F hərfi ilə başlayan fəlsəfə terminləri

FAKT — fikirdə olanın əksi, baş vermiş olan, həqiqi olan, həqiqətə çevrilmiş olan. Dilimizdə işlək ifadə kimi vaqiə sözü də işlənməkdədir. Vaqiə sözü vaqəa-dan [^b] gəlir və hərfi mənada olan, baş verən deməkdir. Türkcədəki ol+gu sözü də qədim oğuzcadakı ol felindən qaynaqlanır. Misal üçün, müqayisə et: Olana çarə yoxdur = Hadisə 1890-cu ildə uzaq bir mahalda vaqe oldu. Obyektiv və elmi fakt anlayışları bir-birindən fərqləndirilir. Obyektiv fakt insan fəaliyyətinin və ya idrakının obyektini dərk edən müəyyən hadisəni, təzahürü, reallığın parçasını başa düşmək kimi qəbul olunub.

FANTAZİYA — qarşılığında bir reallıq olmayan mənzərəli görüntü. Fantaziya, xəyal, görüntü sözləri ilə eyni anlamlarda Azərbaycan türkcəsində rast gəlinir. Misal üçün: Gözümə nəsə göründü. Xəyalın gözlərimdə canlandı. Fantaziyalarımın qurbanı oldum.

FASİQ — imanlı adamın kafirliyi. Yəni küfür və iman arasında olan şəxs. Bəzi məzhəblərə görə, fasiq olan kəs tövbə etmədən ölərsə, əbədi olaraq cəhənnəmə gedər. Fəsəqə [ö-^] sözündən törəmişdir. Onun failidir [subyekt, işgörən mənasında]. Fisq [ö-^] isə Haqq yolundan ayrılma, üsyan etme, günahkarlıq, suç hesab olunur.

FATALİZM — antidialektik dünyagörüşü konsepsiyası. Hər şeyin alınyazısına əsasən əvvəlcədən təyin olunmuş olduğuna, insanın bu əvvəlcədən müəyyən olunmuş olan alınyazısını dəyişdirə bilməyəcəyinə inanan dünyagörüşü. Bu konsepsiyaya görə aləmdə baş verən bütün proseslər azadlığa, yaradıcılığa imkan verməyən zərurətə tabedir və əzəldən müəyyən edilmişdir.

FAŞİZM — maliyyə kapitalının ən mürtəce, şovinist, imperialist ünsürlərininaşıq terorçuluq diktaturası. Faşizmin hakim olduğu Almaniya ən yeni tarix ərəfəsində II dünya müharibəsinin törənməsinə səbəb oldu.

FƏHM — [f-^] ağıl, düşüncə, təfəkkür. Fəhm etmək -düşünmək, təfəkkürə dalmaq mənasını verir. Sözün kökü fəhimə [f^] -dir. Dilimizdə anlam mənasında çox işlətdiyimiz «məfhum' sözü də bu kökdən törəmişdir. Ərəbcədə hərfi mənada başa düşülən deməkdir.

FATALİZM — Bütün hadisələrin aləmin üstündə var olan bir qüvvət və ilk səbəb tərəfindən, dəyişməsi mümkün olmayacaq formada əvvəlcədən təsbit və təyin edilmiş olduğuna inanan görüş. İngiliscədə fate — tale, qədər deməkdir. Qədərə, taleyə alın yazısına inanmaq istər Qərb, istərsə də Şərq dünyasında mövcud olmuşdur. Şərqdə Cəbəriyyə adlı bir cərəyanda mövcud olmuşdur.

FAYDALILIQ — yararın, faydanın həyat ideyasına, amalına çevrilməsi. Əxlaqi fəaliyyət və davranışlarda faydanan ideya. Anlam olaraq pozitivizmlə bəzi oxşar tərəfləri mövcuddur.

FENOMEN — ümumiyyətlə hisslərlə dərk edilən hər şey. Hadisəolan, zahir olan, yaxud müşahidəsi mümkün olan, idrak ediləbilən, mövcud olana müqabil görünən şey. Fenomen — təcrübədə bizə verilmiş, hisslərin köməyilə dərk olunan hadisəni ifadə edən anlayış. Fenomenalizm — idrak haqqında təlim; duyğuların bilavasitə idrakın obyektindən ibarət olması tezisini əsas tutur.

FENOMONEOLOGİYA — təzahürlər haqqında təlim, əslində fenomenologiya. Yunanca Phainomenon — görüntü, təzahür, logos — təlim, doktrina. Husserd və şagirdləri tərəfindən əsaslandırılmış və müasir fəlsəfəyə təsir göstərmiş subyektiv idealist cərəyan

FƏNA — [4jà] fəna, yox olma, ərimə, itmə. sufi məqamlarından biridir. Hərfi mənada yox olma, heçliyə qovuşma deməkdir. Sufinin Tanrıya doğru yüksəldiyi məqamda şüurunu itirərək, mənliyindən keçməsi və Tanrıda əriyib getməsidir. Maddi varlıktan sıyrılıp Hakk'a ulaşma. Fəna halı bir sufinin Allaha yaxınlaşmasında ən üstün dərəcələrdən biri hesab olunur. Fəna kəlməsi adətən, bəqa kəlməsi ilə bir işlədilir.

FƏQİH — fəqih, hüqşünas. Şəriət hökmlərini bilən, İslam hüququna bələd olan kəs deməkdir. Termin olaraq isə Allah-təalanın vəhylə bildirdiyi əmrlərindən və peyğəmbərin hədislərindən dini hökmlər çıxara bilən, bu hökmlərlə məşğul olan şəxsə deyilir.

FƏR — bölmə, şöbə. əsas olanın bölmələri, onu təşkil edənlər. Sözün kökü fərə'a dən gəlir.

FƏRZ [jjä] — dinin yerinə yetirilməsini vacib hesab etdiyi ibadətlərə deyilir. Fərzi yerinə yetirən şəxs savab qazanar, onu üzürlü səbəbdən yerinə yetirməyən isə axirətdə cəzalandırılar. Fərzin iki növü var. Sözün kökü ərəbcədəki fərəzə-dən gəlir, lazımlılıq, vaciblik deməkdir.

FƏSAD [--“ä] — olmayan, yaxud yox olan şeylərə deyilir. Fəlsəfi terminologyada “kövn” sözünün ziddidir. “Fəsədə” [^“ä] yox olmaq, ortadan itmək mənasına gəlir.

FƏSAHƏT [<A-“ä] — açıqlıq, aydınlıq, dilin səlisliyi. Fəsahətli danışma. Fəsahət tələffüzün açıqlığına, səlisliyinə deyilir. Səlis, gözəl danişan natiqə isə —fasih” deyilirdi.

FƏLƏK [M] — göy üzü, səma, qədər, taleh, bəx mənalari da vardir. Fələk sözü ilə bəzən dini-fəlsəfi ədəbiyyatda göyün qatları da nəzərdə tutulur. Suryanicə olan fələk kəlməsi tale, qismət, gələcəkdən xəbər vermək, kahinlik etmək [kəhanətdə olmaq] mənalarında da işlədilir. Cəmi “əflak”dır [^^äl].

FİNALİZM — hər şeyin bir məqsədlə müəyyənləşdiyini, bir məqsədə yönəldiyini, yaxud hər şeyin bir məqsədyönlülük qaydasına görə olub-bitdiyini qəbul edən görüş. Sözün kökündə final sözü son, axır deməkdir.

FİRAQ — yrılık, ayrılma, kader, hüzün. Sözün kökü ərəbcədəki fərəqə-dir. Hərfi mənada ayırmaq, bölmək deməkdir. Furqan [jtS>] sözü də buradan əmələ gəlmişdir. Bu söz Quran-i Kərim haqqında işlədilir. Sözdən məqsəd də yaxşıyla pisi, doğru ilə yalnışı, haqq ilə batili ayırd edən deməkdir. “Təfqiqə” sözü də buradan əmələ gəlmişdir, ayrılıq, bölücülük deməkdir.

FİTRİ — hər hansı bir varlığın təbiətində olan, var olandan sonra özünün qazandığı öyrənilmiş şeylərin nəticəsi olmayan, anadanolma özü ilə var olan. Fitrət isə yaradılma, xəlq olunmaq deməkdir. Bəzən də insanın anadangəlmə xasiyyətlərinin məcmusu mənasında da işlədilir.

FƏTVA — hökm, fitva, qanun. Daha çox dini-fəlsəfi mətnlərdə qarşılaşılan termindir. Ərəbcədən hərfi mənada görüşünü, məsləhətini almaq yaxud kiməsə məsləhət vermək anlamındadır. İslam dinində xüsusilə İslam hüququnda dini məsələlərlə əlaqəli, bu məsələlərdən başı çıxan, yaxud məsul tutulan şəxsin verdiyi hökm və qanunlara deyilir. İslam dövlət modelinə xas olan bu cəhət şəhərlərdə və bölgələrdə dini məsələlərə, şəriətə nəzarət edən qazılar, mollalar tərəfindən verilirdi. Müasir dünyamızda fitvaların sayı demək olar ki yox dərəcəsindədir. Müftü sözü də buradan əmələ gəlmişdir. Kəlmə olaraq mənası fətva verən deməkdir.

FEODALİZM — ümumdünya tarixi tərəqqinin gedişində ictimai-iqtisadi formasiyaların əvəz olunmasından ibarət bütöv dialektik prosesin orta həlqəsini təşkil edən ictimai-iqtisadi formasiya. Orta əsrlər dövrü üçün xarakterikdir.

FETİŞİZM — maddi şeylərə səciyyəvi sosial keyfiyyətlər aid edən, mədəniyyətin yaratdığı xassələri isə təbiətə aid bir şey kimi nəzərdən keçirən ictimai münasibət və buna uyğun baxış.

FƏAL — aktiv, Çox çalışan, çalışqan, canlı, hərəkətli, aktiv. Fəaliyyət — aləmə yanaşmanın səciyyəvi üsulu, predmet üsulu; elə bir prosesdir ki, bunun gedişində insan təbiəti təcəssüm etdirir və yaradıcı sürətdə dəyişdirir, bununla da özünü fəal subyektə çevirir və mənimsəməkdə olduğu təbiət hadisələrini öz fəaliyyətinin obyektinə çevrilir.

FƏLSƏFƏ — istər varlığın [yəni təbiət və cəmiyyətin], istərsə də insan təfəkkürünün, idrak prosesinin tabe olduğu ən ümumi qanunauyğunluqlar haqqında elm.Var olanların varlığı, mənası və səbəbləri haqqında ortaya çıxan sualları cavablandırır. İlk əvvəllər bu suallara dindən və müdriklərin söhbətlərindən cavab tapmağa çalışırdılarsa, fəlsəfə onları daha doğru və ətraflı cavablandırdı. Fəlsəfə termininə ilk dəfə Pifaqorda təsadüf edilir. Xüsusi elm kimi onu ilk dəfə Platon işlətmiş və onu fərqlənmişdir. Fəlsəfə formalaşmış bir elm kimi quldarlıq cəmiyyətində meydana gəlsədə feodalizmdə fəlsəfə demək oalr ki özünün zirvəsində olmuşdur. İlkin fəlsəfi görüşlərin Şərqə məxsus olmasına baxmayaraq, fəlsəfə sistemli bir elm kimi ilk dəfə Yunanıstanda öyrənilməyə çalışlımışdır.

Filo» və «sofiya» yunan sözləridir. «Sofiya» hikmət, «filo» isə sevmək deməkdir.«Filosofiya» — «hikməti sevmək» mənasını verir. «Fəlsəfə» isə orta əsr şərq alimlərinin bu yunan sözünü ərəb dilinə uyğun demələrindən yaranıb. Ərəblər filosofa feyləsuf deyirlər. İlk dəfə Pifaqor özünü «filosof11 adlandırıb və „Mən öz yerimi bilirəm. Bilirəm ki, hikmət yalnız Tanrı biliyidir və məndə ola bilməz. Mən ancaq hikməti sevə bilərəm“ deyib.

FƏRD — Obyektlərin müəyyən növündən, cinsindən və ya sinfindən seçilib ayrılmış təkcə, ayrıca obyekt.

FİDEİZM — elmi dinə tabe etməyə, elmi biliklərdən dini ehkamların müdafiəsində istifadəyə çalışan mürtəce təlim. Fideizm — inanma, möminlik: Məlumatı ilahi vəhyə və imana dayandıran fəlsəfi görüş. Daha çox irrasional bilikləri və informasiyanı əsaslandırmaq üçündür. Fideistlərə görə insanın qəbul etdiyi rasional biliklərə irrasional biliklər də daxil edilməlidir. Bu səbəbdən vəhy ilahi biliyi təmsil edir və bizə həm bilmədiyimiz həm də əldə edilməsi qeyri-mümkün olan məlumatları çatdırır.

FİNİTİZM — Sonsuzluq kateqoriyasının [sonsuz və sonlu] obyektiv real məzmununu inkar edən fəlsəfi kateqoriya; bu kateqoriya onu əsas tutur ki, nə kainatda, nə mikroaləmdə, nə də təfəkkürümüzdə sonsuzluq mövcud deyil. İngilis dilində finish sözü də eyni kökdəndir, son, axır deməkdir.

FORMA — Şeyin xarici görünüşü, şəkli. Bir şeyin məzmununu ifadə etmək üçün istifadə olunan bədii vasitələr sistemi.

FORMALİZM — İşin mahiyyəti zərərinə olaraq, onun ancaq zahiri cəhətinə riayət etmək.

FREYDİZM — psixoanaliz nəzəriyəsinin və metodunun adı. Z.Freydin [1856-1939] adı ilə adlandırılmışdır. Psixologiya və psixopatologiyada insanın bütün hərəkətlərinin başlıca amilinin yalnız qeyri-şüuri bioloji instinktlər və meyillər olduğunu iddia edən, insanların həyatında sosial momentləri hesaba almayan və onların şüurlu fəaliyyətinin rolunu azaltmağa çalışan cərəyan. Freydizmin müasir tərəfdarları. Klassik freydizmin metodoloji xüsusiyyətləri.

FUNKSİYA — Mövcud münasibətlər sistemində hər hansı bir obyektin xassələrinin xarici təzahürü; məs., orqanizmdə hiss orqanlarının funksiyaları, pulun funksiyaları, cəmiyyətdə dövlətin funksiyaları və i.a.

FUNKSİONALİZM — sosioloji tədqiqatlarda və biologiyada yayılmış konsepsiya; cəmiyyətin təşkilinin təhlilinə yanaşmaların geniş spektrini əhatə edir; başlıca cəhət cəmiyyətin bir hissəsinin digər hissəsinə və ya daha böyük sosial sistemə inteqrasiyasını və ya adaptasiyasını təmin edən tamın müəyyən aspektinə münasibətdən ibarətdir.

FUTUROLOGİYA — bəşəriyyətin gələcəyi haqqında təsəvvürlər, sosial proseslər perspektivlərini əhatə edən biliklər sahəsi.

FÜYUZAT — həftəlik ictimai-siyasi, ədəbi-tənqidi jurnal, 1906-cı il noyabrın 1-dən 1907-ci il noybrın 1-dək Bakıda Azərbaycan dilində nəşr edilmiş, 38 nömrəsi çıxmışdır. Kəlmə olaraq —feyz”dən əmələ gəlmişdir. Mənası dolub daşmaq, su basmaq, ətrafa axmaq deməkdir.

FÜZULİ [ Jj-^ä] — boş, mənasız, cəfəng. Əslində orijinal ərəb dilində maraqlı, hər şeylə maraqlanan, hər işə qarışan kəs deməkdir. Fəzilət sözü də buradan əmələ gəlib. Füzuli sözü fəzlin nisbi sifət halında olan formasıdır. Fəzilət, əfzəl, fazil sözləri eyni kökdən gəlmişdir. Məşhur Azərbaycan şairi və filosofu Məhəmməd Füzulinin də təxəllüsü buradandır.
 
 
Müəllif: ADİLƏ NƏZƏROVA
Mənbə: FƏLSƏFƏ TERMİNLƏRİNİN İZAHLI LÜĞƏTİ
“Elm və təhsil” nəşriyyatı, Bakı — 2014
 

0 şərh