Mədinə Faciəsi

Kərbəla hadisəsi İslam dünyasının kədərlənməsinə səbəb oldu. Məkkədə olan Abdullah b. Zübeyr etdiyi bir çıxışda Kufə xalqı ilə, Hz. Hüseyn və uşaqlarını şəhid edənləri lənətlədi. Yəmamədə də Nəcdət b. Amr Əməvilərə qarşı üsyan edərək idarəni ələ keçirdi.
Hicrətin ilk ilində və yəhudilərin: “biz müsəlmanlara sehr etdik. Onların artıq uşaqları olmayacaq” dedikləri əsnada, Mədinədə ilk olaraq doğulan, Rəsulullahın və bütün müsəlmanların sevincinə səbəb olmuş məşhur səhabə Abdullah b. Zübeyr, özünə edilən xəlifəlik təkliflərini qəbul etmədi. Onun bu qərarının doğru olduğu tezliklə ortaya çıxdı. Çünki Yezid çox çəkindiyi Abdullah b. Zübeyri həbsə atdırmaq üçün bir bəhanə axtarırdı. Lakin Abdullah b. Zübeyr ehtiyatlı davranaraq tutulmasına səbəb olası hərəkətlərdən çəkmirdi.

Hətta onun özünü tutmaq istəyənlərə imkan verməyəcək qədər ehtiyatlı davranması, həmin əsnada Hicaz valisi olan Ömər b. Sadın, onu həbs edə bilmədiyinə görə vəzifədən kənarlaşdınlmasına səbəb oldu. Yezid Ömər b. Sadın yerinə Vəlid b. Ütbəni Hicaza vali təyin etdi. Vəlid də, Zübeyri həbs edə bilmədi. Yezid isə Vəlidi də valilikdən uzaqlaşdırdı. Onun yerinə əmisi oğullarından Osman b. Məhəmməd əs-Süfyanini təyin etdi. Bu yeni vali Mədinədən bir qrupu Yezidi daha yaxından tanımaq üçün Şama göndərdi. Şama gedən bu qrupun arasında Uhud müharibəsində şəhid olmuş və “mələklər tərəfindən yuyulmuş Hanzalanın” oğlu Abdullah da var idi.
Yezid gələn bu heyətin gözünə gözəl görünmək üçün onlarla yaxşı rəftar etdi. Gələnlərə pul və müxtəlif hədiyyələr verdi. Amma Yezid səhabələrdən olan və Allah rizasından savayı heç nə düşünməyən bu insanları hədiyyələrlə susdurmağın mümkün olmadığını düşünməmişdi. Yezidin bu fədakarlığı və verdiyi hədiyyələr boşa getdi. Mədinəyə qayıdan bu heyət, Şamda gördükləri saray həyatını və Yezidin yaşayışmı hər yerdə danışmağa başladılar.
Yezidin gecə-gündüz içki içərək sərxoş olduğunu, musiqi, rəqs və ova getməkdən başqa heç nə düşünmədiyini və hətta namaz belə qılmadığını söylədilər.
Abdullah b. Hanzala: “yanımda oğullarımdan savayı heç kas olmasa da yenə Yezidlə savaşaram ” deyərək ona qarşı gəldi.
Mədinəlilər ona beyət etdilər. Yezidin valisi Osman Mədinədən qovuldu. Yezid ənsardan Numan b. Bişri nəsihət üçün göndərdi. Ancaq heç bir nəticə hasil olmadı. Əməvilərdən olan Mərvan b. Hakəmin evi mühasirəyə alındı. Ümeyyəoğullan da qorxudan onun evinə sığınmışdılar. Mərvan aman dilədikdə ona aman verdilər. Ümeyyəoğullannm isə Mədinədən getməsinə icazə verdilər.
 
Harrə Savaşı
Yezid Mədinədəki vəziyyəti düzəltmək üçün Ömər b. Sadı yenidən Hicaz valiliyinə gətirmək istədi. Amma Ömər b. Sad: “hicazda awal-lar təhlükəsizliyi təmin edərək hakimiyyət qurmuşdum. Amma indi qu-reyşlilərin qanını tökmək lazım olacaq. Mən bunu edə bilmərəm. ” deyərək özünə təklif olunan Hicaz valiliyini rədd etdi.
Yezid bu dəfə də, Hz. Hüseynin şəhid edilməsində əsas rol oynayan, həmin əsnada Kufə valisi olan Übeydullah b. Ziyada məktub yazaraq ona, Mədinədəki üsyanı yatırmasını və Məkkəyə gedərək Abdullah b. Zübeyri həbs etməsini bildirdi. Ancaq Übeydullah b. Ziyad da, əvvəl işlədiyi günaha yeni və böyük günahlar qatmaq istəmədiyini bildirdi.
Yezid bunun üçün yaşlanmış Müslim b. Ukbəni on iki min seçmə əsgərlə birgə Mədinəyə göndərdi. Mədinəlilər Yezidin ordusunun gəldiyini öyrəndikdə, Mədinəni müdafiə etmək üçün xəndəklər qazdılar.
Müslim b. Ukbə Mədinənin Harrə mövqeyində qərar tutdu. Sonra çarpışmalar başladı. Çox amansız olan bu çarpışmalar əsnasında Abdullah b. Hanzalanın oğulları, onun gözü qarşısında bir-bir qətlə yetirildi. O və digər mədinəlilər qəhrəmanlıqla Müslimin ordusu ilə 26 avqust 683-cü ildə döyüşərək şəhid edildilər.
Mədinəyə daxil olan Müslim, əsgərlərinə şəhəri üç gün yağmalamaq üçün icazə verdi. Suriya əsgərləri bu üç gün ərzində, həm Mədinəni yağ-maladılar, həm də əhalini öldürdülər. Şəhər xarabalığa çevrildi.
Səhabələrdən bəziləri bu toqquşmalarda şəhid edildi. Hz. Hüseynin oğlu Zeynalabidin və Hz. Abbasın oğlu Əli toqquşmalarda iştirak etmədiyinə görə Müslim və əsgərləri onlara toxunmadılar. Yezidin ordusu, Mədinənin Harrə istiqamətindən hücuma başladığına görə, Mədinədə baş verən bu hadisəyə Harrə savaşı adı verildi.
 
Məkkənin Mühasirəyə Alınması
Müslim b. Ukbə Mədinədəki üsyanı yatırdıqdan sonra Yezidin əmri ilə Məkkəyə tərəf hərəkət etdi. Fəqət yolda öldü. Yerinə Husayn b. Nu-meyr keçdi.
Məkkəlilər Abdullah b. Zübeyrin ətrafinda toplanaraq müdafiyəyə hazırlaşdılar. Mədinədən qaçanlar, bəzi xaricilər və sonralar Kufədə Əməvilərə üsyan edən Muxtarus-Səqafi də Məkkənin müdafiəsi üçün Abdullah b. Zübeyrin yanma gəlmişdilər.
Məkkə şəhərinin qala divarları içərisində Yezidin ordusuna qarşı inamla mübarizə aparıldı. Yezidin ordusu, Kəbədə qan tökmək haram olduğu halda, mancanaqlarla şəhəri daş yağışma tutdular. Bu əsnada atılan odlu mizraqlardan biri Kəbənin örtüyünün və taxtadan olan hissəsinin yanmasına səbəb oldu. Beytullah yanmağa başladı. Yezid isə elə bu əsnada Şamda öldü.
Husayn Yezidin ölüm xəbərini eşitdikdə mühasirəni dayandıraraq Abdullah b. Zübeyrlə görüşmək istədi.
 
Husaynın Təklifi və Abdullah b. Zübeyrin Cavabı
Husayn Abdullah b. Zübeyrin xarakterindən xəbərdar idi. Əbtah adlanan yerdə görüşdükləri zaman Abdullah b. Zübeyrə:

-'Sən xəlifə olmağa layiqsən! Gəl sənə beyət edərək, birgə Şama gedək. Əmrimdəki əsgərlər arasında Şamın liderləri də var. Mən və onlar sənə tabe olsaq, Şamda da qarşı gələn kimsə qalmaz. Dərhal sülh elan edərək barışaq. Xalq da rahat olsun.'' təklifini etdi.
Müqəddəs Kəbəyə qarşı işlənmiş günahdan və tökülən qanlardan çox kədərlənən Abdullah b. Zübeyr:

— ‘Mən tökülən qanları unuda bimərəm! ” deyə cavab verdi.

Buna görə müqavilə imzalanmadı. Husayn əsgərləri ilə birgə Şama qayıtdı. Məkkənin mühasirəsi və müqəddəs şəhərin mancanaq atəşlərinə məruz qalması, İslam dünyasında Əməvilərin qınanmasma səbəb oldu. İraq, Yəmən və Misir xalqı Məkkədə xəlifəliyini elan edən Abdullah b. Zübeyrin xilafətini tanıdı. Beləliklə İslam aləmində 683-cü ildə iki xəlifə hakimiyyətdə oldu. Biri Abdullah b. Zübeyr, digəri də Əməvilərin nəslindən olan xəlifə.
 
II Müaviyənin Hakimiyyəti (683)
Yezidin ölümündən sonra, oğlu Müaviyə ikinci Müaviyə adı ilə onun yerinə keçdi. II Müaviyə atasına heç oxşamayan bir insan idi. İnsaflı, dindar və xeyirxah bir gənc idi. Xəlifə olduğu zaman iyirmi bir yaşı vardı. İslam aləmindəki daxili çəkişmələr və özbaşnalıqlar onu çox kədərləndirirdi.
Abdullah b. Zübeyri tanıyan Hicaz və Yəmən xalqından başqa, Suriya və İraq xalqı II Müaviyənin xəlifəliyini tanıdılar.
Ölkədəki daxili çəkişmələr və bəzi valilərin özbaşnalıqlan II Müaviyənin səltənətə nifrət etməsinə səbəb oldu. Bir gün qərarlaşdıraraq şamlıları məscidə topladı və onlara bu nitqi söylədi:

“Ey Xalq! Man sizin yükünüzü çakə bilmiram. Sizin üçün Hz. Ömar kimi bir adam axtardım. Amma tapa bilmadım. Masləhat üçün Şura kimi altı nafar axtardım. Yena də tapa bilmədim. Artıq istədiyinizi xəlifə seçin! ”

Bu nitqindən sonra evinə çəkildi. Bir daha çölə çıxmadı. Burada olan Dəhhaq b. Qeys xəlifəyə vəkil olaraq namazda imamlıq etdi.
II Müaviyə xəlifə seçildikdən üç ay sonra vəfat etdi. Onun vəfatı əməvilər arasında xilafət məsələsinin alovlanmasına səbəb oldu. Əməvi-lərdən bəziləri onun qardaşı Xalidin xəlifə olmasını istəyərkən, bəziləri də, Hz. Zübeyrin xilafətini tanımaq istəyirdilər ki, bunların başçısı da Dəhhaq b. Qeys idi.
 
 
Müəllif: Abbas QURBANOV, İlahiyyat elmləri namizədi, Bakı İslam Universitetinin müəllimi, tarix üzrə fəlsəfə doktoru
Mənbə: İSLAM TARİXİ -2 (XüLləfayi-Raşidin dövrü)
Kitab Bakı İslam Universitetinin Zaqatala şöbəsi üzrə Pedaqoji Şuranın 10 fevral 2009 il tarixli IV iclasının 5 saylı qərarı ilə çap edilmişdir.
 

0 şərh