Рейтинг
+27.11

Ərzaqlar

29 üzv, 315 topik

Nar,gavalı,portağal,limon

NAR

Azərbaycan narın vətənlərindən biridir.
Bunu keçən əsrin 40-cı ilində Gəncə ətrafında tapılmış nar ağaclarının qalıqları sübut edir. Hazırda Azərbaycanda narın bir sıra həm yabanı, həm də cır növləri bitir.
X əsr ərəb səyahətçisi Əbu-Dülaf yazırdı ki, «ar-ras» (indiki Araz çayı) boyu qəşəng nar yetişir. Beləsini mən heç bir ölkədə görməmişəm. Orada valehedici əncir də vardır.
Nar Azərbaycandan Ərəbistan, Yunanıstan, İran, Əfqanıstan, Misir və başqa ölkələrə üz tutub.
Qədimdən narın istifadəsi çox geniş olub. Beləki, ondan şirə çəkmiş, şərab, sirkə hazırlamış, dəri aşılamaq üçün qabığından maye hasil etmiş, qabığından və çiçəyindən moruğu rəng əldə etmiş, toxumlarından isə yağ almışlar. Qədim Misirdə nar dənələrindən şərbət hazırlamışlar. Bundan əlavə, narın qabığından müalicə məqsədləri üçün istifadə edilmişdir.
Ardı →

Ərik və şaftalı

Ərik qədim mədəni meyvə növlərindən biridir. Orta Asiyada-Fərqanə vadisində aparılan arxeoloji qazıntılar nəticəsində yaşı 7-8 min ilə çatan ərik çəyirdəkləri tapılmışdır. Bu onu göstərir ki, həmin ərazi əriyin ən qədim vətənidir. 2500 il bundan əvvəl Orta Asiyada yüksək keyfiyyətli bol ərik məhsulu yığılırmış. Toplanmış məhsuldan başqa ölkələrə də göndərilirdi.
Yüksək keyfiyyətli ərik növünün əldə edilməsində qədim Soqdianada (Orta Asiya) yaşayan taciklərin böyük xidməti olub. Bu bitkiyə böyük diqqətin əsas səbəblərindən biri onun əhali üçün şəkər mənbəyi olması ilə bağlı idi. Qurudulmuş ərik şəkəri əvəz edirdi. Ərəblər Soqdiana əriyini Aralıq dənizi sahillərinə aparıblar.


Ardı →

Armud və heyva

Ehtimal olunur ki, armudun vətəni Qafqazdır. Mədəniləşdirilməsi də burada baş vermişdir. Onun 60-a yaxın növü vardır. Armud dünyada geniş yayılmış meyvədir. Armud qədimdən Avropa xalqlarına da məlum olub. Onun yem növlərini yaratmaqda Fransa və Belçika seleksionerlərinin xidməti danılmazdır. 1750-1970-cu illərdə müxtəlif ölkələrin seleksionerləri 60-dan çox məşhur armud növü yaratmışlar. Bunun da 50-dən çoxu Fransa və Belçika seleksionerlərinin payına düşür.
Azərbaycanda xalq seçmələri əsasında yaradılan «Abasbəyi», «Əhməd Qazı», «Xan armudu» (və ya «Nararmudu»), «Gülabi» armud növləri geniş yayılmışdır. İndi Azərbaycanda armudun iki yay, altı payız və yeddi qış növü yetişdirilir.


Ardı →

Yayma

Bir sıra Şərq ölkələrində mayalı çörəklə yanaşı mayasız çörək də bişirmişlər. Bunun ən geniş yayılmışı və şöhrətlisi yaymadır.
Azərbaycanda yaymanı belə hazırlayırlar: yaxşı üyüdülmüş buğda unundan xəmir yoğurur, oxlovla yuxayayanda yayır, sacın üstünə salıb oxlovla o üzə-bu üzə çevirməklə bişirirlər. Keyfiyyətli undan yoğurulan xəmir çox nazik olur, hətta işığı belə keçirir.
XIX əsr rus müəlliflərindən biri qeyd edir ki, gürcülər iki ölçüdə yayma bişirirdilər. Bunlardan biri balaca ölçülü olub, nimçəni əvəz edirdi. İkincisi isə uzun ölçüdə olurdu. Ondan çörək dəsmalı kimi istifadə edirdilər. Yayma ilə yarımduru xörəyi götürmək mümkündür.


Ardı →

Sıyıqlar

Rus məsəlində deyilir ki, sıyıq çörəyin ulu nənəsidir. Sıyıq min illərlə insanların sevimli yeməyi olmuşdur.
Sıyıqlar, horralar dəndən, yarmadan, undan hazırlanan duru və ya yarımduru xörəklərdir. Çörək meydana gəldikdən sonra da onlar süfrədə öz əhəmiyyətini itirməmişdir.
Orta əsrlərdə sıyıq Şərqdə, xüsusən türk xalqlarının mətbəxində möhkəm yer tutmuşdur. P.Karpini tatarların bişirdiyi horradan bəhs edərək yazır: «Onlar darını suda qaynadıb bişirirlər. Xörək o qədər duru olur ki, onu su kimi içirlər. Səhərlər belə horradan iki çömçə içmək gün ərzində adamı tox saxlayır. Tatarlar axşam vaxtı isə ətli şorba yeyirlər».
Başqırdlarda əsrlər boyu «butka» adlı sıyıq gündəlik yemək olmuşdur. Onu bayramlarda və ənənəvi günlərdə də bişirmişlər.
Uyğurlar ətli, soğanlı düyü sıyığını xoşlayırlar. Orta əsrlərdə Skandinaviya ölkələrində arpa sıyığı çox yayılıbmış.


Ardı →

Darı,çovdar,yulaf

Darını təqribən 5 min il bundan əvvəl Çində və Monqolustanda mədəniləşdiriblər. Çində darı ilə yanaşı, çumiza da (italyan darısı) əkinçiliyə daxil olub.
Türk xalqlarına darı qədimdən məlumdur. Türkdilli xalqların, demək olar ki, hamısında bu bitkinin adı eynidir -«darı» (tarı).
Ehtimala görə Zaqafqaziyaya darı, Hindistandan (İran vasitəsilə) gətirilmişdir.
Yunan tarixçisi Ksenofont eramızdan IV əsr əvvəl İrəvanda darı əkininə rast gəlmişdir. Qədim Urartuda darıdan çörək və içki hazırlayırdılar. İranın özündə isə darı eramızdan əvvəl — birinci minillikdə məlum olmuşdur. Darı qədim tayfalardan keltlərə, qallara, skiflərə və sarmatlara məlum olub.


Ardı →

Bitki yağları

Bitki yağlarının insan orqanizmi üçün faydalı olduğu məlumdur.Təsadüfü deyil ki, həkimlər gündəlik rasionda,yeməklərdə və salatlarda bitki yağlarından istifadə etməyi məsləhət görürlər.Zeytun,günəbaxan,qarğıdalı,soya,araxis-bunların hamısını sadalamaqla bitməz.Bəs hansılardan istifadə edək və hansılardan uzaq duraq?


Ardı →

Zeytun yağı

Zeytun Cənubi Avropa, Afrika, Cənubi Asiya və Avstraliyanın mülayim isti və tropik zonalarında yayılmışdır. 20-yə yaxın növü var. Zeytun həmişəyaşıl halda, 4 — 6, nadirən 10 — 12 m hündürlükdə ağac olub, boz-yaşıl rəngli lansetvarı yarpaqlara malikdir. Nəzəri o qədər də cəlb etməyən xırda ağ və ya yaşıltəhər rəngli çiçəkləri və yetişəndə qara-bənövşəyi rəngə boyanan meyvələri vardır. Meyvəsi birtoxumludur, lətli, yağlı yanlığı var, toxumları uzunsov, qonur rənglidir. Zeytun may-iyun aylarında çiçək açır, meyvələri oktyabr-noyabrda yetişir.
Davamı →

Çay içməyin qaydaları

Çayın temperaturu 56 dərəcədən yuxarı olmamalıdır. Çay ən çox istifadə etdiyimiz içkilər sırasındadır. Amma çayı içməyin də öz qaydaları var.

Qadağa 1
Çayı acqarına içmək olmaz: Əgər çayı acqarına içsəniz, çay mədə və dalağınızı soyudacaq ki, bu da «canavarın evə girməsi» effekti yaradacaq. Çində qədimdən məsləhət görürdülər ki, "çayı boş ürəyə içməyin".

Qadağa 2
Çox isti çay içmək olmaz: qaynar çay boğazı, qida borusu və mədəni güclü stimullaşdırır. Qaynar çayın mütəmadi qəbulu bu orqanların zədələnməsinə səbəb olur. Son araşdırmalara görə, 62 dərəcədən yuxarı temperaturda mütəmadi içilən çay mədə divarını zədələyir və müxtəlif mədə xəstəliklərinə səbəb olur. Çayın temperaturu 56 dərəcədən yuxarı olmamalıdır.
Ardı →

Qəhvə haqqında maraqlı faktlar

1. Qəhvə «cəhənnəm» kimi qara, "ölüm" kimi güclü, «sevgi» kimi şirin olmalıdır: (Türk atalar sözü)
2. Amerikanların 52%-i mütəmadi olaraq qəhvə içirlər.
3. Tarixi fakta əsasən ilk dəfə olaraq qəhvəyə qənd Kral Ludovik XIV-tərəfindən əlavə edilmişdir.
4. 1657-ci ildə Böyük Britaniyada qəhvə oynaq xəstəliklərindən müalicə olunmaq üçün reklam olunurdu.
5. Qəhvə istehsal edən kompaniyaların əksəriyyəti qəhvə hazırlarkən kofeinin çox hissəsi çıxarılmış olur.
6. Qəhvə ağacı «Arabika» il ərzində 6 kq-a yaxın qəhvə verə bilər.
Ardı →