"Fast food" və onun ziyanı

Gün ərzində normal nahar etməyənlərin sonradan köklükdən şikayətlənməsi qəribə görünə bilər. Amma sən demə bunun da səbəbləri var. «Fast food»lar ayaqüstə-hərəkətdə yeyilməsinə baxmayaraq yenə də öz işini görür və nəticədə artıq çəki problemi yaranır. Buna görə də təəccüblü deyil ki, dünyanın ən çox kök adamları da «fast food»ların vətənindən, yəni qərb ölkələrindəndir.


Davamı →

Hazır qidaların zərərləri

Kiçik və ya böyük hər kəsin sevərək istehlak etdikləri hazır qidalar göründükləri qədər zərərsiz deyil! Ölkəmizdə və digər ölkələrdə hazır qidalara çox rəğbət göstərilməkdədir. Ancaq bu hazır olaraq satılan qidalar sağlamlıq baxımından heç də faydalı deyil. Hər nə qədər çox ləzzətli olsalar da, insanlara yalnız zərəri vardır. Bu qidaların həddindən artıq istehlak edilməsi sağlamlığa ziyan vura bilər.

Ancaq şüurlu və kafi səviyyədə istehlak edilərsə, bu vaxt zərəri olmayacaq. Xüsusilə hazır qidanı ən çox istehlak edən ölkələrdən biri ABŞ –dır və burda insanlar kilo problemi ilə mübarizə edir. Bu məhsulların çox istehlak edilməsi nəticəsində piylənmə xəstəliyi olur və insanlardan bundan əziyyət çəkir. Çəki problemi bütün xəstəliklərə zəmin hazırlayan əhəmiyyətli bir faktordur.


Davamı →

Allergik uşaqlara bu qidaları vermək olmaz!

Son illər allergiyalı uşaqların sayı həddindən artıq çoxalıb. Bu isə onlarda bir çox narahatlıqlara və problemlərə səbəb olur. Xüsusilə də allergik uşaqların qidalanması zamanı valideynlər onları necə qidalandıracaqları ilə bağlı çətinlik çəkirlər. Bəs bu cür uşaqların menyusu necə təşkil olunmalıdır ki, hansısa allergik reaksiyaya səbəb olmasın?
Pediatr Günay Rəsulova bununla bağlı xüsusi menyu hazırlayıb.

Davamı →

Fast-fudlar hansı xəstəliklərin yaranmasına səbəb olur?

Fast-fud kimi tanınan ayaqüstü yeməklər hər zaman isti və ucuz qida olmağına baxmayaraq, həm də dadlı olur.
Ayaqüstü yeməklərin tərkibinə dad, keyfiyyətinə zəmanət verən çoxlu sayda qida əlavəsi qatılır. Əgər insan ayda bir dəfə ayaqüstü yeməklərlə qidalanarsa, orqanizmə ciddi bir zərər dəyməz. Ancaq hər gün qidalanarsa, onda bir müddətdən sonra orqanizmdə qüsurlar meydana çıxar. Doymuş yağlardan hazırlanmış qidalar yüksəkkalorili olur, bir sıra xəstəliklərə yol aça bilir. Qəbul etmək nə qədər çətin olsa da, çəkini ifrat dərəcədə artıran birinci səbəb ayaqüstü yeməklərdir.

Davamı →