Ö hərfi ilə başlayan fəlsəfə terminləri

ÖZLƏŞMƏ — insan fəaliyyəti məhsullarının, həmçinin insanın xassələrinin və qabiliyyətlərinin insanlardan asılı olmayan və onlara hakim kəsilmiş olan nə isə bir şeyə çevrilməsi prosesini və bu çevrilmənin nəticələri.

ÖZHƏRƏKƏT — mənbəyi, səbəbi hərəkət edən şeyin özündə olan hərəkət.

ÖZGƏLİK - başqalarının yaxşılığını yaşamaq və mənimsəmək ideyasını ehtiva edən görüş.

ÖZÜNDƏNLİK — xaricdən bir təyinatla deyil, öz-özünə olan təsirlilik, birbaşa öz daxili ehtimalıyla təsirli olma qabiliyyəti.

Özündə şey — bilən öznədən, şüurdan asılı olmayaraq öz başına var olan, təcrübənin xaricində olan şey. Bu mənada Aristoteldə və sxolastik fəlsəfədə maddə ilə eyni mənalı. Kantda — nomenlə eyni mənalı düşüncədən asılı olmayaraq var olan.

ÖLÜM - orqanizmin həyat fəaliyyətinin geriyə dönməz şəkildə dayanması, canlı varlığın mövcudluğunun labüd təbii sonu.

ÖLÇÜ — predmetin və hadisənin keyfiyyət və kəmiyyət müəyyənliyinin üzvi vəhdətini ifadə edən fəlsəfi kateqoriya.

ÖNGÖRMƏ — əsaslandırılmayan və izah edilməsi mümkün olmayan hiss. Verilməmiş olanın, bilinməyənin, xüsusilədə gələcəklə əlaqəli olanın əvvəldən hiss edilməsi, doğru kimi hesab edilməsi.

 
Müəllif: ADİLƏ NƏZƏROVA
Mənbə: FƏLSƏFƏ TERMİNLƏRİNİN İZAHLI LÜĞƏTİ
“Elm və təhsil” nəşriyyatı, Bakı — 2014
 

 
 

0 şərh