Bankir qalib oldu

Düz bir ay bundan əvvəl qeyd edilmişdi ki,ay ərzində ən yüksək reytinq alan istifadəçi mükafatlandırılacaq. Artıq bir ay ötdüyünə görə nəticəni demək olar.Pul əsas şey olmasa,həvəsləndirici xüsusiyyət daşıyır.Sevindiricidir ki,istifadəçilər də reytinq mübarizəsindən çox sayt icmasına xeyir vermək barədə düşünürdü.Bu ayın qalibi bankir seçildi.
Yarışın şəffaflığının şübhə altına alınmaması,obyektivlik üçün bu ay olacaq yarışda bankir iştirak etmir. Müqsabiqə davam edir.
 

12 şərh

fidan
Mənim proqnozum düz çıxmadı(((
Bütün ay ərzində papatürk qabaqda idi. Son 2 gündə bankir yeni topiklər yazmaqla nə fırıldaq etdisə birinci oldu.Təbriklər
lesyA
Nə vaxt istifadəçilər siyahısına baxırdımsa papatürk qabaqda idi. Yadımdadır ki,onun reytinqi 11,ondan sonra gələnin balı 8 idi.Sonradan nəsə özünü saxlaya bilmədi. Bankir,qonaqlıq verirsən bizə!
Aynur
Bireinci dəfədir ki,öz reytinqimə baxıram. Mənim üçün reytinqin önəmi yoxdur.
bankirin son topikləri doğurdan da maraqlı idi.Burda həm də strategiya məsələsi var.Bankir çox ağıllı hərəkət etdi. Papatürk isə əvvəlcə çox aktiv olsa da,sonra dayandı.
Yeri gəlmişkən İDEAL da çox qabaqdadır.Gələn ay yəqin ki,qızlardan biri qalib olar.
IDEAL
Qalibi Təbrik Edirəm! Düzü Papatürkün qalıb olacağını düşünürdüm ancaq mənim də praqnozum səhv çıxdı. Ancaq bir mələdən başım çıxmadı. Yəni bütün bu reyrinqlər gələcək ayda topladığımız reytinqin üstünə gəlməlidi yoxsa yarış o reytinqdən başlayır? Məsələn keçən ay müəyyən reytinqi olan insanların reytinqi bu ayın üstünə topanılır yoxsa necə?
2ral
Toplanır.Yəni sizin hazırda 16 olan reytinqinizin üzrəinə gələn ayda yığılanlar gəlir.
papatürk

İnanın ki,mınim üçün pul vacib deyil. Söhbət reytinqdən gedir,yəni mən prinsipə görə reytinq yığmaq istəyirəm.İstəyir pul mükafatı olsun ya heç nə omasın.Lap mükafat 10 qəpik olsa da mən yarışacaqdım.


Bankiri isə təbrik edirəm,həqiqətən kayzenin ən savadlı,ən ağıllı istifadəçilərindəndir.

fidan
Mən Arzt və Nailə Rzayevaya ümid bəsləyirdim. Birincisi naməlum səbəblərdən getdi,Nailə isə inanıram ki nə vaxtsa  qalib olacaq. 
Bankir,mən sənə səs vermişdim.Ona görə reytinqin +1 yaxın artmışdı.yəni ki qalib olmağında mənim rolum var.Odur ki,pulun müəyyən hissəsi mənə düşür)))
IDEAL
Fidan onun profilinə məndə + vermişən (hələ məqalələrini demirəm). Yəni ki, mənə də düşür.
niqulya
Mən bir ay əvvəl demişdim ki,əsas düzgün strategiyadır:) İqtisadçılar isə strategiyanı daha yaxşı bilir(hətta tarixçilərdən də). Bu ay isə qalib kimi yenə papatürk,İDEAL,Dronqo və mr13-dən biri olacaq.Çünki başqa müəlliflərdən fərqli olaraq ancaq post yazmırlar,həm də komment yazırlar. İnsanlar arasında münasibət isə məhz müzakirələrdə,şərhlərdə müəyyənləşir.
Nailə_Rzayeva
Təbrik edirəm :)))))
Ferbara
Bankir, təbriklər! Səni yaradıcılıq nərdivanında həmişə yuxarı qalxan görək)))
bankir
Hamınız sağ olun,siz yazılara plyus verməsəydiniz qalib olmazdım.
Pulu aldım:-) Düzdür,mın bu saytda pula görə deyiləm,amma inandırım sizi,insan maraqlı hiss keçirir.Elə bil kimsə sənin ağıllı olduğunu deyir,sonra da üstəlik pul verir.Onu hiss etməkçün qalib olmaq lazımdır.Başınıza gəlsin:-)