Türküstan Fəthləri

Əbdülməlikin dövründə Türküstana təşkil olunan fəth hərəkatları I Vəlidin dövründə də davam etdirildi. İraq valisi Həccac b. Yusif, Mavə-raunnəhri demək olar ki, tamamilə ələ keçirmişdi. Həccacla bərabər Xorasan valisi Muhalləb b. Yezid də Mavəraunnəhrə hücumlar edirdi.
Muhalləbin ölümündən sonra Həccac, Xorasanın valiliyini onun oğlu Yezidə verdi. Sonra da Yezidə Xarəzmi ələ keçirməsini əmr etdi. Buram ələ keçirməyin çətin olduğunu çox yaxşı bilən Yezid b. Muhalləb səfəri gecikdirirdi. Ona görə: “Bu səfərin əziyyəti çox, faydası az idi”. Buna baxmayaq o, Həccacın əmri ilə səfərə çıxmaq məcburiyyətində qaldı. Bəzi yerlərdə qələbələr qazanaraq, çoxlu qənimət ələ keçirməsinə baxmayaraq böyük itkilər verdi. Onun diqqətsizliyi nəticəsində ərəblər arasındakı qəbilə mübarizələrinin qızışacağını anlayan Həccac, Yezid b. Muhalləbin yerinə öz komandiri Quteybə b. Müslimi təyin etdi.
 
Quteybənin Fəth Etdiyi Ərazilər
Quteybə b. Müslim bacarıqlı komandir idi. Eyni zamanda hərb siyasətini çox əla bilirdi. Fəth edəcəyi ərazilərə əvvəlcə kəşfiyyat dəstələri göndərərdi. 705-706-cı illərdə Beykəmd şəhəri üzərinə hücuma keçdi. Qanlı toqquşmadan sonra şəhər ələ keçirildi. Əməvilərə qarşı başlayan üsyan amansızlıqla yatırıldı. 708-ci ildə Buxaranı ələ keçirdi. Səmərqənd əmiri Quteybə b. Müslimə vergi verməyi qəbul etdi. “Buxaradakı atəşgah tamamilə yıxıldı 75
Səmərqənd Xaqant Quteybə b. Müslimə vergi versədə, lakin xalq Xaqana vergi verməyərək üsyan etdi. 709-cu ildə onun yerinə keşən Quraq adlr Xaqan isə vergi verməkdən imtina etdi.
 
Səmərqəndin Fəthi
Quteybə Beykəmd, Talkam və Buxara şəhərlərində öz hakimiyyətini bərpa etmək üçün qanlar axrtdr, şəhəri xarabahğa çevirdi. Bu ərazilərdə hakimiyyətini möhkəmləndirdikdən sonra Həccacdan icazə alaraq Səmərqənd üzərinə hücuma keçdi. Şəhəri mühasirə edərək mancanaq atəşinə tutdu.
Quraq, Qutluq dövlət xaqanı Kapağandan və ətraf şəhərlərdən kömək istədi. Şaş şəhərində altı yüz nəfərlik ordu köməyə gəldi. Lakin Qu-teybə b. Müslim onlara yolda pusqu qurdu. Nəticədə köməksiz qalan Quraq bəzi şərtlərlə şəhərin qapılarını Quteybənin üzünə açdı. Quteybə
Müslim Səmərqəndi fəth etdikdən sonra, Ceyhun çayı ətrafındakı ərazilər üzərmə yürüdü. Fərqanə vadisinə qədər gedib çıxdı. Quteybə b. Müslimin başladığı Türküstan fəthləri nəticəsində Səmərqənd, Buxara, Xarəzm, Xorasan və Nişapur şəhərləri fəth edildi və Orta Asiyada İslam mədəniyyətinin beşiyi halına gəldilər.
Quteybənin Türküstan fəthləri 717-ci ildə onun öldürülməsinə qədər davam etdi.
 
Afrika və İspaniyanın Fəthi
Afrikadakı Bərbəri üsyanlarını yatıran Hassan b. Numan 708-ci ildə vəzifəsindən azad edilərək, onun yerinə Musa b. Nuseyr təyin olundu. Musa b. Nuseyr dövlət siyasətini yaxşı bilirdi. Bir vaxtlar Misir valisi olmuş Əbdüləzizin yanında işləmişdi. Lakin vəzifə dəyişikliyindən istifadə edən Bərbərilər, yenidən üsyan etdilər. Musa b. Nuseyr isə bu bölgəni idarə etmək qabiliyyətində olduğunu isbatlayaraq üsyanı tezliklə yatırdı. Onun və oğlanlarının orduları Bizansı tamamilə Afrika ərazisindən geri çəkliməyə məcbur elədilər. Bundan sonra Musa Bərbərilər arasında İslamı yaymaq üçün imamlar və müəllimlər göndərdi.
710-715-ci illərdə Mayorka və Minorka adaları müsəlmanların əlinə keçdi. Nəticədə Şimali Afrika tamamilə fəth olundu. Növbəti hədəf isə İspaniya idi.
 
İspaniyanın Vəziyyəti
Həmin dövrdə İspaniyada Vizqot krallığı hakim idi. Bu krallıq V əsrdə Barbar köçləri nəticəsində Cənubi Fransada qurulmuşdu. Sonradan İspaniyaya keçmişdi. İlk dövrlərdə yaxşı idarə olunan Vizqot krallığı, VIII əsrdən etibarən zəifləməyə başladı. Xalq sıxıntı içərisində yaşayarkən məmurlar zövq və əyləncəyə aludə olmuşdular. Yerli xalqdan əlavə İspaniyada yaşayan yəhudilər də eyni əziyyəti çəkirdi. Üsyan etmələrinə baxmayaraq, üsyanları tezliklə və amansızlıqla yatırıldı.
Musa b. Nuseyr Şimali Afrikaya vali təyin olunanda Rodrik üsyan nəticəsində kralı öldürərək Vizqot krallığını ələ keçirmişdi. Bununla kifayətlənməyərək yeni krallığa namizəd olan Kont Julyanusun qızma təcavüz etmişdi.
Kral Rodikə qəzəblənən Kont Julyanus, müsəlmanlar vasitəsilə ondan intiqam ala biləcəyini düşünürdü. Bu məqsədlə Musa b. Nuseyrə xəbər göndərərək onu İspaniyanı fəth etməyə çağırdı.
 
Tariq b. Ziyadın İspaniyaya Keçməsi
İspaniyanı fəth etmık üçün fürsət axtaran Musa b. Nuseyr, bu xəbəri eşitdikdən dərhal sonra xəlifə I Vəliddən icazə istədi. Sonra bölgəyə kəşfiyyat dəstəsi göndərdi. Hərəkət əmrini aldıqdan sonra, Tariq b. Ziyadı yeddi min əsgərlə Əndəlüsə-İspaniyaya yolladı.
Tariq b. Ziyad Səbtə boğazını aşaraq 711-ci ildə İspaniyaya daxil oldu. Bununla da İspaniyanın fəthi başladı.
Məşhur komandir Tariq Kont Julyanusun hazırladığı gəmilərlə qarşı tərəfə keçdikdən sonra onun adı ilə adlandırılacaq Cəbəlüt-Tariq dağını ələ keçirdi. Vizqotlann ona qarşı hücuma keçdiyini öyrəndikdə, əsgərlər geri qaçmasınlar deyə gəmiləri yandırtdı. İslam əsgərləri hücuma keçən ordunu və yandırılan gəmiləri gördükdə təəccübləndilər. Tariq onlara: “Sabir etsaniz qalaba sizinlə olacaq! Əndalüsü fath edacayik. Əks halda düşmən hamımızı dənizə tökər" deyə xitab etdi.
Hücuma keçən Vizqot ordusu məğlub edildi. Tariq onları Kadis adlanan yerə qədər qovdu. Həmin yerdə Rodik doxsan min əsgəri ilə Tariqin yolunu gözləyirdi. Kadisin cənubunda başlayan döyüş səkkiz gün davam etdi. Bir müsəlman əsgəri on vizgot əsgəri ilə savaşmaq məcburiyyətində idi. Səkkizinci gün Tariqin ordusu dağılmağa başladı. Tariq burada da bacarıqlı bir komandir olduğunu göstərdi. Atma minərək, geri çəkilmək istəyən əsgərlərə:

-'Ey Qazilər! Ey müsəlman igidlər! Hara gedirsiniz? Hara qaçmaq istəyirsiniz? Düşünün önünüz düşmən, arxanız isə dənizdir. Sizin üçün tək çarə mərdlik nümayiş etdirərək, qəhrəmanlıq göstərərək, özünüzə inanaraq döyüşməyinizdir. Ey Süvarilər! Mənə baxaraq mənim etdiyimi edin!” deyə xitab etdi.

Bu sözlərdən sonra atını dördnala çaparaq düşmən üzərinə hücuma keçdi. Komandirlərinin bu hərəkəti əsgərləri ürəkləndirdi. İslam ordusu da onun arxasınca hücuma keçdi. Vizqot əsgərləri özlərini itirdi. Bundan istifadə edən Tariq b. Ziyad, başında tac olan Kral Rodikin yanma hücum edərək onu öldürdü. Krallarının öldürüldüyünü görən ordu dağıldı. İslam ordusu onları qılıncdan keçirməyə başladı. Tarixə Kadis savaşı olaraq düşən bu döyüşdə İslam ordusu yeddi min əsgərlə doxsan minlik vizqot ordusunu məğlub etdi.
 
Musa b. Nuseyrin Qələbə Xəbərini Öyrənməsi
Musa b. Nuseyr qələbə xəbərini öyrəndikdə, Tariqə olduğu yerdə qalması haqda əmr göndərdi. Onun niyə belə bir hərəkət etməsi hələ də müəmmalıdır.
Lakin Tariq b. Ziyad Nuseyrin bu əmrinə məhəl qoymadan ordunu üç hissəyə ayıraraq əsgərlərə hərəkət əmri verdi. Ordu şimala doğru irəlilədi. Ətrafdakı düşmən mövqələrini yox edərək Kordova şəhərinə qədər gəldi. Ordunun üç qolu da bu şəhər yaxınlığında birləşdi.
Vizqot krallığının paytaxtı Tuleytula şəhəri mühasirə olunaraq 712-ci ildə ələ keçirildi. Tariq krallığın binasını ələ keçirərək oradakı XXV Vizqot kralının dəyərli zinət əşyalarını götürdü.
 
Musa b. Nuseyr İspaniyada
Musa b. Nuseyr Kadis qələbəsini öyrəndikdən sonra, Tariqə olduğu yerdə qalmaq əmrini vermiş, 8 min süvari və 10 min piyada əsgərlə Va-diul-Kəbir istiqamətindən İspaniyaya daxil oldu. Tariqin getdiyi yolun qərb istiqamətindən hərəkət edərək Sevilla şəhərinə yaxınlaşdı. Buranı ələ keçirdikdən sonra Portuqaliya istiqamətində hərəkət etdi. Merida şəhərini mühasirəyə aldı. Ancaq Afrikadan kömək gələndən sonra şəhəri ələ keçirə bildi. Vizqot kralının arvadı və bir çox dövlət məmuru bu şəhərdə toplaşmışdı. Musa onları ələ keçirdi. Onları əsir alaraq Tuleytula-ya tərəf irəlilədi. Burada Tariq b. Ziyadla birləşdi. Əmrini dinləmədiyi üçün Tariqi tənqid edərək həbsə atdırdı. Sonra da Tariqin ələ keçirdiyi qənimətləri Şamdakı xəlifə I Vəlidə göndərdi.
Musa və Tariq arasındakı bu münaqişə Şama qədər gedib çatmışdı. I Vəlid xəbər göndərərək Tariqin həbsdən azad edilməsini və barışmalarını əmr etdi. Bu xəbəri alan Musa, Tariqi həbsdən azad etmiş və ordunun gözü qarşısında onunla barışmışdı.
İki komandir biıgə İspaniyanın fəthini tamamlamağa başladılar. Musanın oğlu Əbdüləziz şərq və cənub, Tariq isə Tajo istiqamətində hərəkətə keçdi. Musa b. Nuseyr isə Saraqossa şəhərini fəth etdi.
Bundan sonra ordu Fransa istiqamətində irəlilədi. Lakin həmin vaxt Şamdan xəlifənin göndərdiyi bir məktubla ordular geri çağırıldı.
Musa və Tariq barışmalarına baxmayaraq, aralarındakı gərginlik yenə də davam edirdi. Tariq ələ keçirdiyi qənimətin 1/5-ni xəlifəyə göndərərək, geri qalanının əsgərlərə payladığı halda, Musa qənimətin hamısını özünə götürürdü. Musanın bu hərəkəti Tariqi əsəbləşdirirdi. Bu iki komandir arasındakı gərginliyin daxili çəkişməyə çevriləcəyindən qorxan xəlifə, onların hər ikisini Şama çağırmışdı.
Lakin həmin əsnada I Vəlid ölmüş, onun yerinə Süleyman b. Əb-dülməlik keçmişdi. Əvvəlcə Tariqin, sonra da Musanın ifadələri alındı. Musa b. Nuseyr xəlifənin əmri ilə valilikdən azad edildi.
 
İspaniya Fəthdən Sonra
Musanın oğlu Mərakeş və Əndəlüsə vali təyin edildi. Əbdüləziz b. Musa Sevilla şəhərini mərkəz seçdi.
Müsəlmanların fəth hərəkatı İspaniya xalqı üçün çox faydalı oldu. Xalq ağır vergilərdən, zülüm və işgəncədən xilas edilmiş və rahat nəfəs almağa başlamışdı. Xristianlar cizyə verməyə razı oldular. Cizyəni isə, rahatlıqla ödəyə bilirdilər.
Xristian və yəhudilərin dini inanclarına toxunulmadı. İbadət yerləri olduğu kimi qorunub saxlandı. Məhz bu səbəbdən, xristian və yəhudilər islam fatehlərinə xilaskar gözü ilə baxırdılar. Yuxarıdakı ərazilərin fəth olunması ilə oralar yenidən canlandı və inkişaf etməyə başladı.
 
Hindistanm Fəthi (709-712)
Şərq valisi Həccac b. Yusif ordularını bir tərəfdən Türküstana, bir tərəfdən də Hindistana göndərdi. Hindistana göndərdiyi orduya Məhəmməd b. Qasımı komandir təyin eləmişdi.
İrandan keçən Məhəmməd b. Qasım Sind əyalətinə daxil oldu. Sind raci Dars b. Sasa böyük bir ordu ilə onun qabağına çıxdı. Lakin 710-cu ildə baş verən döyüşdə məğlub oldu. Bundan sonra Məhəmməd b. Qasım Hindistana daxil olaraq 712-ci ildə Dehli şəhərini fəth etdi.
Dehlinin fəthi böyük təşvişə səbəb oldu. Böyük raclardan biri olan Dahir içində fillərin də olduğu ordu ilə onun qabağma çıxdı. 712-ci ildə baş verən döyüşdə, orduda fillərin olmasına baxmayaraq İslam ordusu yenə qalib gəldi.
İslam tarixində ilk dəfə “Hindistan fatehi” ləqəbini alan Məhəmməd b. Qasim Tahiri məğlub edəndən sonra Kirç, Bəhra, Multan və Şərşət şəhərlərini tutdu. Çoxlu qənimət ələ keçirdi. Hind şahzadəsini xərac verməyə məcbur elədi.
 
Bizans İstiqamətində Aparılan Müharibələr
Hər xəlifənin dövründə olduğu kimi, Bizans I Vəlidin dövründə də daxili çəkişmələrdən faydalanmaq istəmiş və bərbərilərin dövlətə qarşı üsyan etməsinə səbəb olmuşdu.
I Vəlid Bizansı cəzalandırmaq üçün, 707-ci ildə qardaşı Məsləmə b. Əbdülməliki hərəkətə keçirdi.
Məsləmə Konyaya qədər irəliləyərək bəzi qalaları tutdu. Onun geri qayıtmasından istifadə edən bizanslılar yenidən həmin əraziləri geri aldılar.
I Vəlid bu dəfə oğlu Abbası da Məsləmə ilə birgə Bizansın üzərinə göndərdi. Məsləmə və Abbas 708-ci ildə Adana ətrafındakı bir qalanı ələ keçirdilər.
Sonrakı il Ankara və Konyaya qədər irəlilədilər. Amuriyədə qarşılaşdıqları Bizans ordusunu 709-cu ildə məğlub etdilər. 710-cu ildə Ma-latya müsəlmanların hücumuna məruz qaldı.
Bu qələbələrdən məmnun olan I Vəlid, Mosulu qardaşı Məsləməyə verərək onu mükafatlandırdı. Məsləmə Mosulun şimalım nəzarətdə saxlamaq üçün 711-ci ildə Azərbaycan və Qafqaz istiqamətində hücuma keçdi. Bəzi əraziləri fəth etdi.
714-cü ildə Malatyaya qədər irəliləyən Məsləmə, Anadolunun bəzi ərazilərini ələ keçirərək Bizansı qorxuya saldı.
 
Vəlidin Fəaliyyətləri
Vəlid atasından Əməvi xanədanına bağlı Həccac kimi bir komandiri təhvil almışdı. Vəlidin dövründə daxili çəkişmələr çox baş vermədi. İraqda və Şimali Afrikada baş verən üsyanlar isə dərhal yatırıldı.
I Vəlid Şamda böyük sənət əsəri olan “Əməvi məscidini” və bundan əlavə inşaat işlərinə əhəmiyyət verərək böyük binalar tikdirmişdir.
İctimai məsələlərə də əhəmiyyət verərək yetim evləri açdırmış, su quyulan çəkdirmiş və yollar saldırmışdır.
I Vəlidin gördüyü işlərdən biri də, Ömər b. Əbdüləzizi Məkkə və Mədinənin (Harameyn) valisi təyin etməsidir. Ömər b. Əbdüləziz I Validin əmisi Əbdüləzizin oğlu olub, ana tərəfdən Hz. Ömərin nəvəsidir.
Ömər b. Əbdüləziz çox bilikli və dindar bir insan idi. Mədinəyə vali təyin olunan kimi on nəfər fəqehi çağıraraq onlara: “Sizi ancaq məsləhətləşmək üçün çağırdım. Özbaşma heç bir iş görmək istəmirəm. Hər məsələdə sizlərlə məsləhətləşəcəm. Əgər siz mənim məmurlarımdan hər hansı birinin xalqa zülm etdiyini eşitsəniz bunu mənə xəbər verməlisiniz'' dedi.
Fəqehlər də bundan sonra onunla birgə zülmü ortadan qaldırmağa çalışdılar.
Ömər b. Əbdüləziz I Vəlidin əmri ilə Peyğəmbərin xanımlarına məxsus otaqları və ətrafdakı evləri alaraq sökdürdü. Məscidi genişləndirdi.
Həccacın zülmündən qaçanlar üçün Mədinə sığınacaq yeri oldu. Onun zülmündən qaçaraq Mədinəyə pənah gətirənlərdən biri, tabeunun məşhurlarından olan Səid b. Cübeyr idi.

Ömər Həccacın zülümləri haqqında xəlifəni məlumatlandırdı. Lakin Həccac bunu öyrəndikdə: “İraqın münafiq və asiləri Mədinəyə sığınaraq orda gizlənirlər. Bu isə hökumətin gücünü zəiflədir"', deyə I Vəlidə şikayət etdi.

Həccac kimi komandirə ehtiyacı olan I Vəlid h. 93-cü ildə Ömər b. Əbdüləzizi valilikdən azad etdi. Onun yerinə Məkkə və Mədinəyə aynlq-da bir vali təyin etdi. Yeni təyin olunan valilər bu şəhərlərdə elə təzyiqlərə başladılar ki, bura sığınanlar müqəddəs bölgələrin də təhlükəsiz olmadığını anladılar.

Hətta Məkkə valisi Xalid, Həccacın təkidi ilə Məkkəyə sığınmış Səid b. Cübeyri də Kufəyə göndərdi. Həccac isə Səid b. Cübeyrin boynunu vurmaqdan belə çəkinmədi. Hamının suallarını cavablandıran bu məşhur fəqehin qətl edilməsi hər kəsi kədərləndirdi.

Məhz bu hərəkəti Həccacın məhvinə səbəb oldu. Hər gecə Səid yuxusuna girərək ona:
-“Ey Allahın düşməni! Məni niyə öldürdün?" deyir, Həccac isə qorxub oyandıqda: “Səid mənim nəyimə lazım idi?" deyə öz-özünü qınayırmış. Həccac bundan sonra çox yaşamadı. H. 95/m. 715-ci ildə 54 yaşmda öldü.
Məscidi-Nəbəvini genişləndirən I Vəlid Kəbəni də genişləndirməyi düşünürdü. Fəqət ömrü buna imkan vermədi.
I Vəlid 715-ci ildə Dir Mərvanda vəfat etdi. Cənazəsi Şama gətirilərək dəfiı olundu. Vəfat edərkən 43 yaşmda idi.
 
Süleyman b. Əbdülməlikin Hakimiyyəti (715-717)
I Vəlid ölümündən əvvəl qardaşı Süleymanı vəliəhdlikdən azad edərək yerinə öz oğlanlarından birini vəliəhd təyin etmək istəmişdi. Bu məqsədlə Qüteybə b. Müslim və Hindistan fatehi Məhəmməd b. Qasımdan söz almışdı. Lakin Həccacın ondan əvvəl ölməsi, sonra isə özünün ölməsi onun bu fikrinin gerçəkləşməsinə mane oldu. Onun ölümündən sonra taxta Süleyman keçdi.
 
Süleyman b. Əbdülməlikin Daxili Fəaliyyətləri
Süleyman taxta çıxandan sonra ilk olaraq Həccacın həbs etdirdiyi insanları azad etdi. Bundan əlavə Həccacın təyin etdiyi məmurları vəzifələrindən kənarlaşdırdı. Onların yerinə yeni məmurlar təyin elədi.
Ömər b. Əbdüləzizə böyük dəyər verərək onu öz yanında saxladı. Onun Rəca adlı çox təcrübəli bir vəziri var idi ki, onun sayəsində ölkəni daha rahat idarə etməyi bacarırdı.
Onun fəaliyyətlərindən biri də, Məkkə və Mədinə valilərini dəyişdirərək, onların yerinə ədalətli valilər təyin etməsidir.
Süleymanın tənqid olunan hərəkətləri də olmuşdur. Belə ki, Məhəmməd Hənifənin oğlu Haşimi zəhərlətməsi və komandirləri Musa ilə Tari-qi vəzifələrindən kənarlaşdırması, Qüteybə b. Müslimlə, Hindistan fatehi Məhəmməd b. Qasımı öldürtməsi onun tənqid olunan hərəkətlərindəndir.
Qüteybə və Məhəmməd b. Qasımı nə üçün öldürtdüyü hələ də dəqiq bilinmir. I Vəlidin vəliəhdliyini dəstəkləmələri ən əhəmiyyətli səbəb kimi gəstərilir.
 
 
 
Müəllif: Abbas QURBANOV, İlahiyyat elmləri namizədi, Bakı İslam Universitetinin müəllimi, tarix üzrə fəlsəfə doktoru
Mənbə: İSLAM TARİXİ -2 (XüLləfayi-Raşidin dövrü)
Kitab Bakı İslam Universitetinin Zaqatala şöbəsi üzrə Pedaqoji Şuranın 10 fevral 2009 il tarixli IV iclasının 5 saylı qərarı ilə çap edilmişdir.
 

0 şərh