Рейтинг
+50.73

Ədəbiyyat

80 üzv, 740 topik

Dünya ədəbiyyatından qısa hekayələr

E Mayer

“Uğursuzluq”
Mən bədənimdəki sərt ağrılardan ayıldım. Gözlərimi açıb tibb bacısının çarpayımın başında dayanmış gördüm.
— Cənab Fudjima, — o dedi – bəxtiniz gətirib, siz iki gün əvvəl Xirosimada baş verən bombardmandan sağ çıxa bilmisiniz. İndi isə siz xəstəxanada, təhlükəsiz yerdəsiniz.
Taqətsizlikdən birtəhər güc tapıb soruşdum:
— Mən haradayam?
— Naqasakidə – o cavab verdi.


Ardı →

Teleqram | Konstantin Paustovski

Ötən əsrin unudulmaz müğənnilərindən biri olan Marlen Ditrix rus-sovet yazıçısı Konstantin Paustovskinin “Teleqram” hekayəsini oxuduqdan sonra onunla görüşmək istəyir.

Görüş baş tutur. Və bu dəfə adətən qadın və kişi görüşü zamanı adət etdiyimiz etiketin tam tərsi baş verir: Ditrix minnətdarlığını bildirmək üçün yazıçının qarşısında diz çökür. Təbii ki, bu heyrətamiz səhnə fotokameraların da gözündən qaçmır. Bu tarix boyu bir yazıçıya edilən ən gözəl minnətdarlıqlardan biri idi.


Ardı →

Ədəbiyyat zənciləri

Ədəbiyyat zənciləriƏdəbiyyat zəncisi, xəyali qələm, knigger, ədəbiyyat ruhları… Müxtəlif ölkələrdə onları müxtəlif cür adlandırırlar. Ancaq bu, mahiyyəti dəyişmir. Qul hər yerdə quldur. Ədəbiyyat zəncisinin işi başqalarının əvəzinə kitab, müsahibə, məktub və s. yazmaqdan, tərcümələr etməkdən ibarətdir. «Başqaları» dedikdə, ilk növbədə, yazı-pozu işindən başı çıxmayan tanınmış şəxsiyyətlər – pop ulduzlar, siyasətçilər, iş adamları və yazıçı kimi tanınmaq istəyən fəndgirlər nəzərdə tutulur. «Zəncilərin» ağır maddi durumundan istifadə edən bu zümrə onları yalnız kiçik qonorarlar müqabilində işə cəlb etməyə çalışır. 

Ədəbiyyat zəncilərinin «şərəfli» tarixi keçmişi vardır. Aleksandr Düma (ata) çoxsalı ədəbiyyat zəncilərinin əməyindən gen-bol bəhrələnirmiş. «Zəncilər» onunçün tarixi detallar arayıb-tapır, arxivlərdə eşələnirmişlər. Yeri gəlmişkən, Tekkerey, L.Tolstoy və s. kimi böyük sənətkarlar da ədəbi katiblərin əməyindən istifadə edirmişlər. 

Müasir dünyada qul əməyindən istifadə etməkdə ittiham olunan «yazıçı»ların sayı-hesabı yoxdur.
Ardı →

Əbdürrəhman Cami (1414 - 1492)

Əbdurrəhman CamiNurəddin Əbdürrəhman ibn Nizaməddin Əhməd ibn Şəmsəddin Muhəmməd Cami — məşhur sufi şeyxi və şairidir. Daha çox Molla Cami adıyla tanınır. Qələmindən çıxan 45-dən çox irihəcmli əsərin böyük qismi farsca yazılıb. Əsərlərinin öz zəmanəsində və sonrakı yüzillərdə Şərq ədəbiyyatına təsiri o dərəcədə güclü olub ki, bir çox şərqşünaslar onu haqlı olaraq «farsca yazıb-yaradan klassik şairlərin (onların sıralaması belədir: Firdovsi, Ənvəri, Nizami, Rumi, Sədi, Hafiz, Cami — A.Y.) sonuncusu» adlandırıblar.

İndiki Əfqanıstan ərazisindəki Herat şəhəri yaxınlığındakı Cam qəzasında dünyaya göz açan Əbdürrəhman Cami öz ləqəbiylə bu kiçik yaşayış məntəqəsini bütün dünyaya tanıdıb. Dindar bir ailədə böyüyən Əbdürrəhman 1436 — 1452-ci illərdə Heratda ilk təhsilini alıb. Həmin şəhərə necə könüldən bağlanıbsa, 1452-ci ildən düz ömrünün sonuna qədər oradan ayrılmayıb.

Sufi ustadı Xoca Əhrar (1490-cı ildə vəfat edib) və özbək şairi Əlişir Nəvai (1441 — 1501) ilə yaxın dost olub. Teymurilər sülaləsinin hakimiyyəti dövründə, özəlliklə də Hüseyn Bayqara (1469 — 1506) dönəmində sarayda xüsusi hörmət-izzət sahibi imiş. Dəfələrlə sarayda yaşayıb-yaratmaq barədə dövrünün hökmdarlarından dəvətlər alsa da, həmişə sərbəst yaşamağı üstün tutub. Yetmiş səkkiz illik ömrü boyu zəmanəsinin bir çox tanınmış hökmdarlarıyla məktublaşıb, onların dünyagörüşünə, aldıqları qərarların ədalətli olmasına ciddi təsir göstərib. Onun Osmanlı hökmdarı II Bəyazidlə (1481 1512), Qaraqoyunlu xanədanının başçısı Cahanşahla (1437 — 1467), Ağqoyunlu padşahı Uzun Həsənlə (1453 — 1478) yazışmaları bu baxımdan böyük önəm kəsb edir.


Ardı →

Afrikasayağı xaçapuri

Kofi şalvarının cibindən pul götürüb saydı və razı görkəm alaraq nömrədən çıxdı. 

Yataqxananın geniş, uzun dəhlizində heç kəs yox idi. Son bir neçə ayda Kofinin bu açıq-sarı rəngli, qəhvəyi linoleum döşəməli dəhlizə xüsusi bir doğmalığı yaranmışdı. 

Bu, birdən-birə, qəflətən baş vermişdi. Səbəb də onun dəhlizi çimərliyə bənzətməsi idi. Təsəvvürü nə qədər qəribə olsa da, o, kəşfinə hədsiz sevinirdi. 

Bəzən hətta bu tapıntısından əylənirdi də. Məsələn, ara-sıra dəhliz boş olanda gözlərini yavaş-yavaş qapayar və fikrən uzaq okean sahillərinə qayıdardı. 

Öz xəyalına tamam inandıqda, eyni minvalla yavaş-yavaş gözlərini açardı. Bu vaxt o, özünü linoleum döşəmədə deyil, yalın ayaqlarla qızıl qumların üzərində yeriyir kimi hiss edirdi. 

Tavandakı lüminessensiya lapmaları onda günəş təsəvvürü yaradırdı. 

Kofi bu cür xəyallara qapılaraq hətta bəzən azacıq tərləyirdi də. Amma dəhlizin sonundakı pəncərədən mavi səmanı görüncə tezliklə sərin dənizin qucağına atılacağı fikri onu azacıq da olsa sərinlədirdi.

Kofi son zamanlar çox darıxırdı. Səhər universitetin kitabxanasında bilgisayar arxasında oturmuşdu. İnternetdə səhifələri gəzərkən təsadüfən «Google»-un xəritələr bölməsi ilə rastlaşdı. 

Ardı →

XIX - XX əsrlərin ən yaxşı əsərləri

«New York Times”ın yazarı Peder Zane-in redaktorluğu ilə sorğu aparılıb. 125 ingilis və amerikan yazarın qatıldığı sorğuda bütün zamanların ən yaxşı yazarı — Lev Tolstoy seçildi.
Onun „Anna Karenina” romanı 19-cu yüzilliyin, Vladimir Nabokovun “Lolita”sı isə 20-ci əsrin ən yaxşı kitabları sayıldı.

Ardı →

Nikolay Dobrolyubovun essesi - "Mən bir qadını nə qədər ehtirasla sevirəm..."

Oblomovçuluq

Oblomovların hamısının insanlara və xüsusən qadınlara olan münasibətlərində bəzi ümumi cəhətlər var. Onlar ümumiyyətlə insanlara, onların xırda zəhmətinə, məhdud anlayışlarına və kiçik arzularına nifrət edirlər.

Qadınlara münasibət məsələsində oblomovların hamısı özlərini eyni dərəcədə biabırçı aparırlar. Onlar qətiyyən sevməyi bacarmır və həyatda heç bir məna görmədikləri kimi, eyniylə sevgidə də, nə kimi bir məna axtarmaq lazım gəldiyini bilmirlər. Onlar nə qədər ki, qadına bir əyləncə, yay üzərində hərəkət edən bir kukla kimi baxırlar, onunla əylənməkdən vaz keçmirlər; onlarda qadın qəlbini əsir etməyə də meyl vardır… Bəs necə! Onların ağa təbiəti bundan çox razı qalır. Lakin iş bir qədər ciddi şəkil aldıqda, onlar öz qarşılarındakının doğurdanda oyuncaq deyil, öz hüquqlarına hörmətlə yanaşmağı onlardan da tələb etməyi bacaran bir qadın olduğunu gördükdə, dərhal biabırçı şəkildə qaçmağa üz tuturlar! Bütün bu cənablar hədsiz dərəcədə qorxaqdırlar. “Məşhur və işvəli qadınların qəlbini çox erkən həyəcana salmağı bacaran”, qadınları “nəşəsiz axtaran və təssüf etmədən, acımadan atıb gedən” Onegin Tatyananın qarşısında qorxaqlıq göstərir. O, iki dəfə — özü ondan dərs alarkən və özü ona dərs verərkən — Tatyananın qarşısında qorxaqlıq edib geri çəkilir. Tatyana, axı lap əvvəldən onun xoşuna gəlirdi. Əgər Tatyana Onegini bundan az bir ciddiyyətlə sevsəydi, o zaman Onegin onunla ciddi bir əxlaq müəllimi kimi danışmağı fikrinə belə gətirməzdi. Lakin iş bu yerə çatanda Onegin görür ki, bu məqamda zarafat etmək təhlükəlidir, buna görə də öz keçmiş həyatından, öz pis xasiyyətindən, Tatyananın gələcəkdə başqa birisini sevəcəyindən və sairədən dəm vurmağa başlayır. Sonralar o öz hərəkətini belə izah edir ki, “Tatyanada zərif bir hissin qığılcımını görərək ona inanmaq istəmədi”:


Ardı →

Sonsuz intizar | Frensis Skott Fitscerald

1

Frensis Skott FitsceraldBiz qədim fransız qəsrlərindən danışırdıq, sonra söhbət orta əsr dəhşətlərinə, deyək ki, XI Lüdovikin kardinal Balünü altı il ərzində saxladığı dəmir qəfəsə və ya daş kisələrə keçdi. Daş kisələri mən öz gözlərimlə görmüşdüm. Bu, sadəcə, dərinliyi otuz-qırx fut olan quru quyudur, dustağı onun içinə atırdılar və onun xilasına ümid olmurdu. Onların məni göstərdiyi təsir indiyədək yadımdadır, bu heç təəccüblü də deyil, klaustrafobiyaya olan meylim ucbatından mən hətta qatarın kupesində də özümü pis hiss edirəm. Ona görə də həkim bu əhvalatı danışmağa başlayanda mən sevindim, çünki onun əvvəlinin diri-diri basdırılanlarla heç bir əlaqəsi yox idi.

Bu dünyada missis Kinq adlı gənc bir qadın yaşayırmış, o öz əri ilə birlikdə xoşbəxt ömür sürürmüş. Onların kifayət qədər pulu vardı, bir-birini sevirdilər, lakin missis Kinq ikinci uşağını dünyaya gətirərkən uzunmüddətli komaya düşdü, ayılanda isə onda adi doğum sonrası şizofreniya halı – “şəxsiyyətin ikiləşməsi” baş verdi. Onun sayıqlaması İstiqlaliyyət Bəyannaməsi ilə əlaqəli idi, amma bunun hekayəyə heç bir aidiyyəti yoxdur. Qadın özünə gəlməyə başlayanda onun ruhi pozğunluğu da keçib getməyə başladı. Onuncu ayın tamamında o özünü çox sağlam hiss edirdi və xəstəxananı tərk edəcəyi günü səbirsizliklə gözləyirdi.

Onun iyirmi bir yaşı təzəcə olmuşdu, simasından gənclik və mülayimlik yağırdı, bir sözlə, bütün xəstəxana heyəti ona qarşı xüsusi rəğbət hiss edirdi. Onun özünü xeyli yaxşı hiss etdiyini gördükdə həkimlər qərara gəldilər ki, missis Kinqi əri ilə birlikdə kiçik bir istirahətə göndərsinlər və bu xəbər o dəqiqə bütün söhbətlərin əsas mövzusuna çevrildi.


Ardı →

Məşhur əsərlərin həqiqi qəhrəmanları

Alisa Lidell“Alisa möcüzələr ölkəsində” – Alisa Lidell
Luis Kerroll imzası ilə tanınan yazıçı Çarlz Doçstlant “Alisa möcüzələr ölkəsində” əsərini yazanda ən çox Alisa Lidell adlı balaca qızcığazdan təsirlənib. Kerroll bir çox uşaqlarla vaxt keçirsə də, ən çox sevdiyi məhz Alisa olub. O, 1860-cı ildə yeddi yaşlı Alisanın şəklini çəkərək “Alisanın Yeraltı səyahəti” adlı ilk kitabının sonuncu səhifəsində verib. Deyilənə görə, Doçstlant qızcığaza qarşı intim hisslər bəsləyirmiş və bu səbəbdən də 1963-cü ildə Lidell ailəsi ilə arası dəyib. Qəribədir ki, yazıçının Alisa ilə münasibəti dövründə — 1958-63-ci illərdə yazdığı gündəliklər yoxa çıxıb. Şayiənin doğru olub-olmadığı hələ də naməlum qalır. 

“Dorian Qreyin portreti“ – Con Qrey 
Uayldın məşhur “Dorian Qreyin portreti” əsəri yayımlandıqdan sonra təkcə dostları deyil, bütün mətbuat əsərin baş qəhrəmanın şair Con Qreyə bənzədiyindən yazıb. Şair və tərcüməçi Con Qrey də baş qəhrəman Dorian Qrey kimi 25 yaşında olsa da, üz cizgilərinə görə 15 yaşlı oğlana bənzəyirmiş. Con Qreyin Uayldla dostluq və sevgi münasibətləri yazıçının həbsə girməyi ilə soyuyub.
Ardı →

Ədəbi publisistika ve esse janrı

Yaradıcı olmazdan əvvəl, hər bir insan cəmiyyətin üzvüdür, vətəndaşdır. Cəmiyyətin həyatına, ictimai-siyasi, sosial-mədəni, mənəvi mühitin bu və ya digər məqamlarına münasibət bildirmək yalnız cəmiyyət üzvünün haqqı deyil, insanın özünüifadə ehtiyacının təzahürüdür. İnsanın təbiəti ilə birgə yaranan bu hissi bir qədər də Sözün hökm etmək təbiəti gücləndirir.

Bu da həqiqətdir ki, hər kəs bu ehtiyacını, hətta öz imkanları çərçivəsində, ifadə etmək iqtidarında olmur. Yaradıcı insanın, cəmiyyətin ən müxtəlif təbəqələri tərəfindən istedadı və nüfuzu təsdiq və qəbul olunmuş ziyalının sözünün, fikrinin, mövqeyinin əksəriyyətin rəyi kimi qəbul edilməsi ictimai düşüncədə lokomotiv kimi düşünülməsi də buradan qaynaqlanır.
Ardı →