P hərfi ilə başlayan fəlsəfə terminləri

PANTEİZM — Tüm Tanrıcılık Vücüdiyye: Allah ilə aləmi bir və eyni sayan fəlsəfi sənətlərin adı.

PERİPATETİZM — Aristotelin tərəfdarları və tələbələri. Aristotelin fəlsəfi dərslərini və müzakirələrini ayaq üstə gəzinərək təlim etdiyinə görə belə bir ad götürülmüşdü. Peri-patetikos piyada addımlamaq deməkdir. Ərəbcəyə də bu formada tərcümə edilən terminin lüğəti mənası piyada gəzənlər deməkdir.

PROBLEMATİK — həlli yolu və vasitəsi qeyri-müəyyən olan, yaxud da doğru olma ehtimalı olsa da, əslində şübhə oyandıran, dəqiq olmayan şeydir.

POLİTEİZM — Çok tanrıcılık: Bir çox məbuda inanıb, tapmaq.

POZİTİVİZM — müsbət münasibət, təsdiqedici olma, etimad göstərmə. tədqiqatlarını aktlara, həqiqətlərə əsaslanan, metafizik açıqlamaları nəzəri olaraq imkansız, qaydasız, hesabsız edən, təcrübə ilə isbatlanma-yan, problemləri sözdə problem olaraq xarakterizə edən fəlsəfi dünyagörüşü. Təcrübə ilə reallaşmamış olan hər şeyi rədd edib, faktlardan və onlar arasındakı dəyişməyən münasibətlərdən hərəkət edərək, real olmayan heç bir məlumat mövzusunu qəbul etməyən fəlsəfə məktəbi.

PLÜRALİZM — həqiqətin açıqlanmasında birdən çox prinsipin mövcud olmasını qəbul edən təlim, yəni fəlsəfədə həqiqətin növ-növ olduğunu, aləmi təşkil edən varlıq və əşyanın tək bir prinsipə və ya qanuna çevrilmə-yəcəğini, bir çox reallıqların mövcud olduğunu qəbul edən görüş.

PANLOGİZM — varlığın və təfəkkürün eyniyyəti haqqında obyektiv idealist doktrina; bu doktrinaya görə təbiət və cəmiyyətin bütün inkişafı dünya zəkasının, mütləq ideyanın məntiqi fəaliyyətinin həyata keçirilməsidir.

PANPSİXİZM — idealist baxış; bu baxışa görə bütün cəmiyyət canlıdır, psixikaya malikdir.

PANTEİZM — bu fəlsəfi təlimə görə allah təbiətin hüdudlarından kənarda yerləşməyib, onunla eyniyyət təşkil edən şəxssiz başlanğıcdır.

PARADİQMA — məlum mərhələdə elmi praktikada təcəssüm edən, konkret elmi tədqiqatı müəyyənləşdirən nəzəri və metodoloji ilkin şərtlərin məcmusu.

PARADOKSLAR — mühakimənin məntiqi düzgünlüyü saxlanılmaqla məzmunlu çoxluqlar nəzəriyyəsində və formal məntiqdə meydana gələn formal məntiqi ziddiyətlər.

PARALOGİZM — məntiq qanunlarının və qaydalarının qərəzsiz pozulması; mühakiməni sübut gücündən məhrum edir və adətən yalnış nəticələrə gətirib çıxarır.

PARAPSİXOLOGİYA — hiss orqanlarının fəaliyyəti ilə izah oluna bilməyən hissiyyat formalarını, həmçinin canlı varlığın əzələ səyi olmadan onu əhatə edən hadisələrə təsir formalarını öyrənən tədqiqat sahəsi.

PASSİV — Alıcı vəziyyətdə olan, təsirli olmayan, əksi aktiv kəlməsidir.

PATRİARXAT — ibtidai-icma quruluşunda qəbilə təşkilinin forması; ictimai istehsalda və qəbilə icmasının sosial həyatında kişinin üstün rolu ilə səciyyələnir.

PERSEPSİYA — hiss orqanları vasitəsilə şeylərin şüurla hissi qavranılması, inikası.

PERSONALİZM — İnsanı ən yüksək kainat ideyası hesab edən metafiziki təlim. Fərd olan Tanrıya inam gətirmə. Leybnitsin monadologiyasından gələn, XIX əsrin sonu və XX əsrin əvvəllərində fəlsəfədə yayılmış idealist cərəyan.

PİS — siz hesab etməyin, qınamağın, eyibləməyin mövzusu olan hər şey, istəyin qaydalara uyğun olan bir formada onun ziddinə çıxmağa və əlindən gəldiyi zaman dəyişdirməyə hüququ çatan hər şey.

PESSİMİZM — ümumiyyətlə hər şeyi ən pis tərəfindən, hər vəziyyəti qaranlıq hesab edən və həmişə ən pis olanı gözləyən dünyagörüşü. Əksi optimizmdir.

PLURALİZM — monizmə əks konsepsiya: mövcud olan hər şey eyni hüquqlu, bir-birindən təcrid olunmuş, vahid başlanğıca müncər edilməyən mahiyyətlərin çoxluğundan ibarətdir

POLİSİLLOGİZM — Mürəkkəb sillogizm [Sillogistika]; sillogizmlərin ardıcıllığını, zəncirini ifadə edir; bu ardıcıllıqla və zəncirdə əvvəlki sillogizmlərin nəticələri sonrakı sillogizmlərin müqəddimələrinin tərkibinə daxil olur.

POLİTEİZM — çoxallahlılıq və təkallahlılıq, bir neçə allaha və ya bir allaha sitayiş edilməsi.

POSTULAT — müəyyən elmi nəzəriyyənin baçlanğıc nöqtəsi kimi qəbul edilən və bir qayda olaraq, həmin nəzəriyyə çərçivəsində isbat olunmayan prinsip və ya hökm.

PROSTAVLIQ — xristianlığın mühüm cərəyanlarından biri; başlıca olaraq Şərqi Avropa, Yaxın Şərq və Balkanlarda yayılmışdır.

PRAQMATİZM — düzgünlüyü və həqiqəti təktərəfli olaraq ancaq doğurduğu hərəkətlərin nəticələri və uğurları ilə dəyərləndirilən fəlsəfi təlim. müasir fəlsəfədə geniş yayılmış subyektiv idealist cərəyan

PRAQMATİKA Semiotikanın bölməsi.

PARLAMENT — (fransız parler, yəni danışmaq sözündən) -hakimiyyətin ali təmsilçi orqanıdır. Orta əsrlər Avropada yüksək təbəqələrin nümayəndələrindən formalaşan məşvərət və qanunverici orqan idi. Müasir mənasını XVII-XIX əsr burjua inqilablarından sonra almışdır. Parlamentarizm cəmiyyətin dövlət idarəçilik sistemidir. O, parlamentin başqa hakimiyyət qanadlarına münasibətdə üstün mövqeyə malik olması ilə yanaşı, qanunverici və icraedici funksiyaların dəqiq şəkildə müəyyənləşdirilməsi ilə xarakterizə olunur.

PARTİYA — “Partiya” termini, “pars” — hissə və ya “partire” -bölmək olan latın sözlərindən meydana gəlmişdir. Partiya adlandırılan siyasi birləşmələr hələ qədim zamanlardan məlum olsalar da, müasir dövrdə onların yeri və rolu bilavasitə demokratiyanın inkişafı və təmsili, hakimiyyət orqanlarının möhkəmlənməsi ilə bağlıdır.

PATRONİMİYA — Sinifsiz cəmiyyətin son dövründə, patriarxal ailələrin dağılması zamanı daha yaxın qohumluq telləri ilə bir-birinə bağlı olan ailələr vahid birlik təşkil edirdilər ki, bu cür ailə qrupları patronimiya adlanırdı. Nəsli və ya qəbiləni ağsaqqallar idarə edirdilər. Nəsli Şura nəslin tam bərabər hüquqlu üzvlərinin ümumi yığıncağı idi. Qəbilə Şurası isə qəbiləyə daxil olan nəsil ağsaqqallarının yığıncağı idi.

PERSONALİZM (latınca şəxsiyyət sözündəndir) müasir fəlsəfədə teistik istiqamətdir. Adından göründüyü kimi, burada şəxsiyyət ilkin yaradıcı reallıq və ali mənəvi sərvət hesab olunur. Şəxsiyyətin yaşadığı və fəaliyyət göstərdiyi dünya Ali şəxsiyyət -Allah yaradıcılıq fəallığının təzahürüdür.

PROSES — Latınca, irəliyə doğru hərəkət.

POLİTOLOGİYA Yunanca, politika — siyasət, loqos — elm. Cəmiyyətin siyasi həyatının müxtəlif təzahür formalarını tədqiq edir. Politologiya siyasət haqqında elmdir. Qədim Yunanıstanda Politika dövlət və hakimiyyət münasibətlərinin tənzimlənməsi, insanların, cəmiyyətin idarə olunması haqqında elm hesab olunurdu.

PRAQSİOLOGİYA — müxtəlif hərəkətlərin və ya hərəkətlər məcmusunun onların səmərəliliyinin müəyyən edilməsi baxımından nəzərdən keçirilməsi metodikasını öyrənən sosioloji tədqiqatlar sahəsi.

PREDİKABİLİYALAR — Aristotel məntiqində xəbərin növləri.

PREDİKAT — ənənəvi məntiqdə hökmün iki terminindən biri. XIX əsrin sonuna qədər məntiqdə hökm subyekti, bir qayda olaraq, qrammatik mübtəda ilə, Predikat isə məs., sifətlə istifadə olunan qrammatik xəbərin adlıq hissəsi ilə eyniləşdirilirdi.

PREDMETLİLİK — hər hansı bir hadisənin, hərəkətin, vəziyyətin və s.-nin predmetlərlə bağlı olduğunu və ya bu hadisənin, hərəkətin və vəziyyətin özünün subyektin fəaliyyətinə cəlb edilməsi yolu ilə predmet kimi çıxış etdiyini ifadə edən anlayış.

PRİNSİP — davranışın ilk başlanğıcı, rəhbər ideyası, əsas qaydası.

PROBLEM — elmi metodlarla həll etmək şərtilə ortaya atılan sual. Həllini tələb edən hər növ çətinlik, məsələ.

PROBİDENSİALİZM — dini fəlsəfi baxış; bu baxışa görə bəşər cəmiyyətinin inkişafı [hərəkətverici qüvvələr mənasında, həm də məqsəd mənasında] əsrarəngiz, tarixi prosesə münasibətdə xarici olan qüvvələrlə-bəsirətlə, allahla müəyyən edilir.

PROQNOZ  — elmi qabaqgörənliyin növlərindən biri. Hər hansı bir hadisənin perspektivlərinin xüsusi tədqiqi.

PROLETARİAT — Fəhlə sinfi.

PROPEDEVTİKA — əvvəlcədən məşq etmək, hər hansı bir elmə hazırlıq, müntəzəm və qısa formada şərh olunmuş giriş kursu.

PROSES — müəyyən bir nəticəyə varan düşüncə axışı. Hadisələrin yaxud da prosesin müəyyən bir nəticəyə doğru yol alması. Hadisənin qanunauyğun, ardıcıl dəyişməsi: bu hadisənin digər hadisəyə keçməsi (inkişaf).

PROTESTANTİZM — pravoslavlıq və katolizmdən sonra xristianlığın Reformasiya dövründə meydana gəlmiş cərəyanı.

PRİNSİP — başlanğıc, ilk olan, özündən başqa bir şeyin çıxdığı təməl, əsas, ilk prinsip. İdeyalar təməl ideyalara və mənəvi ideyalar, metafizik ideyalar, obyektiv ideyalar, bilik ideyaları.

PRİMİTİV — zaman baxımından ən köhnə olan, ilk olan. İnkişafın əsasını təşkil edən, hələ inkişaf etməmiş olan.

PSİXİKA — canlı sistemin ətraf aləmlə siqnal şəklində qarşılıqlı təsirinin, əlaqəsinin məhsulu və şərti.

PSİXOANALİZ — əsəb xəstəliklərinin və psixi xəstəliklərin Z.Freyd tərəfindən təklif olunmuş ümumi nəzəriyyəsi və müalicəsinin metodu, freydizmin nəzəri əsaslarından biri.

PSİXOLOGİYA — insanın fəaliyyəti və heyvanların davranışı prosesində obyektiv reallığın psixi inikasının yaranması və fəaliyyət göstərməsi qanunları haqqında elm.

PSİXOLOGİZM — xüsusilə ruhi və mədəni hadisələri birtərəfli qaydada ancaq psixoloji baxımdan tədqiq etmə və açıqlama yaxud da psixologiyanı bütün elmlərin və fəlsəfənin əsası olaraq hesab edən dünyagörüşü.

PUBLİSİSTİKA [lat. publicus — ictimai] — geniş mənada, silsilə ictimai həyat məsələlərini işıqlandıran ədəbiyyat növü.
 
 
Müəllif: ADİLƏ NƏZƏROVA
Mənbə: FƏLSƏFƏ TERMİNLƏRİNİN İZAHLI LÜĞƏTİ
“Elm və təhsil” nəşriyyatı, Bakı — 2014
 
 

0 şərh