Рейтинг
+34.55

Fəlsəfə

63 üzv, 248 topik

Ü hərfi ilə başlayan fəlsəfə terminləri

ÜGE -  məşhur, tanınmış, ünlü və s.

ÜLƏMA — alimlər” deməkdir, müsəlman dünyasında istər dünyəvi elmlərlə məşğul olanlara, istərsə də dini elmlərlə məşğul olanlara verilən xüsusi ad. Üləma sözü indidə dilimizdə az hallarda işlədilməkdədir. Belə ki, üləma yaxud əllamə sözləri bəzi hallarda işlədilərkən ironi-kanlamlar da ehtiva edir. Orta əsrlərdə islam mədəni bölgəsinin bir hissəsi kimi, Azərbaycanda da mədrəsə üsulu tədris edilirdi və buranı bitirənlərə həm dini, həm də dünyəvi təhsil verilirdi.

Davamı →

U hərfi ilə başlayan fəlsəfə terminləri

UNİVERSAL  — müəyyən bir sinifə bağlı fərdlərin hamısını ehtiva edən. Bütün mühtəvası ilə alınmış olan prinsip. Bir prinsipin universallığını —bütün” yaxud da —hər” sözü ilə göstərilir. Ümumilik bir termin ehtivasını, küllilik prinsipində mövzunun bütün ehtivası ilə alındığını göstərir.

UNİVERSALİLƏR — orta əsrlər fəlsəfəsində ümumi ideyaların adı. Ərəb dilli fəlsəfədə bu termin küllilər olaraq keçirdi.

URUC — yüksəlmə, yüksəliş: Uruc, sudur ilə birlikdə hər şeyin Tanrıdan doğulduğunu və yenə ona qayıdacağını ifadə edən qavramdır.

UTİLİTARİZM — davranışın faydalılığı-nı onun əxlaqiliyinin meyarı kimi qəbul edən estetik nəzəriyyə.

UTOPİYA — uydurulmuş və çox vaxt stastik, durğun sosial idealın təcəssümü olan cəmiyyət.

UYĞUNLAŞMA — iki şeyin bir-biri ilə tam mənasında uyuşması, oxşar olması. Sözün kökü tabəqa [5^]-dan gəlir. Uyğunlaşma hər hansı bir məfhuma aid ola bilər. Burada əsas olan subyektin insan olması deyil. İnsan, yaxud, hər hansı bir əşya düşdüyü mühitə, və ya nəyəsə uyğunlaşa bilər.

UYDURMA — Yalan, boş, həqiqəti olmayan. Həqiqətlə tərs düşdüyünü, həqiqətlə uyğun gəlmədiyini hazırlamaq.

UYUM — uyğunluq, münasiblik, oxşarlıq, bərabərlik, harmoniya, ahəngdarlıq və s.

UZAY — Fəza, göy boşluğu, uzanmış, genişlənmiş, geniş və s.

UZDU — Əzəli olan, əvvəli bilinməyən, çox əski, qədim.
 
 
Müəllif: ADİLƏ NƏZƏROVA
Mənbə: FƏLSƏFƏ TERMİNLƏRİNİN İZAHLI LÜĞƏTİ
“Elm və təhsil” nəşriyyatı, Bakı — 2014

Davamı →

T hərfi ilə başlayan fəlsəfə terminləri

TABU [polineziya dilində] Qeyri-normal gücə sahib olan bir nəsnə, insan və ya söz tabu syıla bilər.
İbtidai xalqlarda: əfsanəvi etiqadlara, mövhumi təsəvvürvə -zehniyyətlərə görə işlənməsi (dilə gətirilməsi) mütləq bədbəxtliyə səbəb olacaq və buna görə də söylənməsi qadağan olunmuş söz. Müasir dildə: senzura tərəfindən işlənməsi qadağan edilmiş söz, yaxud qaba, ədəbsiz sayıldığına görə işlənməsi qeyri-münasib hesab edilən söz.

Davamı →

Ş hərfi ilə başlayan fəlsəfə terminləri

ŞAMANİZM — ibtidai-icma quruluşunda bəzi xalqlarda yaranmış erkən din. Şamanın [kamın] ruhlarla ünsiyyətinə inama əsaslanır.

ŞAFİLİK — sünni məzhəblərindən biri; banisi islam hüququnun dərin bilicisi, fakih və mühəddisi, Fələstinin Qəzzə şəhərində anadan olmuş Məhəmməd bin İdris əş-Şafildir.

Davamı →

S hərfi ilə başlayan fəlsəfə terminləri

SABİT  — sabit, dəyişməz olan; osm. tr. fikr-i sabit] — şüurun taxılıb qaldığı, xilas ola bilmədiyi və düzəldə bilmədiyi yalnış bir sistem.

SAF — içinə, daxilinə qərib başqa heç bir şey qarışmayan, ari. Tətbiq etməklə əlaqəsi olmayan elmlər. Saf intuisiya [alm. Reine Anschauung; fr. Intuition pure; ing. Pur intuition] isə Kantın fəlsəfəyə gətirdiyi bir termindir. Daxilində hisslərin nizama girdikləri sağ hiss, biliyin ilkin şərtidir.

Davamı →

P hərfi ilə başlayan fəlsəfə terminləri

PANTEİZM — Tüm Tanrıcılık Vücüdiyye: Allah ilə aləmi bir və eyni sayan fəlsəfi sənətlərin adı.

PERİPATETİZM — Aristotelin tərəfdarları və tələbələri. Aristotelin fəlsəfi dərslərini və müzakirələrini ayaq üstə gəzinərək təlim etdiyinə görə belə bir ad götürülmüşdü. Peri-patetikos piyada addımlamaq deməkdir. Ərəbcəyə də bu formada tərcümə edilən terminin lüğəti mənası piyada gəzənlər deməkdir.

Davamı →

Q hərfi ilə başlayan fəlsəfə terminləri

QABİLİYYƏT — geniş mənada fərdin davranışını tənzim edən və onun həyat fəaliyyətini şərtləndirən psixi xüsusiyyəti.

QAVRAYIŞ — hər hansı bir dərk edilənin mahiyyətinin birbaşa qavranılması. Kantda isə idrak növlərinin eyni bir məcrada birləşməsinə deyilirdi. Maddi aləmin hiss üzvlərinə bilavasitə təsir göstərən predmet və proseslərinin xarici struktur xüsusiyyətlərinin hissi obrazı.

Davamı →

Ö hərfi ilə başlayan fəlsəfə terminləri

ÖZLƏŞMƏ — insan fəaliyyəti məhsullarının, həmçinin insanın xassələrinin və qabiliyyətlərinin insanlardan asılı olmayan və onlara hakim kəsilmiş olan nə isə bir şeyə çevrilməsi prosesini və bu çevrilmənin nəticələri.

ÖZHƏRƏKƏT — mənbəyi, səbəbi hərəkət edən şeyin özündə olan hərəkət.

ÖZGƏLİK - başqalarının yaxşılığını yaşamaq və mənimsəmək ideyasını ehtiva edən görüş.

ÖZÜNDƏNLİK — xaricdən bir təyinatla deyil, öz-özünə olan təsirlilik, birbaşa öz daxili ehtimalıyla təsirli olma qabiliyyəti.

Özündə şey — bilən öznədən, şüurdan asılı olmayaraq öz başına var olan, təcrübənin xaricində olan şey. Bu mənada Aristoteldə və sxolastik fəlsəfədə maddə ilə eyni mənalı. Kantda — nomenlə eyni mənalı düşüncədən asılı olmayaraq var olan.

ÖLÜM - orqanizmin həyat fəaliyyətinin geriyə dönməz şəkildə dayanması, canlı varlığın mövcudluğunun labüd təbii sonu.

ÖLÇÜ — predmetin və hadisənin keyfiyyət və kəmiyyət müəyyənliyinin üzvi vəhdətini ifadə edən fəlsəfi kateqoriya.

ÖNGÖRMƏ — əsaslandırılmayan və izah edilməsi mümkün olmayan hiss. Verilməmiş olanın, bilinməyənin, xüsusilədə gələcəklə əlaqəli olanın əvvəldən hiss edilməsi, doğru kimi hesab edilməsi.

 
Müəllif: ADİLƏ NƏZƏROVA
Mənbə: FƏLSƏFƏ TERMİNLƏRİNİN İZAHLI LÜĞƏTİ
“Elm və təhsil” nəşriyyatı, Bakı — 2014
 

 
Davamı →