Рейтинг
+63.32

Gündəlik həyatın çətinlikləri

51 üzv, 174 topik

Tərəddüd etdiyimiz anlar

Həyatda hər zaman gözləmədiyimiz çətinliklərlə üzləşməyimiz qaçınılmazdır. Bu zaman ağlımızdan və iradəmizdən düzgün istifadə etdikdə çətinlikləri  tam həll edə bilməsək də ən azından asanlaşdırmağın yollarını tapa bələrik. Ancaq yenə də elə hallar var ki, insan özlüyündə düşündük də seçim qarşısında birini qəbul edib digərinə nisbətən daha ağir gəlir. Düşdüyümüz bu vəziyyətlər bizlərə çətin gəlir və qərar qəbul etməyə tərəddüd etdiyimiz anlar yaranır.

Anlayışın olmadan bilmədiyin bir dünyaya gözlərini açdığın an yoxsa həyatı başa düşüb, yaşamaq istədiyin bir anda vaxtsız gələn “dəvətlə” getmək istəmədiyin bu dünyaya əbədi olaraq gözlərini yumacağın anı düşünmək?

 

  • İnsan yoxsa adam olmaq?
  • Hörmət qazanmaq yoxsa onu saxlamaq?
  • Yaxşılığa yaxşılıq yoxsa yamanlığa yaxşılıq?
  • Sevdiyin tərəfindən sevilməmək yoxsa sevmediyin birisi tərəfindən sevilmək?
  • Xəyanət edilən olmaq yoxsa xəyanəti bağışlamaq?

Ardı →

Cütlüklər arasında münasibəti bitirən səbəblər

Cütluklərin ayrılığının ardında bir çox təməl problemlər yatar.
Ancaq baxsanız, bəzilərinin çox kiçik və dəyərsiz mövzular olduğunu görərsiniz.

Pul:
Cütlüklər arasında problem meydana gətirən ən əhəmiyyətli mövzulardan biri puldur. Əslində bütün insanlığın ən böyük problemi bu deyilmi? Xərcləmə və qənaət söz mövzusu olduğunda cütlüklər anlaşılmazlığın tam ortasına düşərlər. Əgər hər ikinizdə evdəki xərcləmələrdən məsulsansanıq, aylıq bir büdcə çıxarıb, bu payı ikiyə bölə bilər və geri qalanı dilədiyiniz kimi xərcləyə bilərsiniz. Ancaq tək adamın çalışdığı evlərdə hər ay birinin istədiyini almaq kimi bir həll yoluna gedilə bilər.


Ardı →

İçimizə atdıqlarımız və içindən çıxa bilmədiklərimiz

Bir insan niyə içinə atar? Niyə duyğularını basdırar? Basdırdığı və içinə atdığı şeylər nə qazandırar? Nə itirdər?
Buna görəmi hər şey qarışıq olar, içindən çıxılmaz bir hal alar, keçməkeçli olar, viran olar, xarab olar, betər olar?

Duyğuların basdırılmaması, içə atılmaması lazım olduğu həmişə deyilir, ancaq bunu hər kəs bacara bilərmi? Bir çox insan; qışqırıb çığırmalı, ağlamalı olduğu zaman göz yaşlarını içinə axıdar. Yaşadığımız mənfi hadisələr, basdırılan duyğular, danışıb izah edə bilmədiyimiz və ya haqsızlığa uğradığımız anlar. Gün gələr bunlar, fiziki xəstəlik olaraq ortaya çıxır.


Ardı →

Qocanın qədrini bil ki...

Qocanın qədrini bil ki...Hər yaşın öz gözəlliyi var, əlbəttə ki, həyatı düzgün qura bilsən. Gənclik nə qədər cazibəli, nə qədər şirindirsə, qocalıq ondan da təravətli, nurludur. Amma yetər ki, hər kəs öz yaşının, həyat mərhələsinin şərtlərini anlasın, yaşasın.  Bir vaxtlar ailə dağıtmaq, kiçiyin böyüyün üzünə, necə deyərlər, ağ olması fəlakət, faciə hesab olunardı, amma indi bütün bunlar adi hal alıb, elə özümüz də barışmışıq belə mənzərələrlə...

Bəli, mənəvi aşınmamızın ən həssas nöqtələrindən biri də ağsaqqal, ağbirçəklərlə, valideynlərlə rəftarın, davranışın zəif olmasıdır, daha doğrusu, onlara qarşı laqeydliyimiz, biganəliyimizdir. Bəlkə elə bunun nəticəsidir ki, bu gün qocalar evi dolub-daşır, hələ bəlkə neçə-neçə bu cür evlər tikilsə yenə tələbatı ödəməyəcək, yəni ora müraciət edənlərin sayı qat-qat çox olacaq. Bax bu fakt mənəvi aşınmamızın ən aydın göstəricilərindəndir. Əgər bir övlad öz valideynini küçəyə atırsa, onun haqqında yaxşı nəsə söyləmək çətindir. Valideyni evdən qovmağa, istədiyimiz kimi rəftar etməyə heç birimizin haqqımız yoxdur.

Metroda, avtobusda bir yaşlıya rast gəlirik, durub ona yer verməyə də ərinirik. Yolu keçməkdə çətinlik çəkən bir qocanın əlindən tutub kömək etmək əvəzinə, yanından əl-qolumuzu yelləyə-yelləyə, ildırım sürətilə  ötüb keçirik.
Ardı →

Evlilikdə tənqid

«Tənqid „sözünü düşünmənizi istəyirəm. “Tənqid» deyilincə düşüncənizə nə cür çağırışımlar, hansı xatirələr və necə duyğular gəlir?  Bu an nələr düşündüyünüzü bilə bilmərəm ancaq ümumi şəkildə təxmin etmək olar: Ehtimalla ağılınıza gələn düşüncələrin böyük bir qismi mənfiliklər ehtiva etməkdədir.

Tənqid təsirli istifadə özümüzü və ətrafımızı müsbət istiqamətdə dəyişdirə bilməmiz üçün çox təsirli bir üsuldur. Çox təsirli üsul olduğu kimi istifadəsi diqqət istər və səhv istifadəsi ciddi mənada zərər verə bilər.

Tənqid təməldə bir adamda ya da hadisədə öz fərdi fikirimizə görə doğru və səhv tərəfləri ifadə etməmizdir. Yaşadığımız həyatı özümüz üçün daha əlverişli bir hala gətirmək üçün tənqid edərik. Ancaq klassik tənqid üsulları insanlarda həmişə mənfi çağrışımlar oyandırdığı və bir növ hücum hesab edildiyi üçün çox vaxt heç dinlənilmədən avtomatik bir şəkildə tənqidi hədəfindəki adamı müdafiə davranışına itələyər.


Ardı →

Qış aqressiyası

“Yenə soyuq havalar başladı” — deyib, şikayətlənirsiniz? Əhvalınız bu aralar heç yaxşı deyil? Bu soyuqlar sizi lap boğaza yığıb? Onunla da münasibətlərinizdə problemləriniz var? Əgər bütün suallarımıza həvəssiz şəkildə başınızın işarəsiylə “hə” deyə cavab verirsinizsə, elə isə bu yazı sizin üçündür! Oxuyun və verəcəyimiz məsləhətlərə diqqət edin.   

   Diqqət!
   
   Fəsillərin də insan həyatının gedişatına böyük təsiri var. Yaz və yay mövsümündə dinamik, pozitiv enerjili olduğumuz halda, payız və qış aylarında sanki ağır mənfi yüklü enerji ilə yüklənmiş oluruq. Təbii ki, bunun da birbaşa olaraq mövsüm dəyişiklikləri ilə əlaqəsi var. Təbii ki, təbiətə qarşı çıxmaq mümkünsüzdür. Lakin “hər şey insanın öz əlindədir” misalına sadiq qalıb hər şeyi öz xeyrinizə dəyişdirə də bilərsiniz.


Ardı →

Texnoloji yeniliklər və ailə münasibətləri

Son dövrlər texnologiyanın sürətli inkişafı cəmiyyətdə müəyyən təəccübə səbəb olmaqla yanaşı, müəyyən narahatlığa da gətirib çıxarır. Çünki mobil telefonlar, kompyuterlər, sosial şəbəkələr ilk baxışdan sürət əsrində olması vacib olan vasitələr kimi çıxış edir. Ancaq əslində texnologiya ixrac edən ölkələr bununla öz düşüncə tərzlərini, mənəvi-əxlaqi dəyərlərini və mədəniyyətlərini ixrac edirlər. Biz də bu alış-veriş prosesində qazanclı çıxdığımız üçün ilk baxışda sevnirik.

Hazırda milyonlarla insan üçün internet həm iş, həm informasiya, həm də əyləncə vasitəsidir. Deməli, fərqli bir dünyada yaşayırıq. Bu dünyada internet həyatın ən arzuolunan atributu olmaqla yanaşı, sosial və ictimai-siyasi həyatda mühüm rol oynayır. Bu mənada sosial şəbəkələrin və internetin müasir dövrün ən vacib tələblərindən biri olması mübahisə doğurmur.
Ardı →

Klişe bəhanələr

Bəzən insanlar evlənməyi planlaşdırdığı şəxsdən “Bitdi” sözünü eşidir. İlk bir neçə gün rahat, qayğısız özünü aparsa da, günlər hər iki tərəf üçün getdikcə ağırlaşıb gah əlimizi, gah da ağlımızı “yoldan çıxarıb” bizə bəzi istəmədiyimiz şeyləri etdirir...Hər şey virtual aləmdə köhnə sevgilini izləməklə, F5 düyməsini tez-tez vurmaqla, “görəsən yeni sevgili tapıb özünə?” sualını dəfələrlə öz-özünə verdikdən sonra telefonu götürüb hansısa bəhanəylə ona yazmaqdan başlayır...

Elə mövzumuz da bu bəhanələrdir. Hamımızın ən azı bir dəfə müraciət etdiyi bu bəhanələrdən görün hansı sizə daha yaxındır?

Yuxumda səni görmüşəm
Bu mesajı yazıb ondan “Aaa yazıq məni yuxusunda görüb, tez qayıdım ona” deməyini gözləyirsiniz? Qarşındakının da “Sanki bir ildə hər gün görüb dağı dağ üstünə qoydun, qaldı yuxuda görməyin” cavabını yazmağı nə yerinə düşərdi!


Ardı →

Evin böyük uşağı olmağın çətinlikləri

Böyük bacı, yaxud qardaş olmaq həqiqətən gözəl hissdir. Amma yeri gələndə müxtəlif çətinliklər ortaya çıxır. Həmin çətinliklərin bəzilərini təqdim edirik.

“Axı o balacadır”
Evin böyük uşağının ən çox eşitdiyi cümlədir. Balaca uşaq ona istədiyini edər, amma o əsəbiləşib qışqırsa, günahkar çıxar. Üstəlik ata-anadan da danlaq eşidər: “O balacadır, başa düşmür, sən ki böyüksən!”. 

Özünə alınanları yeyib böyük uşağınkılara göz tikmək
Balaca uşaqların ən çox sevdiyi şey yəqin ki budur. Ata iki dənə şokolad alır, böyük uşaq şokoladı açınca balaca uşaq özününkünü tez yeyib qurtarır. Çünki arxayındır ki, biri də var. Başlayır ağlamağa. Ana da “qardaşın indi bunu yesin, sənə sonra alarıq” deyir.

Balacaların əşyaları qırıb dağıtmağı
Böyüklər həvəslə bir şəkil çəkər, yarım saatdan sonra həmin şəklin üstündə ya tüpürcək, ya da başqa cızma-qara, ən pis halda balkondan atıldığını görərlər. Mobil telefonu suya atar, televizorun pultunu gizlədər, ən sevimli oyuncaqları qırar, amma ona “gözün üstə qaşın var” deyən tapılmaz.


Ardı →

Yaşayan ölülər

yaşayan olulərƏtrafınızdakı insanları müşahidə edirsinizmi? Kim nə işlə məşğuldur, nələr edir, nələr düşünür və s. Bəlkə bir çoxunuz düşünər ki, başqaları məni niyə maraqlandırsın ki. Amma təfəkkür etmək üçün ətrafımızdakı insanlar çox gözəl mövzudur. Bir ticarət mərkəzinə gedəndə sağınızda, solunuzda gəzən, fərqli söhbətlər edən, fərqli düşüncələri və ya hərəkətləri olan insanlara yəqin ki, diqqət edirsiniz.

Ümumiyyətlə diqqət etməmək mümkün deyil. İstər-istəməz gözünüz sataşır, baxırsınız. Bəziləri çox nəzəri cəlb edən, gözəl geyimlərdə. Bəziləri çox sevincli, şən söhbətə başı qarışıb. Bəziləri tələsir, harasa nəyisə çatdırmağa çalışır. Bəziləri telefonla danışır, ətrafında nələr baş verir, heç görmür də. Baxan kimi də heç tanımadağınız bu insanlar haqqında ağlınızda çox sürətli fikirlər yaranır. Bir anlıq baxışla, əxlaqı, şəxsiyyəti, yaşadığı həyat tərzi haqqında beyninizdə dərhal şəkil çəkirsiniz.

Bəzən bir əyləncə mərkəzindəki insanlar, böyük izdiham halında, sevinc içində, yüksək səslə danışaraq, hər biri diqqət çəkən, bahalı maşınlarına minib ordan uzaqlaşırlar.


Ardı →