Allergik uşaqlara bu qidaları vermək olmaz!

Son illər allergiyalı uşaqların sayı həddindən artıq çoxalıb. Bu isə onlarda bir çox narahatlıqlara və problemlərə səbəb olur. Xüsusilə də allergik uşaqların qidalanması zamanı valideynlər onları necə qidalandıracaqları ilə bağlı çətinlik çəkirlər. Bəs bu cür uşaqların menyusu necə təşkil olunmalıdır ki, hansısa allergik reaksiyaya səbəb olmasın?
Pediatr Günay Rəsulova bununla bağlı xüsusi menyu hazırlayıb.

Davamı →

Heyvanların başını kəsməyin və ovlamağın hökmləri

Məsələ 2592: Əti haram olmayan heyvanlar istər vəhşi olsun, istər ev heyvanı (onların adları yemək və içmək hökmlərində çəkiləcək) əgər onların başlarını sonra deyiləcək qayda ilə kəssələr, can verəndən sonra, onun əti halal və bədəni pakdır. Amma dəvənin, balığın və çəyirtkənin başı kəsilməmiş yeməsi halal olur.
Məsələ 2593: Əti halal olan vəhşi heyvanlar, məsələn; ceyran, kəklik, dağ keçisi və əti halal olub, sonradan vəhşi olan, məsələn; sonradan qaçıb vəhşi olmuş əhli olan öküz və dəvə, əgər sonra deyiləcək qayda ilə onları ovlasalar, pak və halaldır. Amma qoyun, toyuq kimi əti halal olan heyvanla, tərbiyə edilərək əhli olmuş əti halal vəhşi bir heyvan ovlamaqla pak və halal olmaz.
Davamı →

Yemək adətləri

Yemək mədəniyyəti ilə bağlı hər ölkənin özünün xas adət və tabuları var. 

Çind yemək yeyərkən yemək çubuqlarını qətiyyən kiməsə doğru uzatmayın.

Koreyada masa başında oturan ən yaşlı biri yeməyə başlamadan süfrəyə əl uzatmayın.

Çilidə pizzanı əllə yeməyin.

İtaliyada yeməkdən sonra pendir istəmək aşbazın yemək bişirmə bacarığını təhqir etmək mənasını verir.

Tanzaniyada yeməyə dəvət edildiyiniz evə 20 dəqiqə gecikin. Tez getmək ev sahibini təhqir etmək deməkdir.

Rusiyada şərab şüşəsi bitəndən sonra onu yenidən süfrəyə qoymaq uğursuzluq sayılır.

Rusiyada bıçaq, ya qaşığa batmış yeməyi yalamaq kobud davranış kimi qəbul edilir.
Ardı →