Рейтинг
+22.47

Evdarlıq

24 üzv, 217 topik

Xörəyi nədə bişirək?

Emallı qab
Çuqun və dəmirdən hazırlanıb, üzərinə 2-3 lay emal çəkilir. Belə qabda yemək tez yanır və çətin təmizlənir. Bişirməyə başlamazdan əvvəl mütləq bir neçə dəfə soyuq su ilə yaxalanmalıdır. Emalı qopmuş qazanda yemək bişirmək, xüsusən, süd qaynatmaq olduqca təhlükəlidir.

Alüminium qab
Artıq bir çox ölkələrdə bu materialdan olan qablar istifadə olunmur. Qabın tərkibindəki alüminium tədricən yeməyə qarışıb, orqanizmə keçir. Belə qazanın dibinə yemək tez yapışır, təmizlənməsi çətinlik yaradır. Evdar xanımlar qalıqları təmizləmək üçün dəmir sürtgəcdən istifadə edirlər ki, bununla da qazanın dibi cızılır. Cızılmış hissədən alüminium metal tozları asanlıqla yeməyə keçir və insanın bu metalla zəhərlənmə ehtimalını ikiqat artırır. Alüminium qabda borş, süd, kisel bişirmək olmaz. Uşaqlar üçün belə qabda yemək bişirmək qəti qadağandır.
Davamı →

Çarpayı necə seçilməlidir?

İndi bizə məlum olan çarpayılar qədim misirlilərə yaxşı tanış idi. Avropada isə çarpayılardan 11-ci əsrdən istifadə etməyə başlayıblar.

Mebel mağazalarına gedəndə diqqətli olmaq gərəkdir, xüsusilə də çarpayı seçimində. Çarpayı seçərkən onun yan tərəflərinə və döşəyinə fikir verin. Çarpayının bütün hissələrinə və hətta ən xırda detallarına qədər baxılmalıdır. Yaxşı çarpayı nə cırıldamalı, nə də yırğalanmalıdır. Çarpayının döşək yerləşən çərçivəsi enli olmalıdır ki, döşək yaxşı yerləşsin. Çarpayı isə ağacdan hazırlanmalıdır. Elit çarpayıların çəriçivəsi isə xüsusi ölçülərdə olur. Belə çarpayıların istənilən hissəsini yuxarı qaldırmaq mümkündür.

Çarpayının arxa (baş hissəsi) hissəsi o qədər də əhəmiyyətli olmasa da, o da yaxşı yatmağa kömək edir və gecəyarısı yastığı yerə düşməkdən qoruyur. Çarpayı seçərkən onun ölçüsünə də diqqət yetirmək önəmli məqamlardan hesab olunur. Amma ilk olaraq evinizin ölçüsünü bilib ona uyğun çarpayı seçməlisiniz. Əgər yataq otağınız kiçikdirsə bu zaman asan yığıla bilənlərə üstünlük verməlisiniz. Əks halda otaqda rahat hərəkət etməyinizi əngəllənər. Amma normal yataq otağı üçün çarpayı iri və rahat olsa yaxşıdır.
Davamı →

Yorğan-döşəyin sırınması

Azərbaycan ailələrində yorğan-döşək, adətən, yundan hazırlanır. Qoyunun yunu ildə 2 dəfə qırxılır: yayqabağı və payızda. Yayqabağı qırxılan yun uzun və zərif olduğu üçün ondan yorğan salınır. Payızda qırxılan yun isə üstdən qırxıldığı üçün qısa olur, buna güzəm deyilir. Güzəmdən döşək salınır.

Yunun yuyulması və çırpılması
Ev şəraitində yun böyük ləyənlərdə yuyulur. Təzə qırxılmış yun bir gün əvvəldən islağa qoyulur. Bir neçə dəfə çirkli suyu axıdıldıqdan sonra otaq temperaturlu suya hər hansı yuyucu tozlardan bir az töküb yunu onun içində saxlayırlar. Ertəsi gün yunu həmin suda övkələyib yenidən təmiz suya tökür və yuyurlar. Əgər yun çoxdursa, onda ya hissə-hissə yuyur, ya da ayaqlayırlar. Təmiz yuyulmuş yunu bir neçə dəfə soyuq suda yaxalayırlar. Sonuncu dəfə yaxalayanda suya naşatır spirti tökülsə, yun yumşaq olar və tez çırpılar. Yuyulub yaxalanmış yunu torlara yığıb suyu süzülmək üçün asırlar. Sonra yunu quru parçanın üzərinə sərib gün tutan yerdə qurudurlar. Yun çırpılmaq üçün bir qədər nəm olmalıdır.
Davamı →

Nə zaman bişirməli və ya buğa verməli?

Buğa vermə və ənənəvi bişirmə prosesini necə etməli? Tərəvəzlərdən daha çox vitamin almaq istəyənlər üçün bələdçi!

Qaynatma üsulu 100 °C-də aparılır. Bunun üçün qidanı qaynayan suya atırıq. Buğa verilən qidalar su ilə təmasda olmamalıdır, ondan ən az 5-6 sm yuxarıda olmalıdır. Bütün proses 120 °C-də aparılır. Qaynatmadan fərqli olaraq, buğa verilərkən qidalara duz əlavə edilməməlidir, çünki çox duzlu ola bilər. Əvəzinə təzə və ya qurudulmuş ədviyyatlardan istifadə edə bilərik. Daha yaxşı dad üçün suya bir qədər təzə ədviyyat budaqcığı və ya kub formalı ata bilərik.
Davamı →

Ağ paltarların yuyulması

Hazırda paltaryuyan maşınlar paltar yuma işini asanlaşdırsa da, onları fərqli dərəcələrdən istifadə etmək paltarlarınızın xarab olmasına səbəb ola bilər. Xüsusilə ağ paltarlarda bu problemə daha çox rast gəlinir.

Ağ paltarları yuyarkən bəzi məqamlara diqqət etmək lazımdır. Əks təqdirdə paltarlarınız zərər görər və ən sevdiyiniz köynəyinizi toz əsgisi kimi istifadə etmək məcburiyyətində qala bilərsiniz.

Ağ paltarlar neçə dərəcədə yuyulmalıdır?
Rəngli və kirli paltarlarınız yığıldısa, onları mütləq ayrı-ayrı yumaq lazım olduğunu unutmayın. İstifadə edəcəyiniz yuyucu vasitələr də fərqli növlərdə olmalıdır.
Davamı →

Ətin xarab olduğunu göstərən əlamətlər

Xüsusilə ət kimi məhsulları təzə-təzə alıb bişirmək olduqca vacibdir. Saxlanılan ət xarab olur və bilinmədən yeyildikdə zəhərlənmələrə yol açır. Bəs xarab əti necə tanımaq olar?

Ətin rənginə baxın
Ətin təzə, yaxud xarab olduğunu bilməyin ən asan yolu onun rənginə baxmaqdır. Təzə ət qırmızı və parlaq olur. Əgər ət saxlandıqdan sonra rəngi bənövşəyi olmağa başlayırsa, bu, onun köhnəldiyini göstərir. Üzərində yaşıl və qara nöqtələr varsa, bu, ət artıq xarab olub deməkdir.
Davamı →

Divar kağızlarının təmizlənməsi

Ev dekorasiyasında boyadan başqa bir-birindən fərqli bir çox rəng və naxışda divar kağızları da istifadə edilir. Artıq asanlıqla silinə bilən divar kağızları da satışa çıxarılıb. Düzgün baxımla divar kağızının yeniliyini qoruyub saxlaya bilərsiz.

Divar kağızlarının baxımı
Yumşaq, təmiz və suyu yaxşıca özünə çəkən parça ilə ayda bir dəfə silin.

4-5 ədəd ağ kağız dəsmalla, ya da soba kağızı istifadə edərək üzərindəki yağ ləkələrini təmizləyə bilərsiz.

Davamı →

Saç fenlərinin təmizlənməsi

Saçlarımızı şəkilləndirmək, qurutmaq üçün istifadə etdiyimiz fenlərimizi təmizləmirik. Amma çox istifadədən sonra onlarda müəyyən problemlər yaranır ki, bu da saçların qırılmasına, yanmasına gətirib çıxarır. Lakin fenlərin də digər texniki vasitələr kimi təmizlənməyə ehtiyacı var.

Saç qurudan fenlərin təmizliyi
Əgər saç qurutma feniniz çox qızır və yaxşı işləmirsə bunun səbəbi tıxanmış hava dəlikləridir. Bu problemi aradan qaldırmaq üçün feni söndürüb, arxadan havalandırma qapağını açıb təmizləmək lazımdır.
Davamı →

Mətbəx dizaynı

Mətbəx dizaynlarında estetikadan daha əhəmiyyətli bir məqam var. Bu, mətbəxin rahatlığıdır. Əlbəttə, mətbəxin funksionallığı baxımından ən əhəmiyyətli ünsürlərdən biri kifayət qədər geniş sahəsi olmasıdır. Mətbəx dolabları və rəflər bu baxımdan mətbəx dizaynlarının əsasını təşkil edir. Lakin mətbəxinizdən daha rahat istifadə etmənin və mövcud dolab, rəflərdən çox funksiyalı, effektiv istifadə etmənin asan yolları da var. 

1. Köhnə mətbəx əşyalarından xilas olun!
Mətbəxinizdəki sahədən daha rahat və effektiv istifadə etmənin ən asan yolu əşyaları ehtiyacınız olduğu miqdarda saxlamaqdır. Təbii ki, bəzən evimizdən bəzi əşyaları əskik etmək, bəzən də heç atmaq istəmirik. Bəzi əşyaları istifadə etməsək də, nə vaxtsa lazım olacağını düşünürük. Ancaq daha rahat və axtardığınızı asanlıqla tapa biləcəyiniz bir mətbəx istəyirsinizsə, mütləq köhnə və istifadə edilməyən əşyaları çıxarmalısınız. Bunu etmənin ən asan üsullarından biri də mətbəxinizdəki bütün əşyaları gözdən keçirmək və hamısını ən son bir il ərzində istifadə edib-etməyəcəyinizə qərar verməkdir. Son bir ildə heç istifadə etmədiyiniz qazan, tava, qab və s. əşyaları zibil deyilsə belə, evin anbarına yığmaq və ya daha yaxşısı ehtiyacı olanlara verməkdir.
Davamı →

Faydalı məsləhətlər

Qurabiyə, qoğal, kökə və digər qurumağa meylli olan şirniyyatların təravətini qorumaq üçün həmin məhsulların saxlandığı qaba kəsilmiş alma qoymaq məsləhətdir. Alma tərkibində olan maye hesabına ağzıörtülü qabda rütubəti tənzimləyərək şirniyyatları qurumağa qoymayacaqdır.

Şüşədə olan içkini tez bir zamanda soyutmaq üçün onu yaş salfetə büküb soyuducuya qoymaq gərəkdir. Yaş salfet sərinliyi tez bir zamanda canına çəkərək soyuma prosesini tezləşdirəcəkdir.
Davamı →