Рейтинг
+27.11

Ərzaqlar

29 üzv, 315 topik

Günəbaxan yağı

Dietoloqlar iddia edirlər ki, günəbaxan yağı kərə yağından dəfələrlə faydalıdır. Tərkibində E vitamini vardır ki, o da hüceyrələri sərbəst radikallardan qoruyur, tromb əmələ gəlməsinə mane olur, onkoloji xəstəliklərə qarşı təsir edir. F vitamini, eləcə də A və D vitaminləri   isə ateroskleroz, miokard infarktı, ürək-damar sisteminin digər xəstəliklərinin   əmələ gəlməsinə mane olur. Xalq təbabətində  tromboflebit, diş ağrıları, mədənin, bağırsağın, qaraciyərin ağciyərlərin  xroniki xəstəlikləri zamanı istifadə edilir.
Ardı →

Meyvələrin sirri

Bütün günü yalnız və yalnız meyvə yeyin!
Portağalın xeyri

Payız qış fəslinin ən gözəl meyvələrindən biridir. C vitamini ilə bol olan meyvə qrip xəstəliyinin müalicəsində əvəzedilməz rola malikdir. Tərkibi B vitamini, kalsium, maqnezium ilə zəngindir.
Soyuqdəyməyə və qripə yardım edir.
Öskürəyi azaldır.
Ürək xəstəliklərindən və iflicdən qoruyur.
Ardı →

Kələm

Kələmin vəhşi sortları Aralıq dənizi rayonunda bitir. Burada onu dörd min il bundan əvvəl ilk dəfə mədəniləşdirmişlər. Sonralar bu tərəvəz Atlantik okeanının Avropa sahillərinə qədər yayılmışdır.
Kələm sortlarından yarpaq kələmin mədəniləşdirmə tarixi daha qədimdir. Bununla yanaşı gül kələmi və kolrabi də qədim tarixə malikdir.
Deməliyik ki, kələm qədim Misirdə tanınan bitki idi. Yunanıstan isə onunla tanışlığa bizim eradan əvvəl başlayıb.
Kələmin faydası antik dövrün ədəbiyyatında ətraflı əksini tapmışdır. Orta əsrin bir təbabət kitabında göstərilir ki, kələm «bir çox dərdlərin dərmanıdır» və 6 əsrdir ki, romalılar ondan müalicə vasitəsi kimi istifadə edirlər. Romada, həqiqətən, kələmdən uzun müddət əsasən qida kimi istifadə etmişlər. Burada onun səkkiz-on sortunu əkib becərirdilər.


Ardı →

Göbələk alarkən diqqətli olun

Tərkibində minerallı maddələr, vitaminlər, yağ, karbohidratlar və s. olan göbələk qidalı yeyinti məhsuludur. Dəyərli zülal mənbəyi olmasıyla yanaşı, göbələk həmçinin orqanizm üçün lazım olan bütün amin turşuları ilə zəngindir. Təzə göbələyin 100 qramı 71-130, qurudulmuş göbələyin 100 qramı isə 1251-1335 kCoul enerji verir. Göbələk az kalorili olsa da, yüksək dada malikdir. Ondan alınan bulyon mədə şirəsinin ifrazına göstərdiyi təsirə görə ət bulyonundan üstün hesab edilir.İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti göbələkdən istifadə edərkən ehtiyatlı olmağı məsləhət bilir.
Ardı →

Duz

İnsan orqanizmi sutka ərzində orta hesabla 10 qrama qədər duz tələb edir. Duz həzm prosesi üçün ən vacib maddələrdən biridir və insan orqanizmi onu müntəzəm qəbul edir.
Bu nemət çox ehtimal ki, dəniz sahili ərazilərdə yaşayan xalqlara daş dövründən məlumdur. Çünki onu kəşf etmək üçün yalnız diqqətli müşahidə lazım idi. Ləpələr qayalara çırpılır, geri çəkiləndə qayaların koğuşunda su qalır. Bu su da buxarlanır və yerində duz kristalları parlayır. İnsan onu qaşıyıb dadına baxır, sonra da xörəklərində işlədir. Beləcə, duzun faydalı olduğu tədricən aydınlaşır və o məişətə daxil olur.


Ardı →

Çaytikanı yağı

Çaytikanı giləmeyvələrni xarici görünüşünə və müalicəvi keyfiyyətlərinə görə qızıl meyvələr adlandırırlar. Onların tərkibində çoxlu miqdarda orqanizm üçün qiymətli mikroelementlər – maqnezium, alüminium, silisium, dəmir, marqans, titan, F, E, K, P, V qrupp vitaminləri var. Karotin isə hətta yerkökündə olduğundan da artıqdır.
Çaytikanı meyvələrindən alınmış yağ da dəyərliliyinə görə heç də giləmeyvələrdən geri qalmır: o, unikal müalicəvi keyfiyyətlərə malikdir, bu baxımdan digər bitki yağları arasında analoqu olmayan müalicə vasitəsi sayıla bilər.


Ardı →

Qovun (yemiş)

Çox ehtimal ki, qovun da qarpız qədər yaşa malikdir. Onun ilk vətəni isti yerlər — Ön, Orta və Kiçik Asiya, eləcə də İran, Əfqanıstan olmuşdur.
Ön Asiyanın özünə məxsus (endemik) «açur», «kassaba», «kantaluna» kimi qovun sortları vardır. Orta Asiya qədimdən yüksək keyfiyyətli, şirin qovunları ilə tanınırdı.
Qovun Hindistan əhalisinə də qədimdən tanışdır. Burada indi də onun yabanı sortlarına rast gəlmək olar. Əhali bundan ərzaq kimi istifadə edir.
Misir mədəni qovunun ilk yayıldığı yerlərdən biri sayılır. Arximandrid İyeronimin məlumatlarında deyilir ki, Misir qovunu iri olur. Onun uzunluğu 90 santimetr, en kəsiyinin diametri isə 50 santimetrə çatır, «əti» ayrı-ayrı xəstəlikləri, eləcə də iltihabı sağaltmağa kömək edir. Demək olar ki, misirlilər üçün qovun həm yeməkdir, həm içkidir, həm də dərman.


Ardı →

Qarpız

Bizim ərzaq kimi istifadə etdiyimiz qarpızın yabanı sortlarına Afrikanın Kalaxari səhrasında və Sudan ərazisində də rast gəlmək olar. Qarpızın vətəni həmin ərazilərlə yanaşı, Aralıq dənizi sahilləri hesab olunur.
Mədəniləşdirilmiş qarpızın yaşı 3500 ildən artıqdır. Uzaq keçmişdə ərəblər və yəhudilər mədəni qarpız yetişdirirdilər.
Orta Asiyada qarpız orta əsrlərdən bəri sevilən bitkidir. Görkəmli alim İbn-Sina da (X-XI əsrlər) öz əsərlərində onun adını dəfələrlə çəkmişdir.
Ərəb səyyahı əl-İdrisi (1000-1066) xəbər verir ki, Nilin sahilində — Nubiyada Alva şəhər var. Onun sakinləri başqa bitkilərlə yanaşı xiyar və qarpız da yetişdirirlər.


Ardı →

Meyvə qabığı

Alma qabığı.
Kaliumla zəngindir.Həzm sisteminə kömək edir.Qəbizliyi aradan qaldırır.Xolesterolu aşağı salır.Dişləri təmizləyir.Diş ətləri üçün faydalıdır.
Zoğal qabığı.
İshalın qarşısını alır.Temperaturu aşağı salır.Böyrək daşlarının müalicəsində istifadə olunur.
Nar qabığı.
Bağırsaqları parazitlərdən təmizlənməsinə kömək edir.İshala qarşı faydalıdır.
Davamı →

Sarımsaq

Sarımsaq (lat. Allium sativum) — soğan cinsinə aid bitki növüdür.
Sarımsaq ağımtıl rəngli soğanaqlı bitkidir. Dadı çox kəskin yandırıcı olmaqla yanaşı, özünəməxsus ətirli iyi vardır. Sarımsaqdan Şərq təbabətində çox qədim zamanlardan dərman kimi bir sıra xəstəliklərə qarşı istifadə olunur. Məsələn, xroniki mədə-bağırsaq xoralarının müalicəsində, zəiflikdə, avitaminozda, zob xəstəliklərində və s. Tərkibində «fitonsid» maddəsinin mövcudluğundan, sarımsaq son dərəcə qüvvətli bakterisid təsirə malikdir. Sarımsaqdan alınan «allisin» maddəsinin çox qüvvətli bakterisid təsiri vardır. Onun on mində bir nisbətini su ilə durulaşdırdıqda belə yenə də bakteriyalara öldürücü təsir göstərir, onların inkişafını dayandırır.


Ardı →