Рейтинг
+22.47

Evdarlıq

24 üzv, 217 topik

Evdar xanımların işini asanlaşdıran alətlər

Gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilən elektrik əşyalarının ilkin formalarını yəqin ki, bir çoxunuz heç görməyib. Bu yazımızda sizə əsasən, evdar xanımların həyatını rahatlaşdıran məişət əşyalarının tarixindən bəhs edəcəyik.

— Qadınların mətbəxdə bir nömrəli köməkçisi qabyuyan maşın ilk dəfə 1886-cı ildə Jozefin Kokreyn tərəfindən icad edilib. Lakin maşının işləməsi üçün bol miqdarda isti su lazım olduğundan əvvəlcə müəssisələrdə, 1970-ci ildən sonra isə evlərdə istifadə olunmağa başlayır.

— Müasir dövrdə geniş şəkildə istifadə olunan fen ilk dəfə Fransız saç ustası Aleksandr Gödefoy tərəfindən 1890-cı ildə ərsəyə gətirilib. 1925-ci ildə isə alüminiumdan hazırlanan bu fenə taxtadan qulp qoyulub.

— Tozsoran ilk dəfə Uiliyam Henri tərəfindən 1908-ci ildə icad olunub. Qeyd edək ki, tozsoran 1920-ci illərdə ticarət məqsədilə istehsal edilən ilk modeldir.

— Səhər yeməklərində uşaqların əvəzolunmaz qidası qızardılmış çörəkdir. Çörək qızardan maşın ilk dəfə «Crompton & Company» şirkəti tərəfindən 1893-cü ildə hazırlanıb. 1909-cu ildə isə «General Electric» onu ticarət məqsədilə istehsal etməyə başlayıb.
Ardı →

Ütüdən qalan parlaq ləkələrdən qurtulmağın yolları

Biz sizə ev şəraitində əlinizin altında olan vasitələrin köməyi ilə ütüdən sonra qalan parlaq ləkələrdən azad olmağın üsulları haqqında danışacağıq.
Parlaq ləkələr nədən yaranır?

Adətən belə ləkələr tərkibində sintetika olan parçalarda qala bilər (məsələn poliester). Ağ geyimlərdə bu cür ləkələr sarımtıl rəngdə, qara parçalarda isə parlaq izlər qoyur ki, bu ləkələrdən qurtulmaq elə də asan olmur. Lakin siz əlinizin altında olan vasitələrin köməyi ilə əşyalarınızdan bu tip ləkələri uzaqlaşdıra bilərsiniz.

Ev şəraitində geyimlərdə ütü izlərindən xalq vasitələrinin köməyi ilə qurtulmaq olar. Bunun üçün sizə lazım olacaq:
soğan,
süd,
limon şirəsi,
bor turşusu,
sirkə.
Ardı →

Ləkəni necə təmizləməli

Paltarları ləkələnməkdən qorumaq çox çətindir. Bəzən çox bahalı paltara düşən kiçik bir ləkə onun tamamilə yararsız hala düşməsilə nəticələnir. Ancaq əksəriyyətiniz yəqin bilmirsiniz ki, hər ləkəni təmizləməyin öz üsulu var.

Üst paltara ləkə əksər hallarda yağ, xörək, konserv, qənd, şərab, meyvə və s. bu kimi yeməli şeylərdən düşür. Qab-qacaqdan diqqətli istifadəniz və yeməyi səliqə ilə yeməyiniz paltarınızı ləkələrdən qoruya bilər. Buna həm özünüz riayət edin, həm də bunu uşaqlarınıza öyrədin.

Paltara ləkə çox vaxt xörək bişirərkən düşür. Buna görə də iş görəndə mütləq önlük taxın. Əxlaq qaydalarına görə, qadın oturarkən paltarını və ya paltosunu qaldırmamalıdır, lakin oturduğu yerin təmiz olub-olmadığını diqqətlə yoxlamaqdan da çəkinməməlidir. Əgər siz geyiminizdə ləkə görsəniz, onu dərhal təmizləyin. Yeni düşmüş ləkəni ilıq su ilə tez təmizləmək mümkündür. Köhnə ləkədən isə güclü təsirə malik kimyəvi vasitələrlə qurtulmaq olar.

Ləkəni təmizləməzdən əvvəl onun nədən əmələ gəldiyini təyin etmək lazımdır. Əgər bu, sizə məlum deyilsə, onda əvvəlcə sabunlu ilıq sudan başlayın. Bir çox ləkələr təzə ikən su ilə təmizlənir. Əskini sabunlu ilıq suda isladıb ləkəli yeri onunla silin. Ləkəni əvvəl soyuq, sonra isə isti su ilə yumaq olar. Lakin yadda saxlamaq lazımdır ki, bəzi parçalarda sudan ləkə qalır. Ona görə də əvvəl suyun təsirini – parça rənglidirsə, onun rənginin çıxıb-çıxmamasını paltarın üstünə tikilmiş parça qırığında yoxlamaq olar.
Sonra parçanı qurudub ütüləyin. Əgər ləkə getməzsə, başqa vasitədən istifadə edin.
Ardı →

Bu ərzaqları soyuducuda saxlamayın

Pomidor
Pomidor, soyuducunda bütün dadını itirər. Bundan daha böyük cinayət ola bilərmi? Şkafdakı soyuq hava yetkinləşmə mərhələsini dayandırar və yetkinləşmə pomidora dad verən şeydir. Pomidorlarınızı şkafın xaricində bir səbətdə və ya kasada saxlamalısınız.

Reyhan
Reyhan soyuducunda buraxıldığında sürətlə solar, ayrıca ətrafındakı bütün yeməklərə
qoxusunu buraxar. Ən yaxşısı onu çöldə, eynilə kəsilmiş çiçəklər kimi bir stəkan suyun içində saxlamaqdır. Əgər reyhanı uzun müddət saxlamaq istəyirsinizsə Martha Stewart onları qurudub dondurmanızı tövsiyə edir.

Kartof
Kartofu soyuducunun soyuğunda saxlamaq nişastasının şəkərə çevrilməsinə səbəb olur. Kartofları şkafa qoymaq yerinə kağız bir torbaya qoyub sərin bir yerdə saxlamalısınız, soyuq deyil. Kağız torbalar plastiklərdən daha çox işə yarayar çünki bu nəfəs almalarını və gec çürümələrini təmin edər.

Ardı →

Təmizləyici vasitələrin evdə hazırlanması

Pəncərə, qapı, yer, hamam kimi yerləri təmizlmmək üçün dükanlarda satılan kimyəvi məhsullara pul xərcləmənizə ehtiyac yoxdur. Təmizlik işləri üçün lazımi vasitələri özünüz evdə hazırlaya bilərsiniz. Bunun üçün sizə lazım olacaq tək şey sirkə, su, karbonat (soda), paltar sodası, boraks, limon duzu, duz, qliserin, spirt, hidrogen peroksid olacaq.

Sirkə parıldadıcı özəlliyinə görə şüşə və pəncərə təmizliyində istifadə oluna bilər.

Pəncərə və güzgü təmizliyi
1 sprey şüşəsinə 1 stəkan sirkə, 3 stəkan su qatıb çalxalayın. Bu qarışımı şüşə, ya pəncərə üzərinə sıxaraq təmiz parçayla silin.

Pəncərələri silmək üçün yenə bir sprey şüşəsinə 3 stəkan ilq su, 2 stəkan sirkə və 1 xörək qaşığı yuyucu tozu əlavə edib qarışdırın.

Hamam güzgüsü və duş kabinetinin şüşəsini buxar tutmaq üçün 4 stəkan suya 1 çay qaşığı qliserin əlavə edərək qarışdırın. Buxarlanmanı əngəlləyəcək.

Yer təmizliyi
Bunun üçün 1 vedrə suya 1 xörək qaşığı karbonat, 1 stəkan sirkə, 1 stəkan gül suyu, 10-15 damcı gül ətri qataraq yerlərinizi silə bilərsiz. Ancaq sirkə və limonu heç vaxt mərmər təmizliyi üçün istifadə etməyin.


Ardı →

Qış geyimlərinin saxlanılması

Sizin diqqətinizə qış geyimlərinin və ayaqqabılarının saxlanılması üçün bir sıra sadə, amma olduqca effektiv məsləhətlər təklif edirik.

Qış geyimlərinin saxlanılma yeri
İlk olaraq diqqət edin ki, kürkləri, gödəkcələri və ya yun əşyaları polietilen qutularda və ya kisələrdə əzilmiş vəziyyətdə saxlamaq olmaz. Qış geyimlərinin yanlış saxlanma qaydası onların tez “xarab olmasına”, öz ilk görünüşünün itirilməsinə və tük tökülməsinə səbəb olur.

Əşyaların uzun müddətli saxlanması üçün polietilen və başqa analoji materiallardan istifadə etmək qəti surətdə tövsiyə edilmir, çünki onlarda hava dövrü olmadığı üçün əşyalarda kif qoxusunun yaranması və həmçinin güvələrin artımı üçün əlverişli şərait yaranar.

Qış əşyalarını sərin, yaxşı havaya verilən yerlərdə saxlamaq lazımdır. Məsələn onları şüşəbənd eyvanda saxlamaq olar.

Palto, gödəkcələr, kürklər və plaşları pambıq parçadan və ya tənzifdən hazırlanmış kisələrdə asılqanlardan asıb saxlamaq tövsiyə edilir.

Sviterlərin saxlanılması
Sviterləri ilk öncə yuyub sonra qış üçün yığışdırmaq lazımdır. Çünki hətta əhəmiyyətsiz ləkə növbəti mövsümdə çıxarılmayan ola bilər. Əşyanın özü isə istifadəyə yararsız ola bilər.

Ardı →

Dolmalıq kələmi necə seçməli?

Dolmalıq kələm iri olmalıdır.

Kələmi əlinizə götürüb, sıxanda içi boş təəssüratı yaratmalıdır. Yarpaqlar bir-birindən ayrı olmalıdır.

Dolmanı bərk kələmə bükəcəksinizsə: öncə kələmin ortasında dərin oyuq yaradın, tərsə çevirib iri qazanda qaynadın, daha sonra yarpaqları diqqətlə ayırıb, dolmanı bükün.

Damarlı bərk kələmlər dolma üçün səhv seçimdir.

Qaynadılmış kələmin üzərində qalanda bərk damarlar bükülərkən çətinlik yarada bilər. Ona görə də damarları əl ilə və yaxud bıcağın arxa tərəfi ilə yumşaldıla bilər.

Ətli kələm dolması incə olmamalıdır. Əksinə, içliyi bol qoyulub, qalın bükülməlidir.
Davamı →

Taxta qablara qulluq


Ağacdan hazırlanmış qablar ekoloji cəhətdən ən yaxşı qab hesab edilir. Belə qablara qulluğun müəyyən qaydaları var:
Qabları istifadədən sonra dərhal yumaq lazımdır. Bunun üçün qabyuyan maşından istifadə etmək tövsiyə edilmir. Bundan başqa ağac suyu özünə çəkdiyi üçün taxta qabları suda saxlamaq olmaz. Hər bir qab və ya qaşıq ayrıca yuyulmalıdır, qupquru silinməli və quru yerdə saxlanılmalıdır;

Ardı →

Portağal qabığı ilə nələr etmək olar?


Lazımsız olduğunu düşünüb atdığınız portağal qabığı ilə nələr edə bilərsiz? Heç düşünmüsüz? Portağal qabığından nələr edə biləcəyinizin siyahısı:

Portağal qabığını blendrdən keçirin, sonra az odda sobada qurudun. Daha sonra bunu kekslərdə, tortlarda istifadə edə bilərsiz.

Dəmlədiyiniz bitki çayının içinə portağal qabığı ataraq ləzzətini zənginləşdirə bilərsiz.

Portağal qabığındakı potasium, protein, vitaminlər dərimiz üçün çox faydalıdır. Portağal qabığı rəndəsini çox az şəkərlə qarışdırıb boyun və üzə masaj edərək tətbiq edin, sonra ilıq suyla yuyun.


Ardı →

Kiçik hamamı olanlar üçün tövsiyələr


Hamamınız kiçikdirsə, fərqli aksessuar, ya da fikirlərə ehtiyacınız ola bilər. Hamamda həyatınızı asanlaşdıracaq ipucları üçün bu yazıya diqqət edin.

Bir neçə kiçik detal və dəyişiliklərlə hamamınızı daha da əlverişli hala gətirə bilərsiz. Daha çox asqı üçün tək qollu deyil, çox qollu geyim asqıları alın.

Duş başlıqlarını azca sirkəylə təmizləsəniz, yeni kimi görünəcək.


Ardı →