E hərfi ilə başlayan fəlsəfə terminləri

EFORAT — Qədim Spartada ildə bir dəfə seçilən 5 nəfər ali vəzifəli şəxsdən ibarət kollegiya, ali nəzarət orqanı. Tam hüquqlu vətandaşların məclisində seçilirdi. Təqribən e.ə VIII əsrin ortalarında təsis edilmiş, e.ə III əsrsə öz əhəmiyyətini itirmişdir.

EVDEMONİZM — etikanın gedonizmə yaxın olan metodoloji prinsipi. Xoşbəxtliyi, səadəti təmsil edər.

EVRİSTİKA — yaradıcılıq fəaliyyətini, yeninin kəşfinə və təlimdə istifadə olunan metodları öyrənən elm.

EQO — bir kimsənin şəxsiyyətini meydana gətirən təməl element, mən. fərdi o biri varlıqlardan ayıran şüur. Freydə görə əsas və ən primitiv mənlikdir. Ana qaynağı cinsəllik, aclıq kimi ehtiyacların ən eqoistcəsinə doyurulmasıdır

EKKLESİYA — Qədim Yunanıstanda xalq yığıncağınım ən çox yayılmış adı.Bütün növ məsələlər Ekklesiyada müzakirə edilirdi.

EKZOQAMİYA — hərfi mənada kənardan nikah olmaqla nəslin mühüm əlaməti sayılır. Ekzoqamiya prinsipinə əməl edilməsi nəslin üzvlərinin təsərrüfat və ailə-nikah münasibətlərində böyük rol oynayırdı.

ELİTA fransızca seçilmiş deməkdir. Hakimiyyətin daşıyıcısı anlamına gəlir.

EMFİTEVZİS — Roma hüququnda başqasının torpağından istifadəyə olan irsi hüquq. Yüz il və daha uzun müddətə bağlanan icarə müqaviləsi ilə müəyyən olunurdu və icarəyə götürən, torpaqdan istifadəyə və sərancam verməyə münasibətdə bütün hüquqlara malik idi.

ENDOQAMİYA — hərfi mənada daxili nikah deməkdir. Endoqamiya, bir etnik birlik kimi qəbilənin çox mühüm əlaməti olmuşdur.

EQOİZM -  Ümumi mənada: mən düşkünlüyü, özünə düşkünlük, başqalarını hesaba qatmadan ancaq özünü düşünmək, öz mənfəətini düşünmək. İnsanı cəmiyyətə və digər adamlara münasibəti baxımından səciyyələndirən həyat prinsipi və əxlaqi keyfiyyət.

EQOSENTRİZM — sözün kökü latın dilindəki —ego — mən kəlməsindən törəyib. — sentrizm əlavəsi isə ideya və konsepsiyalarda artırılan şəkilçi mahiyyətini daşıyır. Centr -mərkəz, ism — isə ideologiya mənasını ifadə edir. Ərəbcə variantı isə mən — Uı sözünə J — üçün şəkilçisi artırılmaqla düzəlmişdir. —Mən”i qərar və hadisələrin mərkəzinə yerləşdirmə, yaxud insanın öz aləmini yüksəklərə qaldıraraq bütün dünya hesab edən özünün maddi və mənəvi dəyərlərini bütün dünyaya müncər edən dünyagörüşü forması.

EQZOTERİK — xaricdə olan, çöldə olan, daxildə olmayan. Eqzoterik, etimoloji olaraq xaricə doğru,  xarici mənasını verər. Bir təlimin ictimaiyyətə açıqlanan və bilməsinə icazə verilən qisimlərini ifadə edir. Ezoterik, etimoloji olaraq  içə dönük, daxili mənasını verir. Bir təlimin, seçmə seqmenti xaric, ictimaiyyətə açıqlanmayan və bilməsinə icazə verilməyən sirli hissələrini ifadə edir.

EQREQOR — insanların fikir və təxəyyülləri sayəsində yaradılan müstəqil bir xəyali (dini) varlıq, mələk və s.

EHTİMAL — mümkün ola biləcək, baş verə biləcək hadisənin, vəziyyətin və s. həqiqiliyə, düzgünlüyə olan münasibət dərəcəsi. Bu mənada ortaya çıxması vacib olmayan bir hadisənin ortaya çıxma imkanının ən yüksək dərəcəsi. Bir şeyin ola bilməsi, baş verə bilməsi, mümkünlüyü. Ehtimallıq
imkanlılıq dəyəri olduğunu və imkan olarsa ola biləcəyini önə sürən nəzəri-skeptik təlim.

EHTİVA — əhatə, bir anlamın yaxud kəlmənin və onu dilə gətirən terminin əhatə etdiyi varlıqların və fərdi haidsələrin hamısı. Ərəbcədə kök hərfləri h+v+y — dir.

EHTİRAS — Ağlın çətinliklə idarə edə bildiyi hiss. Bir insanın istəmə, hiss etmə və düşünməsinə hakim olan güclü meyl. Uzun müddətli qalıcı və güclü hissiyyat. Pozitiv ehtiras uğura, neqativ ehtiras uğursuzluğa aparıb çıxarır. Hegel ehtiras olmadan heç bir böyük işin öhdəsindən gəlinməyəcəyini deyir.

EZOTERİK — “Ezoterik” termini ilə yalnız savadlılar üçün nəzərdə tutlmuş, yalnız mütəxəssislərin başa düşəcəyi ideyanı, nəzəriyyəni adlandırırlar. Müəyyən bir insan cəmiyyətinin xaricində heç kəsə bildirilməyən, ancaq məhdud sayda olan, dar bir çevrəyə xəbər verilən bilik, məlumat.

EYNİYYƏT — predmetin, hadisənin öz-özü ilə bərabərliyini, eyniliyini və bir neçə predmetin bərabərliyini ifadə edən kateqoriya.

EKZİSTENSİALİZM — Çağımızın bir fəlsəfə cərəyanı. Eqzistensial fəlsəfi təlimi əsas qəbul edən bütün düşüncə sistemlərinə verilən ad. Danimar-kalı alim Kierkegaard böyük miqyasda başladığı, eyni zamanda fəlsəfənin əvvəldən bəri ələ aldığı problemləri kökdən yeniləməyə çalışan modern Avropanın bəzi filosoflarının yaşatdığı fəlsəfi cərəyan. Fəlsəfədə XX əsrdə ziyalıların baxışlarına cavab verən yeni dünyagörüşü yaratmaq cəhdi kimi meydana gəlmiş irrasiona-list cərəyan.

EKSPERİMENT — hər hansı bir hadisənin tədqiqatın məqsədlərinə uyğun gələn yeni şəraitin yaradılması vasitəsilə və ya prosesin gedişinin lazımi istiqamətdə dəyişdirilməsi vasitəsilə həmin hadisəyə fəal təsir yolu ilə tədqiq edilməsi. Yunan dilindəki peria [təcrübə, imtahandan keçirmə] kəlməsindən iki sıra söz törənmişdir: 1. [mücərrəd və ümumi mənada işlədilən] emperia və törəmələri: empirik, empirizm; II. [konkret və daha texniki mənada işlədilən] experientia [lat. Experiri = təcrübə, təcrübədən keçirmə] və növləri: experimenter, experimental, experimentation. I — Emperia = təcrübə, təcrübədən keçirilənlər.

EXPRESSİONİZM — Təbiilik və müşahidəçiliyin əksi olan müasir sənət cərəyanı. Bu cərəyan ön planda və obyektiv təbiəti nə də maddi müşahidələri əks etdirmək istəyər, onun dilə gətirmək istədiyi, mənəvi həyata aid olanların ruhi mühtəvalarıdır.

EKSPLİKASİYA — bu və ya digər predmetin, hadisənin mahiyyətinin aşkara çıxarılmasından ibarət tədqiqat mərhələsi.

EKLEKTİZM — Qurulmuş olan nizamlardan fərqli düşüncələri seçib almaq və öz təlimində birləşdirmə metodu və bu metodla işləyən filosofların təlimi. Seçmə-cilik, uzlaşdırmacılık-İntihabiyye: müxtəlif və hətta bir-birinin ziddi olan fəlsəfi sistemlərdən iqtibaslar edərək yeni sistem qurmaqdır.

EKVİVALENT — bir başqa dəyəri əvəz edə biləcək dəyər, aralarında məntiqi eynilik olanlara da deyilir.

ELEMENT — ümumi olaraq bir kombinasiyanın ən adı bir parçası. Məntiqdə bir sinifə, yaxud da hər şeyə bağlı olan bölünməz əsas hissələr.

EMANASIYA — aşağı olanın daha yuxarı olandan çıxması. Çox olanın bir olandan çıxması. Bir olan yetkin olandır və öz varlığı daxilində azalmadan və dəyişmədən qalır, ondan törəyən isə çıxış qaynağından olan uzaqlığın ölçüsünə görə get-gedə yetişkənliyini itirir. Anlam baxımından da bir şeydən axmaq, aşağıdakının yuxarıdakından, hər şeyin Bir olandan çıxması deməkdir.

EMPIRIZM — Təcrübə, məlumatın qaynağı olaraq sadəcə təcrübəni qəbul edən fəlsəfi sənətdir. İdrak nəzəriyyəsində cərəyan.

EPISTEMOLOGIYA — idrak nəzəriyyəsi. Bilik nəzəriyyəsi: Elmlərin mövzu, sərhəd və qarşılıqlı münasibətlərini təyin və təsbit edən fəlsəfi məktəb. Bilik təlimi. Elmlərin qoyduğu problemləri tədqiq edən fəlsəfə sahəsi. Elm fəlsəfəsi ilə təxmini olaraq eyni mənalıdır. Ancaq elm fəlsəfəsi elmlərin tarixini fəlsəfi baxımdan tədqiq edir, epistemologiya isə müxtəlif elmlərin ideyalarını, hipotezlərini və nəticələrini tənqid edərək araşdırar, onların məntiqi əsasını, obyektiv dəyərini təyin etməyə çalışır.

ETHOS — Kosmosa qarşı insanın əxlaqi varlığı.

ELM — təbiət, cəmiyyət və təfəkkür haqqında yeni biliklərin istehsalına yönəldilmiş və bu istehsalın bütün şəraitini və momentlərini; özlərinin bilikləri və qabiliyyətləri, peşə ixtisası və təcrübəsi, elmi əməyin bölgüsü və kooperasiyası ilə birlikdə amilləri. Elmlər toplusu yaxud bütünlükdə elmi biliklərə verilən addır. Bəzən bilməyə istiqamətlənmiş müəyyən bir prosesin adına da elm deyilir. Sözün kökü ərəbcədəki alimə-dən 1^ | gəlir. Elm sözü isə onun məsdər formasıdır.

EMOTİVİZM — məntiqi pozitivizm metodologiyasının ardıcıl tətbiq olunduğu subjektivist əxlaq nəzəriyyəsi.

EMPİRİOKRİTİSİZM — Avenarius və Max tərəfindən əsaslandırılmış subjektiv idealist cərəyan. Empirio və kritika sözlərinin birləşməsindən əmələ gəlmişdir.

EMPİRİOMONİZM — empiriokritisizmin, maxizmin növlərindən biri; Boqdanov öz fəlsəfəsini belə adlandırmışdı.

EMPİRİOSİMVOLİZM — idealist Yuşkeviçin empiriokri-tisizmin özünə aid olan növün adlandırdığı termin.

ELM ƏL-YƏQİN — bax: yəqin. Şübhə duymadan bir şeyi, möhkəm və qatı olaraq bilmək. (Yəqin: mərifəti və zəkanı və misalının fövqündə olan elmin sifətidir. İlm-i yəqin deyilir, mərifəti-i yəqin deyilmir. Ayn-əl yəqin: (sözün mərfu halı ayn-ul yəqindir.) Göz ilə görər dərəcədə və ya görərək, müşahidə edərək bilməkdir. Məsələn; uzaqda bir duman görürük. Artıq atəşin varlığını elmi olaraq bilirik. Bu bilmə dərəcəsinə elm-əl yəqin deyilir. Atəşə yaxınlaşıb, gözümüzlə görsək, ona ayn-əl yəqini bilmək deyilir. Daha da irəli gedərək bütün hisslərimizlə atəşin varlığını anladıqsa; atəşin yandırması və sair sifətlərini da bildiksə, bu növdən olan elmimizin dərəcəsinə də haqq-al yəqin deyilir.

ENTUZİAZM — Hər hansı bir düşüncə ilə, yüksək bir hisslə dolub daşma, qəlbini fərhləndirmə, ruhun aşıb — daşması, mənəvi coşqunluq və s. kimi vəziyyətlərə deyilir. Bəzən insanin Tanrı ilə dolub daşmasına” da deyilir. Dilimizdə daha çox ərəbcədən keçmə vəcd sözündən istifadə olunur. Misal üçün kiminsə haqqında Filan şəxs vəcdə gəldi” deyimi işlək ifadədir.

ENTELEXİYA — məqsədlilik Aristoteldə və sxolastikada hərəkətverici qüvvə kimi [Teleologiya] məqsədyönlülük; imkanı gerçəkliyə çevirən özünəməqsəd fəal başlanğıc.

ENSİKLOPEDİYA — Qədim etmiloji termin olan bu kəlmə əslində antik Yunanıstanda məcburi təhsili kimi başa düşülürdü. Müasir anlamında isə bütün elmlərin yaxud da bir elm sahəsinə aid olan hər şeyin maddə-maddə nizamlı olaraq, əlifba sırasıyla verildiyi bir əsər. Müasir dövrdə ilk örnəyi Fransada Didederot və D'Alambertin təşkil etdiyi məşhur Encyclopédie ou dictionnaire raisonné des sciences, des arts et des mètiers”dir. [1751-1780]. İslam mədəni bölgəsi fəlsəfəsində Saflıq qardaşları” [İxvan əs-Səfa] adı ilə ensiklopedistlər məşhurdur.

ENTİMEMA — ənənəvi formal məntiqdə deduktiv əqlinəticə; bu əqlinəticədə hər hansı bir hissə ya müqəddimələrdən biri, ya da nəticə aydın ifadə olunmur.

ENTROPİYA — çevrilmə, dəyişmə. Klassik fizikanın əsas anlayışlarından biri; elmə R. Klauzius daxil etmişdir.

EPİFENOMEN — dünyanın maddi [və ya ideal] məzmunun passiv inikası kimi şüurun ifadə edilməsi üçün tətbiq olunan termin.

EPİHEYREMA — müqəddimələri entimemalardan ibarət sillogistik əqli nəticə.

ERİSTİKA — qədim yunan sofistləri arasında xüsusilə geniş inkişaf etmiş mübahisə sənəti.

ETİKA — insanın gerçəkliklə qarşılıqlı münasibətlərinin özünəməxsus tərəfləri. Əxlaq fəlsəfəsi, insanın, cəmiyyətin və həyatın əxlaqi tərəflərini araşdıran sahə, insanın həm özünəməxsus, həm də ictimai həyatındakı əxlaqi, mənəvi dəyərləri araşdıran fəlsəfənin bir qoludur.

ESKATALOGİYA — Yunanca ésxaTOÇ yəni «son» kəlməsindən törəmiş teologiya və fəlsəfənin bir hissəsidir. İnsanlığın son taleyi və ya dünya tarixini nəticələndirən hadisələr, daha kobud bir təbirlə dünyanın sonu ilə məşğul olur. Bir çox din, təlim və ya kultta dünyanın sonu gələcəkdə olacaq bir hadisə kimi müqəddəs mətn, mit və ya folklorda göstərilir. Daha geniş bir baxımdan, eskatologiyada Məsih, Məsih Çağı, axirət və ruh kimi mövzuları da əhatə edə bilər. Fərqli inanışların eskatolojik inancları və düşüncələri fərqli olsa da müəyyən oxşarlıqlar var ola bilər.

ESTETİKA — insan tərəfindən aləmin estetik mənimsənilməsi qanunauyğunluqları, gözəllik qanunları əsasında yaradıcılığın mahiyyəti və forması haqqında elm. Kanta görə transandental estetika hissiyyatın ilkin ideyalarının elmidir. Əslində gözəl və sənət Platondan indiyə qədər fəlsəfi fikirlərin mövzusu olmuşdur.

ETATİZM — Dövləti bütün ictimai işlərdən xüusilə də iqtisadi və mədəni həyatın sistemindən üstün görən məfhum. Ümumiyyətlə dövləti ənənə, mədəniyyət, hüquq və digərlərinin qaynaq və daşıyıcısı olaraq görmə təlimi. Dövlət fəlsəfəsi dövlətin və ictimai həyatın özü, ortaya çıxması, mənası, əsas ideyaları və əsas formaları üzərində inkişaf etdirilən fəlsəfə təlimləri [Dövlət fəlsəfəsini ilkin Platon ilə Aristotel qurmuşlardır]. Ümumiyyətlə dövləti müasir politologiyada konsepsiya.

ETİBAR — etibar, əminlik. Hörmət görmə, qiymətli, etibarlı olma vəziyyəti, möhtərəmlik, prestij. Borc ödəmədə etibarlı olma vəziyyəti. Əhəmiyyət vermək. Hörmət, riayət və xatir saymaq. Qulaq asmaq. İbrət götürüb ayıq olmaq. Birinci və ya sözünü məqbul fərz etmek.

ETİQAD — bu və ya digər hadisənin həqiqiliyi haqqında və biliyə əsaaslanmayan inam. Etiqad dini-fəlsəfi ədəbiyyatda da çox işlənir. Kök olaraq aqədə [J^] felindən gəlir və VIII babda məsdəridir. Dilimizdə işlənənən əqidə sözü də bu qəbildəndir. Elm-i əqaid — hər hansı bir dinin iman məsələlərini və şəriət hökmlərini, o cümlədən ibadət formalarını öyrənən elm.

EHKAM — bax: Doqma.

EUDAYMONİA — ümumi mənada isə insan ruhunun yaxşı vəziyyətdə olmasına deyilir. Zamanla daha başqa mənalarda da istifadə edilmişdir. Misal üçün insanın xarici təzyiqlər nəticəsində müvəqqəti xoşbəxtliyinə verilən ümumi anlam kimi götürülmüşdür.

EUDOMANİZM — həyatın mənasını xoşbəxtlikdə görən, insanın bütün fəaliyyətlərinin son elementi olaraq xoşbəxliyi görən əxlaqi təlim.
 
 
Müəllif: ADİLƏ NƏZƏROVA
Mənbə: FƏLSƏFƏ TERMİNLƏRİNİN İZAHLI LÜĞƏTİ
“Elm və təhsil” nəşriyyatı, Bakı — 2014
 

0 şərh