Рейтинг
+28.66

İslami Hekayətlər

44 üzv, 109 topik

İslam ədaləti

İstanbulun fəthindən sonra Fateh Sultan Mehmet xan bütün əsirləri azad etmişdi. Lakin əsirlərin içindən iki keşiş zindandan çıxmaq istəmədiyini bildirdi. Keşişlər Bizans imperatorunun xalqa verdiyi zülm və işgəncəyə görə ona ədalətli olmağı tövsiyə etdiyi üçün zindana atılmışdılar. Onlar da bir daha həbsdən çıxmamağa and içmişdilər.

Bu məsələ Fatehə çatdırıldı. O, əsgərlərini göndərərək keşişləri hüzuruna dəvət etdi. Keşişlər zindandan nəyə görə çıxmaq istəmədiklərini Fatehə də danışdılar. Fateh dünyanı lənətləyən o iki keşişə belə dedi:
Ardı →

Müəllim və bilikli şagird

Bir alimin çoxlu şagirdi vardı. Onların əksəriyyəti ömrünün çoxunu onun şagirdliyində keçirmişdilər. Onların arasında kiçik yaşlı bir şagird də var idi. Onun kiçik olmasına baxmayaraq, müəllim ona böyüklərdən artıq hörmət edirdi. Müəllimin bu hərəkəti digər şagirdlərin inciməsinə səbəb olmuşdu. Bir gün şagirdlər yığışıb müəllimin yanına gəldilər və müəllimə etiraz etdilər.
Ardı →

Namazı gecikdirənlər üçün ibrətamiz hekayə

Nənəmin bir zamanlar mənə  dediyi bu sözləri yadıma salanda utanıram: «Heç namazı  da gecikdirərlər?» Nənəmin yaşı yetmişi adlasa da, azan səsini eşidən kimi dərhal yerindən qalxar, dərhal dəstəmazını alar və namazını qılardı. Ancaq mən hələ də nəfsimə qalib gələ bilmirdim. Hər zaman namaza gec qalxar, ya da vaxtında qılmazdım. Bu səbəbdən namazı tez-tələsik qılmalı olurdum. Hər gün bu vəziyyətlə qarşılaşırdım.

Günlərin bir günü yerimdən qalxdım. Saata baxdım
Ardı →

Yeni Müsəlman olan kimsə

Biri Müsəlman, digəri Nəsrani olan iki qonşu, oturub, İslam dini haqqında danışırdılar. Dindar və abid olan Müsəlman, İslamı o qədər izah etdi ki, Nəsrani olan qonşusunun ürəyi İslama istiləndi və sonunda İslam dinini qəbul etdi.Səhər vaxtı idi. Yeni Müsəlman olan Nəsrani, qapısının döyüldüyünü eşitdi. Narahat bir şəkildə soruşdu:-Kim o?Gələn Müsəlman qonşusu idi.Yeni Müsəlman olan adam təkrar soruşdu:-Bu saatda xeyrdir?-Tez dəstəmaz al və paltarı gey ki məscidə gedək.Yeni Müsəlman olan adam ilk dəfə dəstəmaz aldıqdan sonra, özünə bu dini təbliğ edən yoldaşıyla məscidin yolunu tutdu.
Ardı →

Həyatın əsl mənası

Bütün təriflər, bütün həmdlər və sənalar şəriki, ortağı, övladı və bənzəri olmayan hər şeydən böyük olan Allaha məxsusdur. Allahın salavatı və salamı onun rəsulu və qulu, peyğəmbərlərin sonuncusu  olan Məhəmmədə (sav) onun ailəsinə olsun və əshabına olsun.

Yaranmasından ölümünə qədər bəşərin yaşadığı müddət — insan ömrü. İnsan bu müvəqqəti həyatını dünyada keçirir; burada Yaradanı tərəfindən ona nemət olaraq  verilənlərdən faydalanır.  Yaxşı və ya pis işlərlə həyatını keçirir. Bütün bunlardan sonra Allahın hüzuruna qayıdar.

Ardı →

100 nəfərin qatili

Bu hədisi dəfələrlə oxumuşam. Əminəm ki, çoxları oxumamış olmazlar. Amma yenə də icazənizlə hikmətlə dolu olan, uca Allahın nə qədər biz bəndələri sevdiyini, necə rəhman və rəhim olduğunu göstərən bu hədisi sizlərə təqdim edim.
Əbu Səid (r.a) rəvayət edir:
«Rəsulullah (s.a.s) buyurdular ki:
Sizdən əvvəl yaşayanlar arasında 99 adamı öldürən bir adam vardı. Bir ara yer üzünün ən məlumatlı adamını soruşdu. Ona bir rahib məsləhət edildi. Onu axtarıb tapıb, doxsan doqquz adam öldürdüyünü, özü üçün bir tövbə imkanının olub olmadığını soruşdu.


Ardı →

Bağlanmayan qapı

Hökmdarlıq edən birinin çox gözəl bir bağçası vardı. Rəngarəng çiçəklərlə təchiz edilmiş, tam bir zövq və səfa yeri idi. Bir gün hökmdar sarayın bağçasına gəldi. Hökmdar bağbanı bir bəhanə ilə bağçadan kənara göndərdi. Və bağbanın zövcəsinə dedi ki : 
— Bağçanın qapılarını bağla. Heç bir qapı açıq qalmasın
Qadın, ağıllı və namuslu idi. Hökmdarın pis niyyətini yerindəcə anladı.


Ardı →

Cənnət ağacları

Bir gün Rəsulullah (s. a. a) belə buyurdular: Kim «SubhanAllah» desə, Allah Təala bu zikrə qarşılıq qiyamət günü ona cənnətdə bir ağac əkər.
Yenə kim «La ilahə illəllah» desə, Allah Təala bu zikr qarşılığında cənnətdə ona bir ağac əkər.
Yenə kim «Allahı Əkbər» desə Allah Təala bu zikrə qarşılıq cənnətdə ona bir ağac əkər.
Bu sırada Qureyşli olan bir adam belə dedi:
Ardı →

İbrətamiz hekayələr

Cəhənnəmdən qurtaran vəsiyyət

Bir gün Abbasi xəlifəsi Məmunun əyanlarından biri onun üçün belə bir əhvalat danışdı:
Qonşuluğumuzda dindar bir kişi yaşayırdı. Heç kəsin haqqına təcavüz etməz, əlinin zəhməti ilə ruzi qazanardı. Halal yolla bir qədər sərvət əldə etmişdi. Amma oğlu çox təcrübəsiz və bədxərc idi, pis adamlarla durub-otururdu. Kişi öləndə oğlunu yanına çağırdı və ona bu cür vəsiyyət etdi:

“Oğlum, mən ömrüm boyu zəhmət çəkib bir az pul toplamışam. Onları sənin üçün irs buraxıram. Vəsiyyətim budur ki, bacardığın qədər pis dostlardan uzaq ol, israf etmə, malının qədrini bil. Amma inanmıram ki, bu vəsiyyətimə əməl edəsən. Çünki sənin iradəsiz və bədxərc olduğunu bilirəm. Bilirəm ki, mən öləndən sonra oturub-durduğun adamlar sənin ətrafına toplaşacaq, sərvətini yeyib-dağıdacaq, axırda səni quru yer üzərində qoyacaqlar. Köməyə ehtiyacın olan vaxt isə heç kim sənə yaxın durmayacaq.


Ardı →

Ya sus, ya da xeyir söylə

Əshabdan Ubadə Bin Samit nəql edir:«Bir gün Allah Rəsulu, əshabıyla birlikdə yola çıxmışdı. Rəsulallah bir dəvənin üstündəydi. Heç kim Allah rəsulunun önünə keçmirdi. Muaz Bin Cəbəl: -Ya Rəsulallah! Allah bizim canlarımızı sizdən qabaq alsın. Bizə yoxluğunuzu göstərməsin. Amma bizdən əvvəl vəfat etsəniz, geridə qalan bizlərə hansı ibadəti tövsiyə edərsiniz. Allah yolunda cihadamı önəm verək? dedi.Allah Rəsulu:- Allah yolunda cihad.
Ardı →