Рейтинг
+262.52

Düşündürücü hekayələr

204 üzv, 570 topik

Bərəkət.

 Bir gün Musa əleyhissəlam bir kənddə var- dövləti və səxavəti ilə ad çıxarmış bir adama rast gəlir. Həmin şəxs də onu evinə dəvət edir. Oturub şirin- şirin söhbət edirlər. Söhbət əsnasında həmin şəxs deyir :

 -Malım, dövlətim başımdan aşır. Özüm çox can atmasam da Allah var- dövləti başımdan yağdırır. Qorxuram ki, bu nemətlərin şükrünü edə bilməyim. Həm də mal dövlətim o qədərdir ki, qorxuram onlarla məşğul olmaqdan ibadətə vaxtım qalmaya. Bu qədər var- dövlət Allaha qarşı ibadətimi azalda bilər. Mənə bir məsləhət verin.Neyləyim ki, var- dövlətim getdikcə azalsın?


Ardı →

Ümid...

    Dostunun gündən-günə pisləşdiyini görən biri onu həkimə göstərməyi qərara alır. Həkim xəstəni müayinə etdikdən sonra onun ağacda yarpaqlar saralıb tökülənədək ömrü qaldığını bilidir. Bunu eşidən xəstə dost hər səhər ayılıb pənəcərə qarşısındakı ağaca baxardı.

   Payız yaxınlaşmışdı və ağacdakı yarpaqlar yavaş-yavaş saralıb tökülürdü. Beləcə yarpaqlar hamısı tökülməyə başladı və sonda ağacda yalnız üç yarpaq qaldı, dostu bu üç yarpağında töküləcəyini gözləyirdi, amma yarpaqlar tökülüb getmirdi. Bunun ümidiylə xəstə dost yavaş-yavaş sagalmağa başladı. 
Günlər keçdi və bir gün o ağaca yaxınlaşanda gördü ki, ağacdakı yarpaqlar kağızdandır və bu zaman dostu ona dedi: «Ağacdakı yarpaqları çoxdan külək aparmışdı və mən səndən xəbərsiz ağaca kağızdan xəyali yarpaq düzəltdim, sənin ümidin itməsin deyə.»
Davamı →

Müdrik və tələbə

Qədimlərdə, hansı şəhərdəsə, ağ saçlı, müdrik bir alim yaşayırmış. Alim biliyini, gücünü, ağlını fərasətli tələbəsindən əsirgəmir, onu oxudurmuş. Günlərin birində, necə olursa, məmləkətin padşahının o qocaman alimə qəzəbi tutur, əmr verir ki, onu şəhərin meydanında daş-qalaq eləsinlər. Əmrə görə bütün şəhər əhli ona bir daş atmalı imiş. Kim atmasaymış, dar ağacından asılacaqmış.

Can şirindir, yetən o qoca alimə bir daş atır. Alim dinmir, haray-həşir qoparmır.

Gözünün biri çıxır, o məğrurluqla susur. Başı yarılır, cınqırını da çıxarmır. Bu ara onun otuz il dərs dediyi tələbə gəlir, Padşah öz taxtından, müəllim isə daş-kəsək arasından ona baxır. Tələbə odla su arasında qalır… Vursun, necə vursun, axı onun sevimli müəllimidir. Vurmasın necə vurmasın, padşah o saat dar ağacından asdıracaqdı. O, çox fikirləşir, axır naəlac qalıb əyilir, yerdən bir qum dənəsi götürüb, yavaşca öz müəlliminə sarı atır. Bu dəm bayaqdan məğrur-məğrur susan o müdrik qoca dəhşətlə elə qışqırır ki, padşah taxtında, adamlar, isə meydanda sarsılırlar. Hamı təəcüb eləyir; nə oldu ki, o belə qışqırdı? Padşah əlini qaldırır, meydana sükut çökür.


Ardı →

Qısa məzmunlu düşündürücü hekayələr


 ***

Günlərin birində reportyor hər il keyfiyyət müsabiqələrində yetişdirdiyi qarğıdalı qalib olan fermerdən bunun sirrini soruşdu. Fermer cavab verdi ki, o, hər il ən yaxşı qarğıdalıları qonşularına paylayır, qonşuları da əkin zamanı onlardan istifadə edirlər. Sirr də, elə budur.

Reportyor təəccübləndi:

— Nə üçün belə edirsiniz? Onlar ki, sizin rəqiblərinizdir, onlar da müsabiqədə iştirak edirlər.

Fermer gülümsəyərək cavab verdi:

- Məsələ burasındadır ki, külək tozcuqları mənim sahəmdən qonşularınkina və əksinə aparır. Əgər qonşularda pis qarğıdalı bitsə, tezliklə mənim məhsulum da tərifə layiq olmayacaq. Hansı fermerin sahələrinə daha yaxşı qulluq etməsi isə, artıq tamamilə başqa bir məsələdir.

 Oxşar hadisələr həyatda tez-tez baş verir. Uğur qazanmaq istəyən yalnız özünü deyil, ətrafdakıları da düşünməlidir, onlara da uğura doğru addımlamağa yardım etməlidir. Onların güzaranı yaxşı olsa, sənin də həyatın gözəlləşər. Bu dünyada hər şey bir-birinə bağlıdır.


Ardı →

Qəlbimizin dünyası

Dünya görmüş qoca şəhərin girişində əyləşib, fikrə dalmışdı. Şəhər qapılarına yaxınlaşan gənc ondan soruşdu:

- Mən heç vaxt bu şəhərdə olmamışam. Buranın camaatı necədir?

 Qoca suala sualla cavab verdi:

- Bəs sən sonuncu dəfə tərk etdiyin şəhərdə necə insanlar yaşayırdılar?

Gəncin sanki yarasına duz səpdilər:

- Heç soruşma, ay baba! Çox pis insanlar idi, hamısı əsəbi, kinli. Elə buna görə də köçmək qərarına gəldim.

Qoca dilləndi:

- Bilirsən, elə buranın camaatı da belədir.

Gənc artıq şəhərə daxil olmadı, kor-peşman yoluna davam etdi.

Bir qədər keçdikdən sonra şəhərin qapılarına başqa bir gənc yaxınlaşdı, o da ağsaqqala müraciət etdi:

- Bu yerlərin adamı deyiləm, baba. Mənə bir məsləhət verərdiniz. Bu necə şəhərdir, insanları necədir?

Qoca yenə suala sualla cavab verdi:


Ardı →

Natamamlıq problemi

Yarımçıqlıq və natamamlıq. Sinonim sözlərdir. Müxtəlif mənalarda işlədə bilərik. Amma gəlin sırf insanın insanlığındakı natamamlığa diqqət yetirək. Niyə baş verir bu? Kökü nədədir?

Həqiqətən də düşündürücü suallardır. Məhz cəmiyyətimizdə çoxumuzda bu problem var. Kökü isə bir məsələdədir. Artıq və hazırlıqsız məsuliyyət götürməkdə. Bəli bu sualın cavabı budur. Yersiz yüklənmə, qaldıra bilməyəcəyimiz öhdəliyi götürmə. Yaxud da xeyri zərərindən az olan məsuliyyətə qatlanma.

Natamamlığımız valideynlik statusumuzda, ixtisasımıza yiyələnməkdə, ünsiyyətimizdə, yardımlaşmağımızda və s. situasiyalarda özünü göstərir.
Əfsus ki, bu problemə lazımi qədər əhəmiyyət verə bilmirik. Anlaya bilmirik ki, bu məsələni həll etsək, sıxıntılarımızın çoxu həll olacaq.

Məsələ ondadır ki, bizim plan və istəklərimiz çoxdur. Amma təhlilsiz. Təhlil zəif olarsa, o istədiyimiz arzumuz həyata keçəndən sonra bizə problem ola bilər. Çünki hər kəsin öz dərəcəsi, öz tutumu və öz ehtiyacları vardır. Məsələn biz qonşuda bahalı avtomobil görürük. Deyirik məndə də olsun. Halbuki bizə zəruri deyil o avtomobil. Amma qonşumuza işiylə bağlı yaxud maddi qüdrətinə uyğun olaraq ona lazım olduğunu anlamırıq. Kreditlə maşını əldə edirik. Sonradan anlayırıq ki, mənə heç də zərurət deyilmiş bu. Beləliklə üç illik krediti ödəyincə çox narahatlıq keçiririk. Ailəmizə, ehtiyaclılara xərcləyəcəyimiz pulu kreditə ödəyirik. Bu səhv addımın gətirdiyi stres, aqressivlik isə bizdə mənfi xarakter formalaşdırır. Peşmançılıq bizi gecə-gündüz narahat edir.

Ardı →

Real həyat hekayəsi

 Mart ayı gəlmişdi, amma qızım hələ də oxumağa başlamamışdı. Ev tapşırıqlarını etməmək üçün min cür bəhanə tapırdı. Əlimdən gəldiyi qədər ona kömək edir, oxumağa həvəsini artırmağa çalışırdım. 


Ancaq heç bir irəliləmə olmurdu ki olmurdu. Elə bil prinsipə düşüb oxuma-yazma öyrənməməyə and içmişdi. Müəlliməliyin qazandırdığı təcrübəmdən hər tərəfli istifadə etməyə çalışırdım, amma heç birinin faydası olmadığı üçün daha da qorxuya düşürdüm.

Qızımdan bir yaş kiçik oğlum və hələ yeddi aylıq olan övladıma ayırdığım vaxtlardan oğurlayıb, qızıma daha çox vaxt ayırırdım, ancaq hər dəfə müəllimi ilə danışdıqdan sonra qanadlarım qırılırdı elə bil. «Bəlkə qızımın beyin inkişafı geri qalır?» kimi düşüncələrə qapılır və bu səbəbdən də yaranan baş ağrılarını sakitləşdirmək üçün hər gün 2-3 ədəd dərman qəbul edirdim. 


Ardı →

Aldadıcı oxşarlıq

 Bir neçə il əvvəl qatarla Nyu-York ştatındakı Salamanka vağzalına gəlmişdim. Oradan başqa bir qatarla uzaq səfərə getməliydim. Platformada çoxlu adam vardı və hamısı tamamilə dolu olan həmin qatara minməyə cəhd edirdilər. Kassadakı gəncdən mənə bir bilet verməsini xahiş etdim, o isə «yoxdur», — deyə cavab verdi. Oradan aralandım və qarşıdan gələn bir yerli məmurdan o qatarda bir bilet əldə etməyimə kömək göstərməsini xahiş etdikdə o, mənim sözümü kəsərək qəzəblə dedi: «Mümkün deyil, hər künc-bucağı doludur, bir də məni narahat etmə». O, arxasını mənə tərəf çevirib çıxıb getdi. Mən özümü elə təhqir olunmuş hesab etdim ki, yol yoldaşıma dedim: «Mənim kim olduğumu bilsəydilər bunlar...». Lakin yoldaşım dərhal sözümü kəsdi: «Cəfəngiyyat danışma, vəziyyətlə barışmahyıq», — dedi, "əgər onlar sənin kim olduğunu bilsəydilər, tamamilə dolu bir qatarda bilet tapmağa sənə necə kömək edərdilər?".
Bu çıxılmaz vəziyyətə çarə tapılmadı ki, tapılmadı. Birdən hiss etdim ki, vaqonlardan birinin bələdçisi dönüb diqqətlə mənə baxdı. Gördüm ki, onun üzünün ifadəsi dərhal dəyişdi. O, məni mundirli bir məmura göstərib ona nə isə pıçıldadı və mən anladım ki, mənim barəmdə danışırlar. Bir an sonra həmin vaqon bələdçisi üz-gözündən nəzakət yağa-yağa mənə yanaşdı.
Ardı →

Həyatınız seçdiyiniz qadındır!

Harun Rəşid döyüşdə əsir aldığı düşmən Generala :
 -Həyatını bağışlayaram, amma bir şərtim var, deyir.Bir sualıma cavab tapmalısan. «Qadınlar həyatda ən çox nə istər?» — budur bilmək istədiyim. Bu sualın cavabını gətir,  qurtar kəlləni.- deyir.
  General  bu çətin sualın cavabını axtarmağa başlayır və dağda yaşayan bir cadugərin bunu bildiyini öyrənir. Günlərlə cadugərin evinə yol gedir və nəhayət onu tapıb bu sualın cavabını soruşur:
-Qadınlar həyatda ən çox nə istər?
Qorxunc cadugər cavab üçün elə bir şərt qoyur ki, General tərəddüd içində qalır…
Ardı →

Paxıllıq

paxıl artmaz
Bir də görürsən ki, yekə bir ağac qəfil köklü-köməcli yerə sərildi. Fikirləşirsən, dərdi-azarı nədir bu ağacın, görəsən? Axı heç yarpaqları da solmayıb, sapsağlamdır. Bəs nə oldu?” Yaxınlaşanda görürsən ki, ağacın gövdəsini qurd içindən elə gəmirib-yeyib ki, kənardan azacıq hiss olunur. Bapbalaca qurd bu boyda ağacı gör necə böyrü üstə yıxdı!

Əslində paxıllıq, xəbislik də belədir, insanı içindən gəmirir, “niyə ona olar, mənə yox?”- deyə rahatlıq tapmayanın, fürsət düşən kimi dilindən qeybət düşməyənin də aqibəti axırda o qurd yemiş ağaca bənzəyir; həmişə dünya başına dar olur, heç yerdə qərar tutmur, nə gecəsi olur, nə gündüzü, elə hey “hərəkətdə” olur. Bir də onda ayılır ki, artıq gecdir, paxıllıq, xəbislik bataqlığında çabalayır, nə qədər qışqırsa da nə səsini eşidən olur, nə köməyinə gələn…
Nə deyim, Allah dilimizi qeybətdən, içimizi paxıllıqdan, xəbislikdən qorusun. Amin!
Davamı →