Allergik uşaqlara bu qidaları vermək olmaz!

Son illər allergiyalı uşaqların sayı həddindən artıq çoxalıb. Bu isə onlarda bir çox narahatlıqlara və problemlərə səbəb olur. Xüsusilə də allergik uşaqların qidalanması zamanı valideynlər onları necə qidalandıracaqları ilə bağlı çətinlik çəkirlər. Bəs bu cür uşaqların menyusu necə təşkil olunmalıdır ki, hansısa allergik reaksiyaya səbəb olmasın?
Pediatr Günay Rəsulova bununla bağlı xüsusi menyu hazırlayıb.

Yeyilməsinə icazə verilməyən qidalar:
  • Şirin qidalar (şirniyyatlar, tortlar, kekslər, şokolad, mürəbbə, cem, şirin çay)
  • Ədviyyatlı, duzlu, istiotlu qidalar
  • «Abur-cubur» (çipsi, pepsi, suxarı, qazlı içəcəklər, jelibon, marmelad, çubuqlar və s)
  • Ketçup, tomat
  • Rəf ömrü uzun qidalar
  • Sitrus meyvələr, qırmızı meyvələr (portağal, naringi, kivi, ananas, çiyələk, moruq)
  • Qızartma yeməklər (yanmış yağ)

Yatmazdan öncə süd vermək (reflyuksa bağlı astma riski yaratdığı üçün)

  • Kolbasa, sosiska
  • Fast foodlar (dönər, pizza, hamburqer, Mc Donalds, KFC, kartof free)
  • Yumurta
  • Süd (fərdi həssaslıq)
  • Bal
  • Mövsümi olmayan meyvə tərəvəzlər
  • Broyler toyuqlar
  • Enerji içkiləri
  • Ağ un məmulatları


Qidalanması məsləhət olanlar:

  • Şorba, bulyon (yağsız mal və ya toyuq ətində, qovrulmuş soğan və tomatsız)
  • Tərəvəz püreləri (mövsümi)
  • Mövsüminə uyğun allergik olmayan meyvələr, tərəvəzlər
  • Sıyıqlar (südsüz və ya südlü fərdi həssaslıq nəzərə alınmaqla)

Turş süd məhsulları:

qatıq, süzmə, kəsmik. Körpələrdə inək südü allergiyasında süd verən ananın belə, bu qidaları qəbul etməməsi məsləhətdir)
  • Lobya, mərci (fərdi həssaslığı yoxdursa)
  • Sobada bişirilmiş ət, ət yeməkləri
  • Göyərtilər
  • Tərəvəz şorbaları (zeytun yağında)
  • Pürelər (meyvə, tərəvəz)
  • Şəkərsiz, evdə hazırlanmış peçenyelər, (çovdar unu məsləhətlidir) bişmələr
  • Bitki çayları
  • Təzə meyvə suları

Taxıllar:

düyü, qarabaşaq, herkules, mannı, qarğıdalı, bulqur

Yeməklər:

küftə, buxarda kotlet, dolma, bulqur (tomatsız, qovrulmuş soğansız), dovğa, aş, qarabaşaq, ispanaq, qara mayasız çörək, zamanla allergiyaya görə sınanılmış digər qidalar və s.

Günay Rəsulova diqqətə çatdırır ki, allergiya barmaq izi kimidir. Hər kəsə özəldir. Bu səbəbdən istifadə etmək istədiyiniz hər qida üçün uşağı allergiyaya görə düzənli nəzarətdə saxlayan həkiminizlə məsləhətləşməyi unutmayın. Öz həkiminizin məsləhəti hər kəsin məsləhətindən üstündür.
 

0 şərh