M hərfi ilə başlayan fəlsəfə terminləri

MAKROKOZMOS — Böyük aləm- Kainat: Kainatın hamısı üçün istifadə edilən anlayışdır. Makrokosmos deyəndə insanı xaricdən əhatə edən böyük dünya nəzərdə tutulur. Antonimi mikro-kosmosdur.

MAKUL Aləm — Duyğuları aşan, tək zehin və saf ağıl ilə qavranan aləm.

MAKSİM — əxlaq ideyası yaxud Kanta görə bir insanın öz istək və fəaliyyətlərini müəyyən etmək üzrə qoyduğu əxlaq ideyası.

MALUL — Varlığı başqasının varlığından olan hər şeydir.

MƏDƏNİYYƏT — Etnoqrafiyada — geniş istifadə olunan anlayışlardan biri də mədəniyyət terminidir. Bu anlayış öz tətbiq sahəsindən asılı olaraq müxtəlif mənalarda işlədilir. Fəlsəfi mənada mədəniyyət dedikdə təbiət tərəfindən deyil, yalnız insan tərəfindən yaradılan bütün şeylər başa düşülür. Latın dilindən götürülən “kultura” anlayışı “hazırlanmış”, “emal edilmiş” sözlərinə uyğun gəlir. Ümumi fəlsəfi anlayış olan “mədəniyyət” anlayışı etnoqrafiyada bir xalqı başqasından fərqləndirən maddi və mənəvi həyat amillərinin xüsusiyyətləri şəklində izah edilir.

MƏRASİM — etnosun müəyyən sosial, ailə və mənəvi həyatı ilə bağlı olan reqlamentli hadisələrdir. Adətlə fərqləndirmək üçün onlar aşağıdakı söz birləşmələri şəklində işlədilir: dəfn mərasimi, toy mərasimi, qonaqpərvərlik adəti, oğulluğa götürmə adəti və s.

MONARXİYA — (yunanca — təkhakimiyyətlilik) — elə bir idarəetmə formasıdır ki, burada ali hakimiiyət vətəndaşların iradəsindən asılı olmayaraq tam və ya qismən bir mütləq dövlət başçısının (imperator, kral, sultan, şah və s.) əlində cəmləşmişdir. Monarxiyanın xüsusiyyətləri: > hakimiyyət vərasət yolu ilə ötürülür; > müddətsiz olaraq həyata keçirilir; > əhalinin iradəsindən asılı deyil.

MANİXEİZM [alm.Manichäismus; fr. Manicheisme; ing. manichaeism] Əsasını İranda miladi III əsrdə Mani qoymuşdur, onun yaratdığı yarı fəlsəfi, ideoloji, ictimai təlim. Bu təlimin əsasında zərdüştiliyin yaxşı və pis yaxud xeyir və şərin arasında gedən əbədi mübarizədən bəhs edən ideoloji fikirlər dayanır.

MƏBDE — ideya, prinsip, başlanğıc: İlk olan özündən, başqa şeylərin çıxdığı təməl mənşə, əsl.

MEXANİZM — mekanikçilik: Bütün cismani dəyişiklikləri mexaniki hərəkətlərlə açıqlamağa çalışan görüş.

METAFİZİK — Fizik ötesi -İlm-i mababdet tabia: —İlk xəstəliklərin və ilk prinsiplərin elmi” deyə tərif olunur.

MƏQSƏD — Həyata keçirmək məqsədilə qurulan və qovuşmaq istənilən məfhum, şey.

MİF — tanrılar, qəhrəmanlar, əvvəlki zamanların hadisələri üzərinə deyilənlər, nağıllar, əfsanələr. Yaxud hər hansı bir cəmiyyətdə əfsanə formasında canlı olaraq yaşayan əvvəlki adət və ənənələrdə, düşüncələrdə dilə gəlmiş olan əfsanələr.

MİFOLOGİYA — Miflər, mifik rəvayətlər toplusu, əsatir. Yunan mifologiyası, mifləri tədqiq edən elm.

MONİZM — Bircilik-Tekçilik: Kainatdakı hər şeyi bir tək prinsipə [maddə, ruh və ya fikir] irca edər.

MONOTEİZM — Tek Tanrıcılık-Vahdaniyyet: bir tək ilaha inanmağı ifadə edir.

MUHAL — İmkansız: Məntiq və metafizikada ziddiyyəti içinə alan şeydir.

MÜHƏRRİK — Hareket etdiren, Kımıldatan: Aristotelə görə Tanrı və ya aləmdə hər cür dəyişmənin, meydana gələn xəstəliyi olan lakin özü heç bir dəyişiklik tabe olmayan sırf hərəkətdir.

MUTLAK — Qeydə şərtə bağlı olmayan, sərhədsiz sonsuz, dəyişməz və müstəqil olan.

MÜSTEFAD — Kazanılmış-Müktesep: Bir şəxs və ya növdə əvvəlcədən var olmayıb, sonradan kəşf edilən.

MAARİFÇİLİK — ictimai-siyasi cərəyan; nümayəndələri mövcud cəmiyyətin nöqsanlarını aradan qaldırmağa, həmin cəmiyyətin əxlaq, siyasət və məişətini xeyir-xahlıq, ədalət ideyalarının, elmi biliklərin, yayılması yolu ilə dəyişdirməyə çalışmışlar.

MAGİYA — ibtidai din formalarından biri; aydın olmayan hadisələr sehirli qüvvələrin təsirinə aid edilir; bu forma insan və heyvanlara, təsəvvürə gətirilən ruhlara təsir göstərmək məqsədi daşıyan ayinlərin məcmusunda ifadə olunur.

MAN — ekzis-tensializmin əsas anlayışlarından biri; Haydegger tərəfindən elmə gətirilmişdir.

MANDEİZM — eramızın başlanğıcında Cənubi Mesopotamiyada meydana gəlmiş dini təlim.

MANİLİK — Zərdüştiliyin, budizmin, xristianlığın, qnostisiz-min və digər təlimlərin təsiri altında yaranmış dini-fəlsəfi təlim.

MATERİALİZM — idealizmə əks elmi fəlsəfi cərəyan.

MATERİYA — Dekarta görə maddə məkan tutan hər şeydir. Materiya ruhun əksidir. Maddi olanlar ruhi və mənəvi olanlarla eyni mahiyyətdən deyil. İnsan şüurundan kənarda və ondan asılı olmayaraq mövcud olan və həmin şüurda iniaks etdirilən obyektiv reallıq. Maddə və formanın, reallığın iki ideyası olduğunu irəli sürən təlimə isə Hilemorfizm [alm. Hylemorphismus; fr. Hylèmorphisme; ing. Hylemorphism; yun. Hyle — maddə, morphè — forma] deyilir.

MATRİARXAT — ibtidai icma quruluşunun qəbilə təşkilinin forması; istehsalda [nəslin tərbiyə edilməsi, ictimai təsərrüfatın aparılması, ailənin saxlanması və digər mühüm həyati funksiyalar] və qəbilə icmasının sosial həyatında [icma işlərinin idarə edilməsi, onun üzvləri arasındakı   münasibətlərin   tənzimlənməsi, dini ayinlərinicra edilməsi və s.] qadının aparıcı rolu ilə səciyyələnir.

MATERİALİZM — hər növ reallığın hətta ruhi və mənəvi olanların da əsasını maddədə görən, maddədən başqa heç bir şeyin olmadığınl iddia edən dünyagörüşü. Hərşeyi maddə və ya maddəyə aid olana irca ediləbilər olduğunu iddia edən fəlsəfi bir sənətdir.

MAXİZM — bax Max, Empiriokritisizm.

MAHAYANA — budizmin ən böyük [hinayana ilə yanaşı] variantlardan biri.

MAHATMA — hind mifologiyası və teosofiyasında dünya ruhu; ilahi, fövəladə insan; hindistanda görkəmli, xüsusi ehtiram bəslənilən adamların adına edilən əlavə.

MAHİYYƏT — varlığın əslini təşkil edən şey. Əsas xüsusiyyət, təməl əsas. mövcud şeyin mənası, bütün digər şeylərdən, bu və ya digər şəraitin təsiri altında şeyin dəyişkən vəziyyətlərdən fərqli öz-özlüyündə mövcud olan.

MEDİTASİYA — məqsədi insan psixikasını dərin dalğınlıq vəziyyətinə gətirən əqli fəaliyyət.

MERİTOKRATİYA — burjua politologiyasında anlayış; şəxsi xidmət və bacarıqları əsaslarında seçilmiş şəxslərdən ibarət hökümət tərəfindən idarə edilən cəmiyyət ifadə olunur; postindustrial cəmiyyət’ və ya bilik cəmiyyəti’nin istehlak cəmiyyəti’ndən sonra gələn] sinonimidir.

METAQALAKTİKA — mlrd.-larla qalaktikaların daxil olduğu kosmik sistem.

METANƏZƏRİYYƏ — Tədqiqat predmeti hər hansı digər nəzəriyyə olan nəzəriyyə.

METAMƏNTİQ — Müasir formal məntiqin sistem və anlayışlarını tədqiq edən nəzəriyyə [Metanəzəriyyə].

METARİYAZİYYAT — formal sistemlərin və hesablamaların müxtəlif xassələrinin öyrənilməsilə məşğul olan nəzəriyyə.

METAFİZİKA — Varlığın son təməlləri, özü və anlamı haqqında təlimlər. Aristotelin ilk fəlsəfə adını verdiyi —bütün var olanlar üçün ortaq ideyalar’ı araşdıran abidə.

METOD — bir qayəyə çatmaq üçün izlənilən, tutulan yol. Elmlərdə müəyyən bir nəticəyə qovuşmaq üçün gedilən yol.

METODOLOGİYA — xüsusilə fəlsəfə və elm sahəsində metod araşdırmaq və yeni üsullar əmələ gətirmək şərtillə ideyaları inkişaf etdirən elm. Hər hansı elmdə istifadə olunan idrak vasitələrinin, metodlarının, üsullarının məcmusu.

MEXANİSİZM — Təbiət və cəmiyyətin inkişafını materiya hərəkətinin mexaniki formasının ən universal hesab olunan və maddi hərəkətin bütün növlərinə şamil edilən qanunları ilə izah edən dünyagörüşü.

MƏDƏNİYYƏT — varlığın və şüurun bütün sahələrində bəşəriyyətin predmetləşdirmə [sərvətlər, normalar, işarə sistemləri yaradılması və s.] və predmetsizləşdirmə mədəni irsin mənimsənilməsi] proseslərin dialektik vəhdətindən ibarət, gerçəkliyin yenidən dəyişdirilməsinə, bəşər tarixi zənginliyinin şəxsiyyətin daxili zənginliyinə çevrilməsinə, insanın mahiyyət qüvvələrinin hər vasitə ilə aşkara çıxarılmasına və inkişaf etdirilməsinə yönəldilmiş sosial-mütərəqqi yaradıcı fəaliyyəti.

MƏZDƏKİLİK — V əsrin sonunda İranda yaranmış, sonralar Azərbaycanda və bir sıra qonşu ölkələrdə geniş yayılmış dini-fəlsəfi və sosial təlim.

MƏCBURİYYƏT — olduğundan başqa olmama hallı. Məntiqi riyazi anlamda məcburiyyət. Anlamların və prinsiplərin məntiqi əlaqəsində və nəticələrində olur. Düşüncə baxımından məcburi reallıqlar.

MƏFHUM -  obyektlərin yaxud da hadisələrin müştərək xüsusiyyətlərini ehtiva edən və bir müştərək adda cəm edən ümumi kəlmələr.

MƏDƏNİYYƏT — Konkret mənada bədənlə və ruhla əlaqəsi olan müəyyən qabiliyyətləri inkişaf etdirmək, əqli və əxlaqi savaddır.

MƏİŞƏT — cəmiyyət həyatının insanın özünün təkrar istehsalı ilə bilavasitə bağlı mühüm sahələrindən biri; qida məhsulları, paltar, mənzil, istirahət, əyləncə, sağlamlığın mühafizə edilməsi və s. tələbatın öyrənildiyi maddi və mədəni mühit.

MƏN — Şüurlu olaraq özünü başqalarından fərqləndirən, ayıran kəlmə. Aləmə və öz-özünə fəal yanaşan, münasibət bəsləyən insan şəxsiyyətinin, insan fərdliliyinin mənəvi mərkəzi. Dekart məni düşünən varlıq hesab edirdi.

MƏNAFE — fərdlərin, sosial bliklərin [sinfin, millətin, peşə qrupunun] hərəkətlərinin sosial davranışını müəyyən edən səbəb.

MƏNTİQ — ərəb dilindəki J^j [I babda] felinin mim məsdəiridir. Dilimizə hərfi mənada danışma, nitq söyləmə mənalarına uyğun gəlir. Əslində isə düzgün fikirləşməyin metodu, düşüncənin varlıq formalarının, elementlərinin, növlərinin, imkanlarının qanun və qaydalarının elmi. Məntiq elminin qolları və şaxələri çoxdir, bax dialektik məntik, riyazi məntiq, formal məntiq, psixoloji məntiq, filoloji məntiq və s. hər şeyi məntiqinə uyğunlaşdırmağa isə məntiqçilik [logismus] deyilir.

MƏHƏBBƏT — insanların qarşılıqlı maraq və meyllərinə əsaslanan ünsiyyət və yaxınlıq münasibətlərindən doğan dərin intim hiss.

MƏKAN — daxilində bir cismin ola biləcəyi yerlərin hamısını göstərən termin. Bütün var olanları içərisində ehtiva etdiyi yer. Fəlsəfənin təməl anlamı olaraq daha əvvəl Yunanlı atomistlərdə də vardır.

MƏSULİYYƏT — insanın öz fəaliyyətlərini yaxud da öz təsir sahəsinə daxil olan hər hansı bir hadisənin nəticələrini öz boynuna götürməsi.

MİKROSOSİOLOGİYA — sosiologiyanın bölməsi; öyrənmə obyektini [üzvləri bir-biri ilə sabit şəxsi ünsiyyətdə olan tərkibcə azsaylı sosial qruplar] təşkil edir.

MİLLƏT — insan birliyinin tarixən təşəkkül tapmış və xalqı əvəz etmiş forması, insanların yeni sosial və beynəlmiləl birliyi.

MİMANSA — hind fəlsəfəsinin ortodoksal sistemlərindən biri.

MİSTİSİZM — mənəvi hal və tutum, naməlum qalan və üstüörtülü olan məsələlər, İlahi müşahidə yolu ilə həqiqətlərə, yaxud Tanrıya qovuşma fəaliyyətləri. Mistisizm bəzən fövqəltəbii bir qüdrəti əldə etmək və işlərini bu qüdrətin sayəsində həyata keçirə bilmək üçün həqiqətlərin səbəblərini bilib ortaya çıxarmaq fəaliyyətləri kimi də xarakterizə edilir. İnsanın təbiət üstü aləmlə səmimi bir şəkildə doğrudan doğruya əlaqə qurub birləşməsinin imkanına inanan, qaynağı ağıl və duyğular olmayan üstün bir məlumat hiss gücü və vəcd yoluyla əldə etdiyinə inanan, beləcə Allaha çatıldığını irəli sürən görüş.

MİSTİK — hissi idrakın xaricində sirli sehirli mənəvi nurlanmağa aid olan.

MİFOLOGİYA — gerçəkliyin ibtidai şüurda qədim dövr üçün səciyyəvi olan şifahi xalq yaradıcılığında təcəssümləşmiş fantastik inikası.

MODALLIQ — mühakimənin, həmin mühakimədə söylənilən iqrari fikrin qüvvəsinə xarakteristikası: mühakimə zəruri, mümkün, təsadüfi, qeyri mümkün və s. ola bilər.

MODELLƏŞDİRMƏ — müəyyən obyektin xarakteristikalarının öyrənilməsi üçün onların xüsusi yaradılmış digər obyektdə təkrar yaradılması.

MONARXİYA — bir nəfərin suverenliyi, hakimiyyəti. Dövlət gücünün bir nəfərin əlində cəm olunmasını bildirən dövlət forması.

MONADA — varlığın struktur, substansional vahidini ifadə edən fəlsəfi termin.

MONİZM — bütün mövcu-datın əsasında bir başlanğıcın dayandığını qəbul edən fəlsəfi təlim.

MONOTEİZM — Ancaq bir Tanrının varlığını qəbul edən din və fəlsəfi təlim.

MOTİV — hər hansı bir istəkdən doğan fəaliyyətin səbəbi, hərəkətverici qüvvəsi. Motivasiya isə istəyin motivlərlə təyin edilməsidir. Motiv insanın tələbatını təmin etməyə yönəlmiş hərəkəti şərtləndirən düşünülmüş meyldir.

MƏAD — Axirət dünyası, insanların öldükdən sonra həşr olunduqları yer.

MƏBDƏ — Başlanğıc, birinci olan. Özündən başqa şeylərin törədiyi ilkin mənşə.

MƏFKURƏ — fikir, məfkurə, qayə, insanı hisslər dünyasının fövqünə çıxaran qayə. 1. Ən yüksək, ən yetişkin həqiqət. Mücərrəd olaraq düşünülmüş şey. 2. Ancaq ideya olaraq var olan.

MƏXLUQAT - Yaradılmışlar, Allahdan başqa bütün varlıqlar məxluqat hesab olunur. Çünki yeganə yaradılmayan varlıq Allahdır. O ilkin varlıq və bütün varlıqların səbəbidir. Tanrının varlığı üçün yaradılma, bölünmə və məhv olma kimi xüsusiyyətləri düşünmək olmaz. Onun varlığı zəruridir. Yəni var olma etibarı ilə özündən başqa heç nəyə ehtiyacı olmayandır. Tanrının varlığından başqa bütün varlıqlar isə mümkün varlıqlardır. Onlar var olmaları üçün Tanrının varlığına möhtacdırlar.

MÜDDƏT — öz bütünü daxilində alınmış, məhdud bir zaman parçası, axıb gedən zaman dilimində bir parça.

MÜMTƏNİ — Yoxluğu müqabilində varlığı düşünülməyəndir. Allahın yoxluğunun düşünülməməsi, dörd sayının tək olmasının iddia edilə bilməməsi kimi. Müm-teninin xüsusiyyəti heç bir vəchlə var olmamasıdır. Bu onun mahiyyətinin gərəyidir. Mümtenini əqlənvar olan bir obyekt kimi təsəvvür etmək belə mümkün deyil. Buna Muhal və ya müstəhil də deyilir. İkinci bir Tanrı ideyası heç bir zaman düşünülə bilməz.

MÜMKÜN — nə zəruri, nə də imkansız olan, yəni nə olmayan nə də mütləq olan.

MÜNTƏHİ — Sülukunda sona çatmış şəxsdir. müntəhi sona çatan, bitən, kamilliyə çatmış.

MÜSTƏFAD — Şərq peripatetikl ərinin “əqllər” nəzəriyyəsinə görə, müstəfad əql qazanılmış olub, şəxsin özünə aid deyil.

MÜŞTƏRƏKLİK — ortaq olmanın təyinatı. Ortaqlaşa həyata keçirilən maddi və mənəvi dəyərlərə əsaslanan ictimai kontakt.

MÜSTƏĞNİ — Zəngin olmaq, ehtiyacı olmamaq.

MÜTƏMADİ [alm. Kontinuierlich; fr. Continu; ing. Continuous; lat. Continium; osm. tr. metamadi; ər. J-Lala] — öz daxilində daimi olaraq davam edən, gedən zaman.

MÜTƏSƏVVİF — Təsəvvüflə məşğul olan.

MÜTLƏQ — öz başına var olan, heç bir şeylə bağlı olmayan, müstəqil, şərtsiz. Heç bir şeylə məhdudlaşdırılmayan. Metafizikada olduğu kimi, düşüncədə də heç bir başqa şeylə bağlı olmayan və varlıq səbəbini özündə daşıyan şey. Heç nədən asılı olmayıb, sərhəd tanımayan, müstəqil olaraq baş verən hal və hadisələri ifadə edən məfhum. Həqiqətdə olan mütləqlik öz ifadəsini insan düşüncəsində tapır.

MÜTLƏQİYYƏT — ideyaları, normaları. Terminləri doqmatik bir formada saf olaraq qoyan görüş. Saf dəyərlərin, saf doğrularım ortaya çıxdığını müdafiə edən görüş.

MÖVCUDLUQ — bir-birilə əlaqədə və qarşılıqlı təsir halında dəyişən şeylərin bütün rəngarəngliyi.

MÜQAYİSƏ — obyektlər arasındakı oxşarlıq və ya fərq əlamətini [yaxud hər ikisi birlikdəl müəyyən etmək məqsədi ilə onların bir-birilə tutuşdurulması, fərqləndirilməsi.

MÜQƏDDƏM — məntiqdə nəticənin çıxardığı prinsip və yaxud prinsiplər.

MÜQƏDDİMƏLƏR — məntiqdə, əqli nəticələrdə yeni mühakimənin [nəticəninl alındığı mühakimələr.

MÜQƏDDƏS — Tanrıya həsr edilmiş olan, Tanrıya aid olan, bütün var olanların, yer üzünə bağlı olanın üstündə yüksələn, ondan tamamilə başqa olan. Yaxud da əxlaqi yetişkənliyə çatan, bu yolla Tanrıya yaxınlaşan insanların necəliyi. [Əzizlər, övliyalar, kəramət sahibləri].

MÜLAHİZƏ — müasir formal məntiqdə müəyyən dildə verilən təklif; onun həqiqiliyinə [həqiqidir, yalandır] və ya modallığına [ehtimaldır, mümkündür, mümkün deyil, zəruridir və s.] verilən qiymətlərlə əlaqədər nəzərdən keçirilir.

MÜLKİYYƏT — hər hansı obyektlərin subyektə məxsus olması.

MUXTARİYYƏT — bir adamın, bir cəmiyyətin özünün qoyacağı qaydalara özünün tabe olacağı.

MÜNASİBƏT — bütün hadisələrin qarşılıqlı əlaqə anı.

MÜTLƏQ — özü onun özü üçün kafi olan digər heç bir şeydən asılı olmayan, bütün mövcudiyyatı özündə əks etdirən və onu yaradan əbədi, sonsuz, şərtsiz, bitkin və dəyişməz subyekti ifadə etmək üçün idealist fəlsəfəsində işlənir.

MÜHARİBƏ — dövlətlərin və bu dövlətlər daxilində siniflərin siyasətinin zorakılıqla davam etdirilməsindən ibarət olan ictimai-siyasi hadisə.

MÜCƏRRƏD -  mücərrədlik ilə əldə edilmiş bir düşüncə. Mücərrəd anlamlar ehtiva edən məfhum.

MÜCƏRRƏDLİK — həqiqəti nəzəri dərk etməyin elmi cəhətdən müəyyənləşdirilmiş müşahidə və eksperiment faktları ilə bağlı olmayan mücərrəd məntiqi mühakimələrə əsaslanan üsulu.

MÜŞAHİDƏ — bir obyekt, yaxud bir hadisənin xüsusiyyətlərini bilmək şərtilə diqqətli və planlı olaraq araşdırılıb tədqiq edilməsi. Müşahidə əslində bütün empirik eılmlərin ilkin şərtidir. Lakin, bu o demək deyildir ki, tənqid edilmdən keçərli olmaz, çünki ən dəqiq müşahidələr belə nöqsansız, xətasız olmaz.
 

Müəllif: ADİLƏ NƏZƏROVA
Mənbə: FƏLSƏFƏ TERMİNLƏRİNİN İZAHLI LÜĞƏTİ
“Elm və təhsil” nəşriyyatı, Bakı — 2014
 
 

0 şərh