İslamdan əvvəl Ərəbistan yarımadası

Ərəblərin Vəziyyəti
Peyğəmbərimiz Hz. Məhəmməd (s.ə.s) ərəb yarımadasının Hicaz bölgəsində, Məkkə şəhərində doğulmuşdur. Onun həyatını və insanlıq tarixində etdiyi böyük inqilabı qavraya bilmək üçün, yaşadığı əsrdə ərəbistanın ümumi vəziyyətinin və ərəblərin yaşayışının ana xəttləri ilə də olsa, öyrənilməsində fayda vardır.
İslamiyyətdən əvvəl ərəblər, hələ millət halına gələ bilmədikləri üçün qəbilələr halında yaşayırdılar. Hər qəbilə, digərlərindən ayrı bir dövlət kimi idi. Qəbilə başçısına “Şeyx” deyilirdi. Hicaz və Yəmən bölgələrində bəzi şəhərlər qurulmuşsa da, ümumiyyətlə çöllərdə çadır və köçəri həyatı keçirirdilər. Hicaz bölgəsində üç əhəmiyyətli şəhər, Məkkə, Yəsrib (Mədinə) və Taif var idi. Məkkədə Qüreyş qəbiləsi, Taifdə Sakif qəbiləsi, Yəsribdə Evs və Həzrəc adlı ərəb qəbilələri ilə Kaynukaoğullan, Nadiroğullan və Kurayzaoğulları olmaqla üç yəhudi qəbiləsi var idi. Digər qəbilələr ümumiyyətlə köçəri idilər.
Qəbilələr arasında qan iddiası və sərhəd kimi səbəblər üzündən döyüş əskik olmazdı. Yalnız ilin dörd ayında (Məhərrəm, Rəcəb, Zilqədə və Zilhiccə aylarında) döyüşməzdilər. Bu aylara “əşhür-i hurum” (döyüşülməsi, qan tökülməsi haram olan hörmətli aylar) deyilir. Bu əsnada, bütün qəbilələr təhlükəsizlik içində səyahət edə bildikləri üçün, ümumiyyətlə böyük yarmarkalar bu aylarda qurulardı. Məkkənin hakimi, Kəbə və ətrafındakı bütlərin qoruyucusu olduqları üçün Qüreyş qəbiləsi, digər bütün qəbilələrdən daha çox hörmət sahibi idi. Bu səbəblə Qureyşlilər, ilin hər mövsümündə dilədikləri yerə səyahət edə bilirdilər.
Hicaz bölgəsindəki yarmarkaların ən əhəmiyyətliləri, Məkkə ətrafında qurulmaqda olan Ukaz, Məcənnə və Zülməcaz yarmarkaları idi. Bu yarmarkalara ölkənin dörd bir tərəfindən axın-axın gələnlər arasında satıcılar, iffətsiz qadınlar, şairlər, natiqlər, kahinlər və müxtəlif dinlərə mənsub şəxslər də olurdu. Taiflə Nəhlə arasında qurulmaqda olan Ukaz yarmarkasında, şeir yarışmaları edilər, bəyənilib dərəcə qazanan şeirlər, Kəbənin divarlarına asılardı. Bu şəkildə Kəbə divarında asılmış olan yeddi məşhur şeirə və ya qəsidəyə “əl-Mualləqatus-səba” (Yeddi Asqı) deyilmişdir.
İslamdan əvvəl, ərəblərin əksəriyyəti bütpərəst idi. Düzəltmiş olduqları bir sıra heykəllərə ilah deyə sitayiş edirdilər. Ən əhəmiyyətli bütlər; Hubel, Lat, Mənat, Uzza, Vədd, Suva, Yeğus, Yeuk və Nəsr adlarını daşıyanlar idi. Məkkədə Kəbə və ətrafına 360-a qədər büt yerləşdirilmişdi. Hər qəbilənin ayrı bir bütü, hər bütün xüsusi bir ziyarət günü vardı. Beləliklə, ilin hər günündə bütlərini ziyarətə gələnlərlə dolub daşan Məkkə, bir ticarət mərkəzi olduğu qədər, bütpərəstliyin də mərkəzi halına gəlmişdi.
 
Ərəbistanda bütpərəstlərdən başqa, yəhudi, xristian, atəşpərəst və sabii dinlərinə mənsub insanlar da vardı. Bunlardan başqa, çox az sayda, Hz. İbrahimin təbliğindən o dövrə çatan dini əsaslan mənimsəmiş tək Tann inancında olan “Hənif’lər var idi. Varaka b. Novfəl, Abdullah b. Caxş, Osman b. Huveyris və Kuss b. Səidə bunlardan idi. İslamiyyətdən əvvəl ərəb yarımadasının şimalında (Suriyada) “Nəbti”, cənubunda (Yəməndə) “Himyəri”, İraqda isə “Süryani” yazıları istifadə edilirdi. Hicaz ərəbləri Suriya və İraqa ticarət üçün etdikləri səyahətlərdə ərəbcəni Nəbti və Süryani yazılan ilə yazmağı öyrəndilər. Daha sonrakı əsrlərdə, Nəbti yazısından “Nəsix”, Süryani yazısından da “Kufi” deyilən yazı növləri meydana gəlmişdir. Ancaq, ərəblər arasında oxuyub yazma bilənlərin sayı son dərəcə az idi. Comərdlik, qonaqpərvərlik, sözündə durma, düşmənləri belə olsa özlərinə sığınanlan himayə, cəsarət, kimi bəzi yaxşı xüsusiyyətlərlə yanaşı soyğunçuluq, faizçilik, zənginləri üstün, kasıblan xor görmə, içki və qumar düşkünlüyü, qəbiləçilik təəssübkeşliyi ilə qan tökmə kimi son dərəcə çirkin adətləri də var idi. Hələ kölə və qadınlara insan dəyəri verməzdilər. Qadınlar, ölən ərindən, atasından və digər yaxınlarından miras ala bilmədikləri kimi, özləri miras malları arasında, mirasçılara qalardı. Kişilər istədikləri qədər qadınla evlənə bilərdilər. Fahişəlik sanki peşə halına gəlmişdi. Buna görə bəzi insanlar qız uşaqlarını diri-diri torpağa basdıracaq dərəcədə vəhşilik göstərmişdilər.
İslamiyyət gəldiyi əsnada tək ərəblər və ərəbistan deyil, bütün dünya, zülm, pozğunluq və cəhalətin qaranlığı içində idi. Maddi və ruhi çətinliklər içində böhrana düşmüş olan insanlıq, bir mürşid, bir qurtancı gözləməkdə idi.
Qurani-Kərim “Cahiliyyət Dövrü ” deyilən bu qaranlıq dövrü, “İnsanların öz əlləriylə işlədikləri pisliklər üzündən, fəsad (hər tərəfi örtdü) quruda və dənizdə yayıldı.” 
 
Məkkə və Kəbə
Yer üzündə Allaha ibadət üçün qurulan ilk bina, bütün namazlarda qibləgah olaraq yönəlməkdə olduğumuz Kəbədir.25 Allahın əmriylə Hz. İbrahim və oğlu Hz. İsmayıl tərəfindən26 miladdan 2000 il əvvəl Məkkədə inşa edilmişdir.27 Təvafa başlama yerinin işarəsi olmaq üçün, Kəbənin cənub-şərq küncündə (Rükn-i Hacər-i Əsvəd) yerləşən “Hacər-i Əsvəd” deyilən qara daşı Hz. İbrahim, Əbu Kubeys dağından gətirərək hələ də orada olan küncə qoymuşdur. İnşaatın tamamlanmasından sonra Hz. İbrahim ilk təvafı oğlu Hz. İsmayılla birlikdə etmiş, bütün insanları həccə, Kəbəni ziyarətə dəvət etmişdir.
Məkkə şəhəri, Hz. Peyğəmbərin (s.ə.s) böyük babalarından Kusay tərəfindən, Kəbənin inşasından çox sonra qurulmuşdur. Allaha ibadət etmək üçün qurulmuş olan Kəbə, zamanla “Tövhid İnancf’nın unudulmasıyla, bütlərlə doldurulmuş, Məkkə bütpərəstliyin mərkəzi halına gəlmişdir.
 
Məkkə Şəhərinin Qurulması
Hz. İsmayıl, daha sonra bu bölgəyə yerləşən “Curhumilər" dən bir qızla evləndi. Özü İbrani, Curhumilər Yəmənli Aribə (xalis) ərəblərindən idi. Bu səbəblə İsmailoğullanna “müstarabə (ərəbləşmiş) ərəbləri” deyilirdi.
Yəməndə “Seylül-arim ”29 deyilən sel fəlakətindən sonra bu bölgəyə gələn Huzaa Qəbiləsi, İsmailoğullannın da köməyi ilə, Curhumiləri Məkkədən qovub çıxardılar. Curhumilər, Kəbəyə hədiyyə edilmiş olan qızıl maral heykəlləri ilə digər qiymətli əşyaları Zəmzəm quyusuna atıb, üzərini torpaqla doldurduqdan sonra, quyunun yerini naməlum hala gətirərək Məkkədən qaçdılar. Buna görə Zəmzəm quyusu uzun müddət bağlı qaldı.
Məkkə bölgəsinin hakimiyyəti və Kəbə gözətçiliyi üç əsrə qədər Huza-alılarda qaldıqdan sonra Kusay b. Kilab (Hakim), miladi 5-ci əsrdə Kəbənin gözətçiliyini ələ keçirdi. Qüreyşin başma keçərək, Huzaalılan bu bölgədən çıxardı. Kəbənin ətrafinda bu günki Məkkə şəhərini qurdu. Ölümündən sonra qəbilə başçılığı və Kəbə gözətçiliyi oğlu Əbdülmanafa, ondan da oğlu Haşimə keçdi. Haşim ticarət üçün getdiyi Şam səfərində Qəzzədə ölüncə, rifadə (ziyarətçiləri qarşılama və saxlama) və sikayə (ziyarətçilərə su təmin etmə) vəzifələrini kiçik qardaşı Muttəlib öz üzərinə götürdü.
 
Məkkə və Kəbə ilə Əlaqədar Xüsusi Vəzifələr    
Məkkə şəhərini quran Kusay, şəhərin idarəsi və Kəbəni ziyarətə gələnlərə xidmətlə əlaqədar bəzi vəzifələr təyin etdi. Bu xidmətlər Hz. İsmayılın nəslindən olan şəxslər tərəfindən yerinə yetirilirdi. Bu xidmət və vəzifələrdən bir qismi bunlardır:

    1. Hicaba: Kəbənin pərdədarlığı və açarlarını daşıma vəzifəsidir.
    2. Siqayə: Kəbəni ziyarətə gələnlərin suyunu təmin etmə və Zəmzəm quyusuna baxma vəzifəsidir.
    3. Rifadə: Kəbəni ziyarət üçün Məkkəyə gələnləri qarşılama, saxlama və möhtaclara köməkçi olma vəzifəsidir.
    4. Nədvə: Kusay tərəfindən qurulan “Darun-Nədvə” adlı müşavirə məclisi binasmda edilən yığıncaqlara başçılıq etmək vəzifəsidir. Döyüş, sülh və məmləkətin digər bütün əhəmiyyətli işlərinin qərarı, burada edilən yığıncaqlarda verilərdi. Qırx yaşından kiçik olanlar, bu məclisə alınmazdı.
    5. Liva: Müharibə zamanında və döyüşçülərin toplanmasında bayrağı daşıma vəzifəsidir.
    6. Qiyadə: Müharibədə döyüşçülərə əmr etmə vəzifəsidir.
    7.Səfarə: Eyni cəmiyyət içindəki fərdlər və ya qəbilələr arasında meydana gələn mübahisələrdə hakim olaraq ara düzəltmək xidmətidir.
    8. Xəzinə-i əmval: Döyüş üçün hazırlanan silah, mal və alətləri mühafizə etmək vəzifəsidir.
    9. Əzlam: Oxlar ilə fala baxma işidir.
Kəbənin üzərinə qoyulmuş olan Hubel adlı bütün yanında üç fal oxu var idi. Birində: “əmərani rabbi” (Rəbbim mənə əmr etdi); digərində “nəhani rab-bi” (Rəbbim mənə qadağan etdi), yazılı idi. Üçünçüsü isə boş idi.
Edəcəyi iş mövzusunda qərar verə bilməyən adam, əzlam işiylə vəzifəli kimsə vasitəçiliyi ilə bu oxlardan birini seçərdi. Birinci ox çıxarsa, hazırladığı işi edər, ikincisi çıxarsa o işdən imtina edərdi. Üçüncüsü çıxarsa, o işi bir il təxirə salar, ertəsi il falı yeniləyərdi.
    10. Nəzarə: Bir yerdən başqa bir yerə nəql ediləcək şeyləri idarə və müayinə etdikdən sonra “daşıma sənədi” vermə vəzifəsidir.

Ərəblər arasında hər biri böyük bir şərəf sayılan bu xidmət və vəzifələrin hamısı Kusayın əlində olmasına baxmayaraq, daha sonra Qüreyş arasında paylaşdırılmışdır.
 
 
 
Müəllif: Abbas QURBANOV, İlahiyyat elmləri namizədi, Bakı İslam Universitetinin müəllimi, tarix üzrə fəlsəfə doktoru
Mənbə: İSLAM TARİXİ -1 (Əsri-Səadət Dövrü)
Kitab Bakı İslam Universitetinin Zaqatala şöbəsi üzrə Pedaqoji Şuranın 10 fevral 2009 il tarixli IV iclasının 5 saylı qərarı ilə çap edilmişdir.
 

0 şərh