Рейтинг
+262.52

Düşündürücü hekayələr

204 üzv, 570 topik

Heyni Hafmanın "Doğulmamış qızın gündəliyi" kitabından bir hissə

Artıq neçə gündür ki, yaşayıram
«Anamın qarnında oturmuşam, doqquz aydan sonra doğulacağam. Anam məni sevir, qayğımı çəkir. Tez-tez həzin musiqiyə qulaq asır və mən də onunla birlikdə həzz alır, çox vaxt da elə musiqi dinləyərək yuxuya gedirəm. Hər axşam atam işdən gəlir. Anamı qucaqlayır və yaşadığım qarnı sığallayır.
Bilirsinizmi, mən doğulanda dünyanın ən bəxtəvər ailəsi olacağıq — axı mən onları çox, lap çox sevirəm! Anam vaxtının çox hissəsini evdə keçirir. Amma günorta saat 1-dən axşam 5-dək məktəbə gedir. Onun indi çoxlu şagirdləri olmasa da, uşaqlar anamı lap çox istəyirlər. Eyb etməz, mən doğulandan sonra anamı indikindən də artıq sevəcəklər.

Məktəbdən qayıdandan sonra anam yemək yeyir, onunla bahəm mən də yeyirəm. Hər şey elə dadlıdır ki! Sonra anam televizora baxır, nə isə toxuyur, dərslərə hazırlaşır. Günlərimiz adətən belə keçir.
Axşam atam işdən gəlir, yemək yeyir, dincəlir və yatmağa gedir.
Atam elə həlim, gözəldir ki! Doğulmağa tələsirəm — hər axşam atamı qucaqlayar, öpər, sonra da onunla oynayardım.
Əla olardı, hə!

Hər gün böyüyürəm. Əllərim, ayaqlarım var artıq. Hər şeyi görür, hiss edirəm. Atamla anam yəqin ki, bunu hələ bilmirlər. Onların nə etdiklərini görürəm, amma onlar anamın bətninə baxıb mənim nə etdiyimi görmürlər. Bir anlıq da olsa, anamın qarnından çıxmaq, onu və atamı öpmək, sonra yenidən bətnə dönmək istərdim.
Amma yox, hələ balacayam. Balaca uşaqlar isə ananın qarnında oturmalı, dəcəllik etməməlidir.
Ardı →

Mən nə etdim?


Onlar dost idilər, amma nədənsə, aralarında mübahisə düşmüşdü. Biri o birini sakit davranmağa çağırsa da, qarşı tərəf qəzəbini boğa bilmirdi.

Bəli, onlar dost idilər, bir süfrədə çörək kəsib, bir qaba əl uzatmışdılar. İndi isə hər şey dəyişmişdi. Bayaqdan bəri nisbətən sakit davranan qarşı tərəf artıq ünvanına söylənən təhqirlərə dözmədi və: “Bilsəydim ki, elədiyini bu gün başıma qaxacaqsan...” sözünün ardını deyə bilmədi və əlini yelləyərək çıxıb getdi. O, isə bir qədər sakit dayandıqdan sonra başını tutub diziüstə yerə çökdü. Deyəsən, bərk peşmançılıq hissi keçirirdi. Özü-özünə sanki hesabat verirmiş kimi pıçıldayırdı: “Yaxşı iş görmədim. Qəlbini qırdım onun”. Amma nə faydası, artıq peşmançılıqdan keçmişdi. Düzdür, ola bilsin, o səni tərk etməyəcək, yenə yanına qayıdacaq, amma sənə əvvəlki kimi dost gözü ilə baxa bilməyəcək. Çünki artıq aranızdakı dost divarı uçdu...

Ona görə elə et ki, sabah başını əllərin arasına alıb “mən nə etdim?” — deyə peşmançılıq hissi keçirməyəsən. Elədiyinin, dediyinin nə məna daşıdığını, sonradan hansı reaksiyalara səbəb olacağını düşün. Düşün ki, sonradan gec olmasın. 


Davamı →

Bu gün də qurtarsaydı....

   Kayzenə üzv olan gündən nə isə maraqlı bir şey yazmaq istəyirdim, ancaq vaxt çatışmamazlığı və ilham pərisinin mənə uzun müddətdir ki, baş çəkməməsi buna inkan vermirdi. Bu iş günü də qurtarsa idi, gedərdim evə. Bəlkə evdə hansısa mövzu haqda yaza bilərdim. Əslində bir tərəfdən iş gününün bitməsini istəyirəm, digər tərəfdən isə fikirləşirəm ki, həyat elə sürətlə keçir ki, onsuz da heç bunu arzulamağa dəyməz. Onsuz da bu gün axşam olacaq. Mənimlə, ya mənsiz. Bu günün bir dənə də önəmi ondan ibarətdir ki, bu gün maaş günüdür.
   Sabah cümə günüdür, sabahkı günü həftənin digər günlərindən daha çox istəyirəm. Əslində bu gün həm də müqəddəs gündür, ancaq mənim xoşuma daha çox sabahkı günlərin istirahət günləri olmasıdır. Həmin gün nə qədər çoz yorulsam da bu hal mənə təsəlli verir. Axı sabah saat 11-ə kimi yatacam. 6-cı günlər saata baxıb saatın bir göz qırpımında saat 15-00 oldüğünü görəndə anlayıram ki, bu gün də belə getdi.
   Bazar günlər çalışıram ki, səhər tez durum, axı istirahət gününü yalnız yatmaqla xərcləyə bilmərəm. Ancaq yenə də həftə boyu yığılıb qalan işlər ( uşağı nənə-babası agilə aparmaq, maşını ustaya, moykaya aparmaq, bərbərə aparmaq) günü aparır. Axşam tərəfi isə dostlarla çay içib günü başa vururam. Bu da mənim həftə boyu gözlədiyim 6-bazar)))
   Budur, vaxt-vədə yetişdi, komandirski den, işə getmək vaxtı yaxınlaşdı. Belə ağır gün, üstəlik də Bakı-Sumqayıt yolunun tıxacı, vah-vah-vah)) Gəl indi yuxulu-yuxulu işlə.
   İkinci  gün nisbətən yüngüldür, Gunun yarısı Mərkəz ofisdə iclasda keçdiyindən xəbərimiz olmur. Axşam isə bizi evdə sevimli komandamızın futbol matchı gözləyir.
   Üçüncü gün -  gecə gec yatdığımızdan səhər adətən yuxudan durmağımla maşının açarını götürüb qaçmaq bir olur, gecikməyimiz bir yana, təzədən o qədər mərtəbəni geri qayıdıb ayaqqabının digər tayını da geyinmək əlavə vaxt aparır))) Artıq işdə vaxt normal keçir. Hamı dünənki oyun barəsində öz təsüratlarını danışır. Arada da iş görəndə -hər şey normal.
   Bu da 4-gün. Bu iş günü də qurtarsa idi......
   Ömrümüzdən günlər su kimi axıb gedir.


Davamı →

İnsanlıq dərsi.

Sinif səs-küydən dağılarkən, bir sərt görünüşlü müəllim içəri girir, sinfə bir qaşqabaqlı baxış keçirib kürsüyə keçir. Təbaşirlə lövhəyə " 1 " rəqəmini yazır.

— " Baxın " — deyir: «Bu insanlıqdır. Həyatda sahib ola biləcəyiniz ən dəyərli şey. „

Sonra “ 1 » in yanına " 0 " rəqəmini yazır: " Bu uğurdur. Uğur qazanmış insan 1-i  10 edir. "

Bir " 0 " da artırır. " Bu təcrübədir. 10 olduğunuz vaxt 100ə qaldırar sizi "

Beləliklə " 0 " lar uzanıb gedir. «Bacarıq… Ciddiyyet… Sevgi… „

Əlavə olunan hər “ 0 » ın insanı 10 dəfə daha artıq zənginləşdirdiyini uşaqlara izah edir. Sonra əlinə silgini alır və ən başdakı " 1 " i silir. Demək istədiyi son fikri də uşaqlara çatdırır.

 " İNSANLIĞINIZ YOXDURSA, O BİRİLƏR HEÇ BİR MƏNA VERMƏZ! " 


Davamı →

Seçim sənin


O, zərgər idi, necə deyərlər, əli qızıl kəsirdi. Dindirəndə deyirdi ki, şükür Allaha, çörək pulumu çıxarıram, hələ üstəlik, rayona, anamgilə də əl tuturam.

Hər dəfə onunla hal-əhval tutanda söhbətini “Şükür” kəlməsi ilə açardı. ”Açardı” ona görə dedim ki, indi o, öz sevimli peşəsi ilə məşğul deyil. Çünki Allah ona halal zəhmətlə pul qazanmağın yolunu göstərmişdi, lakin o, şükür etsə də, bir müddətdən sonra bu yoldan sapdı, daha doğrusu, yayındı, şeytana uydu. Bir zamanlar əli qızıl kəsən o zərgər içki aludəçisinə çevrilib, indi səfil-sərgərdan küçələrdə dolaşır, başı “dumanlananda” elə küçənin bir tərəfindəcə yıxılıb yatır...

Bəli, Allah insana halal zəhmətlə çörək qazanmağın yolunu göstərir, qədrini, qiymətini bilməyəndə isə onu əlindən alır və cəzalandırır...

İnsan bilməlidir ki, hər şey gəldi-gedərdir, pul bu gün var, sabah yox, bəlkə də bir anın içində villa, saray sahibi olarsan, sabah isə müflis vəziyyətə düşərsən. Bil ki, hər şey Allahın əlindədir, Allahın sənə verdiyi fürsəti dəyərləndirməyi bacar, sənətinin, zəhmətinin qədrini bil, şeytana uyub yolundan sapma, Yaradanın qəzəbindən qorx!


Davamı →

Şillə

silləMüəllim dərsini qurtarıb sinifdən çıxanda şagirdlərindən birinin o birinı yıxdığını gördü. Üstəlik, yıxılan uşaq sinfin ən yaxşı şagirdlərindən biri idi. Müəllim, əvvəlcə, yıxılan şagirdi yerdən qaldırıb üstünü təmizlədi, sonra o biri şagirdin qolundan tutub sinfə saldı.
O bu kənd məktəbində iyirmi ildən artıq idi ki, işləyirdi. İş elə gətirmişdi ki, o elə bu kənddən də evlənmişdi. Hətta təyinatı böyük şəhərlərə çıxsa da, öz ailəsi kimi sevdiyi bu məktəbdən getməmişdi. Ona görə də bu “ailənin üzvlərinin” yaramazlıqlarını həzm edə bilmirdi.
Müəllim, əvvəlcə, sinif yoldaşını yıxan uşağı əməlli-başlı tənbeh etdi. Sonra da (hətta onun qorxudan tir-tir titrəməsinə belə əhəmiyyət verməyərək) üzünə bərk bir şillə vurdu. Görünür, uşağın cılız bədəni bu zərbəyə dözməmiş, üstəlik, yeni çıxmaqda olan dişlərindən axan qan müəllimin pencəyinə sıçramışdı. Müəllim yeddi yaşlı bir uşağa qarşı etdiyi bu hərəkətdən peşman olsa da, bunun ona yaxşı bir dərs olacağını düşünürdü.
Müəllim şagirdini orada qoyub getməyə hazırlaşırdı ki, birdən onun əlini cibinə saldığını gördü. Ən yaxın dostunu belə yıxmaqdan qorxmayan bir yaramaz, yəqin ki, müəlliminə də bıçaqla və ya başqa bir şeylə hücum edə bilərdi. Müəllim bu “gözlənilməz hücumdan” özünü müdafiə etməyə hazırlaşırdı ki, birdən uşaq cibindən xalasının bayramda ona hədiyyə etdiyi dəsmalı çıxardı və çətinliklə də olsa, yerindən qalxmağa çalışıb:
— Müəllim! Pencəyinizdə qan var, icazə verin silim.


Davamı →

Xoşbəxtsən!

Bir kasıb uzaq bir səfərə çıxmalı olur. Ayağında ayaqqabısı, başında papağı olmadığı üçün bu səfər zamanı çox əziyyət çəkir, ayaqlarını daşlar əzir, başını gün yandırır. Bir dəfə oturub düşünür və özünü möhkəm qınayır, deyir ki, sənin tay-tuşların dəvə karvanları ilə yola çıxırlar, sən isə ayağına geyməyə ayaqqabı da tapmırsan. Bu yaşa qədər gəlmisən, qarındolusu çörək yediyini də xatırlamırsan.

Bəli, bu kasıb özünü xeyli qınayandan, danlayandan sonra durub yoluna davam edir. Gəlib bir kəndə yetişir. Baxır ki, yolun kənarındakı iri bir daşın üstündə təxminən onunla yaşıd bir adam oturub. Yolçu diqqət edib görür ki, meh əsdikcə həmin adamın şalvarının balaqları havada oynayır. Baxır ki, adamın ayaqları dizdən aşağı yoxdur. Daşın dibinə isə bir cüt qotazlı çarıq qoyulub. Əlini cibinə salır ki, ona bir şey versin, amma onun cibi nə zaman pul görmüşdü ki? Yolçu kəndin çıxışındakı bir bulaqdan su içib əl-üzünü yaxşıca yuyandan sonra yoluna davam edir. Daha onun ayaqları əvvəlki qədər ağrımırdı.


Ardı →

O da sənin anandır

İllər uzunu bir-birinizin həsrəti ilə yaşadınız, sevgi məktubları, mesajlar yazdınız… qayınana gəlinQovuşacağınız günü gözləyə-gözləyə bir gün bu ayrılığa sən də “əlvida” dedin, gəlin köçdün sevdiyinin evinə. İndi bir özünsən, həyat yoldaşındır, bir də qayınanan. O səni öz balasıtək əzizləyir, heç övladından ayırmır. Şübhəsiz, bu nəvazişin qarşılığını sən də xoş rəftarınla ödəməliydin. Lakin...

Hərdən rəfiqələrin yanına gəlir, söhbət söhbəti çəkir. Qayınanandan söz düşəndə indi ağzını büzürsən: “bütün günü əsəbimlə oynayır: onu elə eləmə, bunu belə eləmə...” deyə söylənirsən. Halbuki, qapınıza gəlib razılığını aldığı gün sevincdən ağlamışdı qayınanan. Səni evinə gətirəndə oğlundan az sevinmirdi. Elə indi də: “qızım” deyə çağırır səni. Amma sənsə, ayağını bir başmağa dirəyib ağbirçək vaxtında ixtiyar qocanı övladından, nəvəsindən ayırmağa can atırsan. Bir gün sən də qocalacaqsan, bir gün sən də oğul evləndirib qayınana olacaqsan. Fikirləş, yaxşı-yaxşı götür-qoy et, sabahını düşün: sevdiyin insanın anasını anan kimi qəbul et. 


Davamı →

Vəfalı dostlar

Silvertondan Bobbi
Silvertondan Bobbi
Silvertonlu Bobbi- Oreqon ştatında yaşayan it 2800 km yolu qət edərək sahiblərinin yanına qayıtdığı üçün bütün dünyada məhşur olmuşdur. 1923-cü ildə ailənin İndiana ştatına səyahəti zamanı iki yaşlı Bobbi yolda itmişdir. Uğursuz axtarışlardan sonra ümidsiz evə qayıdan ailə 6 aydan sonra Bobbini halsız vəziyyətdə qapılarının qarşısında aşkar etmişdirlər. Sən demə it qarlı yolları qət edərək, dağlardan keçərək sahiblərinin yanına qayıtmışdır.Bir anda bütün kütləvi informasiya vasitələri onun haqqında yazmağa, danışmağa başladı. 1927-ci ildə isə Bobbi dünyasını dəyişdi. Onu təntənəli şəkildə heyvanlar üçün qəbirstanlıqda dəf etmişdilər.
Ardı →

Fərqli olan bərabərlik

 Doğrudan da maraqlıdır, dünyada iki cür dəyərləndirmə var, həm də bu dəyərləndirmə insanlığın daha da inkişaf etdirilməsi naminə göstərilmiş səy kimi qiymətləndirirlir. Bu dəyərləndirmələr daha sonra fəxri adlar, növbənöv təltifetmələr, pul mükafatları və s. ilə əvəz olunur. Bu səbəbkarlar daha çox insanların alim zümrəsindən olur.

Bəzən bir alim illərini sərf edərək virus icad edir və bu zərərli və zəhərli virus sayəsində milyonlarla insanın həyatına son qoyula bilər. Qırıcı təyyarələr, növbənöv kimyəvi silahlar, böhran yarada biləcək maliyyə layihələri, insanları manipulyasiya etmək üçün motivasiya vasitələri və s. üstü hamar və cəlbedici görsənib altı zəhərli əməlləri də bu qəbildəndir.

Bəzən də bir alim illərini sərf edərək müxtəlif ağır xəstəliklərin aradan qaldırılması, varlı və yoxsul təbəqinin balanslaşdırılması, yeni iş yerlərinin açılması, sülh və əminəmanlıq şəraitinin yaradılması, xeyriyyəçilik, insanların həyatında rahatlıq yaratmaq naminə texniki inkişaf və s. xeyirə vəsilə olan əməllər üçün gözünün nurunu tökəcək qədər zəhmət çəkir.

Nəticə isə bərabərdir. Eyni nəzər, eyni diqqət, eyni mükafatlandırma. Təsəvvür edin, təltifolunma mərasimində iki böyük alimə mükafat verəcəklər. Bu mükafat dünyanın ən məşhur mükafatıdır ki, ondan o tərəfə dünya çərçivəsində bu cür mükafat yoxdur. Bir alimi — bəşəri bir gündə məhv edə biləcək virusu ixtira etdiyinə görə, başqa bir alimi isə — bütün dünyanı yoluxmuş virusdan sağalda biləcəyi vaksin icad etdiyinə görə təltif edirlər. Bir sözlə — zülmün və ədalətin, xeyrin və şərin eyni dərəcədə mükafatlanması…


Ardı →