Рейтинг
+23.37

Diplomatiya

26 üzv, 40 topik

Konfransların keçirilməsi praktikası və prosedurası

Prosedura qaydaları
Hər hansı rəsmi konfransın məcburi element qismində çətinlik yaxud narazılıq olan hallarda sədrin əl atdığı, iştirakçıların fəaliyyətini yönəldən və müəyyən edən bir sıra yazılı qaydaları olmalıdır. Ya da bu əvvəlki sessiyada qəbul olunmuş və növbəti sessiyalarda standart müzakirə edilən daimi qaydalar olmalıdır məsələn, BMT Baş assambleyasının prosedura qaydaları; yaxud onlar da baxılmaq və təsdiq olunmaq üçün yeni konfransa təqdim edilməlidir. Bu halda qaydalar həmişə qabaqcadan göndərilməli olan müvafiq bildirişdə konfransın keçirildiyi yer və tarixi göstərilməklə layihə formasında yayılır.


Ardı →

Suverenliyin hüdudları və dövlət yurisdiksiyası

Suverenlik
Dövlətin ərazi suverenliyi dövlət sərhədləri daxilindəki torpaqları və onun üzərindəki hava məkanını əhatə edir, ancaq havanın yuxarı qatı (kosmik məkan) buraya daxil olmur. Suverenlik dəniz dövlətlərində də müəyyən məhdudiyyətlərlə daxili və ərazi sularında yayılır; və dövlət xüsusi dəniz zonası, müstəsna iqtisadi zona və kontinental şelf üzərində nəzarət ölçüsünə sahib olur. Dənizlərdə qanuniliyi müəyyən etmək üçün beynəlxalq rejim 1958-ci il Cenevrə konvensiyasına və 1982-ci il dəniz hüquqları üzrə Konvensiyaya əsaslanır.
Aşağıda konvensiyanın əsas müddəaları göstərilir. Sahil dövlətləri uzunluğu on iki dəniz milinə qədər olan ərazi suları üzərində suverenliklərindən istifadə edirlər, lakin xarici gəmilərə həmin sulardan sülh naviqasiyasını həyata keçirmək məqsədilə sülh keçidi kimi istifadə etməyə icazə verilir, uçuşlara isə sahil dövlətləri ilə razılaşdırılmaqla icazə verilir.


Ardı →

Diplomatik sığınacaq

Diplomatik missiyaların yerlərinin toxunulmazlığı ənənəvi olaraq onların sığınacaq üçün yer kimi baxılmasına gətirib çıxartdı. Siyasi təqibdən (qayda üzrə adi cinayət işləri ilə əlaqədar tətbiq edilməyən) sığınacaq alma hüququnun mövcud olması və hüquqi qüvvəsi haqqında məsələ yalnız dövri qızğın mübahisələr mövzusu olaraq uzun müddətdir ki, həll edilməmiş qalır. Mürəkkəbləşmiş vəziyyəti yalnız danışıqlar yolu ilə həll etmək olar, ona görə ki, diplomatik münasibətlər haqqında Vyana konvensiyası, diplomatik missiya yerlərinin (həm də bütün daxildə yerləşən) toxunulmazlığını təmin etməsinə baxmayaraq, tərkibində Konvensiyanın toxunulmazlıq və təhlükəsizlik təminatı ilə təsiri aid olmayan hər hansı şəxsin getməsi haqqında müddəa yoxdur. Hətta adi beynəlxalq qanunlar çərçivəsində diplomatik sığınacağın mövcud olmasının qəbul edilməməsinə baxmayaraq başqa regionlarda diplomatik sığınacaq verilməsi praktikası davam edir. Latın Amerikası praktikasını 1954-cü ildə Karakas şəhərində keçirilən onuncu Amerika arası konfransda qəbul edilmiş diplomatik sığınacaq üzrə Konvensiya əsasında bu qaydada ümumiləşdirmək olar:


Ardı →

Cinayətkarların verilməsi (ekstradisiya)

Ekstradisiya şəxsin məhkəmə araşdırmasında iştirak etməsi üçün yaxud onun ittiham edildiyi həbsxana müddətini çəkib qurtarması üçün bir ölkədən digərinə zorla köçürdülməsidir; cinayətkarların verilməsi (ekstradisiya) haqqında sorğular təqsirləndirilən yaxud cinayətə görə məhkum olunmuş şəxs başqa ölkədə sığınacaq axtardığı zaman (yaxud hazırda yaşayır) baş verir. Adətən ittiham edilən cinayət ekstradisiya sorğusu verən dövlətin ərazisində yaxud onun bayrağı altında üzən gəmidə törədilir. Cinayətkarların verilməsi üçün sorğular diplomatik kanallar üzrə verilir və onlar cinayətkarların verilməsi haqda Müqavilə vasitəsilə hər iki dövlət tərəfindən əvvəlcədən razılaşdırılmış konkret prinsiplərə aid olmaqla son dərəcə açıqdırlar. Bu tip müqavilələrdə adətən aşağıda göstərilən prinsiplər ifadə olunur:


Ardı →

Beynəlxalq müqavilələrin bağlanması prosesi

(a)akkreditə edilmə və vəkalət
Müqavilələrin bağlanması prosesi maraqlı dövlət tərəfindən danışıqları aparan şəxslərdən danışıqların aparılmasına səlahiyyətli olduqlarını, yəni öz etimadnamələrini təqdim etməyi tələb edir. Etimadnamələr adətən şəxsən xarici işlər naziri yaxud onun adından imzalanmış məktub şəklində tərtib edilir.
Əgər müqavilə yaxud digər beynəlxalq sənəd ikitərəfli danışıqların yaxud çoxtərəfli konfransın gedişi zamanı tərtib edilməli və imzalanmalıdırsa nümayəndələrə (onlar hökumət başçıları yaxud xarici işlər nazirləri olduğu hallar istisna olmaqla) vəkalətlər verilməlidir. (Əgər müqavilə dövlət başçıları arasında bağlanırsa, onda vəkalətlər dövlət başçıları tərəfindən, əgər hökumətlər arasında bağlanırsa — onda xarici işlər nazirləri tərəfindən imzalanır.)
Aşağıda səlahiyyətli konfrans tərəfindən nümayəndəyə verilən vəkalətnamənin standart nümunəsi göstərilmişdir.


Ardı →

Beynəlxalq hüquq

Beynəlxalq hüquq insanın dövlət daxilində mövcud olan qaydalara hörmət etməsinin və hüquq normalarını dövlətlərarası münasibətlər sahəsinə tətbiq etmə cəhdinin nəticəsidir. Lakin soyuq müharibənin qurtarmasından sonrakı dövr beynəlxalq hüququn tərəfdarlarını ümidini doğrultmadı. Cinayətkarların tanınması və verilməsi sahəsində olduğu kimi, güclərinin tətbiqinə münasibətdə də siyasi maraqlar naminə beynəlxalq hüquqa etinasızlıq göstərilirdi, pozuntulara yol verilirdi, yaxud daha pisi onlardan sui-istifadə edilirdi. Beynəlxalq hüquq ənənəyə uyğun olaraq əsasən dövlətlər arasında münasibətləri nizamlayan normalar məcmusu kimi müəyyən edilir.
Amma sosial və dövlətlərarası cavabdehlik haqqında məlumatların tədrici inkişafı ilə əlaqədar olaraq, müharibədən sonrakı amillərin və hadisələrin təsir etməsi nəticəsində (məsələn: yeni dövlətlərin yaranması və dövlətdə şəxsiyyətin rolunun artması) beynəlxalq hüququn daha geniş surətdə müəyyən edilməsi tələb olunurdu ki, bu da öz əksini Birləşmiş Millətlər Təşkilatının yaranmasında və inkişafında tapdı.


Ardı →

Beynəlxalq Valyuta Fondu (BVF)

BVF (uyğun olaraq ing. — İMF) 1944-cü ildə Nyu-Hempşir, Bretton-Vudsda imzalanan müqavilə (1969-cu və 1978-ci illərdə düzəlişlər edilmişdir) ilə yaradılan hökumətlərarası təşkilatdır. BVF-yə üzvlük Dünya bankına üzvlüyün şərtləri ilə eynidir. Hazırda 181 ölkə BVF-nin üzvüdür.
Fondun əsas məqsədi — xəzinə siyasəti sahəsində beynəlxalq əməkdaşlığa kömək etmək və beləliklə beynəlxalq ticarətin genişlənməsinə şərait yaratmaq. Bu daimi forum ölkələrin iqtisadi və maliyyə fəaliyyətini əlaqələndirir. Fond yalnız ayrı-ayrı ölkələrin problemlərinə deyil, həm də beynəlxalq valyuta sisteminin də işinə diqqət verir. Beynəlxalq valyuta sistemində baş verən dəyişikliklər həddində BVF də BMT-yə üzvlüyü və təşkilat prinsiplərini saxlamaqla dəyişiklik edir.


Ardı →

BMT-nin ixtisaslaşmış beynəlxalq təşkilatları

Xüsusi müqavilələrlə Birləşmiş Millətlər Təşkilatı ilə əlaqələndirilmiş hökumətlərarası idarə müstəqil, muxtar təşkilatdır. İqtisadi və sosial şura bu təşkilatların özləri arasında və BMT ilə əməkdaşlığını uzlaşdırır. On altı təşkilat birlikdə ixtisaslaşdırılmış idarəni təşkil edirlər (BMT-nin nizamnaməsində işlədilən termin). Onlar hər il İqtisadi və sosial şuraya məruzə edirlər. Birləşmiş Millətlər Təşkilatının himayəsi altında 1957-ci ildə əsası qoyulmuş atom enerjisi üzrə beynəlxalq agentlik (MAQATE) hər il Baş məclisə, müvafiq olaraq Təhlükəsizlik şurasına və İqtisadi və sosial şuraya məruzə edirlər.
Davamı →

Birləşmiş Millətlər təşkilatı

Birləşmiş Millətlər Təşkilatını daimi diplomatik konferensiya adlandırmaq tamamilə mümkündür: bu, Birləşmiş Millətlər Təşkilatının nizamnaməsinə qol çəkərək, onun məqsədlərini bəyənən və onun prinsiplərinə müvafiq şəkildə fəaliyyət göstərmək həmrəyliklərini bəyan edən dövlətlərin ümumdünya birliyidir.


Ardı →

Konsulluq xidmətçiləri və konsul məntəqələri

Konsul məntəqələrinin təsis edilməsi
Dövlətlər arasında diplomatik münasibətlərin qurulması, əgər xüsusi olaraq bunun əksi müəyyən edilməyibsə, konsul münasibətləri qurulmasına razılığı nəzərdə tutur. Lakin diplomatik münasibətlərin qırılması konsul münasibətlərinin avtomatik qırılması demək deyildir.
Konsulluğun təşkil edilməsi üçün, konsul postunun yerləşmə yeri və statusu (yəni baş konsul, konsul, konsul müavini və ya fəxri konsul), eləcə də konsulluğun yurisdiksiya sahəsi haqqında informasiya istəyə biləcək qəbul edən ölkənin icazəsi tələb olunur. Bundan başqa, bu müddəalardakı istənilən sonrakı dəyişilmələrə, eləcə də konsulluq ərazisinin harasında olursa-olsun istənilən əlavə konsul xidmətləri təşkil olunmasına qəbul edən ölkənin icazəsi tələb edilir.


Ardı →