H hərfi ilə başlayan fəlsəfə terminləri

HAKİMİYYƏT — cəmiyyətin siyasi təşkilinin əsas funksiyalarından biri, bir-birinə zidd fərdi və ya qrup mənafelərini əlaqələndirməklə insanların hərəkətini idarə etmək üçün, inandırma və ya məcburiyyət vasitəsi ilə onları vahid idarəyə tabe etməkdə real imkana malik nüfuzlu qüvvə.

HAQQ — sözünün lüğət mənası dəyişməz deməkdir. Termin olaraq mənası isə hər şərt altında doğru olan şey deməkdir. Məsələn, iki dəfə ikinin dörd etdiyi kimi. Batil kəlməsinin lüğət mənası səhv, yanlış deməkdir. Termin olaraq mənası isə hər şərt altında yanlış olan şey deməkdir. Məsələn, iki dəfə iki üç edir, iddiası kimi. Bu günkü Qərb mədəniyyəti özlərinin hər zaman ifadə etdikləri kimi qədim Roma mədəniyyətinə, qədim Roma mədəniyyəti qədim Yunan mədəniyyətinə, qədim Yunan mədəniyyəti də qədim Misir mədəniyyətinə yəni Fironlara söykənməkdədir. Fironlar insanlara zülm edərkən bu etdikləri zülmləri biz sizə zülm edirik deyə etməzdilər. Etdikləri zülmləri bu bizim haqqımızdır deyə edərlərdi. Səhvləri onların haqq anlayışının yanlış yəni batil olmasında idi.

HARMONİYA — ahəngdarlıq.

HEDONİZM — əxlaqi tələblərin əsaslandırılması prinsipi; qədim dövrdə meydana gəlmişdir; xeyirxahlıq [xeyir] həzz gətirən və iztirablardan azad edən, şər isə iztiraba səbəb kimi qiymətləndirilir.

HERMENEVTİKA — məqsədi mətnin obyektiv [sözlərin qramatik mənaları və tarixən şərtlənmiş variantları] və subyektiv [müəlliflərin niyyəti] əsaslarına görə mənasını müəyyən etmək olan şərh məharəti nəzəriyyəsi.

HERMETİZM — magiyanın hamisi hesab olunan qədim yunan ticarət və gəlir alla-hı] — ellinizm mərhələsində və son aitik dövrdə təşəkkül tapmış dini-fəlsəfi təlim.

HƏQİQƏT — gerçəkliyin fikirdə doğru, düzgün inikası; meyarı praktikadır. Həqiqilik xarakteristikası şeylərin özünə və onları dillə ifadə etməyin vasitələrinə deyil, məhz fikirlərə aiddir.

HERUSTİKA — tapmaq, ortaya çıxarmaq deməkdir. Fəlsəfədə herustika nəyisə, hansısa metodu tapıb ortaya çıxarmaq mənasında işlədilir. Ərəb dilli fəlsəfədə istilahı çox işlədilir. Bu elə bir fərziyyə idi ki, onun köməyilə olanların mahiyyətini açmağa, hadisələrin arxa üzünü aşkarlayıb ortaya çıxarmağa vasitəçi olurdu. Buradakı Təkşif sözü kəşəfə —felinin II babda babında məsdəridir. Fəraziyə isə fərziyyətun — fərz, nəzəriyyə və s. sözünün cəmidir. Dilimizdə VIII babın məsdəri olan ixtira sözü daha çox işlənir.

HADİS — başlanğıcda mövud olmayıb, sonradan var olan şeydir. hadis hallar — başlanğıcda olmayıb sonradan baş verən hallar, əslə aid olmayanlar.

HEDONİZM — ləzzət və zövqü həyatın məqsədi qəbul edən bütün əxlaq anlayışlarına verilən isim.

HELİOSANTRİZM — Güneş merkezcilik: Kopernik və Galileyin ortaya qoyduğu Günəş mərkəz görüşü.

HOMOJEN — Mütecanis-Ayni cinsten: Qisimləri, təbiət və mahiyyətləri baxımından bir-birinin eyni olan.

HİLEİZM — Heyülaiyye: Maddəyə əzəli və əbədi, yaradılmamış və hər cür formu qəbul etməyə hazır və uyğun olaraq baxan görüş.

HUDÜS — Yoxdan var edilmiş, yaradılmış olmaq, varlığı üzərindən bəlli bir zaman keçmiş olmaq, əvvəli olmaq.

HƏYAT — cansız maddədən və ruhi varlıqdan da ayrı olaraq canlıların [orqanizmlərin] varlıq forması və varlıq məkanı. Canlıların ən birinci xüsusiyyəti. Əlamətləri öz-özünə böyümə, inkişaf, dəyişmə, çevrilmə, təsir etmə, təsirlənmə, artıb çoxalmaq. Lakin elm və texnologiyanın ən modern imkanları ilə belə canlılar ilə cansızları ayırd etmək mümkün deyildir. Misal üçün viruslar ən aşağı dərəcədəki canlı varlıqlar, yoxsa kimyəvi maddədən ibarət olduğunu sübut etmək mümkün olmamışdır. Həyat bir növ ölümün antonimi mənasında da işlənir. Materiyanın hərəkət forması; fiziki və kimyəvi hərəkət formalarına nisbətən keyfiyyətcə yüksək və onları “bərtərəf’ olunmuş formada özündə ehtiva edən forması.

HƏYAT ENERJİSİ — insanlığı zənginləşdirdiyi qəbul edilən, bir mənası olan bütün yaşanmış təcrübələr. Özləri vasitəsilə mənin şüuruna vardığı bütün mənəvi hadisələr.

HƏNİFİLİK — islam dinin yaranması ərəfəsində Ərəbistanda bütpərəstliyə qarşı çıxıb, təkallahlığı təbliğ edən cərəyan. Hənifilik islamdan əvvəlki Ərəbistanın sosial qurluşu və dini ideologiyasının böhranı nəticəsində meydana gəlmişdir.

HAL ərbabı — hal əhli. Hər hansı bir məqama sahib olan kəslər.

HAQQ əl-yəqin — daxili hiss və təcrübənin verdiyi, insanın özündə hiss etdiyi, özündə müşahidə etdiyi elmə deyilir.

HARAM — dinin yerinə yetirilməsini qadağan etdiyi əməllərə deyilir. İnsan öldürmək, oğurluq etmək, ana-ataya qarşı çıxmaq və s. əməllər haram sayılır və yerinə yetirilməsi qadağandır.

HARMONİYA — çoxluğun və qarışıqlığın sistemli bir birlik yaratması.

HƏDƏS — islam dini etiqadına görə, müsəlmanın ibadət etməsinə mane olan və dəstəmaz, qüsul, yaxud təyəmmüm etmədikcə bədəndə qalıcı xüsusiyyətə malik olan maneə, yaxud haldır.

HƏDD — tamamlama, sona çatma, bir şeyin sona çatdığı nöqtə. Varlıq yaxud da təsir dairəsinin xarici sərhəddi.

HELM — yumşaq xasiyyətlilik, mülayimlik, səbirli, təmkinli olmaq.

HERMENEVTİKA — açıqlamaq, yorumlamaq, izah etmək. Bir mətni anlamağa yönələn, mətnin izahından bəhs edən təlim.

HƏVAİ şeylər — boş şeylər, dünyanın fani ləzzətlərinə meyl etmək.

HƏVASAT-İ nəfsiyyə — nəfsin arzuları istəkləri.

HEYBƏT — qorxu dolu həyəcan, dəhşət.

HİCAB — örtük, çarşab.

HİDAYƏT — doğru yolda olma, Allah-təalaya aparan doğru yol, yaxud Allahın əmr və qadağalarına tabe olmaq.

HÜCCƏT — dəlil.

HÜDUS — yoxdan, heçdən var edilmək. Hüdus Tanrıya aid xarakterik xüsusiyyətin əməli nəticəsi olub, mahiyyət etibarı ilə maddi, yaxud mənəvi olmalarından asılı olmayaraq Tanrıdan başqa bütün varlıqların yaradılış formasıdır. Dini məntiq varlıqların yaradılış formasını Tanrının Ol!” ifadəsinə bağlı olduğunu qeyd edir. Tanrı varlıqları yaratmaqda hüç bir çətinlik bilməz. Hüdus, həm də varlıqların əzəli olmadıqlarını ifadə etmək üçün də işlədilir. Varlıqların əzəli olmamaları başlanğıcda onların başqa bir varlıq tərəfindən yaradılmış olmasına və İlkin səbəbə möhtac olmaları deməkdir. Şərq peripatetik fəlsəfəsində varlıqların bu xüsusiyyətlərini ifadə etmək üçün vacib varlıq və mümkün varlıq terminləri işlədilmişdir. Vacib varlıq yaradılmamış olub, yaradanadır və yaradan varlıqların heç bir xüsusiyyətini Ona aid etmək olmaz. O, əzəli və əbədidir. Bu varlıq Tanrının özüdür. Ondan başqa bütün varlıqlar isə var ola bilmələri üçün yaradıcıya möhtacdır. Var ola bilmələri üçün başqa varlığa ehtiyacı olan varlıqlar isə mümkün varlıqlar adlanır.

HÜLUL — bəzi inam və əqidə sahiblərinə görə, ruhun insan öldükdən sonra hər hansı bir əşyaya, cismə yəni maddi olan şeylərə daxil olması.

HUMANİZM — Bəşrəiyyətə, insana yaraşan bir həyatı və təfəkkürü əldə etmək üçün cəhd etmək. Bu mənada məfhumun ən geniş mənasında insanın dəyər və hörmətinə, insan olmağa və insanlığa olan əqli inam.

HUŞU — Allah-təalanın cisimlərə girməsi, cisimlərin də Allahın varlığına keçməsini nəzərdə tutan ifadədir

HƏRƏKƏT — Matriyanın mühüm atributu, mövcudluq üsulu. Hərəkətə təbiət və cəmiyyətdə baş verən bütün proseslər daxildir.

HƏZZ — Hissin içində yaşadığı vəziyyətin əsas xüsusiyyətlərindən biri, ağrının əksinə xoşlanma, zövq alma, ləzzət alma.

HƏYƏCAN — daxili, yaxud da xarici təzyiqlərlə ortaya çıxan ruhi-mənəvi sarsıntı.

HİKMƏT — Müdrik söz, dərin fikir, dərin məna. Keçmişdə fəlsəfəyə, xüsusilə də təbiət elmlərinə verilən ad.

HİLOZOİZM — kainatın əsası olaHilozoizm termini ilk dəfə 17 əsrdə işlədilmişdir. Duyğu və təfəkkür qabiliyyətini materiyanın bütün formalarına aid edir. Əslində duyğu yalnız yüksək inkişaf etmiş materiyanın xassəsidir.

HİNAYANA — Mahayana ilə yanaşı budizmin iki əsas cərəyanından biri. Hinayanaya theravada, sarvastivada [Vaybhaşika], sautrantika və s. məktəblər daxildir.

HİNDUİZM — Hindistan əhalisinin əksəriyyəti üçün [heç olmasa valideynlərindən biri hindli olan və digər dinə etiqad bəsləməyən hər bir kəs hinduist hesab olunur] səciyyəvi olan dini təsəvvürlərin, mərasim və adətlərin, sosial-məişət təsisatlarının məcmusu.

HİPOTEZ — təməl, dayanaq, əsas; osm. tr. uknum; tr. dayantı] -əsas təməl, özünə əsaslandırılan əsas təməl. Əqli nəticələr sistemi; onun vasitəsi ilə bir sıra faktlarla obyektin mövcud olması, hadisənin əlaqə və ya səbəbinin mövcudluğu haqında nəticə çıxarılır; bu nəticəni mütləq səhih nəticə hesab etmək olmaz.

HİPNOZ — insanın iradəsinin, yatırdanın iradəsinə bağlı və eyni zamanda bütün başqa təsirlərə bağlı olduğu, ancaq deyiləni yerinə yetirmə halına gəlmiş vəziyyət. Belə bir vəziyyətə və bu vəziyyətdəki adama da hipnoz deyilir.

HİSS — Xəbərdarlığı almaq qabiliyyəti. Əsas hiss orqanları olan görmək, eşitmək, dadmaq, qoxu bilmək və toxunmaq hissləri, duyğu orqanları vasitəsilə qəbul edilir. İnsanın ətraf gerçəkliyə [adamlara, onların davranışına, hər hansı hadisəyə] və özünə münasibətini hiss etməsi, yanaşması.

HİSSİ — Duyğularla verilməyən, qavrama vasitəsilə deyil, düşünmə ilə qavranılan yaxud hisslərin bununla əlaqədar təcrübə dünyasının xaricində olan. Hissiyyatsizliq 1. Ümumi mənada unutqanlıq; az və yavaş dərəcədə təzyiq göstərən və bunun nəticəsində duyğulandıran hisslərə əhəmiyyət verməyən insan xarakteri. 2. Stoa məktəbində məlumat sahibinin özünü tərbiyələndirmə ideyası kimi hisslərdən arınması və ağıla tərs gələn hisslər qarşısında müstəqil olma və beləcə sarsılmazlıq prinsipinə qovuşmaq halı.

HOLİZM  — öz ideyalarına görə emercent təkamülünə yaxın olan idealist tamlıq, bütövlük fəlsəfəsi.

HOMEOMERİYA — Anaksaqor fəlsəfəsində işlədilmiş termin. Lakin bizə gəlib çatmış fraqmentlərdə bu terminə təsadüf edilmir və Anaksaqorun sonrakı şərhçilərindən alınmışdır.

HOMEOSTAZ — oxşar; stasis -dayanma, tərpənməzlik, hərəkətsizlik] — öz-özünə idarə olunan mürəkkəb sistemlər üçün səciyyəvi və sistemin saxlanılması üçün mühüm olan parametrlərin mümkün həddlərdə saxlanılmasından ibarət dinamik müvazinət tipi.

HÖKM — bir şeyin yaxud da iki şey arasındakı əlaqənin həqiqətini təsdiqləyən yaxud da ləğv edən düşüncənin ortaya qoyulması, dilə gətirilməsi. Obyekt haqqında nəyinsə iqrar edildiyi təklif formasında ifadə olunan və obyektiv olaraq ya həqiqi, ya da yanlış olan fikir.

HÖRMƏT — bir insana, bir fikirə, bir hadisəyə, nəyəsə olan ehtiram, yaxud xüsusi bir hiss.

HUMANİZM — insanın ləyaqət və hüquqlarına hörməti, şəxsiyyət kimi onun qiymətli-liyini, insanların rifahı, onların hərtərəfli inkişafı, ictimai həyatda insan üçün əlverişli şərait yaradılması haqında qayğını ifadə edən baxışların məcmusu.

HÜQUQ — hakim sinfin qanun səviyyəsinə qaldırılmış iradəsi; bu iradənin məzmunu mövcud sinfin maddi həyat şəraiti ilə, həmin sinfin mənafeyi ilə müəyyən olunur.

HÜLULİLİK — ilahinin insanda həll olması, təcəssüm etməsi haqqında dini-fəlsəfi təlim.

HÜRUFİLİK — şiəlikdə təriqət.14 əsrin sonlarında yaranmışdır. Banisi Fəzlullah Nəimidir.
 
 
Müəllif: ADİLƏ NƏZƏROVA
Mənbə: FƏLSƏFƏ TERMİNLƏRİNİN İZAHLI LÜĞƏTİ
“Elm və təhsil” nəşriyyatı, Bakı — 2014
 

0 şərh