"Renessans" komandasının sualları ( VII hissə)
Bu başlıq altında Sumqayıtın «Sim Club» intellektual klubunun özümün də üzvü olduğum «Renessans» komandasının suallarını təqdim edəcəm.
31. Diqqət sual: Qadınlar yoxsa kişilər daha güclüdür??? Hamını düşündürən bu suala Türkiyənin əyalət kəndlərinin birinin sakini özünəməxsus şəkildə cavab tapmağa çalışmışdı.O erkək və dişi buzovların quyruqlarını bir-birinə bağlamış, və onları əks istiqa-mətdə qovmuşdu.Nəticədə erkək buzovun quyruğu qopmuşdu. Deyə bilmərik ki, kəndli nə dərəcədə onu maraqlandıran suala düz-gün cavab tapa bilmişdi.Ama sonralar o dəfələrlə buzovu müşahidə edərkən etdiyi hərəkətə görə peşman olmuşdu.Bu peşmançılığın səbəbini deyin.
Ardı →