların sayını çıxardım
papatürk

12-ci suala çox cavab yazmaq olar.


Qalan suallar isə yaxşıdır.Ən çox da Qaradağ haqqında sual.

NICO_R
bu daha professionalca hazırlanmış suallar idi, bəyəndim
2ral
Əvvəlcə suallar haqda bir-iki fikrimi deyim:
Ptiçye moloko haqda sual real hadisəyə əsaslanır. Çox xoşuma gələn hadisədir,onu özüm qoydum.
2-ci suala bir nəfər müstəqil dövlət yazıb,amma o sualın cavabı qəbul olunmur.Çünki respublikadan başqa monarxiyalar da var.
3-cü sualı sayta erudit adlı istifadəçimiz göndəirb.Çoxları bu suala düz cavab yazıb.
4.Heç ki8m düz cavab yazmıb.
r9perviz
1-ci sualda cavab "öküz qanadı" da ola bilər, çünki «buffalo wing» adlı yemək var
2ral
Baxmayaraq ki,sualda Oxu,oxu sözləri verilmişdi.Məncə Quantanamo o qədər də yaxşı cavab deyildi.
5.Yenə çoxları cavab tapdı.
6.Hamı cavabı tapıb.
7. barium cavabı yazılmışdı,Onu da düzgün hesab etmək olar bir tərəfdən baxanda.Amma Br əslində barium yox,bromdur.
8. Qorbaçov və s. cavabları yazılıb.Yəqin ki burda çaşdırıcı məqam Reyqan olub.
9. Öz müəllif sualım. Hamı demək olar ki,sualın cavabını tapıb.
10. Artıq şərhə ehtiyac yoxdur.13 nəhs rəqəmdir.
11.Sualın müəlllifi saytımızın xanım üzvüdür.Gözəl sualdır. Tapanlar var.
12. Sərbəst sualdır. Çoxlarının fərqli cavabını da qəbul edirəm.
13. Yarışın ən gözəl sualı. Çernoqoriya cavabı var.Amma düzgün cavab kimi sement tələb olunurdu.Cavab hesaba alınmır.
14.Çoxları tapıb.
15. Baza sualıdır,amma tapanlar az oldu.
MASON

hər halda dövlət yazanda monarxiya nəzərdə tutulmayıb ki.122 monarxiyanı kim nəzərdə tuta bilər ki?məncə dövlət cavabı qəbulı oluna bilər.

papatürk

Dövlət=monarxiya+respublika+konstitusiyalı monarxiya+anarxiya+....


Respublika düz cavabdır. Avropada 1900-cü ildə 4 dənə dövlət olduğuna inanırsız?

MASON
inanmasam dövlət yazmaram ki)
NICO_R
məncə bu fərqli cavab qəbul etmək məsələsi ləğv olunmalıdı. ÇQK-da belə sual tipi yoxdu.
Agali
yadımdan çıxıb turnir. :(
2ral
Ən çox suala r9perviz cavab verib- 8 suala. Sonra 7 cavabla Nico_R və s. gəlir. Təbriklər.
2ral
Ola bilər ki,kiminsə cavablarının sayı səhv hesablansın.Xahiş edirəm bildirin.NiCO_R,sizin tuareqlər haqda suala qaralar cavabınız qəbul olunmur təbii ki.
təpəgöz
Təbriklər. Onun «buffalo wing» cavabı qəbul olunmaqla 8 cavabdır?
E-mailə bax.
2ral
Yox,heç həmin cavab verilməmişdi. Bu cavabsız 8 düzgün cavabı var.
r9perviz
Həmin sualda "Öküz qanadı" yazmaq istəsəm də, tələsdiyimdən təkcə "Öküz" yazmışdım :)