Рейтинг
+262.52

Düşündürücü hekayələr

204 üzv, 570 topik

Müqayisə

İşləri heç cür yaxşı getmirdi. Odur ki, dostunun yanına getməyi qərara aldı. Qısa hal-əhvaldan sonra: “İşlərim yaxşı getmir. Heç cür istədiyimi əldə edə bilmirəm. Gördüyüm işlərin çoxu yarımçıq qalır. Nə edəcəyəm, bilmirəm”, — dedi. 
Dostu: 
— Səni narahat edən elə budur? — deyə soruşdu. 
Adam: 
— Bəli, — dedi, — səndən məsləhət almağa gəlmişəm. Bu vəziyyətdən çıxmaq üçün nə etməliyəm? 
Dostu cavab verdi: 
— Sənə bir məsləhətim var. Bu gün evə gedəndə bir kitabxanaya baş çək. Oradan “Nyu-York Tayms”ın 1970-ci il almanaxını al və 930-cu səhifəsinə bax. Orada sənə lazım olan şeyi tapacaqsan. 
Adam dostundan ayrılar-ayrılmaz, bir kitabxanaya getdi. “Nyu-York Tayms”ın 1970-ci il almanaxını tapdı və 930-cu səhifəsini açdı. Ancaq orada ona lazım olan şeyi görmədi.
Ardı →

Ən gözəl nümunə

Ən gozəl numunə uşaqlardır
Bir gün bir alimdən soruşurlar:
— Kimdən nümunə götürək? Alimlərdən, yoxsa tacirlərdən?
— Heç birindən. — deyə alim cavab verir və davam edir:
— Ən gözəl nümunə uşaqlardır.
— Axı, uşaqlar heç nə bilmirlər.
— Yanılırsınız. Uşaqlar hamımıza nümunə olan üç keyfiyyətə malikdirlər. Birincisi,həmişə xoşbəxtdirlər, ikincisi həmişə məşğuldurlar. Üçüncüsü həmişə istədiklərini necə əldə edəcəklərini bilirlər. 
Davamı →

Borclu qulların duası

borclunun duasıBir vəzir yoxsullara, ehtiyacı olanlara dövlət xəzinəsindən borc pul verir, borc alanlar “Borcumuzu nə vaxt qaytaracağıq?” — deyə soruşanda “Padşahımız öləndə qaytararsınız”, — deyə cavab verirdi.

 Bunu eşidən bir nəfər tez padşahın yanına gedir və deyir: “Qibleyi-aləm, sizin vəziriniz xəzinədən ehtiyacı olanlara borc pul verir, özü də “Padşahımız öləndə qaytararsınız”, — deyir. Deməli niyyəti pisdir ki, sizin tezliklə ölməyinizi istəyir”.
Bunu eşidən padşah vəzirindən inciyir. Ancaq yenə də onu hüzuruna çağırıb, deyilənlərin doğru olub-olmadığını öyrənmək istəyir.

Vəziyyətin nə yerdə olduğunu anlayan vəzir padşahın ürəyini yumşaldan  bu sözləri deyir: “Padşahım, deyilənlər doğrudur. Mən xəzinədən ehtiyacı olanlara borc pul verir, sonra da onlara “Padşahımız öləndə qaytararsınız”, — deyirəm. Ancaq mən bunu sizin ölməyinizi istədiyim üçün yox, əksinə daha çox yaşamağınız üçün edirəm.

Bilirsiniz ki, hər borcluya borcunun vədəsi qısa görünür, vədə tamam olmasın deyə dua edir. Bu, o deməkdir ki, borclular borclarını gec qaytarsınlar deyə, sizin ömrünüzün uzanması üçün dua edirlər. Allah qatında ən məqbul dualardan biri də borclu qullarının duasıdır”.
Davamı →

Uşaq sevinci

Universitetdə tələbə olanda yarım gün idman malları satan bir mağazada işləyirdim. Kiçik bir oğlan uşağı  həftədə ən azı iki-üç dəfə bu mağazaya gəlir və almaq istədiyi basketbol topuna baxıb gedirdi.

Mən də müdirimlə onun bu hərəkətinə gülürdük. Çünki mağazadakı ən bahalı basketbol topunu almaq istəyirdi. Ancaq bütün bunlara baxmayaraq, deyəsən, o bu qərarında çox ciddi idi… Bu hadisə demək olar ki, bir neçə ay davam etdi. Hər dəfə də uşaq mağazaya gəlir və basketbol topunun satılmadığını görəndə sevinirdi. Bundan sonra isə onun topu əlinə götürmək, orabura çevirmək və sonra da diqqətlə yerinə qoymaq vaxtı idi...

Nəhayət, bir gün uşaq mağazaya bir ayaqqabı qutusu ilə gəldi. Üzündə böyük bir təbəssüm basketbol topunu almaq istədiyini bildirdi. Müdirim topu yerindən götürdü və asta addımlarla kassaya doğru apardı. Uşaq o vaxt ayaqqabı qutusundakı xırda pullarını sayırdı. Uşağın cəmi 9 dollar 99 sent pulu var idi (Görünür, uşaq, topun üzərindəki “7” rəqəmini “1” rəqəmi kimi oxumuşdu). Müdirim mənə baxıb gülümsədikdən sonra uşağın pullarını diqqətlə saydı və ona: — Düzdür! Tam 9 dollar 99 sentdir, — dedi. Sonra da topu bir torbaya qoyub uşağa uzatdı. Uşaq mağazadan çıxandan sonra müdirimdən niyə belə etdiyini soruşdum. O isə mənə:  — Oğlum, mən bu 60 dolları bəlkə başqa bir yerdən ala bilərəm, ancaq bu uşağın sevincini heç bir yerdən ala bilmərəm, — deyə cavab verdi.


Davamı →

Maraqlı hekayə

 

Düşündürücü hekayə....

Məşhur bir rəssam dünyanın ən gözəl rəsm əsərini çəkmək qərarına gəlir. O, əsərinin mövzusunu tapmaq üçün uzaq səyahətə çıxır. Bir meşənin içindən keçərkən nurani bir adamla qarşılaşır. Ona: “Dünyanın ən gözəl şeyi nədir?” — sualını verdikdə:“İmandır”, -cavabını alır. Rəssam yoluna davam edir. Bir kənddə toy məclisinə gəlir. İzdihamın arasından sıyrılaraq, gəlinə yaxınlaşır və eyni sualı ona da verir. “Dünyanın ən gözəl şeyi məhəbbətdir”, — cavabını alır. O, yenə yoluna davam edir. Bu dəfə müharibədən qayıdan yorğun bir əsgərlə qarşılaşır.


Ardı →

Kirli səbət

Bax, suya salıb cıxardıqca səbətin də təmizləndiBir alim var idi. Bir gün bir tələbəsi yanına şikayətə gəldi və “hər dəfə dərsə gəlib-getməkdən bezmişəm, çünki beynimdə heç nə qalmır”- dedi.

 Alim kirli bir səbət götürüb tələbəsinə verdi bir az irəlidəki su quyusunu göstərib: “get o quyudan bu səbəti doldur gətir”- dedi.

Tələbə alimin dediyi kimi etdi. Səbəti su ilə doldurdu, ancaq geri qayıdana qədər səbətdə su qalmadı.

Alim tələbəsini 3 dəfə də suya göndərdi. Tələbə isə hər dəfə səbəti su ilə doldurur, ancaq hər dəfə də boş səbətlə geri qayıdırdı. Boş yerə suya gedib gəldiyini düşünən tələbə, nəhayət, alimin deyəcəyi son sözü gözləməyə başladı.

Alimin son sözü bu idi: Əsas məsələ quyuya boş və ya dolu gedib gəlməkdə deyil, əsas məsələ quyuya gedib, gəlməkdədir. Bax, suya salıb çıxardıqca səbətin də təmizləndi”
Davamı →

Doğuldular, yaşadılar və öldülər

Gənc şahzadə taxta çıxan kimi ölkəsini ədalətlə idarə etmək üçün dünya tarixini öyrənmək istədi.
Odur ki, bütün məşhur alimləri saraya topladı və: “Mənə dünyanın tarixini yazın. Mən də oxuyub ölkəmi ədalətlə idarə edim”, — dedi.
Aradan bir il, üç il, beş il, on il, iyirmi il… keçdi, ancaq alimlərdən hələ də səs-soraq yox idi. Şah yenidən alimlərə xəbər göndərdi və dünyanın tarixini soruşdu. Çox keçməmiş alimlər 40 dəvə yükü kitabla şahın hüzuruna gəldilər. Şah kitablara baxdı və: “Mən 40 dəvə yükü kitabı oxuyub qurtara bilmərəm. Yaxşısı budur, siz bunları bir az azaldın”, — dedi.

Yenə aradan bir il, üç il, beş il, on il… keçdi, ancaq alimlərdən bir səs-soraq gəlmədi. Şah yenə alimlərə xəbər göndərdi. Alimlər bu dəfə iki dəvə yükü kitabla şahın hüzuruna gəldilər. Şah yenə: “Mənim bu qədər kitabı oxumağa vaxtım çatmaz. Yaxşısı budur, siz bunları da bir az azaldın”, — dedi.

Yenə aradan bir il, üç il, beş il… keçdi. Artıq şah qocalmışdı. Ancaq yenə də dünyanın tarixini öyrənmək istəyirdi. Yenə alimlərə xəbər göndərdi və dünyanın tarixini soruşdu. Bu dəfə alimlər bir at yükü kitabla şahın hüzuruna gəldilər. Şah kitablara baxdı və:
Ardı →

Ağıllı cavab

Bir vaxtlar müdrik bir qoca var idi. Qoca, hökmdarı salamlamaq üçün hər səhər hüzuruna çıxır və: «Məqsədinə çatmaq istəyirsənsə, erkən qalx!»-deyirdi. Hökmdar isə bu sözlərə görə çox narahat olurdu. Çünki gecəni əyləncə ilə keçirdiyi üçün gec yatır, səhər isə gec qalxırdı. Ona görə də qocanın bu sözləri ona həmişə təhqir kimi gəlirdi. Ancaq hörmət etdiyi üçün ona heç bir şey demirdi.
Nəhayət, bir gün hökmdar adamlarına əmr verdi və adamlar qoca səhər saraya gələndə paltarlarını soydular. Qoca evə qayıdıb başqa bir paltar geydi və sonra hər gün olduğu kimi hökmdarın hüzuruna çıxdı.
Ardı →

Kartof

Bir müəllim bir gün dərsdə şagirdlərinə belə bir təklif edir.
— Bir həyat təcrübəsinə qatılmaq istəyərdinizmi?
Şagirdlər çox sevdikləri müəllimlərinin müəllimlərinin təklifini tərəddüdsüz qəbul edirlər. Müəllim deyir:
— Onda bundan sonra nə desəm edəcəyinizə dair söz verin.
Şagirdlər də razılaşırlar. Müəllim:
— İndi sabahkı tapşırığına hazır olun. Sabah hamınız bir torba və beş kiloqram kartof gətirəcəksiniz.
Şagirdlər bu işdən heç nə anlamamışdılar. Amma ertəsi gün sabah hamısının partalarında torbalar və kartoflar hazır idi. Özünə maraq dolu gözlərlə baxan uşaqları görən müəllim :
— İndi bu günə qədər bağışlamağı rədd etdiyiniz hər bir insan üçün bir kartof götürün və üzərində həmin insanın adını yazın. Sonra isə o kartofları torbalara qoyun.
Ardı →

İki yolçu

Bir zamanlar bir yolçu dağların ətəklərində, qalın bir qar təbəqəsiylə örtülü, az istifadə olunan bir cığırla təkbaşına yürüyürdü. Qar daha da bərk yağır, yol gedərək daha təhlükəli olmağa başlayırdı.

Nəhayət, yolçu soyuğa dözə bilməyəcək hala gəldi və yerə yıxıldı. Amma bəxti varmış, eyni yoldan ikinci bir yolçu keçirdi və o birinin durumunu görüncə çox üzüldü. Onu yerdən qaldırdı və özünə gətirəcək bəzi şeylər verdi. 

Daha sonra ilk yolçu yeni gələnin əlini əllərinin arasına aldı və ona olan borcunu həyatda olduğu müddətdə unutmayacağına dair and içdi.

İkinci yolçu xəfifcə gülümsədi və heç nə söyləmədi.

İlk yolçu sonralar evinə çatdıqda, baş verənləri hamıya nəql edəcəyini söylədi. Bu insani davranışı hər tərəfdə danışacaq, gələcəyə qalması üçün yazıya alacaq və şeirlə vəsf edəcəkdi.


Ardı →