Рейтинг
+27.11

Ərzaqlar

29 üzv, 315 topik

Razyana

Razyana (latın dilində «foeniculum») çətirçiçəklilər fəsiləsindən ikiillik və çoxillik bitki cinsidir. Vətəni əsasən Aralıq dənizi ölkələridir. Ancaq Avropa və Asiyanın (həmçinin Amerikanın) əksər ölkələrində yetişir. Daha çox iki növü məlumdur (yeri gəlmişkən deyək ki, bəzi mənbələr razyana bitkisinin 2, bəzi mənbələr isə 10 növü olduğunu bildirir). Hündürlüyü 2 metrə çatır. Çiçəkləri sarı, yarpaqları yaşıldır. Uzunsov (daha çox yumurtaya bənzəyən) qoşa dənədən ibarət meyvələri olur. Meyvələri yetişdikdə xoşa gələn ətirli iy verir. Daha çox qayalıq və quraqlıq yerlərdə bitir. İyul — avqust aylarında çiçək, sentyabr — oktyabr aylarında isə meyvə verir. Meyvəsinin yetişməsinə az qalmış (əsasən sentyabr — oktyabr aylarında) dərilir, qurudulur və əlavə qarışıqlardan ayrılır. Razyananın meyvəsindəki əsas təsiredici maddə daha çox efir yağından ibarətdir. Efir yağına xoş dadı və xoş ətri verən isə tərkibindəki anetol maddəsindir. Anetol ətirli bir birləşmə olub, razyana meyvəsinin ən qiymətli tərkib hissəsidir.
Ardı →

Şokolad-hamının sevimlisi

Şokolad parçasının orqanizmin tonusunu qaldırdığını və əhval-ruhiyyəsinin yüksəltdiyini çoxları bilir. Lakin onu ehtiyatla seçmək lazımdır. Belə ki, heç də bütün şokoladlar xeyirli deyil.


Şokolad nədir?


Şokolad — kakao-yağı əsasında hazırlanan qənnadı məmulatıdır. Kakao-poroşok deyil, məhz yağ şokolada ətir və dad verir. Şokoladın b.e.ə. Meksika körfəzi sahillərində yaranması hesab edilir. Orada yaşayan hindu tayfaları yabanı bitən kakao ağaclarını yetişdirməyə başlamış və sonra onun məhsulundan içki hazırlamağa başlamışlar. Bu içki olduqca acı olurdu, üstəlik ona bir sıra ədviyyatlar da əlavə olunurdu. Bunu təsdiq edən faktlardan biri də Mərkəzi Amerikada aparılan qazıntılar zamanı tapılan, içrəsində şokolad hazırlanması güman edilən qab olmuşdur.


Ardı →

Kakao

Kakao ağacının vətəni Meksikadır. Bu ağacın meyvələrindən (dənələrindən) astek hinduları «çokolatl» adlı içki hazırlayırdılar. Onlar əvvəlcə kakao dənələrini qovurur, əzir, toz halına salır və sonra da suya tökərlər. İçki qatı, həm də dadlı olsun deyə ona qarğıdalı unu əlavə edirlər. Beləcə, onlar ilk şokoladı «acı» şəkildə içirdilər. Çünki o vaxtlar Meksika tayfalarına hələ şəkər məlum deyildi.
Hinduların iki cür kakao içkisi hazırlamaları məlumdur. Onlardan biri çox sadədir. Beləki, kakao ununu isti suya tökür və ona «kayen» istiotu əlavə edirdilər.
Davamı →

Xəmir xörəkləri

Bir çox xalqlar undan və dəndən müxtəlif xəmir xörəkləri bişirirlər. Belə xörəklərin növü çoxdur.
Azərbaycanda və Dağıstanda ən çox yayılmış xəmir xörəklərindən biri xingaldır. Hər xalq ona öz dəyişikliklərini əlavə edir, onu özünəməxsus şəkildə hazırlayırlar. Qədimdə də belə olub, indi də belədir. Məsələn, kumıklar onu belə hazırlayırlar: yağlı əti qaynadır, buğda unundan xəmir yoğurub xırda-xırda doğrayırlar və ət bişənə yaxın onu qaynar qazana tökürlər. Yağlı ət suyunda bişmiş xəmir parçaları üstünə xörək şirəsi və mütləq xırda doğranmış sarımsaq tökürlər. Beləcə xingal hazır olur.
Azərbaycanlılar və ləzgilər xingalı yayılmış xəmirdən bişirilir.


Ardı →

Üzümün faydaları

Ürəyə və bədənə gümrahlıq verən, bayramlarda ziyafətlərin bəzəyi olan üzüm haqqında danışacaq onun xeyirlərini öyrənəcəyik. Üzümün sağlamlığımıza göstərdiyi təsir çox əladır. Belə ki, üzüm meyvəsi böyrəklərin işləməsini asanlaşdırıb, ürək döyüntülərini tənzimlər, qaraciyəri tənzimləyər. Qara üzüm qabığı və tumları ilə birlikdə yeyilərsə, hüceyrə yenilənər. Üzüm həzm prosesini asanlaşdırır, qan azlığını tənzimləyir. Lakin onu da qeyd edək ki, kalorisi yüksək olan üzümün 1 gündə 15-20 ədəddən çox yeyilməməsi lazım olduğunu unutmayın.

Ardı →

Düyü

Dünya əhalisinin təqribən yarısının əsas yeməyini buğda ilə bərabər düyü təşkil edir. Düyünü ən çox Cənub-Şərqi Asiya və Uzaq Şərq ölkələrində istehsal edirlər. Birmalılar Cənub-Şərqi Asiya və Uzaq Şərq ölkələrində düyünü sahib, özlərini onun nökəri adlandırırlar.
Düyünü var-dövlət rəmzi sayan Hindistan xalqlarından dravidlərin dilində ona «arisi» deyirlər. Hindistanla ticarət əlaqəsində olan ərəblər düyüyə «əl-ruzz» adı veriblər.
Düyüdə orqanizm üçün qiymətli lizin amin turşusu vardır. Professor P.Jukovskinin fikrinə görə onda olan zülal isə başqa dənli bitkilərin zülalına nisbətən heyvan mənşəli zülala daha yaxındır.
Düyünün bir xüsusiyyəti odur ki, insanı mədə xəstəliklərinə tutulmaqdan qoruyur. Uşaqlar mədə-bağırsaq xəstəliklərinə tutulanda onlara düyü həlimi verirlər.
Düyüdə nişastanın faizi olduqca yüksəkdir, bəzən 90 faizə çatır. Tərkibində yapışqanlı zülal maddəsi olmadığına görə o çörək bişirmək üçün yaramır.


Ardı →

Şərab növləri, içkilər

1.      Lafit (qırmızı şərab növü)
2.      Madera (şirin, ətirli içki)
3.      Malvaziya (üzüm şərab növü)
4.      Maraksin (albalı likörü)
5.      Marsala (çaxır növü)
6.      Viski (ing.arağı)
Davamı →

Qarğıdalı

Qarğıdalı Amerikada mədəniləşdirilmiş ən qocaman dənli bitki hesab olunur. Hinduların çörəyi, yaymaları, xəşili, içkiləri zaman-zaman qarğıdalıdan hazırlanmışdır.
Mayya hinduları mədəniyyətinin tədqiqatçısı R.V.Kinjalovun fikrincə qarğıdalının vətəni Mərkəzi Amerikanın cənub dağlıq hissəsidir. Burada tapılan qarğıdalı izləri arxeoloqları V minilliyə aparır. Hindular qarğıdalıya allah kimi səcdə etmişlər. Güman edilir ki, qarğıdalı sözü («ixim») «dolandıran», «saxlayan» mənası verir. Mayya hindularına qarğıdalının bir neçə növü məlum olmuşdur. Onlar qarğıdalı əkinləri ilə həmişə fəxr etdirmişlər.
Arxeoloji sərvətlər arasında Meksikada 6950 il yaşı olan mədəniləşdirilmiş qarğıdalı tozcuqları tapılmışdır. Nyü-Meksika ştatındakı Bat-Keyv mağarasında tapılmış qarğıdalı tozcuqlarının isə 5600 ilə yaxın yaşı olduğu müəyyən edilmişdir.


Ardı →

Şəfalı meyvələr

Bütün meyvələrin özünəməxsus faydaları var və insan sağlamlığı üçün xüsusi əhəmiyyət daşıyır. İndi isə bəzi meyvələrin faydalı xüsusiyyətinə diqqət yetirək. 
Badam: Badam ,kişmiş və şəkərlə birlikdə yeyildikdə xroniki öskürəyi kəsir,ağciyərləri bəlğəmdən təmizləyir,damarların kirəcləşməsinin qarşısını alır. Uzun müddət yeyildikdə insanı kökəldir,qüvvətləndirir,qan yaranmasını gücləndirir,gözün görmə fəaliyyətini artırır.

Badam yağı:
Badam yağı buruna damızdırıldıqda beyinə müsbət təsiri olur. Acı badamyağı qulağa damızdırıldıqda başdakı uğultunu sakitləşdirir. Acı badam yağı böyrək və sidik kisəsini qumdan təmizləyir.


Ardı →

Cənnət meyvələri

Bir zamanlar sevgini alma verərək etiraf edirdilər. Almanı qəbul edən «hə» cavabı vermiş olurdu. Sevgi, sevinc, müdriklik və dəbdəbəni ifadə edən alma «Qurani Kərim»də cənnət meyvələri cərgəsinə düşmədi (bunun da hamıya məlum səbəbi var). Əvəzində, Nyutonun başına düşdü. Xeyri də oldu, cazibə qüvvəsi nəzəriyyəsi yarandı. Almadan fərqli olaraq, bəxti gətirən və insandan əvvəl cənnəti görən meyvələr də oldu. Özü də Quranda adıçəkilən 7 meyvədən nə az nə çox, düz, 5-i ölkəmizdə becərilir. Bir sözlə, «Cənnət görmək istəyən Azərbaycana gəlsin». Cənnət meyvələrini tanımaq istəyənlər yazının ardını oxumaqla buna nail ola bilərlər.


«Daş əridən» albalıdan başlayaq. Quranda adıçəkilən ilk meyvədir. Müqəddəs Kitabda onun haqqında «Tikansız sidr ağacları» («Vaqiə» surəsi, 28-ci ayə) şəklində bəhs olunur. Albalı böyrəklərin fəaliyyətini tənzimləyir. Orqanizmdə yığılmış artıq duz və turşuları xaric edir. Böyrəklərdə daş və qumun yaranmasına imkan vermir. Daşı əridir və orqanizmdən təbii yolla xaric olunmasına kömək edir. Eyni zamanda, dərini civzə və sızanaqlardan təmizləyir. Albalı şirəsi iştahı və həzmi yaxşılaşdırır.


Ardı →